Страница 3 из 4 · 50%

Səməd kənardan fikir verirdi: kim onu – Səmədi müdafiə edirdisə, hamısı cinayətkar sayılırdı, susdurulurdu.

Sükut və çaşqınlıq içində Qudalı cavanları birdən qopub cəmaatın üstünə cumanda Səməd əvvəlcə bunu anlamadı. Ətrafında tarap-turap düşdü: “alça-malça” satanlardan bəziləri xurcunlarını, ala-bula faner çamadanlarını, heybələrini yerdən qapıb o yan-bu yana qaçışdılar. Bir-birindən gırbid – yoğun ət torbaları – Qudalı cavanları hamını basıb geri itələdilər, anbarın alçaq, uzun çardağının tavanından sallanan quru həmişəcavan³² çubuqlarından sındıra-sındıra, cəmaatın ətrafında dövrə vurdular.

Milisionerlər başqa iş görürdülər: xurcunları, heybələri, çamadanları, bağlamaları, vedrələri, bidonları dartıb aldıqca, on addımlıqdan Gülənovun maşınının yanına atırdılar. Çamadanlar, bağlamalar partlayıb açıldıqca, xurcunların gözəmə ipləri qırıldıqca “buxanka” çörəklər, “bulka”lar, “bublik”lər tökülüb toza-torpağa bulanırdı. Heybələrdə şüşələr, bankalar sındıqca tünd qoxulu günəbaxan yağı süzülüb yerdə göllənirdi. Vedrələr, bidonlar dığırlandıqca yumurta xıncılıb axıb pavidlaya, şorabaya qarışırdı.

³² Tənək – meynəsayağı növ.

Gülənovun neştərləri istehzalı kinlə işıldayırdı.

– Müsəlmanı elə həmişə belə rəzil gördüm! Nə qədər ki, “alça, alça”, “zoğal, zoğal” deyə-deyə vağzallarda tüyünəcəksiniz, belə olacaq! Nə qədər ki, pambığı şəhərdən gələnlər yığacaqlar sizin əvəzinizdə, bundan da betər olacaq!.. Dövlət bangın ağzını açıb, külli miqdarda pul buraxıb yığıma. Dördcə yüz min manat nəqd avans buraxılıb kolxozunuza ki, vedomost tutulsun, təcili avans paylansın sizə. Dövlətin qayğısına necə qiymət verirsiniz, öz qiymətiniz də elə olacaq. O dörd yüz min manatdan qəpik də görmüyəcəksiniz! Şəxsən mənim təklifimdi bu. İdarə Heyətinin sədri də razıdı mənnən! Qurtardıq!.. Pambığı çöldə qoyub alverə qaçdığınıza görə bu şeyləriniz də qaytarılmıyacaq! Di gedin köpük qusun acından!

Beləliklə, “cəza tədbiri” də məlum oldu.

Səməd hələ dillənmirdi. Dözürdü. Gözləyirdi.

“Alça-malça” satanların arasından ortası incə, başı balaca, “Qarışqa qarı” deyilən, doğrudan da qarışqaya oxşayan bir ağbirçək çıxdı, ortası üzülə-üzülə, yavaş-yavaş Gülənova doğru getdi. Kətyən kişinin qarısı idi.

“Kətyən” çölün düzündə kətyən koması kimi tək adam deməkdi. On səkkizinci ildə atası “Osmanlı davasından” qayıtmamışdı.³³

İyirminci ildə Qılınc Qurbanın otryadında, bəylərlə vuruşmada kiçik qardaşları, qırx ikinci ildə qırılan diviziyada da oğulları qırılmışdı, beləliklə, Kətyən kişi on ev, on ailə içində tək qalıb, Kətyən İbrahim olmuşdu və çox tez düşkünləşib, idarədən o yanda düzənliyə səpələnmiş yarıuçuq daxmalardan birində, günü divar dibində keçən qocaya çevrilmişdi. Qarışqa qarı isə “ərinin işini görürdü”.

³³ Şimali Azərbaycan “Rusiyanın ucqarı” (tərkib hissəsi) sayılırdı; azərbaycanlıları da Türkiyə ilə müharibə cəbhəsinə göndərirdilər. “Qazax bəyləri” adlanan əcdadlarını, özlərini tanımayanlar Türkiyəyə, Cənubi Azərbaycana soxulub hətta dövlətdən “xərac” tələb edirdilər. Bu cür anlaşılmaz müharibədən qaçanları isə güllələyirdilər ki, “Qaçaqlara qoşulmasınlar”. “Padşah”ın (çarın) üzünə ağ olanların ailələri hər cür vasitə ilə güzəranlıqdan məhrum edilirdilər. Buna görə də “Kətyənlilər” məhləsi həm də “Aclar məhləsi” adlanırdı. Ortası üzülə-üzülə gedib, “buxankalar”dan birini yerdən götürüb qoynuna soxdu, ağlı-qaralı yamaq-yumaqla sarınmış xırdaca başını qaldırıb, altdan-dik Gülənovun at üzünə baxdı. Səməd gözlərini yummuşdu. Əmma nə neştərlər gözündən gedirdi, nə qarı, nə də “buxanka”. Bu vəziyyətdə əvvəlcə qarının səsini eşitdi:

– Yağ, yumurta zay oldu. Gəlinlərimin, nəvələrimizin boğazı tikildi. O yuxarıdan baxana tapşırıram səni! Kişi acdı, ona dözəmmirəm. Burax, bu quruca çörəyi aparım gəvələsin.

Sonra Təftişin dili ilə adı “Zövcə” qalan Zövcə arvadın səsini eşitdi:

– Bərəkəti də elə tullayarlarmı, a bərəkət kəssin səni?! Qurandı, o, a Quran kəssin səni!

Sonra da “alça-malça” satanların qarışıq səslərini eşitdi:

– Vağzallara ağ günümüzəmi gedirik biz?! Necə yəni “qəpik” də görmüyəcəksiniz?!”

– Kim ketmənləyib, kim becərib o pambığı?! Şəhərdən gətirilənlər, yoxsa biz baxtıqaralar?!

– Şahmar günün altında körpələrimizi ona görəmi yandırırıq ki, bildirki kimi yenə çöpnən-çərtdək verəsiniz əlimizə?!

– Şəhərli gəlib kilosu əlli qəpikdən, gündə əlli manat, yüz manat qoysun cibinə, silsin-süpürsün aparsın, biz də baxa-baxa qalaq?! Pambıq kimindi?! Havaxtacan ad bizim, at özgənin olacaq?!

Gülənovu maşına qısnamışdılar.

– Xaşamı gedirik biz dəmir yoluna, a Xaş köpəyoğlu?! Varlanmağamı gedirik, ay Erməni törəməsi?! Sənin o Mikoyanın, Markaryanlarıyın kökü kəsilsin!

– Alver nədi! Bu zay elədiyinə görə getmirikmi ki, beş günlük azuqəmiz olsun! Bu da əlimizdən alınandan sonra sabah nəynən çıxaq pambığa?!

– Çənəndəki firdan dərs götür heç olmasa!.. Tapançandan qorxmuruq! Tapançanı alıb ... soxarıq!..

– Süpürül, sürük burdan! Cana doydurma bizi!

– Ya cəhənnəm ol get, ya da necə qadağa qoyubsan, elə də əmr elə o Xəlvətinə, o kassirinə, haqqımızı versinlər! “Şəhərli” adıynan siyah tutub haqqımızı altdarına doldurmasınlar! Bəsdi!

Bu, üsyan kimi bir şey idi.

Gülənov dalını maşına söykəyib, başını dik qaldırmışdı, Paqonların və orden “kalotkaları”nı dartışdıran boz-torpaqlı, qara, qırış, kərtdəş əlləri itələməkdən başqa heç nə eləmirdi, heç nə demirdi və çox qəribə idi ki, o həngamənin içində də tez-tez Səmədə boylanırdı.

Məleykə Muradova qara, uzun, sıx kirpiklərini endirib, yumruqlarını qara şivyot kostyumun ciblərinə basıb, tamam hərəkətsiz dayanmışdı.

Mirbağır müəllim, katibin əksinə, otuzuncu illərdən qalma “butulka” şalvarda nazik qıçları ilə təzadlı yoğun ortasını qısa boynu ilə birlikdə tez-tez o yan-bu yana fırladıb, gah yan-yörəsinə səpələnmiş “buxanka”lara, “bulka”lara, “bublik”lərə, gah da milis rəisini didişdirən arvadlara baxa-baxa: – Vay-vay! Vay-vay! – deyirdi və qəribə idi ki, hay-küydə elqızlarının qəzəbli qışqırtıları Səmədə necə aydın çatırdısa, maarif müdirinin o asta “vay-vay”ı da elə çatırdı.

Bir söz də çatdı:

– Tərpənin!

Gülənovun bu sözündən sonra Qudalı gombulları bu dəfə elə “tərpəndilər” ki, hətta Zövcə arvad kimi mötəbərin saç-birçəyinə, yenidən həmin “çığırqan Dinişə” çevrilən Torksinin hörüklərinə də əl atdılar. Səməd indi başa düşdü ki, “Fars qohumlar”dan seçilmiş “çarvadarlar” Persin əlində nə idisə, Qudalı qohumlardan seçilmiş bu gombul cavanlar da Xaşın əlində elə bir şeydi: gizlin “rabotnik”lər – paqonsuzlar dəstəsi. Bu “rabotnik”lər bayaq qırılan diviziyada qırılanların arvadlarını, qızlarını, gəlinlərini, Kətyən İbrahimlə Qarışqa qarını tapdalamışdılar, Səməd o qoca ilə qarının ağrılarına dözməyib gözlərini yummuşdu. İndi isə bu “rabotnik”lər qırmızı tuf daş binanın foyesində Zora iş tapşıran Sultan Əmirlinin özünün nüfuzunu tapdaladılar və Səməd bu ağrıya dözməyib titrədi, başdan-ayağa bütöv – nəhəng bir əzələyə döndü, Zövcə arvadın saçına əl atan gombul cavanı dala çəkib, on addımlığa tulazladı. Ağrısından heybətli bağırtı qopdu:

– Zənənə əl qaldırmayın, it uşağı! Şil-küt eliyərəm hamınızı!

Məmməd Xələf – Qara Zal maşınının belindən – taya hündürlüyündən birbaş yerə atıldı, ordan da Torksinlə süpürləşən Qudalının üstünə atıldı. Sarı Zal, əksinə, qəribə təmkinlə Qəlyanlıları baxıb yerindən tərpənmədi.

Şoferlər faraları söndürdülər. “Yel fanarları”nı sarımtıl nöqtələrə döndərən qəfil zülmət içində əvvəl Qara Zalın qışqırtısı eşidildi:

– Ə, Sarı, ölübsünüzmü?!

Sonra həmin qışqırtıdan kəskin fərqli – gər, rahat səs Qəlyanlılara doğru: – Ay Abbas əmi, oğlun yenə qanmır! Palıdın altıynan burdakının fərqi nədi?! – Sarı Zal idi, birdən Səmədin qabağına yeridi:

– Dayan. Sözüm var, – dedi.

Ayaqlarını gen qoyub, tək palıdın altında olduğu kimi, Qara Zalın hərəkətini təkrar edib – çiyinlərini gərib, Səmədin qabağında səddə döndü.

– Səməd! Sən bilməlisən ki, adını üstümə götürdüyüm qardaşımnan yanaşısan sən. Sidq-ürəknən “qardaşım” deyirəm sənə. Bu qardaşıyın sözünü eşit indi. O gün Qara dedi, sonrasını korladı. İndi yenə korlayır. Sən gərək qarışmıyasan bu qalmaqala. Çünki bu həngamə də sənin başındadı. Çəkiyə çəkir səni bu Xaş köpəyoğlu. Biz hər şeyi bilirik. Xalıqı tutqudan saxlamaqdan ötrü nə qədər qurğu qurmuşdular, heç birindən bir şey çıxmadı. Qurban əmi getdi şəhərdən zəng vursun Məhərrəm Abbasoviçə. AdıPünhan adam göndərəcək Bakıdan, Çax-çuxu aparacaqlar. O naldan başqa çox şey var Qurban əminin əlində. Mütləq aparacaqlar. Odu ki, çaxnaşırlar. Quyunun üstündə də çəkiyə çəkirdilər səni. Sağ olsun cəmaat, aman vermədi. Biz də səni qamarğaladıq, qoymadıq qoşulasan bunlara. İndi ayrı cür başlayıblar. Pambıq, pul-mal öz yerində. Ölüm-dirim məsələsidi bu, ay Səməd. Əgər bunlara əl qaldırsan, heç xətər yetirməsən də, elə it uşağıdı ki, özləri özlərini qana bulayacaqlar, “zaklyuçeniye” düzəldəcəklər. Xaş cibində naruçnik gəzdirir. Eşidirsənmi?! Naruçnik! Odu ki göz bəbəyimiz kimi qorumalıyıq biz səni, qardaşım! Qurban əmi deyir, Səmədin başına bir iş gətirsələr, Sultan o dəqiqə çıraqtəki sönər. Bu it xılına da elə bu lazımdı ki, bir şər-xata düzəldib səni tutsunlar, əmin də çıraqtəki sönsün, Xalıq da gedib cinayətlərinin hamısını Persin üstünə yığsın. Məhərrəm Abbasoviçin baldızından uşaqları var bu qatilin. Gülbəniz deyir, uşaqları öyrədib bu, hər axşam evdə Məhərrəm Abbasoviçin üstünə tökülüşüb ağlaşırlar ki, dədəmizi tutdurma. Bildinmi məsələ nə yerdədi, qardaş! Çox yerə əl atırlar bunlar. Gülbənizi söylət, desin sənə nə təhər sənədlər var əllərində. Şənbə danışa-danışa gəzir ki, Xalıqın nə o tayda cinayəti olub, nə bu tayda. Hər nə olubsa, Stalinnən Beriyanın, Şahın, Mirqəzəbnən Persin işidi. Xalıq xalqın xeyrinə işləyib guya!.. Məsələ bu yerdədi, qardaş! Ayağını bir azacıq yana atmağına bənddi, o saat hay salarlar ki, Dəli Səməd cızığından çıxıb yenə! Diplomun əllərindəydi. Aralıqda küy salmışdılar ki, partbiletini də atıb! Yazıq Qurban əmi bizi də rahat buraxmır, “Ayıq olun, partbiletini oğurladacaqlar”, – deyir. Ekizlər, Miri, Qara, hamımız qaranca gəzirik. Bu yerdədi məsələ, qardaş! Gəlibsən, hamımızı dirildibsən. Başına iş gəlsə, tək əmin yox, elə hamımız çıraqtəki sönərik. Söz ver ki, çırağını söndürmüyəcəksən! Tək bu kəndinmi çırağısan sən?! Heç yadımdan çıxmaz, Göyçədən, Ağbabalı mahalından, Təhlədən qoca-qoca Ağ Əmir müridləri gələrdilər bizim lap balaca olduğumuz vaxtlar, sən Ortayolnan yeriyəndə boy-buxununa baxardılar, Mədəd əmidən dönə-dönə soruşardılar ki, “budumu Varis?”, “Budumu sahibimiz?” Mədəd əmi çox vaxt dillənməzdi, sonra birdən hirslənərdi ki, “Siz deyilsiniz, mən deyiləm, yəqin ki, bu olacaq da! Görmürsünüzmü körpədi hələ, indidən göz dikməyin, dilə-ağıza salmayın uşağı!” “Sultana baxın hələ. Odu hələ sahibiniz!” – deyərdi. Əmbə gələnlər çox narazıydılar: “Sultanın əlindən heç nə gəlmir. Biz elə buna dikmişik gözümüzü, bunun böyüməsini gözləyirik...” Bildinmi iş nə yerdədi, qardaşım! Bütün millətin gözü səndədi, xəbərin yoxdu. Özünü qorumalısan sən, qardaş!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəzinə üstündə yatan ilan 10

Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.

23 мин
Xəzinə üstündə yatan ilan 11

Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!

13 мин
Kainat sakinləri 1

...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:

19 мин
Kainat sakinləri 2

Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.– Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda gətirib nümayiş elətdirdilər qələbələrini! “Boqi obezqlavleni” yazdılar, yenə də qələbə hiss eləmədilər. O tayda qırğınlar, bu tayda sürgünlər, qırğınlar! Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin qırğın getdi! Ermənilərin aralarındakı Sovet kəşfiyyatçılarıynan bir yerdə Andranikin qılıncını işə saldılar! Yenə sakitləşmədilər! Pariji, bütün Avropanı Erməniynən doldurub tufan, tünü kimi antitürk təbliğata başlayıb dünyanı əleyhimizə qaldırdılar! Guya Bakıda on səkkizinci ildə Türkü qıran da Erməni deyilmiş! Guya əsas neft yataqlarını xaricilərə satan da Erməni deyilmiş! Hətta Leninə məktubları var: “Baku, eto armyane i ruskiye!” Uddular var-yoxumuzu, yenə də qələbə hiss eləmədilər! Yekəbaş, pensneli “ziyalı” Beriya Moskvaya çağırdı, gözümün içinə dedi: “Mı boremsya s boqami, çtobı osçastlivit lyudey!” “Vot “Bibliya”, proçti, Sultan: “Avram pobedil Boqa”. Ponyal?!..³⁸ “Bir gecə səhərə qədər içə-içə mübahisə elədik, çalışdım başa salım ki, “Avram” deyil, EvƏrimdi, Bağ Atanın oğludu, atasıynan döyüşməz. Qanmadı: “İtak, “Bibliya” vret?!”³⁹ Yenə çalışdım qandırım ki, “Bibl”iya deyil əsli, OdƏrcə – türkcədi orijinalı. “Tövr+at”, “Tora” adları OdEvƏrdəndi, “Bibl” – Bağbildəndi. “Xa! Xa! Xa!” – qəhqəhə çəkdi... Güllələndi!... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç... Romanovların taleyini danışıram, görün deyirəm necə faciələrnən qurtardı dövranları. Dərs götürün, ayılın deyirəm. Qanmırlar, oğul! Qanmırlar! Əmma qorxma. Qurtaracaq bu qanqırğınlar!.. Mənim ölümünnən dəyişdirəmməzlər dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ – “Aşıq”dı, Alimdi!...

2 ч 35 мин

Стихи других поэтов