Birinci hissə, 3
Страница 2 из 3 · 33%
– Bəs arvadını, qızın?
– Az danış, onların sənə dəxli yoxdur.Bu evin sahibi mənəm, mən də nə elədiyimi bilirəm.
O nə qədər hirsli olub Mələyə susmağı əmr etsə də, qəlbinin dərinliklərində haqsızlığını duyurdu. Bu hadisənin belə sakitcə gəlib keçməyəcəyini, evdə hər gün dava-dalaş düşəcəyini aydınca görürdü. Ancaq o, evinin əmin-amanlığını saxlamaq, necə olur-olsun, dil tapıb hər şeyi səhmana salmaq istəyirdi. Axı, Zərnigar da yazıq idi, neçə il idi ki, onunla bir yastığa baş qoyurdular. Yetişmiş oğlu, qızı vardı. İndi necə olsun? Onu bu evdən qovmaq olarmı? El-oba buna nə deyər? Bəs Mələyin təqsiri nədir? Bu yazığı da yerindən-yuvasından o oynatmayıbmı? Bəs onun əri? Bu gün-sabah meydana çıxıb qan-qan deyə, at oynatmayacaqmı?
Düşüncələr getdikcə güclənir, ağır yük kimi onu əzirdi. Cahandar ağa gah hirslənir, nahaq yerə başını cəncələ saldığını duyub peşmanlayır, gah da özünə ürək-dirək verirdi. "Əşi, nə olub, eldən çıxan bir iş tutmamışam ki? Elə dədə-babadan iki arvad saxlamaq peşəmiz deyilmi? Bu işi bir mən ha görməmişəm. Heç nə olmaz, arvad tayfasının qaydasıdır, bir az çığır-bağır salacaqlar, sonra da qınlarına çəkilib susacaqlar. Bəs Əşrəf?.. Yoxsa o da qardaşı Şamxal kimi mənim üstümə düşəcək? Anasına qəhmər durub məni bihörmət edəcək?".
Kişi lap darıxdı. Ona elə gəldi ki, bu saat Qori müəllimlər seminariyasında oxuyan oğlu qapını açıb içəri girəcək, qaşlarını çatıb "Ata, eyib deyilmi, bu nə işdir tutmusan?" - deyəcəkdir. Sonra da baş götürüb evdən gedəcək, bir daha buralara üz çevirməyəcakdir...
Həyətdə səs-küy çoxaldı. İtlər zingildəyib susdular. Araba təkəri-nin cırıltısı və kəlləri haylayan Tapdığın səsi eşidildi. Cahandar ağa pəncərədən həyətə, nökərlərin köməkləşib maralı arabadan necə düşürdüklərinə göz qoydu. Az sonra onun dalınca gedən Tapdıq əlindəki tənək çubuğunu oynada-oynada pəncərəyə yaxınlaşdı.
– Ağa, maralı gətirdim.
– Aparın bişirin. Uşaqları da çağır.
– Bir-iki şiş kabab gətirsəniz, bəsimdir.
Tapdıq eyvandan aralandı. Xırman yerində maralın yanını kəsdirən nökərlərə yaxınlaşdı:
– Ay uşaqlar, bir yaxşı ocaq çatın. Deyəsən, bu axşamkı kabab bizə qismət olacaq.
Onun sözünü gizli sevinclə qarşıladılar. Arvadlar əl-ayağa düşüb, tələsik qara damlara qaçdılar. Qab-qacaq gətirib kişilərin yanını kəsdirdilər. Heç beş dəqiqə keçməmiş şaqqalanan maralın əti doğranıb sinilərə dolduruldu. Bozartmalıq ətlə kabablıq ayırd edildi. Ocaq alovlandı. Pəncərə şüşələri elə bil alışıb yandı. Kəndin üstünə çökən qaranlıq qorxurmuş kimi, Cahandar ağanın həyətinə yaxın gəlmədi.
Tapdıq qolunu çırmayıb göstəriş verməyə, özündən cavanları buyurmağa başladı. O, ağanı hirsləndirməmək üçün həmişəki kimi kababı özü bişirməyi qərara aldı.
Ocağın ətrafında hərlənənlərin kölgələri tez-tez çarpazlaşıb həyətə sərilir, bəzən də uzanaraq çəpəri aşır, kənardakı ot tayalarının üstündə dolandıqdan sonra qaranlığa qarışırdı. Ocaq çatıldadıqca qığılcımları; ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü.
Zəncirdən açılmış itlər də ət iyini duymuşdular. Bir-ikisi ocaqdan bir az aralı başını biləklərinin üstünə qoyub uzanmışdı. Qalanları isə çöməlib əti gözdən qoymur, fürsət tapan kimi sinib irəli sürünürdü. Əllərinə bir şey keçməyəndə isə geri çəkilib astadan zingildəyirdilər. Tapdıq maralın içini təmizlədikdən sonra bağırsaqları bir neçə yerə bölüb itlərin qabağına atdı. İtlər əvvəlcə bir-birinin üstünə cumdular, sonra bağırsaqları dartışdıra-dartışdıra həyətdən uzaqlaşdılar.
Nökərlər palıd odununun sürüşüb düşən közlərini bir az da irəli çəkdilər. Şişləri yan-yana düzdülər. Ətrafı köz üstündə bişən yağlı ət iyi bürüdü...
Gecədən xeyli keçmişdi. Mələyin nəfəsindən məst olan Cahandar ağa pıçıltı ilə təzə arvadını oxşayırdı:
– Özün bilirsən ki, səni heç yerə buraxan deyiləm. Kişi tüpürdüyünü yalamaz. Sən həmişə, qəbrəcən mənim olacaqsan. Ancaq o da yazıqdı. Birtəhər dilə tutub, yola gətirmək lazımdır. Necə olsa uşaqlarımın anasıdır. Yanına get, əl-ayağına düş, yalvar, de ki, bir qəzadı başıma gəlib, yazığam, keç günahımdan, elə bil mən də sənin qulluqçun. Qabağında dillənib üzünə ağ olmaram. Xasiyyətini bilirəm. Ürəyi yumşalıb barışacaq. Elə mən özüm də onu dilə tutacağam. Sonra da bir-birimizə isinişəcəksiniz. Hər şey düzələcək, fikir eləmə.
Mələk bir pişik mehribanlığı ilə Cahandar ağanın sinəsinə qısılıb xumarlanır, onun dediyi sözlərə qulaq asdıqca ürəyindəki şübhə və qorxu yoxa çıxırdı. Tüklü sinəsində mehriban bir əlin gəzdiyini hiss edən Cahandar ağa hər şeyi unudub Mələyin ətli bədənini qucaqlayır, cavan qadının hərarətli təmasından məst olurdu...
Əslinə baxsan, Mələk bu evə gəlməyindən narazı deyildi. O, Kür-dən xeyli aralı olan dağ kəndlərindən idi. Təmiz havası, sərin diş göy nədən bulaqları, güllü-çiçəkli çəmənlikləri olan bu kəndin bütün qızları kimi Mələk də ayaqyalın, başıaçıq böyümüşdü... ,
O, balacalıqdan yetim qalmışdı. Hələ beş yaşı tamam olmamış dağda onların evini sel aparmışdı. Ata-anası da dayə ilə birlikdə yox olmuşdu. Xoşbəxtlikdən gündüzdən əmisigilə, qızlarla oynamağa gedən Mələk geri qayıtmamış, beləliklə də salamat qalmışdı. Əmisi arvadı onu yanından buraxmamışdı. Binəyə köçəndə, yaylağa qalxanda onu özü ilə aparmışdı. O, çox qoçaq qız idi. Yaşının az olmasına baxmayaraq dərədən dörd-beş səhəng bulaq suyu gətirərdi. Kənddə hamı onun qoçaqlığından danışırdı. Səhər tezdən suya gələn arvadlar, atını sulamağa enən cavanlar Mələyin cığırla dərədən çıxdığını görürdülər. O az qala özü boyda olan mis səhəngi dalına alıb dodaqaltı zümzümə edə-edə yoxuşa dırmaşırdı.
Mələyin dörd əmisi qızı vardı. İllər keçdikcə onlar böyüyür və bir-bir nişanlanıb ərə verilirdi. Hər dəfə toy olub qızlar cehizlə köçürüləndə Mələk uşaq kimi sevinir, nəhayət, ona da növbə çatacağını, onun da belə bir şad günü olacağını fikirləşirdi. O, əmisinə, əmisi arvadına İnandığı üçün heç nə düşünmür, vaxtı çatanda ona da cah-cəlalla toy olacağını gözləyirdi... Ancaq bir gün Mələk gözünü açdı və gördü ki, onun tay-tuşları, hətta özündən kiçik olan qızlar belə ərdədirlər, ev-eşik sahibi olublar.
Mələyi fikir götürdü. "Bəs mən? Yoxsa eybəcərəm? Qaş-gözümdə şikəstlik var? Niyə mənə yaxın duran yoxdur?"
Bir gün evdə heç kəs olmayanda, divardan asılmış balaca, üstü çil-çil güzgünün qabağında dayanıb, boy-buxununa xeyli baxdı. Qaşları çatma idi. İri gözləri bulaq kimi qaynayırdı. Yanaqlarından az qala qan damırdı. Qabarıq sinəsi elə bil köhnə koftasını partlatmaq istəyirdi. Qızın özündən xoşu gəldi. "Yox, deyəsən, pis deyiləm", - deyə xəyalından keçirib qımışdı. Otaqda bir neço dəfə fırlanıb, kürəyinə tökülmüş saçına, qırçınb donunun içində quzu quyruğu kimi yırğalanan ən-damına baxdı. Sonra da küncdəki badyanın ağzını açıb bir qaşıq süd üzü götürdü. Yanaqlarına, saçlanna çəkdi. Elə bil qız birdən şam kimi alışıb yandı. Mələk güzgüdə bir də özünə baxdı. Hürkmüş kimi geri çəkildi. Aynada qaş-göz oynadıb şaqqıldadı. Qaça-qaça bayıra çıxdı.
Əmisi arvadı Mələkdə baş verən dəyişikliyi hiss etsə də, üstünü vurmadı. O belə bir qızı tezliklə əldən vermək istəmirdi. Bulaq başına, çay kənarında, qaynarda ondan söz soruşub ağzını arayan olanda cavab verirdi ki, qız nişanlıdır, qardaşım oğluna alacam. Mələyin də qulağı bu sözü çalmışdı. Lakin həftələr keçib, aylar dolandısa da, ortaya çıxan olmadı. Nəhayət, bir qızlıq sövq-təbiilə hiss etdi ki, onun ən gözəl günləri gəlib keçir. Atını sulamağa gətirən kənd cavanları onu bulaq üstündə görəndə daha əvvəlki kimi həsrənə baxmırlar. Ondan daha cavan, yeniyetmə qızlara söz atıb mahnı qoşurlar.
Nəhayət, bir gün Mələyi Kürün aşağı tərəfindəki kəndlərdən birinə ərə verdilər. Kişi ondan xeyli yaşlı idi. Deyilənlərə görə, kəndin varlı adamlarından olan Allahyar yeddi dəfə evlənmişdi. Sonuncu arvadını boşayandan sonra heç kəs ona qız verməmişdi. "Nə olsun, dövləti varsa da, arvad saxlayan deyil. Bəlkə heç kişiliyi də yoxdur", - deyə onun arxasınca ağız əymişdilər.
Allahyar aldığı arvadla altı-yeddi aydan artıq yaşamırdı. Hərəsində bir eyib tapır və evdən qovurdu. Əslində isə onun dərdi, uşaq dərdi idi.
O, sonuncu arvadı ilə haqq-hesabı kəsəndən sonra öz kəndlərindən evlənə bilməyəcəyini başa düşüb, birbaş yuxarı dağ kəndlərinə getmiş və orada Mələyi görüb elçi düşmüşdü. Cəmi bir neçə həftəyə hər şeyi həll edib qızı evə gətirmişdi.
Onsuz da taleyindən küskün olan Mələk elə ilk ətindən ərinə boyun əymiş, onun dediyi ilə oturub durmuşdu. Allahyar da ilk günlər ona pis olmamışdı. Mələyi geyindirib-kecindirmiş, "Yetinliklə böyümüsən, qoy əynin sevinsin", - demişdi. Ancaq bir üdən sonra yavaş-yavaş kürlüyo başlamış, Mələyin yediyini-içdiyini burnundan tökmüşdü. Hər gün bir bəhanə ilə onu danlayıb söymüş, "Niyə ıışağın olmur, sonsuz arvad mənim nəyimə lazımdır", - deyə evdə dava-dalaş salmışdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-birinci-hisse-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.
III fəsil, 2Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.
III fəsil, 3Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.
III fəsil, 4Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".
Стихи других поэтов
Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
BayatılarBağça barın arzular,Aşiq yarın arzular,
İmirlu Əmir Aslan haqqında söylədiyi həcvAğlının qan Cavanşir Əmir Aslan gəlirMərd ü mərdanə olub azim meydan gəlir
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.