Страница 2 из 4 · 25%

Adları bir olanların fərqləri lap ilk baxışdan görünürdü: Təftişin Zalı doğrudan da, kötük kimi, Möhsününkü isə dolu ağır bədənli, enlisifət, alagöz idi. Saçı çox gur olduğuna görə kepqasını həmişə qatlayıb cibində saxlayırdı. Gur cığaları alnında oyur-oyur oynayırdı.

Bir yaraşığı da indi meydana çıxdı: Səmədin əhvalının xarablığını nəzərə alıb, yaxınlaşmağı lazım bilməyib, pencəyi qoltuğunda gətirirdi; Maşınlardan düşənləri tanıyanda Məleykə Muradova ilə Mirbağır müəllim kimi hörmətli rəhbər işçilərin, Xaş nəçənniklə Xəlvət Rəhim kimi qarı düşmənlərin qabağında çirkli köynəkdə ləyaqətsiz görünməyini istəməyib, tezcə geyindirmişdi. Bu hərəkət sarı Zalın özünün ləyaqətindən və kəndinin istəkli oğluna istəyindən xəbər verirdi. Bayaq “Zalam də, ay qağa, Rüstəm Zal!” – deyəndə Səmədin əziz və doğma adamlar arasında sinəyə sığışmayan hissiyyatına necə əlavə bir hərarət gətirmişdisə, sarı Zalın indiki hərəkəti də eləcə hərarət gətirdi. Əmma Səməd bu ləyaqətli oğlana iki kəlmə “sağ ol” da deyə bilmədi. Çünki qanı yuyulmuş pencəyi əynində və Gülənovun bir cüt neştərini faranın işığında görər-görməz, “Eşq dəlisi olanda nə olar, çalış bir də tökülüb itmə” deyən təntənəli səsi yenidən eşitdi və bu təntənədən soyuq yel əsib, sinəsindəki hərarəti apardı.

Məğlubiyyətdən, daha doğrusu, bircə yumruqla yıxılmağından basılıb, çənəsinin, dodaqlarının şişini kepqanın günlüyünün altında gizlədən Qudalı atamanının əksinə, Xaş nəçənnik fırlanıb göyərmiş çənəsini gur işıq altında, Məleykə Muradovanın qabağında nümayiş etdirirdi. Aydındı ki, Xəlvəti, Çax-çuxu ilə məsləhətləşib, yeni zərbə hazırlamışdı. Odur ki, Səməd bayaq quyunun üstündə necə ehtiyacdan doğan dözümlə dayanmışdısa, burda da eləcə dayandı. Əmma zərbə bu dəfə birbaş Səmədin özünə dəymədi.

“Qudalı kassiri” Piyli Qayım qarnının üstündə qoşa əlli tutduğu, ağzı surquclu pul kisəsi ilə qaranlıqdan peyda olub, Çürüyü kötüyün üstündən itələyib, “ambulatoriya stolu”nun dalında oturanda Səməd nə o Piylinin qoca ilə elə rəftarından bir şey anladı, nə də pambıq çəkilişinin bu vaxtında pul kisəsi gətirməyindən. O iki nəfər məhlə milisionerinin ardınca qaranlıqdan bir dəstə Qudalı cavanı çıxıb, Xəlvətlə birlikdə Təftişin üstünə yeriyəndə Səməd bundan da baş açmadı.

Xəlvət əvvəlcə çox hörmətlə, ağsaqqala və kolxoz sədrinə münasib bəlağətlə başladı:

– Məsləhət belədi ki, şəhərlilərin işini qabağa salaq, Abbas. Möhsünnən sən işçilərinizi dəmir yolundan, şəhərdən, bazardan yığammırsınız. Pambığı düzdə qoyub alverə qurşanıblar. Buna görə xüsusi cəza tədbiri görülüb. Əmbə mənə dəxli yoxdu onun. Mənimki budu ki, şəhərdən gələn köməkçilərimizi hörmətnən yola salım... Əmr eləmirəm mən sənə. Xahiş eləyirəm, qırağa dur, şəhərlilərin pambığını qabaqca çəksinlər...

