Страница 3 из 5 · 40%

Əgər öz gur hissiyatından əlavə bir şey düşünə bilsəydi, bu saniyələrdə Səməd özünü nadir saf insan ucalığında görərdi.

Elə ucalıqda idi ki, əmisini hətta öpmək istəyirdi. Sultan imkan verməyib, ərklə onu dala itələdi.

– Qoy bir baxım görüm imtahan çoxmu sıxıb səni?.. Sıxıb deyəsən. Əmma çox yox. Yeməkxana yaxşıdı orda. Professorun Məhərrəm çox vaxt ordan hazır xörək apartdırır evinə... Səndən heç bir gizli sözüm olmayacaq. Açığı, dünyamız zülmətə bürünüb, oğul. Danışacam... Dedilər kəndə getmisən. Onu başa düşdüm. Xeyli vaxtdı zəng vurmuram, yoxlamıram yeni kadrımı. Nə qədər ərköyün olsa da, məncə, kadrım inciməməlidi belə şeylərdən...

Səməd susurdu. Səmimiyyətdən kənar söz demək, yalan danışmaq istəmirdi.

Sultan özü onu bu vəziyyətdən qurtarmağa çalışdı:

– Bəs niyə quru yerdə yatmısan? Çarpayıda taxtabiti var, nədi? Hə də, əlbəttə var. Geriyik hələ, çox geriyik. “Kommunizmin astanasındayıq!”⁴¹ Əmma adicə sanitariya qaydalarına riayət eliyəmmirik. Kənddə birə daraşır canımıza, şəhərdə taxtabiti. Hətta sanitariya işlərinə də raykom qarışsın gərək, o dərəcədədi səviyyəmiz! Şəriksən mənnən ya yox? Taxtabitiyə görə düşmüsən bu çarpayıdan, ya yox?

Səmədin yadında idi ki, səhər-səhər mehmanxana müdiri Marqonun müşayətilə gəlib dar nömrədə, cır-cır cırıldayan yarıtaxta, yarıdəmir çarpayıya səriləndə, başının üzərində peyda olan Qurban əmi – Qılınc Qurban da taxtabitidən danışmışdı və döşəkağını döşəməyə sərib, “Burda yat”, – demişdi. Nə isə, dumanlı bir hiss o taxtabiti söhbəti ilə bu taxtabiti söhbətini birləşdirib aparıb Əlləzoğlunun iyli çarıqlarına bağladı və Səməd əmisinin sualının cavabında, birdən-birə ürəyinin özəyinə işləyən kədərlə dillənib:

– Şərikəm əmi, şərikəm! – dedi.

Sultan köksünü ötürdü.

– Hə... Bu taxtabitili çarpayıynan gedirik kommunizmə! Rəhbərimizin sözüynən əməli tutmur, qardaşoğlu. Bakıdan kamandirovkaya gələnlər bircə gecə qalıb, səhərisi vağzala cumurlar. Bəribaşdan nəzərə al bunu, yoldaş təzə kadr. Yaxşı, hələ çoxmu dayanacaqsan belə lütüryan? Geyin də!.. Yuyun, geyin gəl! Aşağıda gözləyirəm.

Sultan qardaşoğlunun yuyunub, geyinib əmisi ilə birgə evə gedəcəyinə və orada – evdə hər şeyin öz qaydasında olacağına şübhə etmədən, nömrədən çıxdı, içərisində yatıb qalan lil-palçıqdan xilas olub daxilən yüngülləşmiş kimi dikəlib, çəkmələrini cırıldada-cırıldada, göv-

⁴¹ Stalinin sözləri. dəsinin ağırlığı altında, mehmanxananın min yerdən çatlamış binasını titrədə-titrədə, dəhliz boyunca addımlayıb, birinci mərtəbəyə endi.


Səməd döşəkağına bürünüb, bütün mərtəbəni gəzib, hətta tualetdə də su tapmadı, bir də nömrəyə qayıdanda orda, əhəng qoxuyan divarın küncündə, paslı lüləyi fırladıb sızğıntı gördü, lüləyin dal tərəfinə söykədilmiş paltar sabununu götürüb, ovcunun sızğıntıdan dolmağını gözləyə-gözləyə yuyunmağa başladı. Ülgücü çamadanda idi, çamadanı isə qaranlıq, zülmət meşədə. Əllərini üzünə sürtdükcə, sıx, cod saqqalı ovuclarında xışıldadıqca, o zülmət meşədə budaqlardan gurultu ilə qopub ulduzlu göyün dərinliklərinə cuman quşların topa qaraltısı Əlləzoğlunun zingiltili qaraltısına, Gülgəzlə Qurban əmi – Qılınc Qurbanın qaraltıları içi boş kitelin bozartısına qarışırdı. İnanmaq olmurdu ki, Sultan əmi indicə bu nömrədə idi, “Bircə balanın” çılpaq çinəsini dürtmələmişdi, gülmüş, danışmış və indi aşağıda gözləyirdi ki, Bircə balanı evə aparsın. Səməd, əlbəttə, gedəcəydi. Getməli idi. Üzü, peysəri od kimi idi, alnının sümüyü elə bil kürədə qızmışdı, soyuyan şey deyildi, küçədə də, evdə də elə bu cür qızğın qalacaqdı. Əmma Səməd mütləq getməli idi ki, Sultanlı dünya Sultansız olmasın, elqızı o evdə binələnə bilərsə, binələnsin, o evdən də körpə səsi gəlsin. Mədəd və ya Sura adında körpə!

Möcüzə baş verəydi, Mədəd və ya Sura adında körpə elə günü bu gün dünyaya gələydi!

Lüləkdən, – sızqadan Səməd belə ayrıldı, səhər-səhər sulu, palçıqlı atdığı şalvarının yuyulub yamandığını, ütüləndiyini, ayaqqabılarının təmizlənib silindiyini hiss etmədən, cəld geyinib birinci mərtəbəyə endi, orda – qarderobla yanaşı otağın kandarında dayanmış yorğun-üzgün erməni qızı Marqo əvəzinə elə bil daş divara baxa-baxa keçib, mehmanxanadan çıxdı.

