Шараф-наме, глава 61
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
بیا ساقی آن میکه او دلکشستبه من ده که می در جوانی خوشست
مگر چون بدان می دهان تر کنمبدو بخت خود را جوانتر کنم
چو بیداری بخت شد رهنمونز تاریکی آمد سکندر برون
چنان رهبری کردش آن مادیانکه نامد چپ و راستی در میان
بر آن خط که روز نخستین گذشتچو پرگار بود آخرش بازگشت
چو اقبال شد شاه را کارسازبه روشن جهان ره برون برد باز
سوی لشگر آمد عنان تافتهمرادی طلب کرده نایافته
نیفتاد از ان تاب در تافتنکه روزی به قسمت توان یافتن
نرنجید اگر ره به حیوان نبردکه در راه حیوان چو حیوان نمرد
چو اندوهی آمد مشو ناسپاسز محکمتر اندوهی اندر هراس
برهنه ز صحرا به صحرا شدنبه از غرقه در آب دریا شدن
برنجد سر از درد سرهای سختنه زانسان که از زخم شمشیر و لخت
بسی کار کز کار مشکلتر استتنآسان کسی کاو قویدلتر است
چو دیدند لشگر ره آورد خویشنهادند سنگ ره آورد پیش
همه سنگها سرخ یاقوت بودکزو دیده را روشنی قوت بود
یکی را ز کم گوهری دل به دردیکی را ز بی گوهری باد سرد
پشیمان شد آنکس که باقی گذاشتپشمیانتر آنکس که خود برنداشت
چو آسود روزی دو شاه از شتابستد داد دیرینه از خورد و خواب
به یاد آمدش حال آن سنگ خردکه پنهان بدو آن فرشته سپرد
ترازو طلب کرد و کردش عیارز بسیار سنگین فزون بود بار
ز مثقال بیش آمد از من گذشتبسی سنگ پرداخت از کوه و دشت
به صد مرد گپانی افراختنددرو سنگ و همسنگش انداختند
فزون آمد از وزن صد پاره کوهز بر سختنش هر کس آمد ستوه
شنیدم که خضر آمد از دور و گفتکه این سنگ را خاک سازید جفت
کفی خاک با او چو کردند یاربه هم سنگیش راست آمد عیار
شه آگاه شد زان نمودار نغزکه خاکست و خاکش کند سیر مغز
یکی روز با خاصگان سپاهچو مینو یکی مجلس آراست شاه
کمر بر کلاه فریدون کشیدسر تخت بر تاج گردون کشید
غلامانِ زرینکمر گرد تختچو سیمینستون گرد زریندرخت
همه تاجداران روی زمیندر آن پایه چون سایه زانو نشین
ز هر شیوهای کان بود دلپذیرسخن میشد از گردش چرخ پیر
ز تاریکی و آب حیوان بسیسخن در سخن میشد از هر کسی
که گر زیر تاریکی آن آب هستشتابنده را چون نیاید بدست؟!
وگر نیست آن آب در تیره خاکچرا نامش از نامها نیست پاک
درین باره میشد سخنهای نغزکزو روشنایی درآید به مغز
ز پیران آن مرز بیگانهبومچنین گفت پیری به دارای روم
که شاه جهانگیرِ آفاقگردکه چون آسمان شد ولایت نورد
گر از بهر آن جوید آب حیاتکه از پنجهٔ مرگ یابد نجات
در این بوم شهریست آباد و بسکه هرگز نمیرد در او هیچکس
کشیده در آن شهر کوهی بلندشده مردم شهر ازو شهربند
به هر مدتی بانگی آید ز کوهکه آید نیوشنده را زان شکوه
بخواند ز مردم یکی را به نامکه خیز ای فلان سوی بالا خرام
نیوشنده زان بانگ فرمان پذیرنگردد یکی لحظه آرام گیر
ز پستی کند سوی بالا شتاببه پرسندگان زو نیاید جواب
پسِ کوه خارا شود ناپدیدکس این بند را مینداند کلید
گر از مرگ خواهد تن شه امانبدان شهر باید شدن بیگمان
شه از گفتِ آن مرد دانشبسیچفرو ماند بر جای خود پیچ پیچ
به کار آزمایی دلش تیز شددر آن عزم رایش سبکخیز شد
بفرمود کز زیرکان سپاهتنی چند را سر درآید به راه
در آن منزل آرامگاه آورندسخن را درستی به شاه آورند
به اندرزشان گفت از آواز کوهنباید که جنبد کسی زین گروه
اگر نام پیدا کند یا نشانبران گفته گردند دامن فشان
مگر چون شود راه پاسخ درازبرون آید از زیر آن پرده راز
نصیحت پذیران به اندرز شاهسوی شهر پوشیده جستند راه
در آن شهر با فرخی تاختندبه جاییخوش آرامگه ساختند
خبرهای شهر آشکار و نهفتچنان بود کان پیر پیشینه گفت
به هر وقتی آوازی از کوهساررسیدی به نام یکی زان دیار
نیوشنده چون نام خود یافتیبه رغبت سوی کوه بشتافتی
چنان در دویدن شدی ناصبورکزان ره نگشتی به شمشیر دور
رقیبان شه چارها ساختندنواهای آن پرده نشناختند
چو گردون گردنده لختی بگشتفلک منزلی چند راه در نوشت
ز پیکان شه گردش روزگاریکی را به رفتن شد آموزگار
از آن رازجویانِ پنهانپژوهیکی را به خود خواند هاتف ز کوه
به تک خاست آنکس که بشنید نامسوی هاتف کوه شد شادکام
گرفتند یاران زمامش به چنگکه در پویه بنمای لختی درنگ
نباید که پوینده شیدا شودمگر راز این پرده پیدا شود
شتابنده را زان نمیداشت سودفغان میزد و طیرگی مینمود
نمیگفت چیزی که آید به کاربه رفتن شده چون فلک بیقرار
رهانید خود را به صد زرق و زورشد آواره ز ایشان چو پرنده مور
بماندند یاران ازو در شگفتوزو هر کسی عبرتی برگرفت
که زیرکتر ما در این ترکتازنگر چون شد از ما و نگشاد راز
براین نیز چون مدتی در گذشتبتابید خورشید بر کوه و دشت
به یاری دگر نیز نوبت رسیدشد او نیز در نوبتی ناپدید
قدر مایه مردم که ماندند بازنخواندند یک حرف ازان لوح راز
هراسنده گشتند از آن داوریکه کس را نکرد آسمان یاوری
ز بیراهی خود به راه آمدندوز آن شهر نزدیک شاه آمدند
نمودند حالت که از ما بسیسوی کوه شد باز نامد کسی
نه هنگام رفتن درنگی نمودنه امید باز آمدن نیز بود
ندانیم کاواز آن پرده چیستنوازنده ساز آن پرده کیست
چو ما راه آن پرده نشناختیماز آن پرده اینک برون تاختیم
ز ما چند کس کرد بر کوه سازنیامد یکی بانگ از آن کوه باز
چو دیدیم کایشان گرفتند کوهگرفتیم دشت آمدیم این گروه
چنین است خود گنبد تیز گشتگهی کوه گیرند ازو گاه دشت
سکندر چو راز رقیبان شنیدرهی دید باز آمدش ناپدید
بدان راهش آنگه نیاز آمدیکزو یک تن رفته باز آمدی
ز حیرت در آن کار سرگشته ماندکه عنوان آن نامه را کس نخواند
خبر داشت کان رفتن ناگهانکسی راست کاو را سر آید جهان
مثل زد که هر کس که او زاد مردز چنگ اجل هیچکس جان نبرد
چو با گور گیران ندارند زوربه پای خود آیند گوران به گور
گه تیر خوردن عقاب دلیربه پر خود آید ز بالا به زیر
Saqi, ver ürəyə yatımlı meydən!Ver ki, mey xoş gəlir ömür gənc ikən!
O meylə ağzımı isladım bir an,Bəxtimi daha gənc eləyim ondan.
Oyanıq taleyi olunca rəhbər,Zülmətdən dişarı çıxdı İskəndər.
