Neyləsin
(Bu şeir sovet (rus) ordusunun Bakıda törətdiyi 20 Yanvar (1990) qırğını ilə bağlı yazılmışdır)
Eşitdim Bakının matəm xəbərin,Gözlərim qan-yaşla doldu, neyləsin?!Analar, bacılar döydü özlərin,Ağladı, saçların yoldu, neyləsin?!
Azərbaycan üzür qanda, ağlayır,Yer də, göy də, asiman da ağlayır.Cəm insanlar hər bir yanda ağlayır.Bədəməl əlində qaldı, neyləsin?!
Dünya sərvətləri əzəldən bəri,Adəmə yaranıb xeyiri-şəri.Zalım zərbəsindən gənc gəmiləriQərq oldu qəzaya daldı, neyləsin?!
Aləmlər sərvərin düşündüm dərin,Əslin-əməllərin, elmin, əsərin,Məhəmməd peyğəmbər ən əzizləri,Üç gənc oğul yola saldı, neyləsin?!
Diqqət ver tarixə, saysız insana,Qopan qiyamətə, Nuha, tufana,Dəryalar kükrədi, daşdı hər yana,Su tutdu dünyanı aldı, neyləsin?!
Duyub-düşündükcə axır əzəli,Haqsız qanlar töküb iblis əməli.Xalqa can sağlığı arzular Vəli, -Əməl azdı, xata oldu, neyləsin?!
21.12.1990
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-neylesin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Mən ki, hala bir gəncəm, ümidim var, şanım var,Damarlarımda coşan, axan qızıl qanım var.
Maarifə dairŞükufəzari-ədəb nəfhəbəxşi-vicdandır,Ədəb çiçəklərinə gülstan--dəbistandır.
Bizə elə gəlir ki...Ən gözəl şey bizdən uzaq olandı,Ən qiymətli – əlimizə çatmayan.
HüseynimHər səhərdə sənin adın söylənir,Hayıf gəldin bu diyara, Hüseynim.