Paho, paho-o... Vay!
Страница 1 из 2
Deyəcəklər, bu necə söhbətdir, nə sərlövhədir? Zarafat eləyirsiniz, nədi?
Amma oxuyanlar görə bilər ki, burada nə zarafat, nə bir təəccüb yeri var. Olan şeydir. Olanı da deməyə, yazmağa kimin nə sözü?
Nə isə, keçək mətləbə!
Qələm çox güclü şeydir. Min illərdən bəri Aristofanı, Firdovsini, Şekspiri, Tolstoyu yola salan qələm, insanların başına gələnləri səbrlə, səliqə ilə, sahman ilə danışa-danışa durub, uf deməyib. İndi qələmin gücü daha da artıb, onun əlində maşınlar, radiolar, kinolar, işıqlar, rənglər, binalar... Nələr desən var, bunlar ona görədir ki, ay qələm, sözünü de! Səsinə güc ver! İndi milyonlar sənə qulaq asır.
Dünyada elə hadisələr, işlər baş verir ki, müqabilində bütün bu top-topxana, atom-matom, raket-maket də acizdir. Əhvalatı eşidirsən, mat-məəttəl qalırsan. Nə qələm yazır, nə kağız əks eləyir. Əlin əsir, bilmirsən, nə eləyəsən.
Güman eləməyin ki, sizə demək istədiyim mətləb ümumdünya məşələlərindən, siyasətdən və diplomatiya, texnika möcüzələrindəndir. Yox! Tamam adi, yaşayış aləmindəndir. Sizin hər birinizin nəzərindən keçə bilən bir mətləbdir. Ancaq elə bir şəkildə baş verib ki, heç kəsin nə əqlinə, nə xəyalına, nə də yuxusuna gələ bilər.
Söz qısa gərək, bu yaxınlarda bizim qonşuluqda, qonşuluqda deyəndə, lap qabağımızdakı təzə kvartalda bir ailəyə mənzil veriblər. Köç-haköç olub, hər kəs öz yerini tutub, evini, əşyasını sahmana salıb, işlər qurtarıb gedib. Amma bu ailədə köç qurtarandan sonra ayrı bir aləm açılıb. Aləm, nə aləm!
Mərmər xanım üç uşağı, yetim Əkbər beş uşağı ilə bir mənzilə order alıblar. Dördotaqlı mənzilin iki otağını Mərmərə, iki otağını da Əkbərə veriblər.
Deyəcəksiniz, darısqallıq olacaq, ailələr yola getməyəcək. Təki elə olaydı, köçənəcən hamı bu fikirdə idi. Amma köçəndən sonra ayrı iş çıxdı. Sən demə, işin içində iş var imiş. Elə bir iş ki, nə ispalkom, nə mənzil idarəsi, nə də köçən adamlar biliblər. Yaralar birdən açılıb. İnsanın bədənində, ya bir üzvündə vaxtı ilə baş vermiş, sonradan köhnəlib örtülmüş yaralar olur ki, dindirib-dəbərtməsən, heç sədası çıxmaz, ziyanı da olmaz, amma elə ki, dəbərtdin, görəcəksən, açıldı. Köhnə yara da açılanda vulkan ağzı kimi açılır, təzəsindən pis olur. Müalicəsi də baş tutmur. Bu əhvalat da elə oldu. Mən danışanda, Mərmərin ailəsini, Əkbərin ailəsini deyəndə gərək siz soruşaydınız ki, nədən ötrü bir ailənin adını qadm ilə, o birinin adını kişi ilə çəkirsiniz. Mərmərin kişisi yoxdur? Həm də güman eləməyin ki, mən adamların hüquq bərabərliyini nəzərə alıb, hər iki ailənin adını çəkirəm. Birini kişinin, birini də qadının adı ilə çəkirəm. Yox, burada ayrı mətləb var. Mərmərin kişisi var, özü də lap yaxşı kişidir. Amma biz gərək bu ailədə qabaqca yerləri tanıyaq. Bunun səbəbi var. Mərmərin kişisi olduğu kimi, Əkbərin də arvadı var. Əkbərin arvadı da bizə lazım olacaq. Amma hələ Əkbər özü lazımdır. Mərmər mühəndis Qılmanın arvadıdır. Əkbərin də Adilə adlı maral kimi bir həkim arvadı var. Hər iki ailə qurulmamışdan əvvəl Mərmər ilə Əkbərin uzun illər sürən bir sevgi dastanı olmuşdur. Vaxt var idi ki, Mərmər Əkbərdən ötrü, Əkbər də Mərmərdən ötrü ölümə gedərdi. Bu iki gəncin məhəbbəti dillərdə dastan idi. Nə edəsən ki, alovlu 432 məhəbbət, sanki birdən-birə selə, suya tutulub söndü, külə döndü. Baş tutmamağının da cürbəcür səbəbləri oldu. Macəranı danışsaq, söhbətimiz uzanar. Yaxşı oldu ki, aylar, illər keçdi. Çox fəsillər ötdü, küləklər əsdi, qızmış hisslər soyudu. Əkbər də, Mərmər də bu macəranı unutdular. Daha doğursu, unutmağa məcbur oldular. O da, bu da daşı ətəyindən tökdü. Üzünü döndərdi, hərə bir tərəfə getdi. Gözdən iraq olan, könüldən də uzaq oldu. Əkbər özünə layiq qız tapdı, Mərmər də oğlan, əhvalat da bununla deyəsən, qurtardı. Amma bu ev məsələsi ortava düşəndə, daha doğrusu, ailələr yeni mənzilə köçəndə iş təzələndi. Lap təzələndi. Camaat baxıb gördü ki, iyirmi, iyirmi beş il keçsə də, Əkbər həmin Əkbərdi, Mərmər də həmin Mərmər! Hamı başladı mənzil idarəsini danlamağa ki:
– Ay rəhmətdən uzaq kişinin oğlu, ailələr arasına adam belə nifaq salar? Təzə mənzil kimi gözəl neməti niyə belə zəncəfil eləyib adamların ağzına tökürsən? Heç sənin insafın, ya vicdanın yoxdur? Yoxdursa, beş günlüyə qonşudan borc alaydın! Qonşunun hansından istəsən, sənə borc verməzdi? Niyə xalqı aşkar bəlaya salırsan?
İşin açılmağı da belə oldu:
Köçhaköçdə ürəkdolusu sevinc, necə deyərlər, gözləri pərdələyir. Adam order aldığı mənzildən başqa heç nəyi görmür.
Əkbər bəlkə də şərikli mənzilə köçməyə razı olmazdı.
Ancaq evləndiyi üçün daha qapılarda kirəkeş olmaqdan bezmişdi. Rayon Sovetində bu evi ona təklif edəndə çarəsi kəsildi. Mənzil idarəsinin sədri də məsləhət gördü.
– Sizə pis qonşu verməmişik. Mühəndisdir, dinc adamdır, uşaqları da var. Hələlik şərikli yaşaya bilərsiniz. Mənzil böhranı keçəndən sonra, əlbəttə ki, baxarıq!
Əkbər qoltuğunda "Rekord” radio cihazı otağına keçəndə qonşu qapıda dayanıb pərdə asmaq üçün ölçü götürən bir qadm gördü. Gördüt demək də düz olmaz. Lap üz-üzə gəldi, az qaldı hətta toqquşsun. Qadın kənara çəkilib Əkbərə yol verdi, ancaq keçəndən sonra da onun dalınca baxmaqda davam etdi. Əkbər də geri döndü. Onların nəzərləri bir-biri-nə dikildi. Əhvalat da buradan başlandı.
On il müddətində sönüb külə dönmüş bir məhəbbət qığılcımı küləkdən alovlanıb ətrafa işıq verməyə başladı.
"Deyəsən, odur axı! Yox, adam-adama oxşayar... Deyəsən, həmin, həmin gözlərdi! O hara, bura hara... Boy-buxun, necə də oxşayır..."
Əkbər həyəcan, tərəddüd içində bunları düşünürdü ki, aşağı mərtəbədən bir kişi səsi eşidildi:
– Mərmər xanım, şkafın açarım aşağı tulla!
Pərdənin ölçüsünü götürən qadın "bu saat!" deyə içəri qaçdı. Re-dikülündən açar götürüb balkona çıxdı!
Əkbərin ürəiyndə bayaqdan bəri hərlənən şübhə və tərəddüd dağılıb getdi. "Mərmər xanım! Özüdür..."
Bu ad, bu müraciət Əkbərə nə qədər xoş və tanış idi. O da vaxtı ilə bunu eşidəndə ildırım vurmuş kimi, dik atılardı. Bu adı iri rəngli, bəzəkli hərflərlə yazardı. Kağıza, dəftərə, alboma yox, qışda qar üstünə, payızda ağac gövdəsinə, yayda qumlara, yazda çiçəklərə yazardı.
Mərmər xanım! Onun dilində ən əziz və ləziz bir söz idi. On ildir ki, bu sözü nə aşkar dilinə gətirir, nə də kənardan eşidir. Ürəyində qövr eləyən nisgil, sandıqçada qapanıb qalan bir inci kimi, köhnəlmişdi. İki dəqiqə əvvəl gördüyü qadın sanki cavanlığın bakir, unudulmaz xatirələrini yada salanda, qeybdən bir səs bu adı qəsdən təkrar etdi. Onun ürəyindəki titrəyişləri təlatümə gətirdi:
– Odurmu, ilahi!