Təftiş öz işində idi. Qaşlarını çatıb, burun pərələrini gərib, daşları şaqqıldada-şaqqıldada, çuvalları, xaşaları, kisələri bir-birinin ardınca çəkib, adları, rəqəmləri diqtə eləyirdi. Çürük yerdə çöməlib, dizinin üstündə yazırdı.

Xəlvət çox arxayın danışırdı:

– Bura bax, Abbas... Şəhər uşağı dözümsüz olur. Məktəbi boşaltmışıq, öz evlərimizin xalı-xalçasını, yorğan-döşəyini döşəmişik. İdarə heyətinin qərarıynan yazabuğa kəsmişik. Dörd qulplu qazanda, kəkotuynan-zadnan, bir toyun xörəyini bişirmişik. Yekə toy samovarı qoydurmuşam. Öz qızlarımın cehizliyindən stəkan-nəlbəki düzdürmüşəm. Möhtərəm Muradova yoldaşnan Mirbağır müəllim getdilər baxdılar indicə, ağızları açıq qaldı. Nədən ötrüdü bunun hamısı, Abbas? Ondan ötrüdü ki, şəhər uşağı zillət çəkməsin, naxoşlamasın. Həvəsnən işləsin. Bə sən neynirsən, a yoldaş Təftiş? Hər axşam bu yanıq təpəliklərdə, toz-torpağın içində gözlətsək, həvəs qalarmı o uşaqlarda? Bu əziyyətdən sonra çənələri çörək tutarmı? Elədiyimiz hörmət də hörmətsizliyə dönməzmi? Qaçıb dağılsalar, pambıq çöldə qalsa, Sultan Əmirli yoldaşa nə cavab verərik?! İnad eləmə, Abbas, qırağa dur!

Daşdan səs çıxırdı, Təftişdən yox.

Xəlvət rəhbər işçilərə baxıb, həmin bəlağətlə: – Tərpənmiyəcək bu, – dedi.

– Revkom vaxtı Sultan, sonra da rəhmətlik Mədəd belə ərköyün eləyib bunu. Özü də ki, belə şalban. Yaxın düşmək də olmur. Sən danış bunnan, nəçənnik, – dedi.

Gülənovun neştərləri işıldadı:

– Biz zor işlətmiyəcəyik. Biz qanunnan hərəkət eliyəcəyik... Qılınc Qurban yenə şəkkaklığa başlayıb. Yeddi il səkkiz ay bundan əvvəlki ölüm hadisəsini yuxuda görüb, elə yuxuda da Sayılovdan sanksiya alıb Xalıqı dustaq damına salmışdı. Qapıya da nəhəng bir qıfıl vurmuşdu. Azərbaycan SSR-in cinayət məcəlləsinə əsasən, birincisi, vəzifəsindən və ictimai mövqeyindən sui-istifadə elədiyinə görə, ikincisi, silah işlətdiyinə görə, üçüncüsü, günahsız vətəndaşı əsassız ittihamla təhqir elədiyinə görə Qılınc Qurbana iş düşür. Biz onun “maniya prisledovaniye” deyilən psixi azarını nəzərə aldıq və RİK-ə məlumat yazmaqla kifayətləndik. İşdən qovulacaq.

Buradakıların hamısı öz gözüynən gördü ki, o quyunun üstündə çamadanını, qızılını, diplomunu qaytaranda Səməd Əmirliyə mən nəyə görə, necə tövsiyə dedim və xəbərdarlıq elədim. Səməd Əmirli Qılınc Qurbanın tərbiyəsindən çıxıb “Maniya prisledovaniye” deyilən azar bunda da var. Bəlkə, hətta Qılınc Qurbandan da şəkkakdı. Mənim xeyirxah tövsiyəmdən nəticə çıxartmaq əvəzinə, dözülməz dərəcədə xuliqan hərəkətinə yol verdi. Mənim heysiyyətimin tapdandığına dözməyən yoldaşlardan iki nəfərə də əl qaldırdı. Bu hərəkətinə görə, Azərbaycan SSR-in cinayət məcəlləsinə əsasən, Səməd Əmirliyə də iş düşür. Bu barədə prokurorluğa və raykoma rəsmi məlumatlarımız da yazılıb, mənim bu döş cibimdə hazır durur. Əmbə bir sıra məsələləri nəzərə alaraq, hələlik bunnan kifayətlənib, Səməd Əmirliyə də xəbərdarlıq eləyirəm ki, hərəkətlərinə son qoymasa, o da işdən kənar sayılacaq və dərhal məsuliyyətə alınacaq. Günü bu gün!..

Qaldı Təftiş Abbas... özü təftiş komisyonunun sədri ola-ola briqadasındakı üç manqada əlli beş nəfər kolxozçudan cəmi yeddi adam çıxarıb işə: arvadına gücü çatıb, bir də özünün Qara Zalınnan, Möhsün kişinin Sarı Zalına, vəssəlam! Qırx səkkiz nəfər əldən-ayaqdan saz, candan sağlam adamı alverə buraxıb. Bu heç. Kolxozun sahibləri var. Təftiş Abbasın bu hərəkətini özləri müzakirə eləsinlər, özləri nəticə çıxartsınlar görək yığım kompaniyasının birinci günü, təşkil günü, poçti hərbi vəziyyət vaxtı bu cür məsuliyyətsizliyə yol verən adam briqadirlikdə və təftiş komisyonunun sədri kimi məsul vəzifədə qala bilərmi?! Təkrar eləyirəm, kolxozun öz işidi bu, mən qarışmıram. Mən ancaq həbs edə bilərəm, onu da ki, görürsünüz, hələ eləmirəm.

Kişi mənə başqa iş tapşırıb, Sultan Əmirli yoldaşı nəzərdə tuturam. Bəziləri kişi saymasa da, Sultan Əmirli yoldaşa mən elə əvvəldən Kişi demişəm, indi isə Mirqəzəbə qalib gələn Kişi deyirəm. Özüm də fəxr eləyirəm ki, bu mötəbər maarif müdirimiz məktəblərin yığıma cəlb olunmağından bir qədər narazı danışanda, Kişi mənə çox məsuliyyətli iş tapşırdı. Yığım müddətində şəhər məktəblərinin, maldarlıq texnikumunun bu zonada üç kolxozun üçünə də səmərəli köməyinə cavabdehəm. Bundan başqa, raykomun təlimatçısı və rəsmi təhkimçisi Səməd Əmirlinin burda yığım kompaniyasını təhlükə altında qoyanlarnan qucaqlaşa-qucaqlaşa cici-bacı oynadığını nəzərə alaraq, öz vəzifəmin tələbi üzrə, ciddi tədbir tökməliyəm. – Neştərlər Səmədin üzünə sancıldı.

Səməd hiss edirdi ki, Xaşın zərbəsi hələ irəlidə idi. Dillənmirdi. Dözürdü. Gözləyirdi.

Qapan-tərəzinin yanında nə oldusa, birdən gurultu qopdu: Təftiş əlindəki iri, ağır çəki daşını tərəzinin üstünə çırpdı.

– Düzələn deyil bu xaraba! – dedi.

Babası Qolyana gülərdik biz uşaqlar o vaxt, Qıdılıyan deyərdik. Gördü Qonaqlıda atı işləmir, getdi Orta kənd Tahirliynən qohumlaşıb Gülənov oldu, bunun qardaşı meçidə getdi, müsəlmanlığı qəbul elədi Molla Gülən oldu, özünü də ki, görürsünüz – Zorri-Zor! Səsimizi çıxardan kimi Anastas Mikoyannan qorxudur bizi! Erməni deyilən! Hay addım-addım gəlib bir yanda Qazağımızın böyrünə çıxıb, vayenkoma qədər dolub. Nırxı var orda Yervandin, kim onca min verir, bir illiyinə buraxılır əsgərlikdən, kim iyirmi min verir, iki illiyinə buraxılır!.. Nədi mənim bu danışdığım, ay camaat?

El qalıb əyriyə, həm yeyə, həm səyriyə! – Təftiş “Tfu!” – elədi. Və “sapoq”larını sürüyə-sürüyə aralanıb, çardağın o başında, qaranlıq küncdə oturub, “seyf”lərini eşələyə-eşələyə qəlyanını, tütün qabını, kibritini çıxartdı. Möhsün kişi gedib Təftişin bir tərəfində, Çürük o biri tərəfində yerə çökdü. Xızr Abı isə əvvəldən orda idi. Sükut və çaşqınlıq içində o qaranlıq küncdə dörd qəlyan közərdi, dörd Qəlyanlının tüstüləri ağardı... Vaxtilə axşamlar bu vədə qocalar o küncə yığışıb tüstünü tüstüyə qatanda sədr Mədəd bu yandan – tərəzi tərəfdən soruşardı: “Qəm çəkirsiniz, ya dəm?” Çürük Aşıq deyərdi: “Tüstümüzə bax”. Sədr Mədəd də baxıb, tüstülərdəncə bilərdi ki, Qəlyanlılar qəm çəkirlər, yoxsa dəm. İndi tüstüsüz də məlumdu ki, Qəlyanlılar nə çəkirdilər; əgər Təftiş sözünün sonunda “Tfu!” – eləmişdisə, bu “imennoy naqan”ın gülləsinə bərabər bir şey idi. Çürüklə Möhsün kişi də gedib Xızr Abının yanında oturmuşdularsa, demək Təftişin fikri ilə şərikdilər. Bütöv bir rayonun fəxri Qılınc Qurbanın “maniya prisledovaniye deyilən azarı” varmış! Qılınc Qurbanın tərbiyəsindən çıxdığına görə Səməd Əmirlinin də həmçinin psixi azarı varmış! Hətta xuliqanmış! Təftiş Abbas isə nə briqadirliyə, nə də təftiş komisyonunun sədrliyinə yarayan məsuliyyətsizin birisi imiş! Qırx səkkiz nəfər “əldən-ayaqdan saz, candan sağlam adamı alverə buraxdığına” yalnız özünün Qara Zalı ilə Möhsün kişinin Sarı Zalına gücü çatmışdısa, əlbəttə, işi “kolxozun sahibləri”nin müzakirəsinə verilməli idi!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəzinə üstündə yatan ilan 10

Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.

23 мин
Xəzinə üstündə yatan ilan 11

Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!

13 мин
Kainat sakinləri 1

...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:

19 мин
Kainat sakinləri 2

Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.– Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda gətirib nümayiş elətdirdilər qələbələrini! “Boqi obezqlavleni” yazdılar, yenə də qələbə hiss eləmədilər. O tayda qırğınlar, bu tayda sürgünlər, qırğınlar! Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin qırğın getdi! Ermənilərin aralarındakı Sovet kəşfiyyatçılarıynan bir yerdə Andranikin qılıncını işə saldılar! Yenə sakitləşmədilər! Pariji, bütün Avropanı Erməniynən doldurub tufan, tünü kimi antitürk təbliğata başlayıb dünyanı əleyhimizə qaldırdılar! Guya Bakıda on səkkizinci ildə Türkü qıran da Erməni deyilmiş! Guya əsas neft yataqlarını xaricilərə satan da Erməni deyilmiş! Hətta Leninə məktubları var: “Baku, eto armyane i ruskiye!” Uddular var-yoxumuzu, yenə də qələbə hiss eləmədilər! Yekəbaş, pensneli “ziyalı” Beriya Moskvaya çağırdı, gözümün içinə dedi: “Mı boremsya s boqami, çtobı osçastlivit lyudey!” “Vot “Bibliya”, proçti, Sultan: “Avram pobedil Boqa”. Ponyal?!..³⁸ “Bir gecə səhərə qədər içə-içə mübahisə elədik, çalışdım başa salım ki, “Avram” deyil, EvƏrimdi, Bağ Atanın oğludu, atasıynan döyüşməz. Qanmadı: “İtak, “Bibliya” vret?!”³⁹ Yenə çalışdım qandırım ki, “Bibl”iya deyil əsli, OdƏrcə – türkcədi orijinalı. “Tövr+at”, “Tora” adları OdEvƏrdəndi, “Bibl” – Bağbildəndi. “Xa! Xa! Xa!” – qəhqəhə çəkdi... Güllələndi!... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç... Romanovların taleyini danışıram, görün deyirəm necə faciələrnən qurtardı dövranları. Dərs götürün, ayılın deyirəm. Qanmırlar, oğul! Qanmırlar! Əmma qorxma. Qurtaracaq bu qanqırğınlar!.. Mənim ölümünnən dəyişdirəmməzlər dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ – “Aşıq”dı, Alimdi!...

2 ч 35 мин

Стихи других поэтов