Süleyman padşahın xəzinəsi 6
Страница 5 из 5 · 80%
– Yoldaş Əmirlinin tənqid atəşindən başları xarab olanda çesuyçalılar deyirlər: “Gedək başımızı düzəldək”, yəni içək, qəmlər dağılsın. İçirdəcəm bu gün səni, Bircə bala. Özüm də möhkəm içəcəm. Mədədin vəsiyyətini Abının diliynən mən xatırlatmışam sənə... Heyif, Elm barədə kifayət qədər danışmamışıq sənə. Abı təsir eləməyib sənə. Deyir əvvəllər eşitdiyini də unudub.
Rayonda zurna çalınır: “Qardaşı oğlunun, Bircə balasının istəklisini gətirib özünə arvad eyləyib”!..
Düşmən qəvidi, canım-ciyərim.
Qazağın Dağ Kəsəmənində köhnə Pünhanlarımızdan Fətəli Xan Xoynan⁴⁶ qohumları qalmışdı. Köçürdüm o yan-bu yana, dağılışdılar, kömək elədim pasportlarını da dəyişdirdilər. Əmma əlaqələrini kəsmirlər mənnən... Aşıq Hüseyn Cavanın başına yığışmışdıq Qarayazıda – Qaratəpədə. Biri dedi: “Dilimlə deyil, dilim-dilim olan, ay ustad, elimdi!” Dedik: “fərqi nədi?” Dedi: Tatarları da sürmüşdülər Krımdan, Tatarıstandan, Balkanları, Qaraçayları da! Yazdılar, yazdılar Kremlə, axır odu bax qayıdırlar öz vətənlərinə! Bizi it unu kimi dağıdıblar hər yerə, bəs biz neyləyirik?! Yığışırıq, öz aramızda sızıldaşırıq: “Ay dilim-dilim dilim! Nolsun?!”
Düz deyir o kişi.
Sözdən işə keçməyin vaxtı çoxdan çatıb, Bircə bala. Əmma hanı Fətəli Xan kimi, Nərimanov kimi kadrlarımız?!
⁴⁶ Fətəli xan Xoylu, Qazax qəzasında məskunlaşan Muğannalarla əlaqə yaratmışdı, SafAğ Elmi əsasında, bütöv Azərbaycan ərazisində dövlət yaratmaq niyyətində idi: Şimali, Qərbi, Şərqi, Cənubi Azərbaycan arasında çəkilmiş sərhəd sədlərini möhkəmləndirmək və Rusiyanın himayəsi altında, yalnız Şimali Azərbaycanda hakimiyyəti almaqla kifayətlənən “Müsavat” dövləti ilə gizlin rəqabətdə idi. Buna görə də qızı Məstanəni indi “Ermənistan” adlandırılan ərazinin AğBizən kəndində gizlin adla yaşayan İsmayıl ağa Muğannanın oğluna ərə verib qohumlaşmışdı ki, Muğannalarla əlaqəsini sırf qohumluqla pərdələsin. Sultan Əmirlinin Fətəli xanı da “Pünhan” adlandırması, Azərbaycan tarixinin nə qədər gizlin məcralarla axdığını göstərir.
“Bezobraziye” dəridən çıxır, hazırlaşır ki, bu il mütləq yeşikdə qoysun məni. Professorun Məhərrəm zəng vurmuşdu Bakıdan. İki ildə sənin orda kefin-əhvalın, oxumağın, dolanman barədə hər ayın başında məlumat verib o mənə. Yoxsa rahat olammazdım. İndi dediyin “maxizm” əhvalatını da səndən qabaq professorun deyib mənə. Fəxmən danışırdı: “Safdı, mərddi, prinsipialdı!..” Sonra səsi dəyişdi, dedi qohumum Çax-çux buralarda hərlənir, Xudiyevnən görüşür... Povışeniye alıb Xudiyev, nə isə yeni vəzifəsi var... Onun vasitəsiynən Mərkəzi Komitədə kiminsə qəbulunda olublar “dostlarım”, məsələ qaldırıblar ki, Sultan Əmirli daha yaramır katibliyə. Belə işlər var, yoldaş təzə kadr... Gedərik indi dincələrik, danışarıq. Kişi bir dəfə evlənməlidi ömründə. Mənim o platonik sevgim də dildə-ağızdadı. Dostlarım deyirlər doğrudan platonik olub Qıymatnan, düşmənlərim deyirlər elə əvvəlcədən pozğun adamdı Sultan, hər küncdə bir arvad saxlayıb, uşaq-zad da istəməyib ki, əl-ayağına dolaşmasın, kam alsın bu dünyadan. Çox söz dəyəcək qulağına, ömründə eşitmədiyin sözlər eşidəcəksən əmiyin barəsində. Dözmək lazımdı. Səbr eləmək, dözmək! Yeri gələndə də elə davranmaq lazımdı ki, gözü kəlləsinə çıxsın düşmənin! Bayaq qolunu qoluma salanda dədələrini yandırdın. Çəyirtkədilər! Sarança! Nə danışırlar, boğaznan, qarınnan bağlıdı hamısı. Sabah yığım kompaniyası başlanır, kababxanaların çoxunu bağlatmışam, içkini qadağan eləmişəm. Ta yığım qurtaranacan qarın söhbəti eləyəcəklər mənim bu feallarım, kababa görə despot adlandıracaqlar məni. Hələlik bu qədər. Dalını evdə danışarıq. Konkret təklifim var yeni kadrıma. Harda, hansı postda kimlərnən və necə işləyəcəksən? Hamısı qət olunub. Çox təəssüf, öz həyatın proqram üzrə getmədi. Mirqəzəb adlı iblisin pəncəsində sıxıldım, Elm verəmmədim sənə. Əmma ətrafın boş deyil. Məhərrəm, Abı, Cənubdan gələnlər. “Mühacir” adlandırırlar hamısını, guya yad ölkəyə qaçıblar! Onlarla əlaqə yaradacaqsan, başqa cür yaşayacaqsan. Şəxsi həyatın, evin-eşiyin də, şübhəsiz başqa cür olmalıdı.
Səməd suya batmışdı. Boz triko kostyumun altından qolsuz köynəyin ancaq boyunluğu quru idi. Əmma tər yüngüllük gətirmədi. Kiminsə taybatay açdığı darvazadan da əmisi ilə yanaşı keçib, bağı, həyəti yenə tüstülü görüb, başı sarğılı Əlləzoğlunu da tüstünün içində görəndən sonra nə hala düşdüsə, Səməd hara və necə getdiyini bilmədi. Bir də o vaxt ayıldı ki, evdə, həmin yetmiş kvadratmetrlik zalda, stolun arxasında təkcə oturmuşdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-6
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları “yel fanarları”nın işığında baş verdi.Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə “dustaq damı” adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda – anbarın qabağında Səmədin lap körpəlikdən – otuz dördüncü-otuz beşinci illərdən bəri, avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi: qapan-tərəzidə pambıq çəkilirdi.
Xəzinə üstündə yatan ilan 10Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.
Xəzinə üstündə yatan ilan 11Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!
Kainat sakinləri 1...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:
Стихи других поэтов
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
YaşılMən yaşıla vurğunam, sənin yaşıl gözlərin,Yaşıl gözəlliyidir baharlı gündüzlərin.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,