Üz-üzə gəldi bir gün əsil köhnə tanışlar,Salamlaşıb tutdular əl, təntənə yerində.Görüşdü əvvəlki tək o mehriban baxışlar;Yandı köhnə sevginin şöləsi gözlərində.Kişi dedi: yadında varmı o keçən illər?Qadın cavab verdi ki, ötüb xeyli fəsillər, –Zənnimcə qırx il olar.– Düzdür, elədir, bəli;Yadına saldı qoca: əlində qızın əliGedirlər gəzə-gəzə.İtalyadan qayıdıb gəlmişdir Bülbül təzə,Böyük konsert verirdiSənətin ecazını aləmə göstərirdi.

Qadın dedi Cəfərin “Od gəlini” – o gövhərİlk dəfə oynanırdı səhv etmirəmsə əgər.Elxan Abbas Mirzəydi, səhnəmizin vüqarı,– Aqşin Ülvi Rəcəbdi.Nə qəşəngdi, ecəbdiO vaxtkı səhnəmizin o zamankı baharı...

Yada saldılar, hər şey canlandı göz önündə,Qızın nahaq, səbəbsiz küsüb getdiyi gün də...Qoca birdən soruşdu xeyli acı olsa daAnırsanmı o günü söylə düşürmü yadaNahaq yerə...Başını qadın saldı aşağı.Gəlib durdu önündə ərköyün qız uşağı,Sevgiyə qılınc çalan öz cavanlıq surəti.Eşqə düşmən ayrılıq... Dönüklüyün möhnətiDərdə saldı oğlanı, sayıqladı gecələr,Hicran dağa toxunsa, dağ əriyər, incələr.“Nə üçün o kəlməni işlətdin ehtiyatsız”Deyə eşqin bağında səmumə çevrildi qız,Çıxıb getdi... Sonra da verdilər özgə ərə,Baldan şirin həyatı çevrildi sitəmlərə...İndi görüşürdülər onlar birinci dəfə,Demədilər ki, çıxaq axşam sahil tərəfə.Yadlarına düşmədi konsert, dram əsəri,Qaş qaralıb, qüruba gedir ömrün saheri.Xatirində qalırmı, yadında varmı deyə,Yas tutdular ürəkdən nakam ölən sevgiyə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви