Səadət sarayları
– Bəlkə yemək istəyirsən, başına dönüm?
– Deyəsən, mənə deməli sözün var?
– Buyur, ürəyindəkini de, çəkinmə!
– Bahar çiçəklərinin ətri necədir?
Dünyada əcəb bəxtiyar insanlar var. Bütün naz-nemətlərə sahib olasan, nazbalışda dincələsən, əlvan ipək-qumaş geyimdə ulduz kimi bərq vurasan, ətrafında da xidmətçilər əmrə müntəzir dayanalar, hər sözündən bir sevinc, səadət umalar...
Belə əmirləri, şahzadələri siz yəqin, keçmişdə, orta əsrlərdə güman ödəcəksiniz. Bunların müasirimiz olduğuna inanmayacaqsınız.
Siz onların çoxunu görmüsünüz, bəlkə də yaxşı tanıyırsınız.
Bəli, tanıyırsınız!
– Haçan, harada, necə?
Təəccüblənməyin, bir balaca dayanın, mən sizə hamısını izah edim: hər gün işdən qabaq, işdən sonra, boş vaxtlarınızda, dəniz kənarına, təzə, abad, yaşıl xiyabanlara çıxanda, təkərli, bəzəkli beşiklərin başına fırlanan cavan anaları görməmiş deyilsiniz. Beşikdə bir, ya iki yaşlı "əmirlər" yumşaq, isti rəxti-xab içində, əlvan nemətlər əhatəsində rahat oturmuşlar. Analar onlara dəqiqədə bir xörək, şirni təklif edir, "zərli kəcavəni" bir bağdan, bir bağçaya aparır, addımbaşı mənzərə, tamaşa, musiqi, müsahib dəyişir.
Həyata yenicə göz açan "əmirləri" isə nə xörək, nə gəzinti, nə musiqi, nə də mahnı ilə təmin etmək, razı salmaq olur.
Onlar xurma kimi totuq və tər barmaqlarını işarələyir, sağa-sola ötən maşınları, uca kranların pəncərəsində görünən çirməkli igidləri göstərirlər.
Sanki körpələrin də bakir, lakin iti və ayıq diqqəti əsrin pəhləvanlarını seçmiş, müasir texnikanın ecazlarından işarələr duyub-dərk etmişlər.
Duymuşlar ki, Bakının mühəndis, fəhlələri dənizə hücum çəkmişlər. Sahil boyu Xəzərin ətəklərini yığıb, yuyub, təmizləyib körpələrə və böyüklərə yeni istirahət yerləri düzəldirlər. Sürət və gurultu ilə bir-birinə macal vermədən: ötüşərək keçən, sahil sularını sıxışdırıb səki, bağça, körpü, eyvan, xiyaban, restoran yaradan maşınlar zəhmət adamlarının indisi, gələcəyi üçün, böyük abad sahil şəhərinin gözəlliyi üçün düzəlmiş layihələri həqiqətə çevirirlər.
Bütün şəhər əhalisi heyrət və sevinclə, yumşaq beşiklərdəki körpələr isə intizar, həyəcanla quruluş ahənginə tamaşa edirlər.
Kim bilir, bəlkə onların – körpələrin hər biri nəhəng kranlarda ehtiyat və gərginliklə çalışan işçilərdən də həyəcanlı və həvəslidirlər, ürək çırpıntıları keçirirlər.
Onlar əyləşdikləri "səadət sarayları"nda narahatdırlar. Onların kiçik və kövrək qəlbi anbaan çırpınır, köksdən çıxıb, göylərə, insanları fütühata çağıran fəzalara qanadlanmaq, uçmaq istəyir.
Onların hər biri Vətəndə açılan böyük sabahın kiçik qartalları, məsul gələcəyin məsud qurucuları deyilmi? Bir neçə il sonra məktəb, maşın, istehsalat ocaqlarında bişib bərkiyən bu körpələri, Vətənin bu gənc qartallarım siz nəhəng tikintilərdə, göydələnlərdə, mühit dənizlərini yaran gəmilərdə, planetlərə yol açan təyyarələrdə, kainatın sirlərini kəşf edən laboratoriyalarda, icad yarışlarında, möcüzə döyüşlərində, böyük bəşəri elmin nadir tribunalarında, izdihamlar önündə, maşınlar arxasında görərsiniz.
İyirminci əsrin körpələri iyirmi birinci əsrin həqiqi əmirləri, böyük vətəndaşları, xalqların həqiqi səadət saraylarının yaradıcıları deyilmidirlər? Onda sahillər özləri həqiqi qəhrəmanlar qarşısında baş əyəcək, çəkiləcək. Qoca kainat sirlərinin açarçıları, hərb, ədavət, düşmənçilik, səfalət, zaval və yoxsulluğun məzarçıları həmin bu körpələr olacaqlar.
Həmin bu körpələr içindən o günün yeni-yeni qəhrəmanları yetişəcək! Hamıya, Səadət sarayları onda daha möhkəm tikiləcək. Yer üzündə bu sarayların və sahiblərinin sayı-hesabı olmayacaq!
Körpələr böyüdüb-bəsləyən analar, iftixarla Vətən mülkünü seyr edib deyəcəklər:
Dünyada qalmadı na qazalı, na qan,
İnsan xilas oldu iztirablardan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-seadet-saraylari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəldiyev Vartaşendə taxıl tədarükü müvəkkilliyində çalışanda ya xamlıq ucundan, ya ehtiyatsızlıqdan, ya da ayrı səbəbdən bir balaca dolaşan kimi olmuşdu. Özündən soruşsan deyər: "Yoldaşa daverit eləmişəm, başıma bu işlər gəlib".Rayon icraiyyə komitəsinin sədri yazdı ki: "Ay Kərim, filan qədər taxıl burax!". Kərim buraxdı. Torpaq şöbəsi dedi: "Qəşəng oğlan, arpa ver, atlar acdır". Qəşəng oğlan verdi. Bir başqası zəng elədi ki: "Yoldaş Gəldiyev, bir-iki tay buğdaya gümanın gəlməzmi, bacı oğlunun toyudur, darda qalmışıq". Gəldiyev də rədd eləmədi. "Yoldaş tədarükçü, vacib yer üçün on beş torba taxıl ayırıb mənim sərəncamıma göndərməlisən". Tədarükçü əməl elədi...
Birinci hissə, üçüncü fəsilDünyada cürbəcür insanlar var. Biri maddi həyatını, biri mənəvi həyatını, üçüncüsü ailə həyatını, dördüncüsü mənsəbi, şöhrəti üstün tutur. Kərim Gəldiyevin hansı əqidədən olduğunu bilmək üçün onun həyat fəlsəfəsilə bir balaca tanış olmaq kifayətdir.Onun üçün həyat güzərandan ibarətdir. Bacaranlar yaxşı qururlar, bacarmayanlar qarışqa kimi ayaqlanıb, tələf olurlar. Bacaranlar azdır, bacarmayanlar çoxdur. Qulaqlarınızı yerə qoyun, dinləyin. Daimi bir gurultu gəlir, əzilənlərin, məhv olanların səsidir. Ancaq bunu dinləyən kimdir!
Birinci hissə, dördüncü fəsilVağzal qapılarından çıxan camaatdan bilinirdi ki, qatar gəlmişdir. Adamlar daş pilləkənlərdən təmiz küçəyə enəndə qırılmış boyunbağı kimi səpələnib dağılırdılar. Bayaqdan döşəməyə mıxlanan maşınlar, müntəzir dayanan faytonlar hərəkətə gəlir, sanki bu qiymətli muncuqları yığmaq üçün qaçışırdılar. Tramvayçılar zəngi daha da bərk vurur, hamballar yüyürüşürdülər.Gələnlərin bəzisi böyük və möhtəşəm binalar arxasında, geniş küçələrdə yox olurdular. Lakin nə Sadıq kişi, nə də onun məktəbdən qovulmuş oğlu gözdən itdi. Lap şəhərin içərisində də onları - qabaqda məyus yeriyən oğlanı, onu izləyən çiyni xurcunlu, addımı qayım kişini görənlər nabələd olduqlarını seçə bilirdilər. Sadıq kişi ayağında yumşaq məst, şalvarı dolaqla qıvraq bağlanmış halda oğlunun dalınca gedirdi. O, bəzən adamlara yol vermək üçün səkidən aşağı düşür, hamının keçib qurtarmağını gözləyirdi. Lakin camaatın dalısı üzülmürdü. Şəhərin izdihamı və ehtişamı kişini elə tutmuşdu ki, heyrətdən deyirdi: "İlahi, görəsən, bu qədər camaatın çörəyini kim bişirir? Buna xamırmı çatar, tabaqmı dözər, təndirmi yetər... Bütün ömrümdə tutduğum bal bunların bir səhər çayına çatmaz..."
Birinci hissə, beşinci fəsilGəldiyev partkom otağında, əli cibində, paltolu, lakin başı açıq oturmuş, gözünü stol üstündəki dolu və bağlı iş qovluğuna dikmişdi. Qıraqdan baxan elə bilərdi ki, idarəyə yenicə gəlmişdir.Bəlkə Gəldiyev üşüyür? Üşüyən adam papağını götürməz, stol üstünə atmaz, düymələrini açmaz. Bir də divar peçi yanır, otaq istidir Siniflər bumbuz olanda, bura hamam kimi buxar verir. Bu da Gəldiyevin zabitəsindəndir. Bir dəfə Katyanın üstünə çığırmışdı ki: "Səni qulluqdan elə itirərəm ki, izin-tozun qalmaz". Katya o gündən Gəldiyevin otağında qaza, işığa, səliqəyə xüsusi fikir verirdi. Kim isə ona demişdi: "Gəldiyev tam direktor yerindədir".
Стихи других поэтов
Ərz-i halım qasid söylə dilbərə,Gör ki mənim ah-ü zarım bilürmi.
Qəzəl: Tutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməzTutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməz,Görən bir gəz səni ömründə hərgiz dərdü-qəm çəkməz
MəhəbbətimdirMəni zirvələrə pərvazlandıranBaharı xəzansız səadətimdir.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.