Bənövşə zülfünü salmış gül üzrə ənbərin sayə,Könül heyranü zar oldu bu reyhani-səmənsayə.

Lətafətdən edər əksi ləbin lə’li-bədəxşanə,Zərafətdən urar tə’nə dişin lö’löi-lalayə.

Pərişanhal olmuşdur könül zülfün səvadından,Bu divanə nədən düşmüş bu piça-piç sevdayə.

Əzəl nəqqaşı yazarkən cəmalın nəqşini, dammışQələmdən nöqteyi-ənbər bu gülbərgi-dilarayə.

Nə gül bitdi gülüstanda ki, bənzər uşbu rüxsarə,Nə bir sərv ola bostanda ki, həmta qəddi-balayə.

Xəti reyhandürür gör kim, göyərmiş kövsər üstünə,Və ya rüxündən ayətdir oxunmuş bədr ilə ayə.

Макта — последний бейт с тахаллусом поэта. Nə şirin şərhini eylər Nəsimi ləblərin, yarəbKi, məst olur həlavətdən bu tutiyi-şəkərxayə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви