Содержание
  1. 1
  2. 2
  3. 3
  4. 4

Страница 2 из 3 · 33%

– Düz gedin!

– Əmi, indi ispalkom bağlı olar, gecdir.

Firidunun bu ayıq uşaqdan xoşu gəldi:

– Eybi yoxdur, bacı, – dedi, – açarlar.

Bir kəndli Firidunun həkim olduğunu bilib qabağına düşdü, onu kənd soveti katibinin evinə gətirdi, çəpərdən hörülmüş bir qapıda dayanıb, üzünü pəncərəyə tutdu:

– Ay Göyiiş, həkim gəlib.

İçəridən səs gəldi:

– Doğum evinə aparsana!

– Bir qapıya çıx!

Çiynində kürk, əlində ağac olan əsgər libaslı bir cavan oğlan çıxdı. Axsaya-axsaya eyvanda yeridi. Kəndli pilləkəndən qalxdı. Göyüşün qabağını kəsdi, arxası Firiduna tərəf dayanıb, bir az yavaşdan dedi:

– Ədə, necə doğum evi? Kişi doğmağa gəlməyib ha! Acdır, yorğundur, niyə bəs evə çağırmırsan?

Bu sözlər Göyüşə təsir etdi. Firidunu səslədi:

– Yuxarı buyurun, yoldaş, buyurun!

Kəndli onu danlamaqda davam edirdi:

– Zəhra srağagündən atasıgilə gedib. Evdə adam olsaydı, mən heç qonağı bura gətirməzdim.

Göyüş əl verib, Firidunla tanış oldu.

2

Firidun rayonda tələbkarlıq edib, kənd məktəbinin istifadəsiz otaqlarından ikisini təmir etdirdi, müalicəxananı genişlətdi. Bəzi cihazların, dərmanların alınması üçün səhiyyə şöbəsinə sifariş verdi. Əvvəl məktəb uşaqlarının səhhətini yoxlamaq üçün müayinə vərəqələri hazırladı. Neçə dəfə kolxozçuları yığıb, səhiyyə tədbirləri haqqında söhbət elədi. Çiyninə çanta salıb, kəndlilərə kömək üçün tarlalara çıxdı.

Evdə nigaran qalmasınlar deyə, Firidun qısa bir məktub yazdı. Yazıb bildirdi ki, Xoşum gələn bir yerdə, xoşum gələn yoldaşlarla işləyirəm, məndən nigaran olmayın. Sizə müfəssəl yazacağam/"

O günlərdə Gədəbəy rayonuna Moskvadan akademik Lısenkonun kartof əkib-becərmək üsulunu kolxozçular arasında yayan və yoxlayan bir komissiya gəlmişdi. Komissiyanın sədri, kənd təsərrüfat elmləri doktoru, Timiryazev Akademiyasının professoru Suxanin soyuqlayıb xəstələnmişdi. Onu Firidunun məntəqəsinə gətirdilər. Firidun xüsusi bir səylə professorun müalicəsi ilə məşğul oldu. Professor cavan həkimin müalicə hökmlərinə əməl etməkdən qabaq dərmanın tərkibini, məqsədini soruşurdu. Firidun heç bir şeyi gizlətmədən, bildiyi kimi izah edirdi.

Professor rayon xəstəxanasında da yatdı. Yeddinci gün ona yola çıxmaq icazəsi verdilər. Çox çəkmədi, Firidunu rayona çağırdılar, rayon icraiyyə komitəsinin təşəkkürnaməsini verdilər.

Bir ay sonra mərkəz qəzetlərinin birində belə bir məqalə çap olundu: "Dağ rayonlarda zökəmin yayılması, nəticələri və müalicə tədbirləri". Məqalə müəllifi, təbabət elminə məlum olan şeylərdən az yazaraq, bədənin müqavimət iqtidarını artırmaq tədbirlərindən, bədən tərbiyəsinin əhəmiyyətindən danışır, uzaq kəndlərdə səhiyyə təbliğatının hələ də məhdud olduğunu göstərirdi. "Kənd həkimi" deyə imza atan Firidunun yazısında təzə faktlar, rəqəmlər, cəsarətli hökmlər də var idi.

Təxminən həmin günlərdə xalq səhiyyə komissarı Firidunun atasına zəng edib əhvallaşandan sonra soruşdu:

– Firidun görünmür, onu onuncu poliklinikaya baş həkimə müavin vermək istəyirəm, necədir?

Firidunun atası dedi:

– O işləyir ki!

Komissar inanmadı:

– Harada, yoxsa ayrı bir məsul işə..

Kişi ona macal vermədi:

– Xeyr, ayrı iş niyə? Rayonda, Gədəbəy rayonunda kənd həkimidir.

– Ola bilməz!

– Yoxsa siz həkimləri tanımadan işə təyin edirsiniz?

Səhiyyə komissarı utandı, güclə belə deyə bildi:

– Bilmirəm necə şeydir! Aydınlaşdırmaq lazımdır!

Telefon dəstəyini yerə qoyan kimi, komissar kadr şöbəsinin rəisini çağırıb:

– Firidunu hara təyin etmişsiniz? – deyə soruşdu.

– Heç hara, o zaman saxladıq ki, şəhərdə vəzifə verək.

– Bəs sonra?

– Sonra heç gəlməyib. Mən elə bilirəm, siz özünüz onun barəsində sərəncam veribsiniz.

Komissar acıqlandı:

– Mən sərəncam-zad verməmişəm. Canım, siz onu kəndə göndərmisiniz.

– Elə şey olmayıb!

– Bu saat əmri tap gətir!


Böhtana düşən qardaşının məhkəmə işi üçün Bakıya getmiş olan Göyüş məqsədinə çatıb qayıdandan sonra bir qonaqlıq eləmişdi. Süfrə başında üzünü Firiduna tutub deyirdi:

– Yoldaş həkim, dünyada kişilər var imiş, adamlar var imiş! Komissar... filankəsi yəqin ki, eşitmisiniz. – Göyüş Firidunun atasım Firiduna tərif edir, soruşurdu: – Görmüsənmi onu?

– Bəli, görmüşəm.

– İşin düşməyib?

– Xeyr, düşməyib.

– Q ap ısı lap dərgah qapısıdır, o qədər gələn-gedən var ki! Bilirsən necə adamlar gəlir! İşi çətinə düşən hər kəsi onun qapısında görərsən. Kişi hamını ata kimi, qardaş kimi dindirib danışdırır. Təki elə adamlardan bizim rayonda da çox olaydı.

Firidun özünü güclə gülməkdən saxlayıb, Göyüşə: "Bəli, bəli", – deyirdi.

Qonaqlığın şirin yerində qapı döyüldü. Rayon icraiyyə komitəsinin katibi içəri girib, Firiduna bir kağız verdi:

– RİK-dən kağız var!

Məktubu Sərvərov yazmışdı: "Yoldaş Firidun, sabah buraya zəhmət çəkmənizi xahiş edirəm. RİK sədrinin yanına gedəcəyik".

...Firidun, Sərvərovla kabinetə girəndə Zeynalov ayağa qalxıb, hər ikisinə əl verdi, yer göstərdi.

– Əyləşin! – Zeynalov zəngi basıb tapşırdı ki: – Adam buraxma! – Firiduna tərəf dönüb soruşdu: – Necəsiniz?

Firidun, hər halda, mühüm bir iş üçün çağırıldığını və bu əhvalpürsanlığm rəsmiyyət olduğunu düşünür, cavab vermək istəyirdi ki, Zeynalov qapı-pəncərəyə göz gəzdirib, mətləbə keçdi:

– Utancaqlıq yaxşı şeydir, amma öz yerində! Yoldaş Firidun, ay sağolmuş, görmüşük, qolçomaq oğlu, mülkədar oğlu öz əsil-nəsəbini gizlədir. Sizin ki, atanız respublikada ali bir şəxs, ay sənin saqqalın ağarsın, bunu bizdən niyə gizlədirsən? Gizlin tutursan, nəticədə də bizi... – Zeynalov Sərvərova işarə edib onu da qatdı, – ...bizi utandırırsan. Axı, rayon, hətta, mərkəz sizin kimisini axtarır, şükür ki, ali bir ixtisas sahibi niyə adını gizlədirsən?..

Firidun cavab verdi ki:

– Mən familiyamı heç kəsdən gizlətməmişəm. Ancaq familiyanı ucadan deməkdən də xoşum gəlməz!

Sərvərov dedi:

– Necə gizlətməmisən, sənə təyinnamə verən mən, soruşuram, Bakıdansan, deyirsən əslim tiflislidir. Göyüş bir saat sənə kişidən, komissardan danışır, bir kəlmə demirsən ki, o mənim atamdır.

Zeynalov davam etdi:

– Arada bizi pis kişi eləyirsiniz...

Firidun onun sözünü kəsdi:

– Komissar həsəb-nəsəbdən xoşlanmaz, siz deyəni heç xəyalına da gətirməz. Ehtirama qalan yerdə mən nəinki sizdən, yoldaş Sərvərovdan və hər bir kəndlidən hörmət görmüşəm, bu barədə narahat olmayın!

Zeynalov əllərini cibinə qoyub dedi:

– Dünən səhiyyə komissarı məndən soruşanda təəccüb elədim. Dedim bizdə elə adam işləmir. Nə bilək ki, sizsiniz?! Sonra bilməmişəm, kişiyə nə cavab verim. İndi deyərlər üç cüt, bir tək kadrları var, onu da belə tanıyırlar.

Firidun onları inandırmağa çalışdı:

– Mən lap layiq olduğum yerə təyin olunmuşam. Buna atam da razıdır. Mənim atam oğluna həqiqi tərbiyə və həyat yolunu göstərən adamdır. Mən istəmişəm ki, adamlar öz əməyimə, ləyaqətimə görə və bu ləyaqət dərəcəsində mənə baxsınlar.

RİK sədrinin yanından gedəndən sonra Firidun öz-özünə dedi: "Yox, daha burada dayanmalı yer deyil."

Səhər rayon hərbi komissarlığına gedib xahiş etdi ki, məni hərbi qulluğa göndərin! Cəbhəyə getmək istəyirəm.

– Yerli təşkilatlar etiraz etməz ki?

– Siz mənim xahişimi əsas ala bilərsiniz. Mən könüllüyəm, cəbhəyə gedirəm. Kimə nə dəxli!

Hərbi komissar razı oldu. Firidun həmin axşam yüngül şeylərini yığıb, qayışa bağladı. Rayonda aldığı çarpayı, stol və bəzi müalicə vəsaitini feldşerinə tapşırıb:

– Bakıya çağırıblar, – dedi, vidalaşdı.

Bakıda Firidunu növbətçi çağırışçılara qoşub, Tbilisiyə göndərdilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

El xadimləri

Taq-taq-taq...Gülər xala qapı döyəni bu səsdən tanıyırdı, yaşına uyğun olmayan bir cəldliklə qalxıb halqalı açarı götürər, qapıya yaxınlaşardı. Nazlı qonşusuna zəhmət verdiyinə görə xəcalət çəkər, sonra açarı alar, sağ ol eləyib gedərdi.

19625 мин
Müdafiə vəkili

Keçmişdə məktəbli cavanlar arasında bu sözlər çox eşidilirdi: eşq, məhəbbət, hicran, gülü-xəndan, bülbüli-nadan... Çünki onda cavanlar oxuyub qurtaranda evlənməyi, daha doğrusu, aşiq-məşuq münasibətlərini çox düşünürdülər. İndi isə məktəbdə, kitabxanada, institutda, kabinetdə belə sözlər eşidilir:Tema, opponent, elmi rəhbər, referat, dissertasiya, annotasiya...

11 мин
O yana baxan

Mənim mənzilim şəhərin mərkəzində, gurultulu küçələrdən birindədir. İki həyət sağımda bir heykəltəraşın emalatxanası var. Hərdən karton, brezent üstündə çəkdiyi şəkilləri, palçıqdan düzəltdiyi şeyləri çıxarıb qapısına qoyur, divarına vurur ki, gəlib-gedən baxsın.Məndən gileylənməsin deyə, qonşumun emalatxanasına baxmağa getdim. Sağ olsun, yaxşı qarşıladı. Dəzgahmdan qalxıb məni salamladı, fırçasını yerə qoydu, ağacını götürdü, döşlüyünü çıxardı, çeşməyini taxdı. Bir-bir çəkdiyi şəkilləri, düzəltmək istədiyi heykəlləri mənə göstərdi:

4 мин
Pillələr

(Oğrunun düşüncələri)*Dünyada hər şey tədriclə olur. Böyük şəhərlər də birdən-birə tikilməyib, yavaş-yavaş, pillə-pillə. Hər iş belədir.

19623 мин

Стихи других поэтов