Tamamilə mümkündür! Axı, mühəndisə ərə gedib, bəlkə, qonşu gələn onlardır! Ay aman, Adilə bilsə güman edəcək ki, mən düzəltmişəm...
"Mərmər xanım!" Bu ad ilə neçə aylar, neçə illər, neçə xatirələr bağlı idi!
O zaman niskil ilə Əkbər bu mahnını oxuyardı:
Bu dünyada daş daşıdım, gəmim dolmadı,
Gənc yaşımda bir qız sevdim, mənim olmadı!
Mərmər xanım ucaboy, irisifətli, qələmqaşlı gözəgələn bir qadın idi. Seminariyadan sonra Əkbər ondan uzaq düşsə də, mühəndis olduğunu, texnikumların hansındasa dərs dediyini, əri ilə mehriban yaşadığını bilirdi. Qəlbən nə qədər ona bağlı olsa da, onun həsrətini çəksə də, görüşməyə cəhd etmirdi, çünki, indi daha Mərmər başqa bir kişinin xa4 3 4 nımı idi, həm də Əkbər Adilənin ürəyinə xal salmaqdan ehtiyat edir, şi rin xatirələrini gizli saxlamağa çalışırdı. Bütün bu ruhi halları bəlkə də bir qədər artıqlaması ilə Mərmər də keçirirdi. Axı, Mərmər də Əkbərdən ürəkdolusu həsrətlə ayrılmışdı. Onların ayrılmasına səbəb Mərmərin instituta daxil olandan sonra xəstə anasının dalınca Moskvaya getməsi idi. Əkbər ilə küsüşdülər, nə oldular... Daha gec idi. Mərmər Əkbəri Adilə ilə "Forum" kinosunda görəndən, özünə qarşı soyuqluq hiss edəndən sonra daha bir də oğlanın adını tutmadı... Belə soyuq adama verilən qəlb buz bağlayar, - bəri başdan yaxşıdır: sən kim, mən kim?
Burada, indi onlar qarşılaşanda Mərmər Əkbəri dərhal tanıdı: təbəssümlə salam verdi. Özünü itirəcəyindən ehtiyat edib ətrafına baxındı, özünü nə iləsə məşğul olurmuş kimi göstərməyə çalışdı. Çünki Əkbəri görəndən sonra pərdə asmaq-zad yadından çıxmışdı. Qapının arxasında quruyub qaldığına təəccüb edirdi. Ona elə gəlirdi ki, kənardan baxanlar onun əhvalını hiss edir və altdan-altdan gülürlər...
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-paho-paho-o-vay
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Avqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.
Ananın köynəyiOğlunu orduya yola salandan sonra, ananın qərarı gəlmirdi. Evdə otura bilmirdi. Qonşusu dərzi Cahangirin yanına getdi, artelə girmək üçün ondan kömək istədi. İki gün sonra ana yüzlərlə fəhlə qadınla yanaşı fabrikada, tikiş maşınının dalında əyləşmişdi. Bu maşın, bu sənət ona çoxdan tanış və yaxın idi. Cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sap ilə vurduğu naxışlar məşhur idi. Hər yerdə söylənər, təriflənərdi.Sonradan başı ailəyə, övlad böyütməyə qarışdı. Maşını bir tərəfə atdı.
GülgəzIGülgəz əlindəki badam çubuğunun puçurlarını təmizləyə-təmizləyə otağa girdi.
MəşriqYay axşamıdır. Ucaboy, uzunpaltar bir kişi zəmilərin içi ilə, başıaşağı, daş-kəsəyi, kol-kosu basa-basa yeyin yeriyir. Keyimiş qıçlarını əsa kimi qabağa atır, ayaqladığı daş-torpağı hiss etmir. Düz yolu qoyub dağa-daşa düşməyindən, qaraltı görcək yayınıb kənar getməyindən adam şübhələnir.Bu, saçı-saqqalı qar kimi ağarmış, sifətinə yuxu kimi qaranlıq çökmüş yüz yaşlı bir qoca idi. Elə quru, arıq bir adamdı ki, yeriməsə, canlılığına inanmazsan, deyərsən kölgədir, ya xəyaldır.
Стихи других поэтов
Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Təndə canın bilməyənlər bilmədi canan nədir?Təndə canın bilməyənlər bilmədi canan nədir?Bilməmiş ol kişi kim qətrə nədir, ümman nədir?
Лейли и Меджнун, глава 12И каждый день, едва взойдет заряИ солнце, как Юсуфов лик горя,
QırqovulQırqovul nə gözəl quşdu,Biri bir gün göldən uçdu,