Sultan əmi küçədə idi. Həmin yeganə geniş küçənin bu başında, kazarmasayağı binalardan və vağzaldan təxminən iki yüz addım aralı olan bu çinarlı, çökəli yaşıllıqda, qədim məsciddə yerləşən anbarın sağ-solundan ətrafa dar küçələr uzanırdı. Şəhər əhalisi əsasən elə bu küçələrdə, taxta darvazalar arxasında, kirəmid damlı, birmərtəbə evlərdə yaşayırdı. Rayonun məsul işçiləri, o cümlədən Məsim Qudalı – “Əfəl Məsim” də, Əziz Mayılovla “diapozonlu xanım” – Məleykə bacı da bu tərəfdə olurdular. Səhər gəlib mehmanxanaya burulanda Səməd istər-istəməz anbar məscidin qabağından o yana baxdı. Küçənin dərinliyində, boz taxta darvazalardan biri Məsimgilin darvazası idi və Səməd yəqin bilirdi ki, əgər dünən qatardan düşəndə birbaş Məsimgilə getsəydi, “Gülbəniznən görüşsəydi”, nə əmisinin həyətində olardı, nə kənddə – Əlləzoğlunun evində, nə də burada – mehmanxanada. Çünki palıd kötüyünün arxasında pəncərəsi saralan daxma kimi, boz taxta darvaza arxasındakı ev də sirlə dolu idi və əgər o sirlər açılsaydı, bundan, şübhəsiz, tamam başqa hadisələr törəyərdi. Özü də elə hadisələr ki, əmi ilə qardaşoğlunu həmişəlik ayırardı; Səməd bunu hiss edirdi, duyurdu, hətta bir növ anlayırdı. Odur ki, palıd kötüyünün arxasında saralan pəncərədən necə qaçıb uzaqlaşmışdısa, boz taxta darvazadan da eləcə uzaqlaşıb özünü mehmanxanaya salmışdı. Bir sirr ki, Sultanlı dünyanı Sultansızlaşdıra bilər, necə sirr olur-olsun, Bircə bala o sirlə heç vaxt maraqlanmamalıdır. Gör bir nədən danışdılar – taxtabitidən! Və elə bu taxtabiti söhbəti əmi ilə qardaşoğlu arasında körpü yaratdı. Çax-çux da rədd olsun, daxması da, darvazası da! Körpünü saxlamaq, əmi ilə ünsiyyəti saxlamaq, taxtabitili, birəli, çarıqlıq dünya içində dərdinin böyüklüyü açıqca görünən bu əzabkeş katibin hər dərdinə şərik “yeni kadr” olmaq üçün Səməd daha heç bir kənar söz-söhbətlə maraqlanmamalıdır. Necə yəni “partiya işçisi olmayacaqsan?!” Necə yə”ni, “Bağların varisi?!” – Bütün bunlarla birlikdə elə bil Abı özü də Qurban əmi – Qılınc Qurban kimi, danışan kitel kimi röya idi. Bir az bundan əvvəl Bircə balaya “yeni kadr” deyən əminin bu sözləri isə hər ikisinin köhnə arzusu, “proqramlaşdırılmış həyat” idi. Bu həyatın əksinə nə varsa, kim varsa, hamısı məhv olsun! Səməd hisslərini cilovlamalı, iradəsini toplayıb ancaq və ancaq Sultan Əmirlinin xoşbəxtliyinə tabe etməlidir!

Küçədə əmisinə belə yaxınlaşdı.

Sultan hamanca hüznlü gözlərlə onun boy-buxununa, qıçlarının sərbəst, sanballı tərpənişinə, qollarını uzunluğuna, əllərinin ağırlığına fikir verirdi.

– Gəl, gəl, – dedi.

Sonra küçə boyunca irəli boylanıb ciddiləşdi, sərtləşdi, öz köhnə zəhmli, zabitəli görkəmində:

– Getdik! – dedi.

Beləliklə, dünəndən bəri çalxanıb, vurnuxub, dəli-divanə hərəkətləri ilə bütün şəhərdə sensasiya yaradan qardaşoğlu ilə bu gün mütləq biabır olacağı gözlənilən əmi, iş gününün axırına yaxın, səkilərin adamla dolduğu bir vaxtda, küçənin tən ortası ilə, yanaşı, çiyin-çiyinə addımlamağa başladılar.

Vağzal meydanının bərabərindən ta Sultan Əmirlinin evinin bərabərinə qədər, bu küçəyə raykomun, icraiyyə komitəsinin, milis şöbəsinin, prokurorluğun və maarif şöbəsinin maşınlarından başqa, at, araba buraxılmırdı. Günün bu vədələrində yanğın idarəsinin maşını bu başdan o başa gedib, o başdan bu başa gəlib su çiləyəndən sonra isə ümumiyyətlə nəqliyyat kəsilirdi. Çesuyçalıların səkiyə yığışması, cərgələnməsi, beşbir-üçbir baş-başa verməsi də elə bu vaxt başlanırdı. Odur ki, Səməd anbar məscidin dövrəsindəki cökəli, çinarlı yaşıllıqdan bu yana ilk addımını atandaca, dərhal çesuyçalıların ağartılarını gördü və əmisinin küçə boyunca irəli boylanan gözlərinin dəyişməyinin səbəbini anlayıb, istər-istəməz özü də dəyişdi.

