Страница 4 из 4 · 75%

Miri, yoldaşları ilə birlikdə o yanda vuruşurdu. Sarı Zal burda Səmədin yolunu kəsib, tələsmədən, təntimədən danışırdı.

Sarı nöqtələr – “yel fanarları” tədriclə işıqlananda, Səməd elə bil ilk dəfə Sarı Zalın öz qardaşına vurğun, ağıllı gözlərini gördü.

– Sənin adınnan bağlı əhvalat çoxdu, ay Səməd. Əl işlətmə. Əlin biz olaq, ağıl özüyünkü olsun. Cavanlarımız dağılışıb kənddən. Axşam haraylayırsan birini ki, gəl filan işin ucundan tut, sabahısı sorağı Mingəçevirdən gəlir, yetimlərin yanından! Cəmisi bir manqalıq cavan qalmışıq burda. Kətməndən tutmuş, maşına, traktoracan hər iş gəlir əlimizdən. Əmbə nə qədirbilənimiz var, nə də qiymət verənimiz! Xızr Abının şagirdləyirik. Əmbə gözümüz səndədi. Sənin işığına uçuruq! İşığımızı söndürmə! Abının “xançal” söhbətini yada sal, qardaşım! Söz ver mənə! Söz ver ki, bax o çardağın altındaca durub tərpənmiyəcəksən!

Sarı Zal nəzərində necə ucalmışdısa, Səməd hətta gülümsünən kimi oldu.

– Qonaqlının çırağı sənsən, Sarı! Sənin məsləhətindən çıxmaram! – dedi.

Sarı Zal bu sözlərdən elə bil boyca da ucalıb, gözlərindən gülüb, elə o gülüşlə də döyüşməyə getdi.

Səməd isə, söz verdiyi kimi, çardağın altına qayıdıb, bayaq burda neçə tarım dayanmışdısa, eləcə də qaldı.

Bütün diqqəti meydanda vuruşan cavanlarda idi, aralığa girməyə çalışan ağbirçəklərdə, qız-gəlində, tək-tük çəlimsiz kişilərdə idi. Ömründə birinci dəfə idi ki, başçı və iştirakçı deyildi, kənardan baxırdı və yəqin elə buna görə də Qudalıların Qonaqlılardan, Kərpickəsənlərdən kimi isə üstələdiklərini gördükcə alova bürünürdü. Əmma dözürdü, tərpənmirdi.

