Bir daha «qarşı» sözünə qarşı

Söz də adam kimidir. Ağıllısı var, dəlisi var. Yerlisi var, gəlməsi var. Yerlisi var, yersizi var. Sözün də halal-haramı, çölü-içi var.Sözə ehtiyatla yanaşmaq, sözü yerində işlətmək, düzgün tələffüz etmək gərək, yoxsa söz səndən inciyər. Kim düz danışa bilmirsə öz savadsızlığını, nadanlığını büruzə vermək istəmirsə qoy danışmasın, ağzına su alıb, otursun evdə.

Фикрет Садыг8 мин
Sərsəng – başımın daşı

…Ürəkdə bir neçə sözüm paslanıb,Xatirəm ağlayıb, gözüm islanıb.

Фикрет Садыг7 мин
Qızıl dağlar ölkəsi

Min ildən sonra*Dağlıq Altay ulu köçərilərin, cəsur ovçuların, hunların yurd yeridir. Qədim altaylı alaçıqda yaşayıb. Altay – başdan-başa ev olub ona. Gəzəri olub, köçəri olub. Çox görüb, çox götürüb. Yazılarını Biçiktu (Bitigtau) qayasına, Orxan daşlarına yazıb. Dağlarını, çaylarını, ocaqlarını və ən adi qaratikanını belə nağıla bələyib, əfsanələşdirib. Onlarca dastan hələ dildə-ağızda gəzir, qələmə alınmayıb. Kəndlərində canlı Homerlər yaşayır. Burda aşığa «Qayçı» deyirlər («qayçı» bəlkə «hayçı» deməkdir). Qayçı elin, Ana yurdun dar günündə, şad günündə hay-harayçısıdır. Onun yaddaşı – insan yaddaşının sonsuzluğuna sübutdur. İnsan yaddaşına bütöv bir kəhkəşan sığışarmış demə. Yoxsa qayçı bu boyda «Maday-Qara»nı bir nəfəsə oxumazdı («Manas»ı demirəm hələ).

Фикрет Садыг198211 мин
Payız düşüncələri

(Lirik miniatürlər poeması)*Dünya, bir də yoxla məni,

Фикрет Садыг6 мин
Kinomexanikin bacısı

(İlk məhəbbət haqqında daha bir hekayə)*Bu hekayəni itirmişdim. Əlyazması belə tapılmadı. Bu günlərdə köhnə kağızlarımın arasından çıxdı. Mənə dünyanı bağışladılar, elə bil. İstəyirəm bir də işıq üzü görsün bu hekayəm.

Фикрет Садыг8 мин
Dünyadan qaçan adam

Bu adamın –illərcə üstünə qəm daman,

Фикрет Садыг20047 мин
Xırdaca gəlin

Yol yoldaşım məndən əvvəl kupeyə gəlmişdi. Şoğu azalmış, kömürü qaragözlü, ağ üzü soluxmuş xırdaca bir gəlindi. Gözünün ucu ilə də olsun pəncərəyə baxmırdı.Sonra bildim ki, əhd eləyibmiş, qatarda ilk gördüyü adamı bağrına basıb, qucaqlasın. Amma iki həftənin intizarı, on dörd günün iztirabı qollarının taqətini alıbmış. Üstəlik qatar gecikdiyindən bir az da ürəyi sancıb, gözləmə zalından tibb məntəqəsinə, ordan da şəfqət bacısının qolunda kupeyə gəlibmiş.

Фикрет Садыг12 мин