Solda, mərkəzin göstərişi ilə əkilmiş, qaralıb-boğulub boy atmayan “Rus ağaclarının”, yolkaların qaraltıları arxasında, geniş həyətli birmərtəbə binalarda yerləşən RİK-lə milis şöbəsinin və prokurorluğun səkilərində heç kəs yoxdu. Sağda – kazarmasayağı binaların səkiləri isə beşbir-üçbir ağartılarla dolu idi. Lap yaxşı! Qoy baxsınlar! Əmi ilə qardaşoğlunun münasibətini görsünlər! Ölsünlər!

Səmədin içərisi tərpəndi: ağartılara yaxınlaşdıqca bu adamlara köhnə kini necə qaynadısa, heç cür özünü saxlaya bilməyib, nümayişkaranə hərəkətlə əmisinin qoluna girdi.

– Afərin!.. – Sultan ovcunu onun əlinin üstünə sıxdı və küçənin tən ortası ilə getdiyi halda, birdən yolunu dəyişib səkiyə qalxdı. Sağ səkiyə!

– Süleyman nəslisən! Məhəmməd Əmirsən! Ağ Əmir, Boz Əmirsən! Mədədsən! Sultansan!.. Xızr Abı mənim tapşırığımnan danışıb sənnən... Gizlin “Muğlar” – Bağlar övladısan sən, Bircə balam! Gizlinlər tülkisifət olmamalıdılar. Sənin ən adi hərəkətin də düşmənin gözünə iynə kimi batmalıdı, sarsıtmalıdı ki, çox da fəallıq eləməsinlər. “Düşmən” deyirəm. Əslində düşmən-zad deyillər. Bu çesuyçalıların çoxunu Zəngəzurdan Naxçıvanın Sədərək rayonundan köçürdüblər. Göyçə gölünün dövrəsindən, dağ kəndlərdən köçürüblər. Bu adnan ki, bəs, Azərbaycanın hər yerindən Almanlar sürgün olunublar, Stalin yoldaşın öz əmridir ki, Naxçıvan, Zəngəzur səmtində nə qədər “türk” adıynan tanınanlar varsa, hamısı Kür çayı boyuna köçürülsünlər. Bu ağ ipək geyilib sallana-sallana gəzənlərdən birinin də xəbəri yoxdu kimdi milliyyətcə! “Stalin yoldaş deyib” “Türk deyilsiniz siz, Azərbaycanlısınız!” İnanıblar ey! İndi gör mənə nifrətlərinin kökü nədi: “Sultan Əmirli bizdən deyil, türkdü!.. Bir nəfər də qanan yoxdu ki, “Stalin yoldaş” bu bədbəxtləri Osmanlı türkü deyilənlərdən ayırmaqdan və Zəngəzura, Göyçəyə Erməni doldurub, bizi belə-belə üsullarnan tədricən məhv eləməkdən ibarətdi! Vaxtı çatanda biləcəksən ölkəmizdəki bu ayrılıq, kin toxumunun dərin-dərin səbəblərini. Hələlik bir bunu bil: insan yoxdu bu səkilərdə, kütbeyin eşşəkdi hamısı! Babası Tehrandan Zəngəzura köçürülüb, farsca danışıb orda Tehran ləhcəsiynən, deməli bu da farsdı! Türk Sultanın başını yeməlidi! Xudiyev açıq deyirdi bu eşşəklərə: “Vı oturçanennıye persı! Vı dolini nenavidet Turkov! Vot tak!..”⁴²

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəzinə üstündə yatan ilan 9

Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları “yel fanarları”nın işığında baş verdi.Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə “dustaq damı” adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda – anbarın qabağında Səmədin lap körpəlikdən – otuz dördüncü-otuz beşinci illərdən bəri, avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi: qapan-tərəzidə pambıq çəkilirdi.

26 мин
Xəzinə üstündə yatan ilan 10

Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.

23 мин
Xəzinə üstündə yatan ilan 11

Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!

13 мин
Kainat sakinləri 1

...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:

19 мин

Стихи других поэтов