Страница 3 из 3 · 67%

SƏKKİZİNCİ GƏLİŞ

Əhməd, əvvəlkilər Ömərdən başqa.

H a c ı A b d u l l a. Ömər evdədimi?
Ə h m ə d. Xeyr, getdi dərman almağa.
H a c ı A b d u l l a. Yaxşı, get! (Fikrə gedir.) Allah düşmanıma da qazamatı göstərməsin. A kişi, tək olsan, genə yaxşıdı, Yetər də bir yandan!
A ğ a k i ş i. Yaxşı, indi bəs Vəlinin barəsində nə fikir eliyirsiz?N i y a z ə l i. Nə eliyəcək? Öz kefinə gəzir, qoy gəzsin.
H a c ı A b d u l l a. Ömər deyir, qoy tutulsun. Ondan ötəri ki, naçalnik deyib ki, "hərgah özü tutulsa, ola bilər ki, az tənbeh oluna". Və deyir: "Biz özümüz də arxayın olarıq". Mən də fikir eliyirəm, görürəm, doğrudur.
A ğ a k i ş i. Allahı sevirsən, qoy görək! Xalqın yanında hörmətin var, onu da istəyirsən puçmu eliyəsən?
N i y a z ə l i. Elə də şey olarmı ki, gözün görə-görə oğlunu aparıb qazamata salalar!
Q u r b a n ə l i. A Hacı, ağlını uşaq ağlına vermə, hörmətin itər gedər.
M ə h ə m m ə d a ğ a (tərəfə). Sizi görüm hörmətdən düşəsiniz, inşaallah!

DOQQUZUNCU GƏLİŞ

Eşikdə birdən tüfəng açılıb qilu-qal düşür. Səs gəlir: "Kim vurdu? Kim vurdu?" Xalq bir-birinə qarışır. Hacı Abdulla və Məhəmməd ağa dişqarı qaçırlar. Yetər ağlayır. Öməri əllərində içəri gətirirlər. Hacı Abdulla başına vurur. Öməri yerə qoyurlar, qeyriləri deyirlər: "Heyf sənə, cavan oğlan!" Məhəmməd ağa Ömərin başının üstə durub, başını sığal edir. Xalq səs salır. Eşikdən səs gəlir, Hacı özünü itirir.
M ə h ə m m ə d a ğ a. Allahı sevirsiniz, səs salmayın! (Ömər gözlərini açıb-yumur, yavaşdan danışır.) Qoyun görək, nə deyir!
Ö m ə r. Mənim əzizim Məhəmməd ağa, mən dünyadan gedirəm.
H a c ı A b d u l l a (başına vurur). Anasına deyin gəlsin.
M ə h ə m m ə d a ğ a. Bircə təvəqqe edirəm, səs salmayın! (Hamı xamuş olur.) Qardaş, Ömər, kim vurdu?
Ö m ə r. Özün ... bilir ... sən!.... (Səs gəlir.)
M ə h ə m m ə d a ğ a. Ş ... ş.... Qardaş! Necə özün bilirsən? Əməlli danış. Allaha şükür, səndə bir şey yoxdur. Danış, söylə, rahat ol və vəsiyyət elə. Atan, anan yazıqdırlar.
H a c ı A b d u l l a. Doğru deyirsən, bircə qoy vəsiyyət eləsin görək, kim güllələdi?
M ə h ə m m ə d a ğ a. Bircə siz aram olun! Qardaş!... Ömər!... Səni mənə dediyin adammı güllələdi?
Ö m ə r (başını bulayır). Xeyr!... Məni ... nadanlıq ... avamlıq ... bi ... mərifətlik güllələdi. Bunlar hamısı....
(Tərpənir.) Ah!... Adamı ... heyvan edərmiş! Ah! Nadanlıq!...
M ə h ə m m ə d a ğ a. Dəxi nəfəsi gəlmir. (Gözlərini və ağzını örtür.)

PƏRDƏ

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов