Əlişir Nəvai Əmir Nizaməddin

Əlişir Nəvai hicrətin doqquzuncu əsrinin axırlarında yetişən cığatay (türk) və əcəm şüərasının ən məşhurlarındandır. Bu şair əslən cığatay türklərindən isə də, Azərbaycan şüərası arasında artıq hörmət və şöhrət kəsb etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə olubdur. Buna da ümdə səbəb onun təbi-lətifindən törəyən asari-nəfisə və əşari-məmduhəsi olubdur ki, çox şirin və dadlı dil ilə rişteyi nəzmə çəkilmişdir. Əmir Əlişir fars lisanını dəxi əkməl vəchdə bilirmiş və fars dilində onun ziyadə mövzun və xoşməzmun kəlamları vardır. Türk və fars dillərinə dara olduğu üçün "Züllisaneyn" ləqəbi ilə müləqtəb olmuşdur.Nəvainin atası sülaleyi-teymuriyyədən Sultan Əbu-səidin vəziri olub oğlunun təlim və tərbiyəsinə artıq səy və diqqət yetirmişdir. Əmir Əlişir özü uşaqlıqda Sultan Hüseyn Bayqara ilə məktəb yoldaşı olub, əyyami-tüfuliyyətdə alinəsəb yoldaşından kəsbi-kəmal və əxzi-ədəb etmişdir. Sultan Hüseyn Bayqara Teymurləng övladından olub, 875-ci tarixdə Xorasan padşahı olmaqla Heratda təxti-səltənətdə əyləşmişdir. Əlişir əvvəlcə bir müddət Xorasanda və bəd Səmərqənddə təhsili-ülum və fünunə məşğul olub, hüsnxətt, rəsm, musiqi və nəqqaşlıq sənətlərində böyük məharət kəsb etmişdir. Amma bu fənlərin cümləsindən artıq onun meyl və şövqü şer deməyə və qəzəl yazmağa idi. Cavanlıq mövsümünün və şəbablıq əyyamının müqtəzasında dimaği-lətifi həvayi-hüsni-xəttü xal ilə, könlü badeyi-eşq ilə dolmuş ikən öz hisslərini gözəl şerlər vasitəsilə bəyan edərdi. Necə ki, Əlişir özü əyyami-şəbabda hali-dilini bu qərar üzrə təhrir qılmışdır: "Bu pərişan əczanın vərəqnigarı və bu aşüftə övraqın qissəgüzarı, möhnət peymanəsinin cürəçeşi və məlamət xümxanəsinin səbukeşi, şeydalıq məhəlləsinin rüsvası və rüsvalıq küçəsinin şeydası:

Фиридун-бек Кочарлинский19259 мин
Şərq İslam mədəniyyətinin üç ortağı

Məşhur ərəb tarixçisi İbn-Xəldunun hələ XIV əsrdə qeyd etdiyi kimi, İslam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə deyil, İslam dinini qəbul etmiş xalqların birlikdə tikdikləri binadır. Islam mədəniyyətinin bu xüsusiyyəti Şərq islam dünyası haqqında danışdığımız hissəsində daha aydın şəkildə nəzərə çarpır.La literature Arabe adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız alimi Hart, miladi VIII əsrdəki ərəb mədəniyyətinin vəziyyətindən bəhs edərkən ərəb olmayan ünsürlərin təsirini göstərir. Bu dövrdə “ilahiyyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; bunun kimi, idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı”.

Мамед Эмин Расулзаде19491 мин
Aşıq Lənbərani

Bəzi rəvayətə görə, Asəf Şirvaninin müasiri olaraq "Asəf" təxəllüsü digər bir şair dəxi var imiş ki, əslən Qarabağ mahalında Lənbəran qəryəsindən imiş. Bu şairin ismü nəsəbi bir kəsə məlum deyil. Əgərçi filhəqiqə qarabağlı olsaydı, salxürdə şüəra və ədiblərimiz — ki, əlan hali-həyat üzrə baqidirlər,--onun barəsində az-çox məlumat verə bilərdilər. Vəli bir kəsdən səhih bir xəbər eşitmədik. Hər halda atidə dərc olunan qəzəli lənbəranlı Asəfə isnad verirlər:Cismindimi, bilməm, görünür pirəhən içrə,

Фиридун-бек Кочарлинский19251 мин
Şərq İslam mədəniyyətində Azərbaycanın rolu

Müəyyən millət və xalqdan olanların İslam mədəniyyətinin inkişafındakı yerlərini təyin etmək istəyi nisbətən yaxın zamanların işidir. Coğrafi ərazilərin bu xüsusdakı əhəmiyyətlərini göstərmək isə daha qədimdir.Türk olmaları etibarilə azərbaycanlıların İslam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri olduğu kimi, bir Şərq islam məmləkəti olmaq üzrə də, Azərbaycanın bu işdə mühüm bir rolu vardır.

Мамед Эмин Расулзаде19496 мин
Asəf Şirvani

Asəfin aşağıda yazılan qəzəllərindən onun xoştəb zə şirinkəlam bir şair olduğu anlaşılır.Qəzəli-Asəf Şirvani:

Фиридун-бек Кочарлинский19251 мин
Türk hakimiyyəti altında fars ədəbiyyatı

XVII əsrdə fransız olmayan avropalı yazıçılar da əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə, bu dil o çağlarda Avropanın böyük bir hissəsində ümumi idarə, elm və ədəbiyyat dili olmuşdur.Islam Şərqində də biz, bu hadisənin bir bənzərini görürük: miladi X əsrlə XIII əsr arasında islam Şərqi üçün fars dili ümumi bir dövlət və ədəbiyyat dili olmuşdur. Iranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu tələbinə xüsusən türk ziyalıları uymuşlar. Bununla da onlardan qalan əsərlər, təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatı xəzinəsinin malı olmuşdur.

Мамед Эмин Расулзаде19497 мин
Cəfərqulu xan "Nəva" təxəllüs

Mərhum Cəfərqulu xan İbrahim xanın böyük fərzəndi Məhəmmədhəsən ağanın oğludur. Məhəmmədhəsən ağa isə ziyadə nəcib, fərasətli və ləyaqətli bir şəxs imiş. İbrahim xan onun xatirini əziz tutarmış və özünə onu vəliəhd təyin edibmiş. Vəli İbrahim xan hənuz sağ ikən oğlu Məhəmmədhəsən ağa dari-üqbayə rehlət buyurdu və İbrahim xan general Tesvidayevin vasitəsilə Rus imperatoruna yazıb, kiçik oğlu Mehdiqulu xanı ondan sonra varis təsdiq etmək fərmanını xahişmənd olmuşdu və tarixi-islamiyyənin 1221-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1806-cı sənəsinə mütabiqdir,--Mehdiqulu xan imperator fərmanı ilə külli-Qarabağ xanlığına İbrahim xandan sonra hakim təyin olundu.Məlum olsun ki, Cəfərqulu xan babası İbrahim xanın hali-həyatından aşikarən varislik iddiası etmirdisə də, amma qəlbində bu arzu və başında Qarabağa hakim olmaq fikri var idi. Zəmani ki, imperatorun fövqdə zikr olunan fərmanı yetişdi, Cəfərqulu xan məyus və mükəddər oldu və o vaxtdan sonra onunla əmisi Mehdiqulu xanın arasında həmişəlik bir küdurət və ədavət vüqua gəldi və Cəfərqulu xan çox hiylə və dəsisələr və pürfəsad tədbirlər işlətdisə də, nəticəbəxş olmadı və bəlkə özü müttəhim olub "gözdustağı" halında Petroqrada aparıldı və orada bir müddət qalandan sonra generallıq çini alıb Qarabağa müraciət elədi.

Фиридун-бек Кочарлинский192512 мин
Milliyyət baxımından ədəbiyyatda forma və məzmun

Şərq və Qərb tədqiqatçıları tərəfindən Nizami daha çox İran ədəbiyyatı nümayəndəsi kimi öyrənilmiş və onun şəxsiyyəti yalnız həmin sifət ilə tanınmışdır.Kök salmış bu yanlış təsəvvürə baxmayaraq, Nizami bizim qənaətimizcə, Azərbaycan şairidir və bu həqiqət yalnız onun nisbətinin “Gəncəvi” olmasından irəli gəlmir.

Мамед Эмин Расулзаде19493 мин
Əsgər Şirvani

Əsgər Şirvanidən bir qəzəl burada təb olunur:Qəlili-dəhrdə, ey dil, bu ömri bivəfa gördüm,

Фиридун-бек Кочарлинский19251 мин
Nizamiyə borcumuz

Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.

Мамед Эмин Расулзаде19491 мин
Məhvəşi Şirvani

Məhvəşi Şirvani on üçüncü əsrin əvayilində Şirvan vilayətində Ağaməsih Şirvanidən sonra vücuda gəlibdir. Bir çox kəlamından — ki, bizim əlimizə düşübdür, — onun əhli-hal və sahibi-kəmal bir şairi-şirinməqal olduğu görünür. Hər qisim əşarı vardır. Onlardan bir parası nümunə üçün burada təstir olunur. Peyğəmbəri-valatəbarımız Məhəmmədəl-Mustafa həzrətlərinə olan məhəbbət və sədaqətini bu qəzəli-bibədəlində bəyan etmişdir:Ey nikahi cansitan, çeşmi-siyahi dilfərib,

Фиридун-бек Кочарлинский192512 мин
Mövzulardan çıxan nəticə

Farsçılığı yox onun,Türklüyə çox bağlıdır.

Мамед Эмин Расулзаде19495 мин
Nişat Şirvani

Nişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şerlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik.Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. Və lakin Nişat qürbət vilayətlərdə kamal və təcrübə kəsb edibsə də, xeyli məşəqqət və zəhmətlərə dəxi düçar olubdur. Necə ki, bu xüsusda bir qəzəlində yazır:

Фиридун-бек Кочарлинский19255 мин
Milli Dirilik III

Milli vicdan ilə imanın nə surətlə hasil olacağından bəhsi bu nömrəyə vəd eləmişdik. Milli vicdan və yaxud milli iman milli dirilikdəki əməl və arzunun mövcudiyyətindən və onun surəti-hiss və bəyanından hasil oluyor. Hər millət deyil, hətta bir şəxsin özünə görə bir əməli vardır. Buna başqa təbirlə meyl və arzu dəxi demək olar. Bunun firəngcəsi “ideal” gəliyor. Osmanlıcada son zamanlarda bunu “məfkurə” deyə tərcümə edənlər də vardır. Hər şəxsin arzu və əməli bittəb özünün iqtidar və məsləki ilə mütənasib olur. Məsələn, bir müəllimin məktəb müdirliyinə nail olmaq istəməsi onun üçün bir əməl təşkil edir. Bir mühərririn qəzetə sahibi olmağı arzu eləməsi onun idealıdır. Öylə də bir çobanın böyük bir sürü sahibi olmaq diləməsi onun məfkurəsidir. Demək ki, bir şəxs öz iqtidar və bacarığı dairəsində müntəha *(son dərəcə)* nəyə malik olmaq istərsə, o şey onun əməlidir. Əməlsiz kimsə yoxdur. Onsuz yaşamaq naqabildir *(imkansızdır)*. Əməl fəaliyyətə, fəaliyyət də tərəqqiyə mövcib *(səbəb)* oluyor. Şəxslər əməlsiz yaşaya bilmədikləri kimi, millətlər də əməlsiz yaşaya bilməzlər. İştə millətin ümumən də mövcud olan hakim bir əməl və arzu yolunda bəslənən gizli hisslər milli vicdan ilə imanı tövlid ediyorlar *(doğurur)*. Fəqət bu milli əməlləri kimlər zühura çıxarıyor və milli vicdan nə surətlə zahir oluyor? Bunu anlıyalım: Yuxarıda kimsənin əməlsiz olmadığını iddia etdik, fəqət əməldən əmələ fərq vardır. Şəxsi əməllər hər nə qədər müşkül və istehsalı çətində olsa, böyük ola bilməz. Yəni ona böyük və milli əməl deyilməz və o milli vicdanın tələb elədiyi də olmaz. Məsələn, bir hambal millioner olmaq əməlinə düşər və bu çətin məqsədə nail olsa belə, bu əmələ böyüklük namı verilməz. Fəqət bir fərd öz mühitinin faydasını düşünərək şəxsi üçün deyil, qövmi və yaxud milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək olar, bu kimi adamlara da böyük əməlpərvərlər, yaxud məfkurəçi ismi verilər. Məsələn, ruslarda Böyük Pyotr, Lomonosov, firənglərdə Jan Jak Russo, Napoleon; almanlarda Lyuter, Bismark; osmanlılarda Sultan Məhəmməd Fateh, Midhət Paşa; iranlılarda Nadir şah ilə Firdovsi; əfqanda Əmir Əbdürrəhman xan bu kimi böyük əməlpərvərlərdəndir. Böyük milli əməl bəsləyənlər əvvəl nəzərdə görüldüyü kimi o qədər də az deyildirlər. Onlar hər zamanda olmuşlar və vardırlar. Yalnız şöhrətləri, iqtidarları və gördükləri işlərin əndazəsinə *(ölçüsünə)* görədir. Öz şəxsi məqsədi xaricində mühitinin ehtiyacı ilə məşğul, onun səadəti naminə əməl bəsləyən və o əməllərə öz şəxsi əməlləri kimi xidmət edənlər həmən böyük əməlpərvərlərdəndirlər. Bir millət arasında bu kimilər məhdud, ya məfqud olarsa *(yox olarsa)*, o, millət müstəqil və sağlam bir vücud üzü görməz və başqalarının ziri-dəsti olub, ayaqları altında əzilər, gedər. Çünki, şəxslərə mümkün olmadığı kimi, millətlərə də əməlsiz yaşamaq qabil deyildir. Fəqət böyük əməlpərvərlər bu böyük əməli haradan alıyorlar? — Əsil arasında yaşadıqları mühitin özündən. Bir mühit, daha vazeh *(açıq)* bir təbirlə, bir millət əfradının *(fərdlərinin)* ürəklərində milliyyətləri və mühitləri haqqında bəzi arzular vardır. Fəqət bu arzulara bir şəkil və surət verməkdən özləri acizdirlər. Müştərək bir əməl bəsliyorlar, fəqət bu bəslədiklərinin nədən ibarət olduğunu təyin edə bilmiyorlar. Aralarından bir iqtidarlısı çıxıb da bu hər kəsin mübhəm *(gizli)* bir surətdə hiss etdiklərini müəyyən bir şəkil və surətə qoyunca, baxırsan ki, bir çoxları özlərinin də mübhəm bir surətdə hiss etdikləri şeyin məzkur *(yuxarıdakı)* əməlpərvər tərəfindən təyin olunanın eyni olduğunu görüyorlar. Demək ki, əməlpərvər birisinin qələmə və yaxud dilə gətirmək surətilə təsvir etdiyi bu lövheyi-istiqbal bir ayineyi-xəyaldır. Hər kəs özünün istədiyini o aynada inikas etmiş *(əks etmiş)* buluyor və dərhal özünün dəxi o fikirdə olduğunu izhar *(bəlli)* ediyor. Ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir və təyin olunan, başqa təbirlə, ehzar olunan *(hüzura gətirilən)* milli əməllər layihəsi xalqın əsl düşünüb də hiss və arzu etdiyilə təvafüq edirsə *(uyğunlaşırsa)*, məzkur *(haqqında danışılmış)* əməl səri bir surətdə xalq arasında intişar edər *(yayılar)* və bollu tərəfdarlar qazanar. Yoxsa məhdud bir dairədə intişar tapıb nəhayət, nisyan *(unutma)* bucağına atılıb qalar. Məsələn, Fransa inqilabi-kəbirindən *(böyük inqilabından)* əvvəl mövcud olan üsuli-həyatdan Avropa xalqı bizar olmuş *(bezmiş)* və əqillərin o vaxta qədər hakimi olan nəzəriyyə və fəlsəfələr köşəmiş, hər kəs halın böyləliklə davam edə bilməyəcəyini düşünmüş idi. Cəmaət digər bir tərzi-həyat arıyordu. Və hər kəs özü-özlüyündə də əhvalın nə yolla dəyişməsi lazım gələcəyini mübhəm bir surətdə hiss etməkdə idi ki, Russo o müdhiş qələmi-nəqqadı ilə zühur etdi. Mövcud olan tərzi-həyatı başdan ayağa tənqid edərək, tazə bir həyat əməlinin əndazəsini göstərdi. Bütün Avropa həmən Russonun yazdıqlarını alqışladı, hər yerdə filosof özünə atəşli tərəfdarlar tapdı. “Russoluq” xalqı elə bir həyəcan və ğəlyanə gətirdi ki, xalq onun vəz eyləmiş *(öyüd vermiş)* olduğu əsasların müdafiəsi üçün canını fədaya hazır olub, əməl uğrunda biintiha *(intihasız)* qalanlar belə töküldü. Papalıq hədd və əndazədən çıxmış bipayan *(ucsuz-bucaqsız)* cinayətkarlıqları və sui-istemallarından bizar olan xristianlıq aləmi Lyuterin zühuru ilə təsis edən protestantlığı dəxi öylə bir hərarət və səmimiyyətlə qarşıladı. Çünki Lyüter mühitinin mübhəm bir surətdə düşündüklərini tədvin eləmiş *(sistemə salmış)* və müəyyən bir şəklə qoya bilmişdi. Bolqar milləti bir zaman məhv və nabud *(yox)* olub getmişdi. Hər kəs bir daha bolqar deyə millət vücuda gələcəyindən naümid idi. Hətta zəmanəsinin ən mütəfəkkir bir simasını təşkil edən Volter belə bolqarlar haqqında “münqəriz *(nəsli kəsilmiş)* bir millət” demişdi. Fəqət sonra bolqar böyük əməlpərvərləri Vazovlar və Bayayılar zühur etdilər. Bolqarların təbir edə bilmədikləri əməllərini qələmə gətirib onları şerləndirdilər. Böyük Bolqar tarixi yazılıb burada bolqarların ən nazik hissiyyatlarına təsir edən və onlarda ruhi-milli oyadan vəqələr *(macəralar)* canlandırıldı. Binaən əleyh “yox”dan bir “var” əmələ gəldi. “Münqəriz” millət dirildi, özünü Avropaya tanıtdı. Yunanıstan da böylə oldu. Əgər vaxtilə təsis edən “Etr” cəmiyyəti millətini başına cəm edib də türkləri vətəndən qovmağa müvəffəq oldu isə, məhz o öz millətinin vicdan və imanını doğru bir surətdə təhlil edərək, xalqın mübhəm bir surətdə, duyduğu milli əməlləri həqiqətilə dərk və təbir edə bilmək sayəsində oldu. İştə bu xariqələr icad edə bilən böyük əməllərin müvəllidi olan milli vicdanı dərk və milli imanın iqtiza *(zəruri)* elədiyi böyük əməlləri kəşf və təfsir *(izah)* edə bilmək üçün hər şeydən əvvəl məzkur *(həmin)* mühiti və yaxud milləti öyrənmək, onun mazisini *(keçmişini)* bütün təfsilatı *(təfərrüatı)* ilə tədqiq etmək lazım gəldiyi kimi, bir millətin mənəvi mövcudiyyətindən ibarət olan dilinidə tədqiq eləmək, millətin yüzdə doxsan rüknüni *(dirəyini)* təşkil edən bu mövhibeyi-üzmanın bütün dəqayiqini *(incəliklərini)* aramaq və sonra da o istiqbal üçün bir çox giranbaha *(dəyərli)* maddələr saxlamış olan mazini, o xariqələr yarada bilən ana dili ilə millətə anlatmalıdır. Böylə milli bir dərs nəticəsində də heç şübhə yoxdur ki, milli vicdan təsis edər, o dəxi böyük və milli bir əməl tövlid edər.

Мамед Эмин Расулзаде19146 мин
Qarabağ-Şuşa şəhəri

Sabiqdə Şuşa şəhəri Qarabağ xanlarının paytaxt şəhəri hesab olunurmuş. Bu şəhərin banisi Pənahəli xan olubdur. Şəhərin təmir və binası vaqe olubdur 1170-ci sənədə ki, tarixi-məsihiyyənin 1757-ci ilinə mütabiqdir. Bu şəhər əvvəlcə öz banisinin adı ilə adlanırmış. Pənahabad. Sonradan şəhərin üç-dörd verstliyində olan erməni Şuşa kəndinin adı ilə təsmiyə olundu. Pənah xan mərhum Şuşa şəhərini təmir və təsis edib, ətrafına möhkəm hasar çəkdirdi və sonra hamı xalqa müəyyən yurd və məkan göstərib, fəraqət dolanmaqlarına lazımi binagüzarlıq edibdir və yeni bina etdirdiyi şəhərin adı ilə gümüş pul zərb etdirdi--"Pənahabad" ki, rusların indiki gümüş üçşahılığı vəznində imiş.Məlum ola ki, Pənahəli xanın əsli qarabağlıdır və Sarıcalı qəryəsindəndir və Sarıcalı onun babalarından birisinin adı ilə--ki, Sarıcalı imiş,--təsmiyə olunubdur.

Фиридун-бек Кочарлинский19257 мин
Nizami Azərbaycan şairi

Nizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır.Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir.

Мамед Эмин Расулзаде19491 мин
Vaiz Əfəndi Şirvani

Mərhum Vaiz əfəndi Şirvan vilayətinin möhtərəm, alim və sahibi-kəmalü təcrübə şairlərindən hesab olunub, əşari-zərifələri ilə öz əsrində namü şöhrət kəsb etmişdi. Onun qəzəllərindən bir neçəsi əlimizə düşdü. Nümunə olaraq aşağıda iki qəzəli dərc olunur.Qəzəli-Vaiz əfəndi:

Фиридун-бек Кочарлинский19254 мин
Nizaminin yaradıcılığı

Nizami yalnız klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Onun şeri, həm özü yaratdığı yeni janr (eşq əfsanəsi), həm bu janr ilə tam ahəngdə olan məzmun və məna (ruhi təhlil), həm özünəməxsus kəskin ifadəli (rəmzli) dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş (qüdrətli təsvir), həm yüksəklərdə uçan geniş təxəyyüllü parlaq obraz və təşbehlər, həm də təsadüfə yer vermədən hər şeyi dəqiqləşdirib anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə (vəhdəti-vücud nəzəriyyəsi) ilə eni-boyu ölçülməyən ucaman bir əsərdir. Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir.N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Həmin sistem elə bir sistemdir ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.

Мамед Эмин Расулзаде19492 мин
Dərbənd şairləri

Məlum ola ki, Dərbənd şəhəri qədim binalardan birisi olub, Xəzər dənizinin kənarında təmir olunmuşdur. Dərbəndin binasını, bəzi rəvayətə görə--əzan cümlə "Dərbəndnamə"də yazıldığına binaən, İran padşahı Keyqubad qoyubdur. Keyqubad şahın əsrində Dağıstanın şimal səmti, Dərbənd həvalisi, Krım, Qazan və Rusiyanın şərqi-cənub səmti xəzərlərin padşahı Xaqana tabe idi.Şah Keyqubad Xaqanın qızını hiylə ilə təzvic edib, onunla qohumluq binasını qoydu və sonradan dərya kənarında İskəndər Zülqərneyn təmir etdirdiyi hasarın ayağını: dəryaya kimi çəkməklə hər iki dövlətin arasında bir sərhəd binasını möhkəmləşdirməyə izn aldı.

Фиридун-бек Кочарлинский19253 мин
Həft peykər ("Yeddi gözəl")

Ey cəhan dide xiş əz toHiç budi nəbud piş əz to.

Мамед Эмин Расулзаде19497 мин
Dünyada bəla nədən törəyir?

Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur:Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir?

Фиридун-бек Кочарлинский19095 мин
Nizaminin yaradıcılığının təkamülü

Var ikən “Məxzən ül-əsrar” əldəArayımmı müvəffəqlik həvəsdə?

Мамед Эмин Расулзаде19496 мин
İrəvandan məktub

Bu axır vaxtlardan bəri, demək olar ki, İrəvan müsəlmanları da cümbüş və hərəkətə gəlib, gözlərini qəflət yuxusundan açıb, insanlıq, elm və tərbiyə və təqəddümə hümmət etməkdədirlər. Belə ki, iki-üç sənə var ki, şəhərimizdə bir-iki qaydalı və səliqəli məktəb açılıb, müsəlman balaları da sair mədəni millətlərin ətfalı təki təzə üsul ilə elm və ədəb təhsil edirlər. Onlar da köhnə məktəblərin adətinə münəkis quru həsirin və tozlu, yamaqlı palazın üstə oturmayıb, taxtalar (isqələlər) üstə əyləşirlər. Səhərdən axşama təki ağır havalı məktəbdə toz-torpağın içində təzə və cavan ömrlərini çürütməyib hər saatda 5–10 dəqiqə təsfiyyəyi-hava üçün dışarı çıxıb, oynayıb şad olurlar. Əlbəttə, bu məktəblərin bu halda qüsurları da çoxdur; amma ümid var ki, İrəvan əhli hümmət edib az zamanda məktəblərin hər bir maehtiyacını düzəldələr. Burada bizim dövlət tərəfindən açılan mədrəsələrdə ülum və fünun kəsb edən müsəlman şagirdləri başqalarına nisbətən çox azdır. Və lakin az olsa da cümləsi qeyrətli, təəssüblü cavanlardır ki, öz işlərində və şüğllərində olub, aralarında ziyadə mehribançılıq və ittifaq vardır. Bu aprelin 4-də darülmüəllimində elm və kamal təhsil edən müsəlman cavanları hökumət rüsxəti ilə mərhum Mirzə Fətəli Axundovun "Məstəli şah" ünvanında tərtib etdiyi komediyanı oynayıb, cümlənin diqqət və hörmətini cəlb etdilər. Komediya türk dilində oynandı. Təklif olunan icmanın bir o qədər xoşuna gəldi ki, pərdənin axırında afərin sədası göyə çıxıb üç-dörd dəfə pərdənin qalxmağını və oynayanların zühurə gəlməyini əl çalıb tələb edirdilər. "Məstəli şah"dan sonra "Könülsüz" ünvanında bir pərdədə tərtib olunmuş təfriqə (vodevil) oynandı. O dəxi hamının xoşuna gəldi. Məlum ola ki, "Könülsüz nikah"ı yazan darülmüəllimin şagirdlərindən Rzayev familiyasında bir şagirddir ki, müsəlmanca oxuyub-yazmağa artıq şövqü var. Müsəlman camaatı bir dərəcədə komediyadan razı qaldılar ki, dübarə təkrarına talib və xahişmənd oldular. Amma vaxtın təng olmağı və bu vaxtlarda darülmüəllimin imtahanlarının başlanmağı mane olub, onların xahiş və iltimasına əməl oluna bilmədi; gələn ildə 2–3 dəfə təsis və tərtibinə vədə olundu….

Фиридун-бек Кочарлинский18902 мин
Nizaminin həyata və insana münasibəti

Tanrıya müraciətindən:**Dünyanın özü də bunca gözəlkən,

Мамед Эмин Расулзаде19495 мин
İdarəyə məktub

Müdiri-möhtərəm fəzilətli cənab İsabəy Aşurbəyov. Əvvəla cənab haqdan zat-alilərinizin səhhət və afiyət üzrə payidar olmağını arzu edirəm, digər [tərəfdən] cənabınıza izhari-məmnuniyyət edib, millət yolunda göstərdiyiniz hümmət və qeyrətinizə təhsin və afərin oxuyuram və qəlbən şad oluram ki, sizin kimi qeyrətmənd şəxslər dəxi bizim müsəlmanların içində görsənirlər. Xüsusən, müsəlman və erməni arasında sülh və barışığın bina tutmasına çalışmağınız hər bir şeydən artıq bizi şad eləyir. Əgərçi erməni-müsəlman iğtişaşında Şuşa qələsində həqirin evi içinin əcnası ilə yanıb tələf olubdur, dayım və onun iki nəfər cavan uşaqları qətlə yetibdir, bununla belə mən ürəyimdə büğz və ədavət bilməyib, bunu ancaq arzu edirəm ki, bu iki qonşunun arasında şeytanın iğva və vəsvəsəsi ilə bəhəmə gələn fitnə və fəsad götürülsün və yenə irəliki mehribançılıq və dostluq onların yerini tutsun. Vaxta ki, biz yəqin etdik, hər iki tərəfi bir-biri ilə vuruşduran və yek-digərinin üstə qalxızan üçüncü bir düşməndir, onda bizə vacib olan budur ki, haman düşmənin vəsvəsəsinə bir də aldanmayaq və müttəhid olub, onun dəfinə və bizdən kənar olmasına çarələr tapaq. Ancaq bu yolla biz özümüzü düzəldib, sahili-nicata yetirə bilərik, ancaq büğz və ədavəti bilmərrə unudub dostluq əlini bir-birimizə uzatmaqla qüvvət və mütməinnlik hasil edə bilərik. Hərgah bundan sonra biz bir-birimizə inanıb etimad və etibar etsək, onda bizi barışdırmağa və aralıqdan niza və fəsadı götürməyə nə Qalaşapov lazım gəlir, nə Levitski və qeyrisi. Erməni və müsəlman onlara ariz olan bu qədər fəlakət və müsibətdən sonra gərəkdir dürüst fikir edib, öz işlərindən və öz etdikləri insafsız və əqilsiz əməllərindən peşiman olalar, barışmağı özləri lazım və vacib bilələr. Ancaq o barışıq möhkəmdir, vaxta ki, o tərəflərin rizası və xahişi ilə əmələ gəlir. Zorla və təkid ilə bəhəmə gələn barışıq möhkəm ola bilməz və hansı tərəf bu işdə artıq danalıq, mürüvvət və sədaqət göstərsə, özünə yetən zərəri nəzərə almayıb, əvvəlcə sülh əlini dosta uzatsa o tərəfə səd afərinlər olsun. Ümidvaram ki, tezlikcə hər iki tərəf bir-birinə sülh əlini uzada və aralıqdan ədavəti bilmərrə götürə....

Фиридун-бек Кочарлинский19062 мин
Nizamidə eşq fəlsəfəsi

Arasaq dünyanın oluşunu,Eşqdə taparıq duruşunu!

Мамед Эмин Расулзаде19493 мин
Müsəlman müəllimlərinin hümməti

Hər sənə yay fəslində Şuşa şəhərinə elm və mərifət təhsil edənlərimizdən, — xah müəllimlər olsun, xah studentlər və xah dövləti qulluqlarda olan cavanlardan, — böyük bir cəmiyyət yığışıb, millət və vətənə xidmət etmək fikrinə düşürlər. Bunların mabeynlərində ülfət və rəfaqət vüquə gəlib ittihad və ittifaqın binası bir növ möhkəmləşir və bacardıqları qədər vətənlərinə nəf və fayda yetirirlər. Xüsusən bu yolda artıq hümmət və qeyrət göstərən müsəlman müəllimləri olur. Doqquz ay qürbət vilayətlərdə, uzaq kəndlərdə və şəhərlərdə təlim və tədrisə məşğul olub artıq məşəqqət çəkib üç ay yay fəslini dəxi istirahət və asayiş ilə keçirməyi özlərinə rəva görmürlər.Belə ki, iyul ayının 24-cü günü buradakı şəhər məktəbində təlim alan fəqir şagirdlərin nəfi üçün müəllimlərin hümməti ilə türk dilində bir komediya göstərildi. Müsəlmanlardan xeyli camaat: nücəbadan, tüccardan və sair əsnafdan tamaşa üçün teatroya toplaşdılar. Oynanan mərhum Mirzə Fətəli Axundovun əsərlərindən məşhur "Hacı Qara" və yaxud "Mərdi-xəsis" komediyası idi. Əgərçi bu komediya kərrat ilə Şuşa şəhərində iraə olunubdur və onun məzmunu şəhər əhlinin çoxuna məlumdur, bainhəmə komediya əsla əksilməyib hamıya xoş gəlir. Əlbəttə, mərhum Axundov kimi kamil, dəqiq, baxəbər və ziyadə təcrübəli vücudun əsəri dəxi həmişə həyat üzrə baqi qalacaqdır.

Фиридун-бек Кочарлинский19032 мин
Nizaminin dinə münasibəti və ictimai idealı

Başqasına faydalı iş görməyə,Şam kimi gəl hazır olaq yanmağa!

Мамед Эмин Расулзаде19499 мин
Qarabağda Cavanşir mahalının əhval və övzasına dair

Əlli-altmış sənə bundan əqdəm Qarabağın şairi-binəziri Qasımbəy Zakir təxəllüs Qarabağın çox yerlərini gəştgüzar edib Tərtərbasara ki, -- ibarət ola Cavanşir mahalından, -- səyahət qəsdi ilə gəlir. Bu ümidlə ki, orada onun könlü açılsın və bəlkə Bərdə şəhərinin sabiqdə olan rövnəq və abadanlığından bir nişani-əlamət görə. Öz hiss və arzularını Zakir bu sayaq nəzmə çəkir:O viladə bir mehriban görmədim,

Фиридун-бек Кочарлинский19067 мин
Nizaminin dövlət haqqında görüşləri

Dinində dövlətin zülm haramdır,Zalımlara dövlət candan düşmandır.

Мамед Эмин Расулзаде19495 мин