Содержание
  1. 1
  2. 2
  3. 3
  4. 4

Страница 3 из 3 · 67%

3

Firidun beş gün Tbilisidə ləngiyəndən sonra cəbhəyə yollandı. Anasına təcili bir teleqram vurub, onu Biləcəri vağzalına çağırdı. Əsgə ri qatar Biləcəriyə çatanda Firidun atasını, anasını və balaca qardaşını səkidə dayanan, pəncərələrə baxan gördü. Tez özünü yerə atıb çağırdı:

– Ata!

Komissarın şoferi, dostlarından da bir nəfər yanında idi. Komissar iftixarla qarşıladığı oğlunun alnından öpdü:

– A qırışmal, – dedi, – cəbhəyə getmək xahişin vardı, mənə niyə demirdin bəs?

Anası da Firidundan gileyləndi:

– Bu nə yekəxanalıqdır? Dünyanın başına məsləhət qoyan sənin atandır, sən bir soruşmursan, öz bildiyinə gedirsən...

Firiduna gətirdikləri azuqəni vaqona qoydular. Komissar onu qatarı müşayiət edən kapitana tapşırdı. Öpüşüb, görüşüb ayrıldılar.

Birinci dəfə idi ki, Firidun atasını – o enlikürək, ucaboy, tənumənd adamı, çallaşmış başından hər şeyə düz, iti baxan, dərin gözlərində keçirdiyi mübarizələrin tarixi oxunan o dövlət xadimini, atası da Firidunu – dünənəcən gözü önündə iməkləyən, yıxıla-yıxıla yeriyən ana uşağını, simasından ümid və rəşadət yağan o yaraşıqlı gənci ağlayan görürdü. Ancaq onların hər ikisi qəhərini boğur, dodağını gəmirir, ağladıqlarını gizlətməyə çalışırdılar.


Diviziya komandiri lazımi dərman və müalicə vəsaiti verib, bir neçə kəşfiyyatçı ilə Firidunu düşmən arxasına, meşələrin birində faşistlərlə vuruşan partizan dəstəsinə köməyə göndərdi.

Partizanlar sanitar təyyarəsini, xüsusilə həkimi müstəsna sevinclə qarşıladılar. Firidun burada aylardan bəri yuyunmayan, soyunmayan, saçı-saqqalı bir-birinə qarışan, təpədən-dırnağadək silahlanan adamlar içində çalışmağa başladı. Ağaclar altında, yeraltı qazmalarda beş nəfər ağır xəstə yatırdı. Firidun bütün bacarığı ilə bu döyüşçülərin həyatını qorumağa səy edirdi. Cəbhə həyatı günü-gündən onun qanına, vərdişinə keçirdi. O, şiddətli bombardmanda, atışmalarda, mühasirə təhlükəsində, top atəşi altında, ən ağır yorğunluq, yuxusuzluqda da bədəni keyiyənədək çalışırdı.

Günün birində dəmiryol təhlükəsindən qorxan bir alman piyada hissəsi meşədə daldalanmaq istədi. Partizan dəstəsi isə bu xəbəri alan kimi, düşməni qəflətən yaxalamağı qət etdi. Gün batana yaxın pulemyot atəşi ilə hücuma keçən partizanlar düşməni pərən-pərən saldılar. Köməyə gələn düşmən avtomatçıları partizanların arxasını kəsmək, mövqelərini tapmaq istədilər. Firidun sol qolundan yara aldısa da, döyüşdən çəkilmədən əl bombaları ilə pulemyotu susdurub yol açdı, özünü düşərgəyə saldı, yarasını bağladı. Əvvəlcə dəstənin ləvazimatını, vəsiqələri əldən çıxartdı. Sonra qazmada yatan üç nəfər xəstəni bir-bir dalma alıb, meşənin dərinlərinə, kolluqlar arasına sürüyüb gizlətdi.

Səhər düşmən soldatları dəstənin köhnə mövqeyinə doluşmuş, qazmaya od qoymuşdular. Firidun bunu, ağacların başından qalxıb, aydın göyə dirəklənən qara tüstüdən seçmişdi. O, indi yarpaq və budaqlarla örtülmüş yaralı əsgərlərin qayğısını çəkirdi. Firidun əlində avtomat, pusquda dayanıb, düşməni gözləyirdi. Ancaq nədənsə düşməndən bir hənirti yox idi. İki gün burada xımırını çəkmədən dayanan Firidun üçüncü günün axşamı dərəyə enməyə, xəstələrə su gətirməyə məcbur oldu. Suya çatar-çatmaz bir hənirti duydu. Deyəsən, ona dedilər: "Adam var!" Firidun dayandığı yerdə ağac dibinə sindi. Ətrafı dinlədi. Xışıltı gəldi. Deyəsən, islanmış yarpaqları ayaqlayırdılar. Bunun ardmca bir fışqırıq və danışıq eşidildi. Firidun sükutu pozmayıb dinlədi. Birdən göydən əmr endi:

– Kimsən?

Rusca deyilən bu söz Firidunu həm sevindirdi, həm də şübhəyə saldı. Əmr təkrar olundu:

– Kimsən? Vurdum!

– Sən kimsən? – Firidun bunu dedi və ətrafa göz gəzdirib, heç kəsi görə bilmədi.

Daha da ucadan dedilər:

– Fris təslim ol, yoxsa öləcəksən!

– Fris, özünsən!

Firidunun sözünə güldülər:

– Bizimkisənsə, çıx!

Firidun qarşısında avtomatlı bir əsgər görüb yerindən qalxdı. Onlar bir-birinə yaxınlaşanda sağ tərəfdən bir, sol tərəfdən də bir əsgər yanaşdı. Kəşfiyyatçılar Firiduna kömək edib, yaralıları sovet mövqelərinə apardılar.

Firidunu polk qərargahının qarşısında saxlamışdılar. Komandir onu dindirəcəkdi. O yorulmuşdu. Qapı ağzında uzadılmış dirəyin üstündə oturub papiros yandırdı. Komandir Əliyev adlı bir azərbaycanlı kapitan idi. Əvvəlcə yaralılara baxıb, həkim məntəqəsinə aparılmasını tapşırdı. Firidun irəli yeriyib rəsmi təzim vəziyyəti aldı və bildirdi ki:

– Onları mən özüm cərrahiyyə stoluna aparacağam, çünki, vəziyyətlərini mən yaxşı bilirəm.

Əliyev ona yanaşan və qolunu boynundan asmış olan yaralının adını soruşdu. Firidun özünü təqdim edəndə Əliyev əzizini görmüş kimi, qollarını açıb, onu qucaqladı:

– İzin verin sizi təbrik edim, Sovet İttifaqı Qəhrəmanı Firidun!

Onlar qucaqlaşdılar. Əliyev qəzeti çıxarıb Firiduna göstərdi və əmr edib maşın çağırdı, yaralılarla bərabər cəbhə qərargahına apardı.

4

Firidun bir dəstə qəhrəmanla Kremldən çıxanda saat beşi vururdu. Bu axşam Hərbi Akademiyada Sovet İttifaqı Qəhrəmanlarının şərəfinə ziyafət verilirdi. Firidun mənzilinə gələndə ona bir açıq məktub verdilər. Atası yazırdı: "Qəhrəman oğlumu təbrik edirəm. Firidun, dünəndən Moskvadayam, müşavirəyə gəlmişəm, sənin adresini Xalq Müdafiə Komissarlığından tapdım. Evdə ol, görüşək/"

Firidun müəyyən yerlərə zəng etdi. Atasını tapa bilmədi. Mənzilinin yerini deyə bilmədilər. Saat yeddinin yarısınadək gözlədi. Əl boyda məktub yazıb/xidmətçiyə verdi və tapşırdı ki:

– Məni axtaran olsa, Hərbi Akademiyada olacağam.

Firidun ziyafətə gəlmişdi, ancaq fikri atasının yanında idi. Qapıçıya onun üçün dəvətnamə vermişdi. Ziyafət zalında dura bilmir, hər 10-15 dəqiqədən bir aşağı mərtəbəyə düşüb, qapıçıdan soruşurdu. Bu dəfə qapıya yanaşanda hərbi kostyumlu, ucaboy bir adamın qapıdakı əsgərlə danışdığını gördü və irəli yeridi. Atasını qucaqlayıb öpdü. Atası kürəyində oğlunun bir qolunu duyub diqqətlə o biri qoluna baxdı. Firidun dərhal onun nəzərindəki sualı oxuyub dedi:

– Elə bir şey deyil, işləyəcəkdir. Ancaq anam bilməsin!

Firidun atasının qoluna girib, içəri apardı. Komandirlər bir-birinə yanaşıb nabələd kişini göstərir, soruşur və cavab verirdilər:

– Azərbaycan qəhrəmanı Firidunun atasıdır!

Ahəstə danışan dost və tanışların dilindən bunu eşitmək Firiduna nə nədər xoş idi!

Yalnız indi, illər keçdikdən, isti ana qucağından və ata sayəsindən uzaq, müstəqil, mübarizə və döyüşlərdə bişdikdən, şəxsi istedadına söykənib, həyat yolunda cəsarətlə addımladıqdan sonra, dəhşətlər, fəlakətlər, ölümlərlə üz-üzə gəlib bərkiyən iradəsini imtahanlarda sınadıqdan sonra Firidun öz üzərində heç bir kölgə görmürdü. O indi dağın yanında dağ kimi dayanmışdı. İctimai iftixar günəşinin parlaq işığından feyzlənir, başını daha da uca tuturdu.

Atası Firiduna baxıb fəxr edir, sanki, deyirdi:

– Bu mənim oğlumdur!

Firidun da komissara baxıb sevinir, guya deyirdi:

– Mənim atamdır!

Qəhrəmanlar məclisi ata və oğulun iştirakı ilə şənlənir, təntənəli musiqi sanki deyirdi:

– Bunlar bizimdir! Bizimdir bunlar!

Şəhərdə guruldayan və göylərə nur səpən topların salam atəşləri isə sərhədimizdən çox uzaq yerlərdən, Firidunun döyüş yoldaşlarından, onların yeni-yeni hünərindən aləmə xəbər verirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

El xadimləri

Taq-taq-taq...Gülər xala qapı döyəni bu səsdən tanıyırdı, yaşına uyğun olmayan bir cəldliklə qalxıb halqalı açarı götürər, qapıya yaxınlaşardı. Nazlı qonşusuna zəhmət verdiyinə görə xəcalət çəkər, sonra açarı alar, sağ ol eləyib gedərdi.

19625 мин
Müdafiə vəkili

Keçmişdə məktəbli cavanlar arasında bu sözlər çox eşidilirdi: eşq, məhəbbət, hicran, gülü-xəndan, bülbüli-nadan... Çünki onda cavanlar oxuyub qurtaranda evlənməyi, daha doğrusu, aşiq-məşuq münasibətlərini çox düşünürdülər. İndi isə məktəbdə, kitabxanada, institutda, kabinetdə belə sözlər eşidilir:Tema, opponent, elmi rəhbər, referat, dissertasiya, annotasiya...

11 мин
O yana baxan

Mənim mənzilim şəhərin mərkəzində, gurultulu küçələrdən birindədir. İki həyət sağımda bir heykəltəraşın emalatxanası var. Hərdən karton, brezent üstündə çəkdiyi şəkilləri, palçıqdan düzəltdiyi şeyləri çıxarıb qapısına qoyur, divarına vurur ki, gəlib-gedən baxsın.Məndən gileylənməsin deyə, qonşumun emalatxanasına baxmağa getdim. Sağ olsun, yaxşı qarşıladı. Dəzgahmdan qalxıb məni salamladı, fırçasını yerə qoydu, ağacını götürdü, döşlüyünü çıxardı, çeşməyini taxdı. Bir-bir çəkdiyi şəkilləri, düzəltmək istədiyi heykəlləri mənə göstərdi:

4 мин
Pillələr

(Oğrunun düşüncələri)*Dünyada hər şey tədriclə olur. Böyük şəhərlər də birdən-birə tikilməyib, yavaş-yavaş, pillə-pillə. Hər iş belədir.

19623 мин

Стихи других поэтов