Шариф Агаяр · Проза
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Aləm idi Xanı! Hərdən elə şeylər danışırdı, deyirdim, bir gün səni tutacaqlar. Silah-sursatdan və hərbi qaydalardan başı çıxmayan əsgərləri, zabitləri ələ salırdı. İllah da qorxaqları. Özü qorxu nədir, bilməzdi. Günün hansı vaxtı təmas xəttini keçməyə qaldırsan, silahını götürüb qaçırdı. Elə bil, mal nobatına gedirdi. O, uzun müddət Mayor Poladovun kəşfiyyat bölüyündə xidmət etmiş, hərbi xidmət müddəti başa çatanda evə getməmişdi. Komandirinin xahişi ilə Xanıya gizir rütbəsi verib hərbi hissədə saxlamışdılar.Boynundan ağır yara almışdı. Hər dəfə söz düşəndə gözləri parıldayırdı. Bilmirdin ağlamaq istəyir, yoxsa qəzəbindən belə görkəm alıb. Əsgər yoldaşı ona görə həyatını qurban vermişdi. Xanı həmin hadisəni mənə danışanda onun niyə belə yanıqlı oxuduğunu anladım:
Dördüncü hissə, 41. Kapitan RəşidovTənbəllik eləmədən Bakıdan Ağdama yola düşdüm. Orucovla görüşüb bir şeyi dəqiqləşdirmək istəyirdim; vəzifə onu korlayıb, yoxsa yox?Qarovuldan xəbər verən kimi qərargahın girişinəcən gəldi, uzaqdan qollarını açdı: “Rəis, xoş gəlmisən!”
Dördüncü hissə, 42. KomandirQara pişik ağız atıb sağ biləyimdən bir tikə qopartdı, onu yumruqlarımla qovmaq istəyəndə bir də ağız atdı, bir tikə də sol biləyimdən qopartdı. Silahımı axtardım, tapmadım. Silahımı axtarınca çiynimdən də bir tikə qopartdı. Onacan silahı tapdım, ayağa verib tətiyi çəkdim, açılmadı. Pişik ağzını daha sərt açıb, daha cəld hərəkətlə sinəmdən bir topa ət qoparıb geri sıçradı və qaranlıqda yox oldu. Nə qədər çalışırdım, bədənimdən axan qanı saxlaya bilmirdim. Qan bir yerdən yox, dörd yerdən axırdı. Burdan tuturdum, ordan axırdı, ordan tuturdum, burdan...
Dördüncü hissə, 43. SevincOnu bu vəziyyətdə görəndə dəli oldum. Çox ağır günlər yaşamışdı, lakin bu qədər sarsıldığı olmamışdı. Üstü-başı qanın içindəydi.“Öz əlimlə yola saldım! Öz əlimlə! Dörd meyiti birdən qoydum maşına! Onları qoruya bilmədim!” - evdə vargəl edirdi.
Dördüncü hissə, 44. KomandirMüharibə başlamışdı. Nəhayət, arzuladığım gün gəlmişdi. Ağdamın üstünə azadlıq yürüşümüz başlayacaqdı. Briqadanı hücuma hazır vəziyyətə gətirmişdim. Gecə silahsız pusquya düşüb şəhid olan istehkamçıların da qisasını alacaqdıq.Fəqət korpusdan başqa söz dedilər; atəşkəs bərpa olunmuşdu! Ardınca məni mərkəzə çağırdılar. Danışıqlarından belə anladım ki, yerimi dəyişmək istəyirlər. İstefa ərizəmi yazmalıydım.
Dördüncü hissə, 45. Mayor Poladovİstehkamçılar gecə yarı qayıdanda pusquya düşmüşdülər. Örtülü “Zil” maşının içində on bir nəfər olublar. Ermənilər maşını atəşə tutub, sürücü qoçaq tərpənib, sükanın arxasında əyilərək maşını sürətlə sürüb aradan çıxarıb.Orucov belə pusqulardan qorxsaydı, istehkam tikintisində birbaşa iştirak etməzdi. Elə olurdu, traktorçunu ürəkləndirmək üçün onun yanına otururdu. Əslində, briqada komandirinin həyatını bu cür təhlükəyə atması doğru deyildi. Amma o edirdi. Əminəm, istehkamçılara hücum olacağını bilsəydi, əlinə silah alıb təkbaşına onların müdafiəsinə gedərdi.
Dördüncü hissə, 46. KomandirSevinc təkidlə məni ordudan aralamaq istəyirdi. Deyirdi, o qədər əziyyət çəkdin, bəs edər. Arada onu eşidib təqaüdə çıxmaq barədə düşünürdüm. Amma...Uzaqdan Yeddixırman dağını görürdüm və geriyə addım atmağı bacarmırdım.
Dördüncü hissə, 47. SevincÇox təkiddən sonra onu bir həftəlik Toğanaya dincəlməyə apara bildim. Dedim, bəlkə o dağları, meşələri görər, eyni açılar. Olmadı. Əhvalı daha da pisləşdi. Heç kimlə danışmır, dərdini-ağrısını içində çəkir, fikirxəyaldan ayrılmırdı. Mən də bir yandan düşmüşdüm üstünə, ordudan ayrılmasını istəyirdim.Üç gün keçməmiş Toğanadan geri qayıtdıq. Anam da yanımızdaydı. Goranboy yolunda ağır qəzaya düşdük. Anamın qolu qırıldı, sürücünün diz qapağı dağıldı, Nihadın ayağını şüşə kəsdi. Nihadı bir az əvvəl qapı tərəfdən götürüb aramıza qoymuşdum, yoxsa o qəzadan sağ çıxmazdı.
Dördüncü hissə, 48. KomandirGümüşü işıq hardaydı, görəsən? Qarabağdan uzaqlarda da gözümə görünərdimi? Bəlkə, imkan tapıb başından şəlalə kimi ağ işıq tökülən o dağın yanın, o dağın altındakı məzarın ağuşuna qaçaydım? Bəlkə, Seyid Lazım ağanın ziyarətgahındakı nurani kişini axtaraydım? Axı niyə bu işıq hər şeydən qabaq anamın tikanlı əllərini yadıma salırdı? Bunun nə mənası vardı? Niyə o tikanların ağrısını indi öz ürəyimdə hiss edirdim?İnsanın yaddaşı qəribədir. Hansısa şeirdə xatirələrin qəfil yada düşməsini radio dalğasına bənzətmişdilər. Doğrudan da, bəzən elə şeyləri xatırlayırsan ki, bunu yalnız istəmədən eşitdiyin hansısa səsə, musiqiyə bənzədərsən. Mən indi məchul nöqtəyə ünvanladığım bu sualların cavabını da belə qəfil, gözlənilmədən, tamam ayrı şeylər düşünərkən tapdım. 8 Mart ərəfəsi idi. Sinifdəki oğlanlar qızlara hədiyyə almaq üçün 10 manatdan pul yığırdılar. Mən heç vaxt atamdan pul istəməyə ürək eləməzdim, anamda isə pul olmurdu. Fikirli dolanır, nə edəcəyimi bilmirdim. Anam məni çağırdı, mehribanlıqla qucaqlayıb alnımdan öpdü, dedi, niyə bikefsən? Danışmaq istəmədim. Çox təkid etdi. Axırda hər şeyi açıb dedim. Güldü. Dedi, heç pula görə də adam kefini pozar? Qalxdı, düyünçələrini eşələyib bir qırmızı onluq gətirdi. Götürməyə çəkindim, dedim, atam bilər, səninlə dalaşar. Dedi, narahat olma, bu, mənim öz pulumdur, həyətdəki böyürtkənləri yığıb satmışam. Pulu sevincək aldım və qaçdım. Ömrüm boyu heç vaxt o qədər xoşbəxt olmamışdım. Həyat nədir? Ömrün içinə səpələnən xoşbəxt anlar. Deyirlər, yüz yaşlı bir kişi tənbəllik eləmədən xoşbəxt olduğu anların hesabını aparır və bu qədər ömrün içindən bir-iki saat çıxara bilir.
Dördüncü hissə, 49. SevincOnu son dəfə Novruz bayramından iki gün sonra gördüm. Yenə qoltuğunda möhürlü qovluq evə gəlmişdi. Bu dəfə cəsarətimi toplayıb nə olduğunu soruşdum, mənə necə çəp-çəp baxdısa, kiridim.Bayramın səhəri günü işə tələsirdi, di gəl, maşını həyətdən çıxara bilmədi. Qarşısını kəsən “Niva” kimin idi? Hansı mərtəbədə qalırdı? Onu necə tapaydıq? Bayram gecəsinin səhəriydi, hamı yatmışdı, Allah bilir nə vaxt oyanacaqdılar. Hirsindən maşının təkərini təpikləyir, mən də eyvandan baxıb gülürdüm. Zəng vurub mənə acıqlandı, dedi, Aqşini aşağı göndər. Aqşin getdi, o da bacarmadı. Bu dəfə mən zəng vurdum ona, dedim, sizinki baba-turp məsələsidir, istəyirsən, Nihadla mən də gələk. Dinmədi. Velosiped sürməyə çıxan gənc məhəllə uşaqlarından biri dadına çatdı, maşını çıxarıb ona verdi.
Dördüncü hissə, 50. KomandirGetdiyimiz yüksəklik Murovun sərt qayalarının tədricən əriyib düzənliyə doğru uzanan şərq yamaclarındaydı. İlk baxanda dağlardan ötrü darıxdığımı anladım və gözüm yenə gümüşü işığı axtardı. İndi o işığı təkcə mən yox, hamı hiss edirdi və hamı ona doğru can atırdı. Biz bir dəstə qartal o işığa şığıyırdıq. Qabaqda özüm gedirdim. Çünki bu dağları da, o işığı da məndən yaxşı tanıyan yox idi. Bombardman, dolu kimi yağan güllələr, səs-küy, od-alov, tüstü-his, toz-duman - heç nə bizə mane olmurdu. Hamı mənim kimi vətənin ən böyük sirrindən agah olmuşdu.
Dördüncü hissə, 51. ZabilAtamın təkidi ilə çıxıb onlara getdim. Dedim, yəqin, Sevinclə danışmış olar. İmkan tapan kimi öz eviylə əlaqə saxlayırdı, onlar da bizə deyirdi. Bu dəfə heç kimdən səs-səda gəlmirdi. Atam məni yatmağa qoymadı. Sübh tezdən oyatdı. Getdim. Yolda oyuncaq avtomat gördüm. Çox xoşuma gəldi. Nihad üçün aldım. Sevinc qapının gözlüyündən görüb qorxmuşdu.
Dördüncü hissə, 52. Komandirİki gecəydi yatmırdım. Telefonu açmağa da vaxt tapmırdım. Nə qədər yorğun olsam da, içim-içimə sığmırdı. Biz düşmənin əfsanəyə çevirdiyi “Ohanyan səddi”ni darmadağın eləmişdik. İlk və ən əhəmiyyətli yüksəkliyi almaq üçün mən xüsusi təyinatlılardan seçilmiş dəstə ilə düşmənin arxasına keçmişdim. Bizə müqavimət göstərdikləri vaxt əsgərlərimiz yüksəkliyi götürmüşdü. Tezliklə düşmənin dərinliyinə yeriyib mühasirəni yardılar, biz döyüşə-döyüşə azad edilmiş yüksəkliyə qayıtdıq.Döyüşün dördüncü günü, axşama yaxın imkan tapıb telefonu açdım. Sevinc düz on yeddi dəfə zəng vurmuşdu. Geri yığdım. Top səsi danışmağa imkan vermədi. Blindaja girib təkrar yığdım. Danışdıq.
Dördüncü hissə, 53. SevincOnunla aprelin 4-ü, Zabil əlində silah qapımızı döyən gün saat 4-5 radələrində danışdım. Bütün günü zəng etmişdim, götürməmişdi. Axşama yaxın özü zəng vurdu. Silah səslərindən nə dediyini eşitmirdim. Bir az kənara çəkilib təkrar yığdı. Dedi, yaxşıyam, amma yuxusuzam. Başqa heç nə soruşa bilmədim. Bircə kəlmə dedim: “Səni harda axtarım?”Cavab verdi:
Dördüncü hissə, 54. KomandirBir göz qırpımında on-on beş atəş açılır, zülmətin bağrıyla uçuşan odlu mərmilər, az qala, havada toqquşurdu. Əvvəlcə üstümüzə gələn zirehli texnikanı, ardınca piyadaları atəşə tuturduq. Səngər düşmən tərəfdən yaxşı möhkəmləndirilməmişdi, mövqe tutmaq asan deyildi. Yenə də kürəyimizi yamaclara söykəyib müqavimət göstərirdik. Özümü Murovun başındakı səngərini axıracan tərk etməyən Cabir kimi hiss edirdim. Sinəm fəxrlə qabarırdı.“Geri çəkilmirik!”
Dördüncü hissə, 55. XanıUşaqlara dedim, gözdə-qulaqda olun, belə geniş miqyaslı döyüşlər başlaya, komandir orda olmaya? Hökmən xəbər çıxacaq. Adam bilsə köməyə ehtiyacı var, bir dəstə düzəldib gedər.
Dördüncü hissə, 56. KomandirƏvvəl yandım, sonra göynədim, axırda ağrıdım. Nəfəsim sinəmə tıxanıb qaldı. Aləm yavaş-yavaş qaraldı. Müharibənin alovları söndü, səsləri kəsildi, yalnız Murova tərəf dikələn, bir az da Yeddixırmana bənzəyən, bəlkə də, Yeddixırmanın özü olan qarşı dağın başında bir ovuc işıq qaldı. O işığı görən kimi tanıdım; mənim gümüşü işığım...
Dördüncü hissə, 57. QırğıBölüyün həyətindəki daşın üstündə oturan hərbi geyimli adama yaxınlaşdım. Üzünü çevirdi. Qaçıb əllərindən tutdum. Dedim, bilsəydim məni bu qədər gözləmisən, hospitaldan qaçıb gələrdim. Bağışla məni! Anlamamışam. Qarmonçalandan nə gözləyirsən?Bir də baxdım, nə bölük, nə həyət, nə daş? Evdəyəm, divanda uzanıb ağlayıram. Qəfil içəri girdi. Dedim, qapı arxadan bağlıdır, içəri necə keçdin? Güldü. Məni qucaqladı. Gözümün yaşını sildi. Onu köksümə sıxıb hönkürdüm. Birdən yoxa çıxdı. Əlimi sinəmə atdım. Yaş idi. Həyat yoldaşım mətbəxdən gəldi: “Sən kiminlə danışırdın? Sinən niyə yaşdır? Aman Allah! Qapının cəftəsini indicə vurmuşdum, kim açıb belə?”
Dördüncü hissə, 58. KomandirDağın başındakı gümüşü işıq yavaş-yavaş böyüyürdü. Deyəsən, mənə tərəf gəlirdi. Ürəyimin üstündəki şiddətli ağrıdan xilas olmaq üçün ona tərəf çırpınırdım. İşıq böyüyüb-böyüyüb nəhəng haləyə çevrildi. Ona doğru getmək istədim, ağırlaşmış bədənimi qaldıra bilmədim. Əlimi əlimdən, qolumu-qolumdan, ayağımı-ayağımdan sıyırıb çıxarmağa çalışdım. Bədənimdən sıyrılsam, canımı o ağrıdan qurtarardım.
Dördüncü hissə, 59. SevincO gecə yuxuda gördüm; Aqşinə öyrətdiyi kimi, mənə əl eləyib gülümsündü.Dərman atmışdım. Ağrılarını hiss eləmədim. Adam sevdiyinin ən ağır anında necə mışıl-mışıl yata bilər? Adam necə daş olar?
Dördüncü hissə, 60. KomandirDayçamız kişnədi... Fərrux meşəsindəki armudların qoxusu gəldi... Ağ çınqılın seli dayandı... Gizir Səfərov fınxırıb güldü... Qırğı gözlərini qıyıb Göyçə gölünə baxdı... Mazanovun yanağından bir gilə yaş yuvarlandı... Xanı oxudu... Aqşinin uşaqlığı anasının qucağından mənə əl elədi... Ayağımın qəlpələri son dəfə sızıldadı...Ürəyimin üstündəki ağrıdan sıyrılıb çıxdım və yavaş-yavaş işığa qərq oldum. Əvvəlcə sinəmdəki yaralardan ağ işıq fışqırdı, sonra əlim, qolum, ayağım işığa dönüb bir-birinə qarışdı.