Süleyman padşahın xəzinəsi 6
Страница 4 из 5 · 60%
Sultan bu sözləri qardaşoğlu ilə birlikdə çesuyçalılara da eşitdirirdi. “Türk! Türk!.. Əsl ad getdimi bada?!”
Birdən səsini qaldırıb:
– Bizim şəxsi bədbəxtliklərimizin hamısı bax, bu köhnə antitürk ideologiyasındandı! – dedi. – Kitablarda bir dənə də OdƏr adına rast gəlməzsən!..
Çesuyçalılar özlərini itirmişdilər. Qardaşoğlunun qolu qolunda, onların üstünə yeriyən bu Sultan Əmirli həmin, köhnə yarımallah Sultan Əmirli idi ki, ordan-burdan salam verənlərin salamını da almadan, düz irəli baxa-baxa, danışa-danışa şəstlə addımlayıb, dediyi həqiqətlərin zəhmi ilə hamını qırağa çəkilməyə, divara qısılmağa məcbur edirdi.
Tək bir nəfər, əli portfelli, yoğun adam ləyaqətlə dayandı.
– Axşamınız xeyir, yoldaş Əmirli, – dedi.
Bu, maarif müdiri Mirbağır müəllim idi. Əmma Sultan ona da cavab vermədi. Bu Mirbağır da özünü yarıfars, yarıtat sayırdı, Xudiyevin səpdiyi toxumu cücərtmək üçün maarif şöbəsini, məktəbləri “özününkülərlə” doldururdu. “Şiə bu tayı tutub, burda da möhkəmlənəcək, Sultan Mamedoviç. Rus durub arxamızda. Siz özünüzü çox nahaq kənar tutursunuz. Xeyri dəyməz” – deyirdi. Bu yumşaq, itaətkar görkəmli “naxal” – həyasız kişini Sultan daha çox bəyənmirdi. Odur ki, səlama qəsdən cavab vermədi. Bir də ki, bu səkidən, bu binaların taybatay açıq qapı-pəncərələrinin qabağından keçib mehmanxanaya gedəndə olduğu kimi, indi də fikri Bircə balada idi.
⁴² “Siz türkləşdirilmiş, farslarsınız. Siz türklərə nifrət etməlisiniz! Bax belə!”
– Heyif, Abıya imkan verməmisən danışsın. Bütün cinayətlər cəhalətdən törəyir, oğul. Güzəştə getmə cahilə. Stalinin, Mirqəzəbin, Xudiyevin səpdiyi toxumdu. Bitib qalxıb, rayonu basıb! Vətən saymırlar Azərbaycanı, təsəvvür etmirsən. Şəxsi maraq xirtdəkdəndi, ictimai maraqdan əsər-əlamət yoxdu! Çünki milli kökdən, məhz milli kökdən OdƏrlikdən, şüurdan məhrumdurlar! Qorxmasalar, çəkinməsələr, çöpü çöp üstə qoymazlar. Hökmən gərək əmr olsun, zorakılıq olsun aparatdan! Özü də, ümumiyyətlə, aparatdan, katiblərdən, şöbələrdən yox, mütləq “şəxsən Sultan Əmirlinin özündən!” Su kəməri partlayıb, cəhənnəmə partlasın! Maliyyə nazirliyi cari təmirə pul buraxmır, su idarəsi təmir idarəsi ilə müqavilə bağlamır, təmir idarəsi də müqaviləsiz işləmir, vəssalam! Kimin nəyinə gərəkdi başqa tədbir fikirləşsin?! Nə qədər ki, şəxsən Sultan Əmirli xəbər tutmayıb, ictimai əsaslar üzrə işləmək barədə şəxsən göstəriş verməyib, su düzə axacaq, su kəmərinin sağ-solunda keçilməz bataqlıq əmələ gələcək, ağcaqanad dünyanı götürəcək, pul buraxılandan sonra da o bataqlığa görə iş getmiyəcək, nəticəsi də bu olacaq ki, antisanitariya basacaq şəhəri, mənim qardaşım oğlu da üzünü qırxmamış çıxacaq küçəyə, baxan da deyəcək görəsən niyə saqqallıdı, adamı ölüb nədi!
Sultan indi lap ucadan danışırdı. Çesuyçalılardan bəzilərinin – xırda idarə başçılarının əməlli-başlı titrədiklərini, yəni, öz ünvanlarına deyilən sözlərdən qorxuya düşdüklərini, eynilə Əlləzoğlu kimi rəzilləşdiklərini gördükcə Səməd fikrən “Tfu!” – deyirdi.
Qolu əmisinin qolunda, əmisinin addımlarına uyğun addımlarla, eynilə əmisi kimi düz irəli baxa-baxa, qızartdaq darvazaya doğru gedirdi. “Avariya” günü əmisinin hənirində ata həniri tapdığı dəqiqədən sonra əmisinə heç vaxt indiki qədər yaxın olmamışdı: çesuyçalılara kin onları iki canda bir qəlbə çevirmişdi və bu dəqiqələrdə Səməd bu birliyə mane olası bir şey görmürdü. Əmma raykomun qabağından keçib, çesuyçalılardan uzaqlaşıb, qızartdaq darvazaya yaxınlaşdıqda qolu öz-özünə boşalıb əmisinin qolundan üzüldü, ürəyi qəribə – uzun fasilələrlə vurdu, hətta addımları da dəyişib tərəddüdlü oldu və Səməd başa düşdü ki, hisslərini cilovlamaq, hər şeyi Sultan Əmirlinin xoşbəxtliyinə tabe etmək qərarının qətiliyinə baxmayaraq, ürəyi iradəsinə tabe olmur, əgər bu müxənnət ürək bir az da bu cür dayana-dayana vursa, Bircə balanın üzünü vaxtında qırxmadığına da diqqət yetirən əmi bu ürəyi görəcək, evdə “elqızı”nın yanında isə, şübhəsiz, çarəsiz dərd içində qalacaq...
Neyləsin? Bəlkə getməsin evə? Necə getməsin? Bir bəhanə tapıb dayansın, qayıtsın? İndicə, raykomun qabağından keçəndə Əziz Mayılovla Məleykə bacını həmin yerdə – həyətdə gördü. Bəlkə desin ki, ayıb oldu Əziz müəllimlə görüşmədim? Axı o kişinin qabağından düz keçmək doğrudan da yaxşı iş deyil. Həm qohum idi, həm də uzun müddət rayonun ən hörmətli pedaqoqlarından olub, otuzuncu illərin cavan müəllimləri səfərbərliyə düşüb müharibəyə aparılanda, yəni məktəblərdə müəllim çatışmayanda, Əziz Mayılov “narkomprosun⁴³ kandarını yağır eyləyib”, “təcili pedaqoji kadrlar hazırlamaq üçün” Qazax şəhərində ikiillik institut açılmağının vacibliyini sübut eləyib. Qısa müddətdə – ikicə ildə cibi diplomlu olmaq imkanına görə cavanların əksəriyyəti, o cümlədən Səməd məhz Əziz müəllimə minnətdardır. Bütün bunlar əsas vermirmi Səmədə desin ki, qayıdım görüşüm? Bəs niyə dillənmir? Sünilikdən çəkinir? İkiüzlülükdən? Bəs bu cür sıxılıb açılan ürəklə, bu cür dolaşıq addımlarla gedib Gülgəzin yanında da üzə maska çəkmək nədir? Hər şeyi Sultan Əmirlinin xoşbəxtliyinə tabe etmək qərarı ilə gəlibsə, daha bu bəhanə-filan nədir? Yox, yox, əlbəttə ki, heç bir bəhanə gətirmək olmaz. Bax elə bu cür ürəklə, bu cür addımlarla getməlidir, çətinliyi birdəfəlik və həmişəlik üstələmək üçün, əmisinin arvadı ilə görüşməlidir, bəlkə hətta, “Sən bu evə xoş gəlmisən”, – deməlidir. Başqa yol yoxdur. Ancaq bu cür hərəkət etməlidir və bu hərəkətin işgəncəsinə dözmək nə qədər çətin olsa da, dözməlidir!
– Təzə kadr nə tez daldı qayğılar dəryasına?.. Rayonun daxili vəziyyətiynən, dost-düşmənnən maraqlanardın əvvəllər. Başa düşürəm... Sarsıntının buzunu sındırmaq çətindi. Abı hazırlamalıydı səni ki, görüşümüz çətin olmasın. Əmma insanı öz səviyyəsindən yuxarı qaldırmaqdan ötrü vaxt lazımdı. Çox, çox, qeyri-adi qaydada dəyişdirməliyik biz səni. Yoxsa dil tapmayacaqsan əminnən. Açığı... lap açığı budu ki, rayonun daxili vəziyyəti-filan haqqında qəsdən sual verdim. Susma, oğul! Tərpət dilini!
Gərginliyin aradan qaldırılması üçün yəqin ki, məhz belə mərdlik tələb olunurdu. Səməd nəfəsini dərib, əlini üzünə çəkib saqqalını xışıldatdı.
– Daxili vəziyyəti özün yaxşı dedin. Qısa və aydın: “Kommunizmə taxtabitili çarpayıynan gedirik”.
⁴³ Xalq-maarif komissarlığı (nazirlik).
Sonra sövq-təbii, söhbəti uzatdı:
– Təyinnamə alanda soruşdular ki, rayonunuzun perspektiv işləri barədə nə bilirsən? Şişdim qaldım... Zabitlər evinə aparmışdılar o günü. Sən daha yaxşı bilirsən necə zabitlər evidi ora. Orqanın⁴⁴ məxfi guşələrindən biridi. Sual verdilər. Leninin maxizmi⁴⁵ tənqidi haqqında. Kimsə bilirdi kiməm mən, elə ona görə məhz maxizmə aid sual verdilər. Mən də açıqca, hərtərəfli danışdım, başa saldım ki, maxizmin dəxli yoxdu mənim şeyx əmilərimə. Dini kommunizm, materiyanın fövqündə olan ədalət yaddı Ağ Əmirlə Boz Əmirə. Təhrif dillərdə “Allahı” tənqid eləyiblər şeyxlər, ƏlAğı, yəni SafInsan Əli – Oğlunu, insanı təbliğ eləyiblər. Onu da dedim ki, “İsa” təhrif addı Ərəb dilində. Əsli EySardı dedim; qısası köhnə söhbətlərimdən yadımda az-çox nə qalmışdısa, dedim orda. Biri qışqırdı ki, “İisus adı ilə məşhurdu Sın Boqa! Sən niyə türkə çəkirsən?!” Dedim “Türkə çəkənlər yox” həqiqəti deyənlər məndən əvvəl deyiblər. Mən istəyirəm ki, o əmilərim Şeyx Ağ Əmirlə Şeyx Boz Əmir “Sın Boqa”nı Yerlə sıx əlaqəli şəkildə, materiya ilə bağlı biliblər, kasıb əhali ilə əlaqələrini bizim proletar ideyaları ilə əlaqəli götürüblər. Din yoxdu burda! Özümün də xoşum gəldi cavabımdan. Əmma rayonumuzun perspektiv işlərinə gələndə köpdüm. Etiraf elədim ki, cari ilin plan göstəricilərindən başqa hey nəynən maraqlanmamışam. Yaman sərtləşdilər. Dedilər “rayonun sabahına laqeydsənsə, partiya işçisi demək olmaz sənə!..” Başa düşdüm ki, anketimə görədi hamısı. Zabitlər evində o sual da anketimə görə idi, bu da... Bilirsən nə dedim?.. “Bezobraziye” barədə danışdım. Sədr Mədədin ölümü barədə. Teleqram barədə! Stalin yoldaşın internasionalizm prinsiplərini anlamayan, məhdud dünyagörüşlü kadrlara nə ki var döşədim! Xudiyevə, Gülənova! Dedim “nə qədər ki, orda elə adamlar var, Sosialist Əməyi Qəhrəmanı Sultan Əmirlinin rəhbərlik etdiyi rayonda planların ödənilməyinin özü də qəhrəmanlıq sayılmalıdı. Perspektiv işlər məni o vaxt maraqlandırar ki, kadr sağlam olsun. Sultan Əmirlinin ətrafında, gələcəyə baxan adamlar olsun. Pıçhapıç düşdü aralarında. Sonra zarafata düzdülər dalını: “Kadr – sən! Bir də əmin Əmirli! Başqa qohumun varsa, de onu da göndərək, Əmirlilər partiyası təşkil eləyin orda”. Belə... Daxili vəziyyəti belə görürəm mən. Sənnən sənin beş-üç dostundan, bir də təzə kadrından başqa kadr görmürəm... Bakı mühitindən gəlir bunun hamısı. “Bezobraziya”nın kökü ordadı, əmi, yerli kadr neyləsin?! Daha nə deyim?.. Açığı, ən səmimisi budu ki, başım dumanlıdı... – Səməd qızardı, öz səmimiyyəti üzündən artıq danışdığını duyub pörtdü.
⁴⁴ KeQeBe nəzərdə tutulur.
⁴⁵ Dini kommunizm
Sultan ona baxıb dərhal gözünü yayındırdı. Eynilə mehmanxanadakı kimi, ciddiləşməyi ilə gülməyinin arası bir şey çəkmədi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-6
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları “yel fanarları”nın işığında baş verdi.Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə “dustaq damı” adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda – anbarın qabağında Səmədin lap körpəlikdən – otuz dördüncü-otuz beşinci illərdən bəri, avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi: qapan-tərəzidə pambıq çəkilirdi.
Xəzinə üstündə yatan ilan 10Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.
Xəzinə üstündə yatan ilan 11Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!
Kainat sakinləri 1...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:
Стихи других поэтов
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
YaşılMən yaşıla vurğunam, sənin yaşıl gözlərin,Yaşıl gözəlliyidir baharlı gündüzlərin.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,