Doqquzuncu fəsil
Страница 3 из 5 · 40%
– Kəndliynən kargər bir ailədir, – dedi və qızarıb, səsini kəsdi. Onu alqışladılar. Hamının üzündən fikirlilik çəkildi, bir sevinc əmələ gəldi. Bir-birilə danışdılar. Əvvəlki gərginlik aradan çıxdı. Kürd Əhməd fikirləri daha yaxın məsələlərə çəkmək məqsədilə:
– Ağalar, – dedi, – bütün deyilənlərin həqiqət olduğunu heç bir əqli-səlim inkar etməz. Ancaq mən istərdim ki, biz uzaq gələcəyin məqsədlərindən danışmaqla bərabər, bu günün, bu saatın dərdini də çəkəydik. Deyirlər ki, gələcək ancaq zamanın nəbzini düz tutanların,
¹ Ziyalı bu günü yaxşı anlayanlarındır. Gəlin bir zamanı təhlil edək, görək nə şəraitdəyik!
Yoldaşlara nəzər salarkən gözləri doktorun oğlunun gözlərinə sataşdı. O, dərin fikir içində idi. Kürd Əhmədin mənalı və təsirli baxışlarından cəsarətlənərək:
– Kargərin də, kəndlinin də azadlıq yolunda vəzifəsi birdir. Bu vəzifəni ancaq zamanın şəraitini düz ölçməklə yerinə yetirmək olar. Mən həm daxili, həm də xarici vəziyyəti nəzərdə tuturam. Alman öz qoşunlarını Avropanın üstünə tökmüş, bir çox Avropa dövlətlərinə hərb elan etmişdir. Çemberlen Münhendə uduzduqlarını Moskvada udmaq və ruslarla almanları üz-üzə gətirmək istədi. Baş tutmadı. İndi o, İranda, Türkiyədə və bütün Şərqdə Rusiyaya qarşı cəbhə hazırlayır. İran kəndlisi və kargərinin borcu bu təşəbbüsü pozmaqdır.
Doktorun oğlunun sözləri Fridunun fikrində geniş mübarizə üfüqləri açdı, o başladıqları balaca işin nə dərin köklərə toxunduğunu hiss etdi:
– Elə almanlar da çalışır ki, özlərini Şərqə soxsunlar, – dedi, – bizim dövlət isə onların hamısına satılmağa hazırdır. Bircə şərtlə: ancaq şimaldakı qüdrətli qonşumuza qarşı çıxsınlar, vəssalam.
Rizvan:
– Çünki şimal qonşu kargər dövlətidir, əliqabarlıların dövlətidir, – dedi. – Səninki isə havayı yeyənlər. Əlbəttə, bunların ruhuna Qərb daha yaxındır.
– Buna görə də kargərin də, kəndlinin də indiki şəraitdə bir şüarı olmalıdır: İstibdad əleyhinə! İmperializm əleyhinə! Vətənin istiqlaliyyəti yolunda. Bu yolda biz xalqın gözünü açmalıyıq. Ona həqiqəti deməliyik.
Yoldaşların fikrini yaxın zamanın məsələlərinə çəkə bildiyi üçün Kürd Əhməd daxili bir sevinc duydu:
– Dostlar, möhtərəm dostlar, – dedi, – biz hamımız xalqımızın övladıyıq. Hamımız onun dərdlərini, yaralarını duyur, halına ürəkdən ağlayırıq. Hamımız İranın əsarətdən xilas olmasını, istiqlaliyyətin, azadlığın dadlı meyvələrini dadmasını istəyirik. Lakin nə göz yaşı, nə də xəyali arzularla azadlıq alınmır. İranın əsrimizdəki bədbəxtliyi ondadır ki, Pəhləvi xanədanı onun cənub qapılarını taybatay imperialist dövlətlərin üzünə açmış, şimalında isə dəmirdən hasarlar tikmişdir. İran bu hasarları yıxmayınca, özünü xarici sərmayədarların əlindən qurtarmayınca istiqlaliyyət və azadlıq görməyəcəkdir. Hazırda vəzifəmiz ən sadiq adamlarla birləşmək, xalqı başa salmaq, onu əlamətləri görünən gələcək ağır döyüşlərə hazırlamaqdan ibarətdir. Bu işdə kargər də, kəndli də, ziyalı da, hətta istəsəniz baqqal da bir cəbhədə olmalıdır. Çörək, iş və azadlıq istəyən xalqa biz sözümüzü çatdırmalıyıq.
Fridun bu sözlərdə yenilməz bir həqiqət duyaraq:
– Mən gizli bir ruznamə¹ buraxmağı təklif edirəm, – deyə səsləndi.
Kərimxan Azadi etiraz etdi:
– Birdən-birə ruznamənin vəsaitini düzəltmək çətindir, gəlin kiçik bir kitab buraxaq. Adını da elə Fridun yaxşı dedi: “İş, çörək, azadlıq istəyirik!”.
Hamı bu təklifə razılaşdı. Kitabın hazırlanması Fridun, Kərimxan Azadi və doktorun oğluna, yayılması isə Rza Qəhrəmani, Sərxan, Fəridə və Rizvana tapşırıldı.
Gecədən xeyli keçmiş dostlar dağılışmaq istədikləri zaman Fridun, xanım Şəmsiyyədən eşitdiyini onlara bildirdi:
– Qardaşlarım, ağır zaman başlayır, ehtiyatlı olun, – dedi, – Əlahəzrət vəzarəti-kişvərə şübhə oyadan hər kəsi zindana salmağı tapşırmışdır!..
Kərimxan Azadi bütün bu müddətdə ilk dəfə olaraq gülümsədi:
– Kefini pozma, – dedi, onsuz da məmləkət başdan-başa bir zindandır. Bu zindanın divarlarını biz içindən qaza-qaza uçuracağıq. Qoy ağalar nə qədər qəzəblənir, qəzəblənsinlər. Sirkə tünd olduqca öz qabını çatladar!..
Doktorgildən Fridun Rza Qəhrəmani ilə birlikdə çıxdı. Onlar artıq çoxdan boşalmış və sakitləşmiş Tehran küçələrində susaraq gedirdilər. Xəyalən hər ikisi gələcəyi, başladıqları işin aqibətini düşünürdü. Bu düşüncələr arasında Fridun Kərimxan Azadini də xatırlayırdı. Nədənsə bu adam ona çox dərin təsir bağışlamışdı. Həyat hikmətini və daxili bir gərginliyi ifadə edən üzü və gözləri yadından çıxmırdı. Təəssüratını Rza Qəhrəmaniyə bildirdi:
– Mənə elə gəlir ki, həyatda nə isə bizim hamımızdan artıq bir şey görmüşdür. Artıq anlaq və təsəvvürə malikdir.
Rza Qəhrəmani təsdiq etdi:
– O, həyat girdabında çalxalanmış və salamat çıxmışdır. O, qanlı dava meydanında vuruşdan qayıtmış, biz isə hələ indi əlimizə silah götürürük. Döyüşdən necə çıxacağını bilməyən bir əsgərlə döyüşün
¹ Qəzet bütün ağır və təhlükəli yollarını keçmiş bir müharib arasındakı fərqi təsəvvür edirsənmi?
– Elədir, yalnız həyat təcrübəsi insanın baxışlarında və üzündə o sabit və gərgin ifadələri yarada bilər.
Onlar susaraq ağanın¹ yanından ötüb, o biri küçəyə keçdilər. Bu küçə birbaş yaşadıqları evə gedirdi. Yarıbuludlu bir hava idi. Uzaqda, buludların arasında, mavi göylərdə ulduzlar parlayırdı. Onlar Friduna kəndi, Gülnazı, Musa dayını xatırlatdı. O, danışmaq, başına gələnləri açıb, Rza Qəhrəmaniyə nağıl etmək istədi. Lakin Rza Qəhrəmaninin sualı buna imkan vermədi.
– Xanım Şəmsiyyəyə dərs deyirsənmi?
– Hər gün iki saat məşğul oluruq. Lakin mənə elə gəlir ki, bütün dediklərimdən o, heç nə anlamır. Maraqla, həvəslə oturub dinləyir. Hətta vaxtın çox tez keçməsindən şikayət edir. Amma nədənsə mən onun heç şey anlamadığını hiss edirəm.
– Sən bu naz-nemət içində böyüyənlərdən nə gözləyirsən? Min sənin kimi müəllim onlara bir şey verə bilməz. Çünki əsl müəllimin, yəni həyatın nəfəsi onlara dəyməmişdir.
– Bəlkə də, haqlısan.
– Bəlkə, yox, doğrudan da, mən haqlıyam. Yaxşıdır ki, hələ səndən iyrənmir.
– Yox, onun çox sadə bir təbiəti vardır. Hətta sabah məni ziyafətə də çağırmışdır:
– Mən sənin yerinə olsam, getmərəm. Onların şərbəti yoxsulların qanından hazırlanmış, çörəkləri məzlumların göz yaşından yoğrulmuşdur.
Fridun varlılara qarşı qəlbində bütün acların və ehtiyac içində çapalayanların nifrətini gəzdirən dostu ilə mübahisəyə girişmək istəmədi:
– Düşünərik, hələ vaxt çoxdur, – dedi – gecənin xeyrindən gündüzün şəri yaxşıdır.
Zaman keçdikcə onlar, başladıqları işə daha artıq aludə olurdular. Hər kəs bacardığı qədər çalışır, gecə-gündüz bilmirdi. Düşüncə və duyğuları böyük və saf bir idealdan ilham alan bu bir neçə adam nə zaman bir dəstə, bir özək halında birləşdiyinin fərqinə varmamışdı. Sanki təbii bir axın, həyatın adi və gündəlik cərəyanı onları bir yerə yığmış, bir məcraya salaraq birləşdirmişdi. Əbədi olaraq həqiqi qəhrəmanlar doğuran ideal saflığı və hər hansı qərəzdən xeyli yüksək arzular onları fədakarlığa sövq edir, ürək və duyğularını bir-birinə bağlayır, təqdirəlayiq bir dostluğun yaranmasına səbəb olurdu.
¹ Polis nəfəri
Fridun bu dəstənin içinə düşdükdən sonra həyatının nə isə başqa, dərin bir məna kəsb etdiyini duyurdu: ona elə gəlirdi ki, insana layiq, vətəndaşa layiq həyat yoluna yalnız indi qədəm qoymuşdur. Bu vaxta qədər olan ömrü ona insandan xali bir yerdə sakit yanar şam kimi görünürdü. Bu şam kimin üçün yanırdı, kim onun işığından faydalanırdı? Məlum deyildi. Bəlkə də, elə beləcə, heç bir yolçunun yolunu işıqlandırmadan o yanıb qurtaracaqdı, ya da nagəhani bir küləkdən sönüb qaralacaqdı. İndi isə bu şamı bir yol üstünə çıxarmış, bir dağ başına qaldırmışdılar. O, əbədi hərəkət edən, arasıkəsilmədən gəlib-keçən insanların gözünə işıq verir, onlara yol göstərirdi. Bəlkə də, bir gün onun zəif alovundan böyük bir atəş doğacaq, çürük və mütəmadiyən üfunət törədən kötükləri yandıracaqdı. O zaman kənd və onun milyonlarca əliqabarlı, tunc rəngli zəhmətkeşləri zülm və ehtiyacın ağır zəncirlərindən birdəfəlik xilas olacaqdır. O zaman körpələrinin qarnını doydurmaq dərdindən ikiqat olmuş Musa kişinin beli düzələcək, Səriyyə xalanın üzündəki kədər silinəcək. Gülnazın gözlərindəki həyat və idrak işığı məşəl kimi parlayacaqdı. Yoldaşları onun kimi, beləcə şirin ümidlərlə yaşayırdı. Bəzən onlar öz gələcək arzularını bir-birinə açır, xəyalata dalaraq, fikrin azad qanad çalmasına yol verirdilər. Belə dəqiqələr onları daha artıq bir-birinə bağlayırdı.
Saat altı tamam olduğunu gördükdə pəncərədən küçəyə boylandı. “Byuk” sistemli bir maşın gəlib, qapıda durmuşdu. Azca keçməmiş qapının zəngi çalındı və uzunboylu bir adam içəri girdi. Fridun uzadılan məktubu alıb açdı:
“Hörmətli Fridun! Vədələşdiyimiz kimi, maşını dalınızca göndərdim. Şofer hər şeyi bilir. Gecikməməyə çalışın. Hörmətlə və ehtiramla.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-doqquzuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
Стихи других поэтов
Gördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.