Шараф-наме, глава 47
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
بیا ساقی آن باده بر دست گیرکه از خوردنش نیست کس را گزیر
نه باده جگر گوشهٔ آفتابکه هم آتش آمد به گوهر هم آب
دو پروانه بینم در این طرفگاهیکی رو سپیدست و دیگر سیاه
نگردند پروانهٔ شمع کسکه پروانهٔ ما نخوانند بس
فروغ از چراغی ده این خانه راکه سازد کباب این دو پروانه را
گزارشکنِ فرشِ این سبزباغچنین برفروزد چراغ از چراغ
که چون یافت اسکندرِ فیلقوسخبرهای ناخوش ز تاراج روس
نخفت آن شب از عزم کین ساختنز هر گونه با خود برانداختن
که جنبش در این کار چون آورمکز این عهد خود را برون آورم
دگر روز کاین بورِ بیجاده رنگز پهلوی شبدیز بگشاد تنگ
سکندر بران خنگ ختلی نشستکه چون باد برخاست چون برق جست
ز جوشنده جیحون جنیبت جهاندوز آنجا سوی دشت خوارزم راند
سپاهی چو دریا پس پشت اوحساب بیابان در انگشت او
بیابان خوارزم را در نوَشتز جیحون در آمد به بابل گذشت
بدان تا کند عالم از روس پاکقرارش نمیبود در آب و خاک
در آن تاختن دیده بیخواب کردگذر بر بیابان سقلاب کرد
بیابان همه خیل قفچاق دیددر او لعبتان سمنساق دید
به گرمی چو آتش به نرمی چو آبفروزانتر از ماه و از آفتاب
همه تنگچشمان مردم فریبفرشته ز دیدارشان ناشکیب
نقابی نه بر صفحهٔ رویشاننه باک از برادر نه از شویشان
سپاهی عزب پیشه و تنگ یابچو دیدند رویی چنان بینقاب
ز تاب جوانی به جوش آمدنددر آن داوری سختکوش آمدند
کس از بیم شه ترکتازی نکردبدان لعبتان دستیازی نکرد
چو شه دید خوبان آن راه رانه خوب آمد آن قاعدت شاه را
پریپیکران دید چون سیم ِ نابسپاهی همه تشنه و ایشان چو آب
ز محتاجی لشگر اندیشه کردکه زن زن بود بیگمان مرد مرد
یکی روز همت بدان کار دادبزرگان قفچاق را بار داد
پس از آنکه شاهانه بنواختْشانبه تشریف خود سر برافراختْشان
به پیران قفچاقْ پوشیده گفتکه زنْ رویپوشیده به در نهفت
زنی کاو نماید به بیگانه رویندارد شکوه خود و شرم شوی
اگر زن خود از سنگ و آهن بودچو زن نام دارد، نه هم زن بود
چو آن دشتبانان شوریده راهشنیدند یک یک سخنهای شاه
سر از حکم آن داوری تافتندکه آیین خود را چنان یافتند
به تسلیم گفتند ما بندهایمبه میثاق خسرو شتابندهایم
ولی روی بستن ز میثاق نیستکه این خصلت آیین قفچاق نیست
گر آیین تو روی بربستن استدر آیین ما چشم در بستن است
چو در روی بیگانه نادیده بهجنایت نه بر روی، بر دیده به
وگر شاه را ناید از ما درشتچرا بایدش دید در روی و پشت
عروسان ما را بس است این حصارکه با حجلهٔ کس ندارند کار
به برقع مکن روی این خلق ریشتو شو برقع انداز بر چشم خویش
کسی کاو کند دیده را در نقابنه در ماه بیند نه در آفتاب
جهاندار اگر زانکه فرمان دهدز ما هر که خواهد بر او جان دهد
بلی شاه را جمله فرمان بریمولیکن ز آیین خود نگذریم
چو بشنید شاه آن زبانآوریزبون شد زبانش در آن داوری
حقیقت شد او را که با آن گروهنصیحت نمودن ندارد شکوه
به فرزانه آن قصه را گفت بازوز او چارهای خواست آن چاره ساز
که این خوبرویان زنجیر مویدریغ است کز کس نپوشند روی
وبال است از این چشم ِ بیگانه راچو از دیدن شمع پروانه را
چه سازیم تا نرمخویی کنند؟ز بیگانه پوشیده رویی کنند؟
چنین داد پاسخ فراست شناسکه فرمان شه را پذیرم سپاس
طلسمی برانگیزم از ناف دشتکه افسانه سازند ازان سرگذشت
هر آن زن که در روی او بنگردبجز روی پوشیده زو نگذرد
به شرطی که شاه آرد آنجا نشستوزو هر چه در خواهم آرد به دست
شه از نیک و بد هر چه فرزانه خواستبه زور و به زر یک به یک کرد راست
جهاندیدهٔ دانا به نیک اختریدرآمد به تدبیر صنعت گری
نو آیین عروسی در آن جلوهگاهبرآراست از خاره سنگی سیاه
برو چادری از رخام سفیدچو برگ سمن بر سر مشک بید
هرآنزن که دیدی در آزرم اویشدی روی پوشیده از شرم اوی
درآورده از شرم چادر به روینهان کرده رخسار و پوشیده موی
از آن روز خفچاق رخساره بستکه صورتگر آن نقش بر خاره بست
نگارنده را گفت شه کاین نگاردر این سنگدل قوم چون کرد کار؟!
که فرمان ما را ندارند گوشدر این سنگ بینند و یابند هوش؟
خبر داد دانای بیدار بختکه خفچاق را دل چو سنگ است سخت
به بَر گرچه سیمند، سنگیندلندبه سنگیندلان زین سبب مایلند
بدین سنگ چون بگذرد رختشاناز او نرم گردد دل سختشان
که رویی بدین سختی از خاره سنگچو خود را همیپوشد از نام و ننگ
روا باشد ار ما بپوشیم رویز بیداد بیگانه و شرم شوی
دگر نسبتی کهآسمانیست آننگویم که رمزی نهانیست آن
به پامردی این طلسم بلندبر آن رویها بستهشد رویبند
هنوز آن طلسم ِ برانگیختهدر آن دشت ماندهست ناریخته
یکی بیشه در گردش از چوبهٔ تیرچو باشد گیا بر لب آبگیر
ز پرهای تیر عقاب افکنشعقابان فزونند پیرامنش
همه خیل قفچاق کانجا رسنددوتا پیش آن نقش یکتا رسند
ز ره گر پیاده رسد گر سوارپرستش کنندش پرستندهوار
سواری که راند فرس پیش اونهد تیری از جعبه در کیش او
شبانی که آنجا رساند گلهکند پیش او گوسفندی یله
عقابان درآیند از اوج بلندنمانند یک موی از آن گوسفند
ز بیم عقابان پولاد چنگنگردد کسی گرد آن خاره سنگ
صنم بین که آن نقشپرداز کردکه گاهی گره بست و گه باز کرد
Dur, saqi, qədəhi al ələ, doldur!Kimsəyə içməkdən başqa yol yoxdur.
Günəş parçasıdır, badə deyil bu,Gövhərində vardır həm atəş, həm su.
İki pərvanədir bağlanmış bura,Birinin üzü ağ, birinin qara.
Kimsənin şamına deyil pərvanə,Dinləməz kimsəni, baxmaz fərmanə.
Çıraqdan işıq ver, ev işıqlansın,Hər iki pərvanə atəşdə yansın.
Bu yaşıl bağçaya verən yaraşıq,Çıraqdan parladır belə bir işıq:
Feyləqusun oğlu böyük İskəndər,Rusun talanından alınca xəbər,
Gecəni yatmadı, əzm etdi kinə,Hər sayaq düşündü, daşındı yenə.
Neyləsin, bu işə necə don biçsin,Üstündən atlayıb qolayca keçsin.
Dan yeri yaqutdan şəfəq saçanda,Şəbdizin belindən təngi açanda,
İskəndər yenə də ata minərəkYel kimi tərpəndi, oldu bir şimşək.
Ceyhun sahiliylə atını saldı,Oradan Xarəzmə doğru yol aldı.
Arxada ordusu dəniztək axır,Çöllərin hesabı barmağındadır.
Xarəzmin çölünü ölçərək biçdi,Ceyhuna gələrək, Amuldan keçdi.
Aləmi qurtarmaq fikriylə rusdan,Suda və quruda durmadı bir an.
Yeməyib, yatmayıb, hey sürürdü at,Səqlab çöllərinə açınca qanad,
Qıpçaqla qaynaşan boz çöllər gördü,Baldırı ağappaq gözəllər gördü.
Üzü od, yanağı su kimi oynaq,Günəşdən və Aydan daha şux, parlaq.
Hamı kiçik gözlü, könül ovlayan,Bir pəri səbrini əlindən alan.
Nə örtü, nə yaşmaq bilirdi onlar,Nə də qardaşından, ərindən qorxar.
Darlıqda keçinən subay əsgərlərGörüncə örtüsüz bir dəstə dilbər,
Dözməyib, qaynadı gəncliyin qanı,Dinləməz oldular əmri, fərmanı.
Padşahın qorxusu çökdü əsgərə,Əl ata bilmədi o gözəllərə.
İskəndər görüncə o afətləri,Xoşuna gəlmədi bu adətləri.
Ağ bədənlər gördü, gümüş vücudlu,Ordu bütün susuz, onlar sərin su.
Ordunun halına yandı, nə demək,Hər qadın qadındır, erkək də erkək!
Bu işə sərf etdi öz hünərini,Çağırdı qıpçağın böyüklərini.
İskəndər onlara etdi çox hörmət,Ucaldı başları, göstərdi şəfqət,
Örtülü dedi çöl qıpçaqlarına:“Üzünü gizləmək xoşdur qadına.
Qadın ki yadlara açar üzünü,Nə əri düşünər, nə də özünü.
Bərklikdə ansa da daşı, poladı,Yenə də qadının qadındır adı”.
O azğın çöl xalqı, o köçərilərPadşahı dinləyib durdu bir qədər.
Bu əmrə əymədi boyun heç biri,Ən doğru sandılar bu ayinləri:
“Bəyəndik biz, deyə, təslim oldular, -İtaət edərək sənə, tacidar!
Üz örtmək doğru yol deyildir ancaq,İtaət etməz bu ayinə qıpçaq.
Üz örtmək ayini qoy olsun sənin,Bizə də göz örtmək olmuşdur ayin.
Baxmamaq gərəkdir naməhrəm üzə,Nə suçu var üzün, cəza ver gözə”.
Bu sözlər gəlirsə padşaha ağır,Nə üçün bəs üzə, arxaya baxır.
Bu hasar deyilmi qıza, gəlinə?Heç biri girməmiş yad gərdəyinə.
Bizim qız-gəlinə yetər bu örük,Yadlar gərdəyindən tutmamışdır yük.
Örtü salmaqdansa xalqın üzünə,Özün bir örtü çək baxan gözünə.
Gözünə pərdəni asan bir nəfər,Şübhəsiz, nə Günəş, nə də Ay görər.
Bu işdə cahandar əmr edir bizə,İstəsən hər qıpçaq can verər sizə.
Edərik hər əmrin olsa, itaət,Öz ayinimizdən dönmərik, əlbət”.
Qıpçağın dilini uzun görüncə,Susaraq, aldı bar acı düşüncə.
Padşaha apaydın oldu həqiqət,Bu xalqa bir fayda verməz nəsihət.
Tutarlı bir tədbir göstərsin, deyə,Söylədi bu sirri o fərzanəyə:
“Bu kəmənd saçlılar gözəldir, dilbər,Hayıf ki, yadlardan üz örtməyirlər.
Pərvanə atəşdə yandığı qədər,Yadlara bəladır bu qara gözlər.
Nə yolla qıpçağı bəs yumşaldım mən,Gizləsin üzünü naməhrəmlərdən?!”
Bəlinas dil açdı ona hörmətlə:“İtaət edərəm böyük minnətlə,
Mən elə bir tilsim qurum bu yerdə,Dastanlara düşüb qalsın dillərdə.
Tilsimi hər qadın gördüyü zaman,Üz-gözünü örtüb keçər yanından.
Bu şərtlə, padişah qalsın mənimlə,İstədiyim şeyi gətirsin ələ”.
Gərəkli şeyləri yaxşı-yamandan,Güc ilə, qızılla tapdı hökmüran.
Bəlinas güvəndi bəxtiyarlığa,Tədbirlə başladı sənətkarlığa.
Qara daşdan qurdu gözəl nazənin,Dikəltdi bir yeni ayinli gəlin.
Ağ mərmər çadrası heykəl daşında,Səmən yarpağıydı bidmişk başında.
Hər qadın keçirkən gördüyü zamanUtanıb üzünü gizlədi ondan.
Üzünü, gözünü örtdü hər göyçək,Utanıb üzünə çəkdi bürüncək.
O gün ki, çarşablı heykəl quruldu,Qıpçağa üz örtmək bir adət oldu.
Sənətkar kişidən sordu İskəndər:“Nə üçün bu xalqa daş etdi əsər?
Etmədi verdiyim əmrə itaət,Bu cansız heykəldən aldılar ibrət?”
Bəxtiyar bilici dedi: “Hökmüran,Qıpçağın ürəyi qatıdır daşdan!
Bu gümüşbədənlər daşürəklidirDaşürəkliləri onunçun sevir.
Hər biri elə ki, daşa yan alırQatı ürəkləri ondan yumşalır.
Üz-gözü bərk daşdan yaranmış dilbərUtanıb, üzünü yadlardan örtər.
Bizə də gərəkdir belə bir örtük,Ərlərə hörmətdir, yadlara örük.
Bir də ki, göylərə aid bir sirr var,Etmərəm o gizlin siri aşikar”.
O tilsim kök saldı durduğu yerdə,Üzlərə oldu bir ismətli pərdə.
Tilsimli o heykəl yenə ucalır,Uçmamış, o çöldə indi də qalır.
Çevrəsi oxlardan dönmüş ormana,Çay boyunca bitən ota, tikana
Ətəkdə qartallar salan oxlardanDaha çox görünür qartal və tərlan.
O yerdən keçərkən daim qıpçaqlar,Pir deyib, başını səcdəyə qoyar.
Hər atlı, piyada o yoldan gedir,Heykələ pir deyə, pərəstiş edir.
Atını sürərkən daşa, pir deyə,Edir oxluğundan bir ox hədiyyə.
Çobanlar sürüylə keçərkən ordan,Verər o heykələ bir qoyun qurban.
Qartallar ucadan edərkən pərvaz,Qoyundan o yerdə bir tük də qoymaz.
Qorxaraq, o polad pəncə qartaldanHeykəlin səmtinə gəlməz bir insan.
Bax, bilici necə bir heykəl qurdu,O sənəm gah açdı, gah düyün vurdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-serefname-47
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Меджнун коня быстрее ветра гонит.Его тоска гнетет и долу клонит.
Лейли и Меджнун, глава 26شبگیر که چرخ لاجوردیآراست کبودیی به زردی
Лейли и Меджнун, глава 27Однажды, чуя смутную надежду,Пошел он к племени любимой, к Неджду,
Лейли и Меджнун, глава 28Когда разбило солнце в час рассветаШатер в долине голубого цвета