Gombullar – gizlin “rabotniklər” Qonaqlı cavanların qabağından qaçıb, gözlənilməz badalaqla rəqiblərini yıxırdılar, saçlarından yapışıb başlarını yerə döyürdülər. Qonaqlılar, Kərpickəsənlər isə Qudalıların yaxalarını ələ keçirəndə taraqqataraq kəllələşirdilər, təpikləşirdilər, yumruqlaşırdılar, tutaşıb süpürləşirdilər. Səməd başı başa yox, daşı daşa şaqqıldadan kəllələşməyə də ömründə birinci dəfə kənardan baxırdı və bu dəhşətli kəllələşmədə dəhşətli düşmənçilik görürdü. Gün ərzində beyninə dolub qarışmış ağır təəssüratlar arasından iki kəlmə – “iyli quyu” ayrılıb, Yağır Məmmədəlinin sümüklərini göstərirdi... Möhsün kişinin – Kərpickəsən Möhsünün kənddə qazdığı quyulardan bir-iki metr qara torpaq, üç-dörd metr sarı torpaq çıxırdı, yeddi-səkkiz metrlikdən azı yüz vedrə daş, qum çəkilib çıxarılandan sonra su qaynayanda bir xeyli də suyun gözü eşilirdi, beləliklə, quyuların dərinliyi on-on iki metrə çatırdı. Yağır Məmmədəlinin cəsədi belə bir dərinlikdə dəfn olunmuşdu və bu düşmənçiliyin özülü o dərinlikdə idi. Qılınc Qurban Yağırın ölümü barədə həqiqəti danışanda, “kobra gözləri” “ölü qoyun gözlərinə” dönüb özülün laxladığını xəbər versə də, meydanda bu düşmənçilik aydın deyirdi ki, özül nəinki laxlamışdı, əksinə, Xəlvətin Sultan Əmirli ilə Qılınca “Düşmənimsiniz” dediyi gün Perslə əsabələri – KQB Xudiyev, NKVD Gülənov necə gizlin və dərin düşmənçilik özülü qoymuşdularsa, ötən illər ərzində o özül daha da bərkimişdi. Toxunulmaz qalmaq, həmişəki kimi xaş tıxaşdırmaq, çax-çux eləmək, xəlvəti işlər görmək, qıllanmaq, piylənmək üçün aləmi dağıtmağa hazır olan bu cin-şeytan yığnağının hamısı öz həyat tərzləri, əxlaqları, dünyaya baxışları ilə birlikdə, bütünlüklə o cəsəddən törətmişdi. Yağır Məmmədəli Əmir bağında – almalıqda illərlə səbət daşıyandan sonra öz üfunətindən üfunət yaratmışdı; çörəyi ayaq altında əzən, zənənin birçəyinə əl atan, bir-birindən gombul cavanlar – gizlin rabotniklər, iri-iri başları, topa-topa yal-yolpaları yırtıcılar törəmişdi; raykom katibinin maşınının təkərinə yaba soxan, darvazasına murdar yaxan, Lüt Cəfərin yadigarı Yetimlər məhləsini üfunətlə dolduran dözülməz it xılına dönmüşdülər. Bu düşmənçiliyin dəhşəti də məhz özülündə idi. Vuruşanlara kənardan baxa-baxa Səməd indi bütün aydınlığı ilə dərk edirdi ki, Ağ Əmirlə Boz Əmirin başlarını “çarvadar xurcunu”nda gətirən Yağırın “rabotnik”liyi törəmələrin qanında idi. Bu Gizlinlər – paqonsuzlardan xilas olmaq üçün bircə çarə vardı ki, onu da Sultan Əmirli demişdi: “kürüyüb atmaq!..” Qılınc Qurban “İt xılı qudurub. Ehtiyatlı ol” desə də, Sarı Zal nə qədər ağıllı məsləhət versə də, Gizlinlərin belə qudurduğu bir vaxtda Səmədin kənardan baxmağa haqqı vardımı? Ağıl da, ürək də “Vur! Şil-küt elə! Kürü at!” – deyirdisə, nədən çəkinirdi? Sultan Əmirli yəni o qədərmi üzülmüşdü ki, Bircə balanın başına nə isə gəlməyindən, vahiməyə düşmüşdü? Bəlkə Saşanın bu qədər qısa müddətdə istintaqa çəkilib güllələnməyindən sarsılmışdı, ya da Məhərrəmlə əlaqəsinin kəsilməyində məğlubiyyət görüb sınmışdı? Əmir fədailərinin top atəşi altında qırılmağına, Milli hökumətin yıxılmağına dözmüşdü, Mədəd Əmirlinin, Pişəvərinin, Nəcəfoğlunun ölümlərinə, xalqın sürülməsinə, deyilənə görə aylarla qapıları bağlı qalan vaqonlarda qırılmasına, on yeddi sədrin “vaqona basılmağı”na və o təsərrüfatların cin-şeytan yığnağı əlində qalmağına dözmüşdü, tək Bircə balanın başına nə isə gəlməyinə dözmürdü?!

Səməd “Yox!” – dedi. “Dözməlidi” – dedi. Və başa düşdü ki, Qudalıları elə bu gecə “kürüyüb atmaq” üçün əlindən gələni eləməsə və bu günlərdə dönə-dönə düşündüyü kimi, respublikanın o başından – Lerikdən bu başına – Qazağa qədər iş başında olan keçmiş tələbə yoldaşlarının hamısını həq-ədalət – qanun ətrafına yığmayınca sakitləşməyəcək.

Bu vəziyyətdə birdən kiminsə baxışını hiss etdi. Gülənovdu. Maşınının dalına çəkilib, tövşüyə-tövşüyə bu yana – Səmədə boylanırdı. Neştərlərində təəccüb donmuşdu: Səmədin vuruşmadan kənarda qaldığını anlaya bilmirdi.

Bir baxan da vardı. Qudalı ağsaqqalı idi. Həmin yerdən – maşının dalından gözlərini Səmədə dikmişdi. Təəccüb o enli, qırmızı üzü də kütləşdirmişdi: Səmədin kənarda qaldığını o da heç cür anlaya bilmirdi. Tamamilə aydındı ki, o “xəbərdarlıq”larla, prokurorluğa, raykoma yazılan “məlumatlar”la, “maniya prisledovaniye”, “psixi azar”-filanla Səmədi daxildən qaynadandan sonra “alça-malça” satanlara qarşı “cəza tədbiri”nə və hətta bu vuruşmaya qarışmadığından çaşıb, hətta özlərini itirmişdilər.

Bir-birinə yaxınlaşıb kəlmələşdilər – pıçıldaşdılar. Xəlvət dərhal qarışıqlığa yönəldi, Qıllısını dartıb kənara çıxartdı, çəkib Piylisinin – pul kisəsinin yanına apardı. Xaş isə maşının açıq qapısından içəri əyilib siqnalı basdı. Qısa-qısa fasilələrlə “düdüt-düdüt” eşidilər-eşidilməz it məhləsi səmtindən bir dəstə məhlə milisioneri peyda oldu. Meydana cumub, bəlkə də ömürlərində birinci dəfə yaxşı iş gördülər: dalaşanları araladılar. Əmma Xaşla Xəlvətin elə xəlvəti kəlmələşməyi necə müəmmalı idisə, məhlə milisionerlərinin “yaxşı işi” də eləcə müəmmalı idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəzinə üstündə yatan ilan 10

Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.

23 мин
Xəzinə üstündə yatan ilan 11

Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!

13 мин
Kainat sakinləri 1

...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:

19 мин
Kainat sakinləri 2

Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.– Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda gətirib nümayiş elətdirdilər qələbələrini! “Boqi obezqlavleni” yazdılar, yenə də qələbə hiss eləmədilər. O tayda qırğınlar, bu tayda sürgünlər, qırğınlar! Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin qırğın getdi! Ermənilərin aralarındakı Sovet kəşfiyyatçılarıynan bir yerdə Andranikin qılıncını işə saldılar! Yenə sakitləşmədilər! Pariji, bütün Avropanı Erməniynən doldurub tufan, tünü kimi antitürk təbliğata başlayıb dünyanı əleyhimizə qaldırdılar! Guya Bakıda on səkkizinci ildə Türkü qıran da Erməni deyilmiş! Guya əsas neft yataqlarını xaricilərə satan da Erməni deyilmiş! Hətta Leninə məktubları var: “Baku, eto armyane i ruskiye!” Uddular var-yoxumuzu, yenə də qələbə hiss eləmədilər! Yekəbaş, pensneli “ziyalı” Beriya Moskvaya çağırdı, gözümün içinə dedi: “Mı boremsya s boqami, çtobı osçastlivit lyudey!” “Vot “Bibliya”, proçti, Sultan: “Avram pobedil Boqa”. Ponyal?!..³⁸ “Bir gecə səhərə qədər içə-içə mübahisə elədik, çalışdım başa salım ki, “Avram” deyil, EvƏrimdi, Bağ Atanın oğludu, atasıynan döyüşməz. Qanmadı: “İtak, “Bibliya” vret?!”³⁹ Yenə çalışdım qandırım ki, “Bibl”iya deyil əsli, OdƏrcə – türkcədi orijinalı. “Tövr+at”, “Tora” adları OdEvƏrdəndi, “Bibl” – Bağbildəndi. “Xa! Xa! Xa!” – qəhqəhə çəkdi... Güllələndi!... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç... Romanovların taleyini danışıram, görün deyirəm necə faciələrnən qurtardı dövranları. Dərs götürün, ayılın deyirəm. Qanmırlar, oğul! Qanmırlar! Əmma qorxma. Qurtaracaq bu qanqırğınlar!.. Mənim ölümünnən dəyişdirəmməzlər dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ – “Aşıq”dı, Alimdi!...

2 ч 35 мин

Стихи других поэтов