Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım,Həbibim, rahətim, ruhim, rəfiqim, munisim, canım.
Nurumsan, zülmətim, narım, şəbimsən, rövşənim, şəm’im,Münəvvər nurumü hurim, nəimü xüldü rizvanım.
Təbibim, şərbətim, dürdüm, nabatım, şəkkərim, qəndim,Əlacım, mərhəmim, çarəm, Calunis ilə Loğmanım.
Bənbövşəm, sünbülüm, vərdim, rəyahin, zanbağım, laləm,Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım.
Kitabım, müshəfim, dərsim, hədisim, əbcədim, lövhüm,Səlatım, taətim, zöhdüm, savabım, həccü ərkanım.
Rəmimü gorumü cismim, dü eynim, fikrimü əqlim,Amanım, adətim, fitnəm, təbiət ünsürü qanım.
Макта — последний бейт с тахаллусом поэта. Nəsimi çün səni buldu, kəsildi cümlə varından,Hamudan sevgilim sənsən, mənim sərvi-xuramanım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-menim-rehbanimu-deyrim-selibim-dinim-imanim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Yoxdur mənə səndən uca, səndən böyük insan,Rəhmət sənə, rəhmət, Ata, insanlığa şansan!
Gizli sevgiBəzən saatlarla mən düşüncəyə dalıram,Uzaqlara həsrətlə baxa-baxa qalıram.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Könlüm səni istərYüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər