Kəblə Nəsir

(mənzum hekayət)*Ey uşaqlar, tutun yerinizdə məqam,

Мамед Таги Сидги10 мин
Töhfeyi-benat, yaxud qızlara hədiyyə

«Tələbül-elmi fazilətun alə küllil-müslimin val-muslimət» hədisi-şərif fəhvasınca tərbiyeyi-nisvana talib olanların və qızlarımızın elm və ədəb təhsilini arzu edənlərin nəzər-diqqətini cəlb eləmək və bu xüsusda kütubi-mütəəddə və nafeənin təsnifi səddində olanların təşviq və tərənnümünü təhrik və təzyiq etmək üçün bu müxtəsər kitabçanın təhririnə mübaşirət olundu...Ərzi-məxsus

Мамед Таги Сидги13 мин
Nəsihətnamə

1) Sirr insanda əmanət olduğundan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tam aləmə faş olmuş kimidir.2) Dünyada dörd şeyin azı və çoxu bərabərdir.

Мамед Таги Сидги10 мин
Təəssüf və yenə təəssüf

Bu günlərdə «Kaspi» qəzetəsində və «Şərqi-Rus» cəridəsində bu hər iki ruznamənin müdir və münşiləri öz məsləklərinin xaricində bir-birinin əleyhinə qələmə alıb nəşr etdirkləri «təib yollu» bəndləri oxuyub təəssüf etməkdəyiz.Əlhəqq, öz zəhəramiz və məlaləngiz mübahisə və mücadilə və bəlkə mühakimələri gözdən keçirib, məhzun və məlul olmamaq namümkün və qeyri-təbiidir. İşbu dilduz və ciyərsiz hadisənin vüqusu və bu naraba və nagübara mücadilənin zühürü hər bir vicdan sahibi olan müsəlmanın və hər bir mətbuat aləminə məhəbbətlə xidmət edən üdəbanın xatirini parçalayıb, dağıdır və pərişan etməkdədir.

Мамед Таги Сидги9 мин
Qazet, yaxud qəzetə nədir?

Bu suala hər millət içində cavab verən çox olur. Yəni nəinki yalnız qazet kəlməsini məna edib, cavab verməklə? Xeyir, bəlkə mənasının zimnində bunun şərh və bəyanına məxsus və fayda və mühəssinatına dair neçə-neçə mükəmməl risalələr və nə qədər müfəssəl məqalələr yazılıb və sual məqamında da yenə yıla bilir. Amma müsəlmanlara arasında, ümumən, İran və Qafqaz müsəlmanlarının içində xüsusən qazet kəlməsini sair kəlmələr kimi itminani-qəlb və səfayi-xatir ilə zikr etmək olmaz.Qəzetənin mənfəəti və lüzumu barəsində söhbət açmaq iştibah və işkaldan xali qalmaz. Yəqindir ki, o söhbət axırda müstəme və müxatəblərin təərrüz və kinayələri ilə xətm olunar. Məgər inki bu qədər əhali içində əqəlli-qəlil, yəni mindən bir adam tapılır ki, qəzetə oxumağa adət edib və onun lüzumuna bərxürd və istifadəsinə mayil və nayil olublar. Onlara da camaat bir özgə nəzər ilə baxırlar. Bəzisinə deyirlər ki, bu xandır, bir parasına bu da bəydir. Bir özgəsinə bu da qulluqçudur, bu da uçiteldir, bu da firəngimaabdır, bunun da əqidəsi xarabdır, bu da laməzhəbdir, nədir, nədir.

Мамед Таги Сидги12 мин