Səriyyə
Страница 1 из 3
... Mən körpüsalanlar briqadasından ayrılmayacağımı qəti bildirəndən sonra, Adil bir də bu barədə danışmadı. Mənə qarşı daha mehriban, daha şən oldu. Tez-tez zarafat edir, axşamçağları mənimlə birlikdə meşəyə gəzməyə çıxırdı. Nə körpü barədə, nə də bizim briqada haqqında heç nə soruşmurdu. Lakin rayona köçmək söhbətindən dörd gün sonra biz körpünün böyük borularını bərkitdiyimiz zaman, motosikletdə bir oğlan gəlib buldozerçiyə bir zərf verdi. O da cəld açıb, içindəki balaca kağızı gözdən keçirdi. Buldozerçi gülümsəyərək kağızı Soltana uzatdı. O da alıb bərkdən oxudu. Bu, buldozerçinin birinci sahəyə dəyişilməsi barədə yol rəisi Adil tərəfindən verilmiş əmr idi. Soltanla Kərəmxanın nəzərləri bir anlıq mənə dikildi.
– Bəyəm bizə buldozerçi lazım deyil? – deyə Kərəmxan soruşdu.
– Necə lazım deyil? – Soltan acıqla cavab verdi. – Naçalnik bizimlə məsləhətləşə bilməzdi?
Buldozerçi:
– Yaxşı, uşaqlar, – dedi, – mübahisə yersizdir. Vaxta ki, naçalnik belə məsləhət bilir, demək, əməl olunmalıdır.
– Düz demirsən, – deyə Soltan etiraz etdi, – biz uşaq-zad deyilik ki, hər bir əmrə kor-korana tabe olaq. Axı, əslində bu körpüdə dörd yox, yeddi-səkkiz adam işləməli idi. Biz özümüz istəmədik. Gördülər ki, sözümüz sözdür. Yeddi-səkkiz adamın bir ayda görəcəyi işi biz iyirmi gündə başa vurduq. Bəs, niyə belə eləyirlər?
Sonra mənə müraciətlə əlavə etdi:
– Biz yoldaşıq. Bundan qabaq Girdmançayın üstündə salınan körpüdə də birlikdə işləmişik, bir-birimizin xasiyyətinə bələd olmuşuq. Birlikdə təşəkkür almışıq. İndi rəis götürüb belə edir.
Buldozerçi:
– Mənçə, – dedi, – bu giley-güzar mənasızdır. – Sonra zərfin üstünə qol çəkib, motosikletdə gələn oğlana qaytardı.
Mən də həmin oğlana:
– Rayon mərkəzinə qədər məni də apararsınızmı?
– Əlbəttə, buyurun.
Sonra mən Soltana zarafatyana:
– Yoldaş briqadir, – dedim, – mənim rayon mərkəzində çox vacib bir işim var, səhər yadıma düşməyib Adilə deyim, icazə olarmı?
Soltan qaşqabaqlı tərzdə:
– Gedin, – dedi.
Mən paltarımı belə dəyişmədən motosikletdə gələn oğlanın tərkinə əyləşdim...
Yol idarəsi rayon icraiyyə komitəsi binasının ikinci mərtəbəsində yerləşmişdi. Adilin on yeddi-on səkkiz yaşlı göyçək bir qız olan katibəsi məni başdan-ayağa süzərək:
– Naçalnik məşğuldur, – deyib üzünü o yana çevirdi.
– Nə ilə məşğuldur?
– Hər gələnə haqq-hesab verəsi deyilik ki! Sizdən başqa da gözləyənlər var, – deyə katibə, o tərəfdə əyləşmiş üç kişini göstərdi.
Mənimlə motosikletdə gələn oğlan yaxınlaşıb, onun qulağına nə isə dedi və qız cəld ayağa qalxıb gülümsəyərək:
– Bağışlayın, – deyə məndən üzr istədi.
Sonra qapıya işarə ilə:
– Buyurun, – dedi.
Adilin səliqəsinə nə söz! Heç nazirin özünün də bu cür kabineti ola bilməzdi. Qoz ağacından qayrılmış təzə yaraşıqlı yazı stolu. Ağ mərmər ləvazimatı. Səliqə ilə çərtilmiş rəngarəng karandaşlar. Büllur qrafin və stəkan. Qar kimi ağ örtüklü stullar, məxmər pərdələr...
Adili yaxından tanımayan bu az zaman içində onun bütün bunları necə düzəltdiyinə təəccüb edərdi.
O, stolun arxasında oturub nə isə yazırdı.
Başını qaldırıb məni görəndə bir neçə saniyə diqqətlə üzümə baxdı, sanki nəyi isə aydınlaşdırmağa çalışdı.
Sonra gülümsəyib qələmi yerə qoydu.
– Nə əcəb?
– Elə-belə gəldim, – dedim və stul çəkib oturdum.
– Nə ilə gəldin?
– Motosikletlə. Sən göndərdiyin oğlanın tərkində...
O, qıpqırmızı qızardı:
– Axı, yaxşı deyil, camaatın içində belə iş eləyirsən. Əgər gəlməyin bu cür vacib idisə, sifariş eləyəydin, maşın göndərəydim.
– Eybi yoxdur.
– Sənin üçün eybi yoxdur, amma mənim üçün...
– Briqada sənin əmrinə etiraz edir.
– Hansı əmrimə?
– Buldozerçinin başqa yerə dəyişilməsi haqqındakı əmrinə.
– Sən bundan ötrü gəlmisən?
– Bundan ötrü.
O, dərindən nəfəs alaraq, stulun arxasına söykəndi. Sonra yavaş səslə:
– Briqadanın nə ixtiyarı var, – dedi, – rəisin əmrinə etiraz eləsin?! Anarxiya-zad deyil ki...
– Doğrudur, anarxiya deyil, ancaq rəis haqsız olduqda, etiraz eləmək olar.
– Nədən bilirsən ki, rəis haqsızdır?
– Özün də bilirsən ki, haqsızsan!
– Sən nə üçün belə işlərə qarışırsan? Buldozerçinin başqa yerə dəyişilməsinin sənə nə dəxli var?
– Mənə dəxli var, çünki biz bir briqadanın üzvüyük! Əgər sən əmrini geri götürməsən, mən bu saat nazirliyə zəng edəcəyəm, gəlib kimin haqlı olduğunu ayırd eləsinlər. Biz körpünü birlikdə başlamışıq, birlikdə də qurtaracağıq. Buldozerçi bizə hamıdan çox lazımdır.
– Sonra ayrısını göndərərəm.
– Ayrısını Qəribi təyin elədiyin yerə göndərsən nə olar?
– Səni bura onlar göndərib?
– Yox, özüm gəlmişəm.
O, nəzərlərini yerə dikib bir neçə saniyə susdu və bu zaman gözlərinin küncündəki, alnındakı incə cizgilər mənə həddindən artıq dərin və qaranlıq göründü. Mənə elə gəldi ki, bu cizgilərin altında mənim yaxşı anlaya bilmədiyim ağır, lal bir əzab gizlənmişdir. Elə bil ki, bu cizgilərin dərinliyindən mənə yüzlərcə müztərib göz baxırdı.
Mən mümkün qədər mülayim səslə:
– Adil, – dedim, – axı sən gərək bu cür briqadaların yaranmasına, onların arasındakı dostluğun möhkəmlənməsinə kömək eləyəsən. Axı biz dörd yoldaş adımızı yazıb o körpünün bünövrəsinə qoymuşuq.
Axırıncı sözləri deyərkən, buldozerçinin siması bütün aydınlığı ilə gözlərimin qarşısında canlandı. Mən anlaşılmaz bir qorxu hiss edərək tələsik soruşdum:
– Nə deyirsən, Adil?
– Yaxşı, Səriyyə, qoy sən deyən olsun.
– Tək mən deyən nə üçün? Bu, bütün briqadanın arzusudur.
– Etiraz eləmirəm.
– Çox sağ ol, Adil, – deyib sevinclə onun əlindən tutdum.
O, üzümə ani bir nəzər salıb, əlini üsulluca geri çəkdi. Mən onun bu hərəkətindən incimədim. Elə bil ki, bu cür ifadə ilə baxan adama birinci dəfə rast gəlirdim. Elə bil ki, o, nə isə böyük bir sirri məndən gizləyirdi. Kabinet birdən-birə mənə qaranlıq və cansıxıcı gəldi.
– Yayın günündə bu pərdələr nəyə lazımdır, Adil?
– Toz-zad olur, – deyə o, pəncərəyə baxmadan cavab verdi.
Mən qalxdım:
– Gedim bazara, bir az ayın-oyun alım. Sən, yəqin ki, iş qurtaranda gedəcəksən...
– Sən tez getmək istəyirsən?
– Yox, nə üçün? Birlikdə gedərik...
– Yaxşı, get, nə alırsan al, gəl.
Mən kabinetdən çıxanda katibə ayağa qalxaraq gülümsəyib, məni gözləmə otağının qapısına qədər müşayiət etdi. Mən qəsdən özümü dartaraq təşəkkürlə:
– Xudahafiz, – deyib ondan aralandım və pillələri düşərkən öz hərəkətimə özüm də güldüm.
Bazarda əvvəlcə böyük bir zənbil alıb içini göy-göyərti, meyvə və tər xiyarla doldurdum. İri qırmızı pomidor və kabablıq qoyun əti aldım. Sonra kitab mağazasına gedib, mərkəzi və respublika jurnallarının son nömrələrini götürdüm. Bazarlığım çox xoşuma gəldi. Aldığım şeylərin hamısı təzə və təravətli idi. Hamısında nə isə könülaçan bir şey vardı. Geri qayıtdığım zaman qapıları taybatay açıq balaca bir dükanda birisi cavan, digəri nisbətən yaşlı iki manikürçünün müştəri gözlədiyini görüb içəri girdim.
Cavan qadın dırnaqlarımı açıq çəhrayı rəngdə manikür edir, yaşlı isə ordan-burdan danışırdı. İkisi də bir-birinə oxşayırdı. Məlum oldu ki, ana-baladırlar. Qışı Bakıda yaşayır, yayı isə buraya gəlirlər. Anasının qırx iki-qırx üç, qızın isə iyirmi dörd yaşı olardı. İkisi də yaraşıqlı və xoşrəftar idi. Manikürçü qadın saçlarını tünd-qəhvəyi boyadaraq, buruq-buruq eləyib arxasına atmışdı. Danışdıqca tez-tez gülümsəyir və bu zaman yanlardakı qızıl dişləri görünürdü. Qızı isə nazik, incəbel bir gəlin idi, mənim kimi, alçaqdaban tufli geymişdi.
Mənim də Bakıdan gəldiyimi və yol rəisi Adilin arvadı olduğumu bilib çox sevindilər. Manikürçü qadın dedi:
– Bütün şəhər sizin ərinizdən danışır...
– Nəyindən?
– Deyirlər, çox ağıllı oğlandır. Yuxarılarda bir sözü iki deyil.
Sonra gülümsəyərək əlavə etdi:
– Özü də çox gözəldir. Siz xoşbəxtsiniz.
Manikürçü qadın axırıncı sözü elə səmimi dedi ki, elə bil, özü dünyanın ən dərdsiz-qəmsiz və xoşbəxt adamı idi.
Qızı isə:
– Maşını da özü sürür, başqa naçalniklər kimi şofer saxlamır, – dedi.
Manikürümü qurtarandan sonra məni çaya dəvət elədilər. Bərk susadığımdan, məmnuniyyətlə razı oldum. Dükanın arxasında balaca, işıqlı bir otaqda olurdular. Otağın pəncərə və arxa qapısı birbaş həyətə açılırdı. Bayırda pəncərənin qabağında çoxlu qərənfil, ətirşah və zanbaq əkilmişdi. Ev-eşik, qapı-baca çiçək kimi tərtəmiz və sərin idi.
Məni şəkərçörəyi və təzə gilənar mürəbbəsi ilə çaya qonaq elədilər. Sonra biz yeni kinofilmlərdən, musiqi əsərlərindən söhbət elədik.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-seriyye-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Evimizin qabağında atamın saldırdığı və indi hər gün, heç olmasa, bir-iki saat həvəslə qulluq elədiyi, öz əli ilə suvardığı cavan bağla mənim aramda gizli bir ünsiyyət yaranırdı. Buradakı alma, ərik, tut, gilənar, əncir, gavalı, qoz, armud, heyva ağaclarının hərəsinin öz görünüşü vardı və bunların hər biri mənə bir cür təsir eləyirdi. Ərik ağacının çəhrayıya çalan çiçəkləri mənə nə üçünsə əsrarəngiz təsir bağışlayırdı, gilənar, gavalı ağaclarının ağ çiçəkləri mənə zərif bir şadlıq gətirirdi. Ağ şahtutun günəş işığında zümrüd kimi parıldayan enli, ipək yarpaqları bu şənliyə bir cəsarət, daha qüvvətli bir şadyanalıq çaları verirdi. Qoz yarpağının soyuq ətri məni qüssələndirir və anamın tez-tez xəstələnməsini xatırladırdı. Bəlkə də bu ondan idi ki, bir dəfə anam malyariyadan bərk qızdıranda Zinyətə dedi ki, «get, bir qoz budağı qır gətir». Zinyət budağı gətirib verəndən sonra anam gözlərini yumub onu xeyli qoxladı... və anamı yuxu tutanda mən də balaca qoz budağını götürüb qoxladım və onun enli, tər yarpaqlarından qalxan ətir mənə soyuq və həsrətli göründü.Anamın xəstələnməsi həmişə mənim üçün son dərəcə qəmgin bir hadisə olurdu. Onun gözəl, şəffaf gözləri qızdırmadan alışıb-yananda mən özümü dünyanın ən bədbəxt adamı sayır və saatlarca yastığının böyründən uzaqlaşmırdım. Anam xəstəlikdən sağalıb ayağa qalxanda isə ürəyimdəki fərəhin həddi-hesabı olmurdu. Lakin kədərim kimi, fərəhim də həmişə ürəyimdə gizli qalırdı. Yəni mən onları izhar eləməkdən çəkinirdim. Ona görə çəkinirdim ki, mənim ortaboylu, enlikürək, qaraqaş, qaragöz, gözəl və çox qüvvətli bir oğlan olan atam başqa adamlarla zarafat eləməyi, deyib-gülməyi sevdiyi halda, biz uşaqlarla, xüsusən mənimlə çox sərt rəftar edirdi. Nə üçünsə, mənim zarafatım, deyib-gülməyim həmişə onu acıqlandırırdı. Ona görə də yavaş-yavaş məndə bir qapalılıq əmələ gəlirdi. Mən heç bir sirrimi, sevinc və kədərimi biruzə verməməyə çalışırdım və atamın yanında öz hərəkətlərim özümə yöndəmsiz görünürdü. Özümə, öz hərəkətlərimə inamım azalırdı, mən, bir növ, fağır, çəkingən olurdum, bu isə atamı acıqlandırırdı və onun mənə qarşı daha sərt rəftarına səbəb olurdu. Mən üsulsuz bir hərəkət eləyəndə, məsələn, nahar elədiyimiz zaman stəkana toxunub çayı süfrəyə dağıdanda, o, qəzəblənib, məni «maymaq», «filinti», «çolaq» adlandırıb danlayardı. Bu zaman:
QızılbaşoğluBir azdan Fatma nənəmi gətirən Qızılbaşoğlu Alı da gəldi. Bu, uzunboylu, xına rəngində saçları boynunun ardına tökülmüş, ayaqlarında uzunboğaz çəkmə, əynində sərdari çuxa, başında gümüşü papaq olan bir oğlan idi. Belində ağac qoburlu onatılan tapança var idi.– Necəsən, bacı? – deyə anamla hal-xoş eləyib Güllünün içəridən gətirdiyi stulda əyləşdi.
İmaş və GüllüHəmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:– Niyə köynəyini özün yamayırsan?
Nuru dayımın gəlişi və anamın xalası oğlu Əhmədin üç arvadı öldürməyiSəhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).
Стихи других поэтов
Ucundadır dilimin,Həqiqətin əzəmi;
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?