Çox gözəl rəhbərlik eylədi madyan,Bir az da azmadı getdiyi yoldan.
İlk gündə keçdiyi zülmət xəttinəPərgartək yenidən qayıtdı yenə.
Padşaha taleyi elədi kömək,İşıqlı dünyaya çıxdı sevincək.
Cilovu parlatdı ordu səmtinə,Ancaq çatmamışdı öz diləyinə.
Bu işdən ürəyi sınmadı, ancaqRuzini qismətlə mümkündür tapmaq.
Heyvan tapmadısa, kədər yox bunda,Heyvantək ölmədi heyvan yolunda.
Darılma sənə üz verdikdə kədər,Ondan da böyük bir dərddən qıl həzər!
Hər gün bu çöllərdə gəzmək çıl-çılpaqYaxşıdır, ya dəniz dibinə batmaq?
Doğrudur, ağrıdan hər baş incinər,İnciməz qılınc, gürz yarası qədər.
Dünyada hər işdən çətin bir iş var,Ürəyi möhkəmə olur zəfər yar.
Qumluqdan aldığı şeyləri orduTöhfədir deyərək qarşıya qoydu.
Daşların hamısı qırmızı yaqut,Gözlərə nur verir, ürəklərə qut.
Daşdan az götürən düşmüşdü dərdə,Heç götürməyənlər ahda, kədərdə.
Peşiman olmuşdu az götürənlər,Odlara yanırdı götürməyənlər.
Şah oldu iki gün səfərdən aram,Yuxudan, yeməkdən aldı intiqam.
Bir zaman padşahın əyildi başı,Yad etdi mələyin verdiyi daşı.
Tərəzi istədi daşı çəkməyə,Ağır daş qoydular “ölçüdür” deyə.
Batmanlardan keçdi o bir misqal daş,Nə qədər daş qoydu, misqal çıxdı baş.
Yüz kişi bir qapan çəkdi o düzə,Girdi daş bir gözə, daşlar bir gözə.
Daş ağır gəlirdi yüz parça dağa,Çəkənlər darıldı bu ağırlığa.
Deyirlər uzaqdan demiş Xızr: “AncaqBu daşın vəznidir bir ovuc torpaq”.
Bir gözə bir ovuc torpaq tökdülər,Çəkinin gözləri oldu bərabər.
Bu incə nüktədən buldi tacidar:Torpaqdır, onu bu torpaq doyurar.
Bir gün şah xaslarla taparaq fürsət,Bir məclis bəzədi - sanasan cənnət.
Zərkəmər qulamlar taxtın ucunda,Qızıl bir ağactək gümüş sütunda.
Dünyanın şahları bir səf çəkərəkQarşıda diz çökmüş hamı kölgətək.
Dünya işlərindən açıldı söhbət,Söylənən hər şivə qəlb üçün rahət.
Hər biri zülmətli çeşməni andı,Söz sözu çəkərək, söhbət uzandı.
Qaranlıq altında su varsa, nədən,Nə üçün tapmayır arayan, gəzən?
Zülmətdə yox isə belə bir cadu,Nə üçün dillərdə əzbərlənmiş bu?
Bu yolda deyildi çox incə sözlər,İşıqlandı başlar, nurlandı gözlər.
Haman məmləkətin qocalarındanSöylədi: “Bu siri bilsin hökmüran.
Cahangir İskəndər dünya dolaşdı,Göy kimi durmadan ölkələr aşdı.
Ümidlə aradı həyat suyunuKi, qorxunc ölümdən qurtarsın onu.
Bir şəhər vardır, bu ölkədə çox şən,O abad şəhərdə tapılmaz ölən.
O şəhri uca bir dağ salmış bəndə,Şəhr əhli o dağda düşmüş kəməndə.
O dağdan səs gəlir hey zaman-zaman.Heyrətə düşür hər eşidən, duyan.
Oradan birini adıyla səslər:Ey filan, yuxarı səmtə et səfər!
O səsi, fərmanı eşidən adamYerində bir an da tutmayır aram.
Sürətlə dağlara dırmanır dərhal,Gedəndən nə sorsan olur dilsiz, lal.
Dağların ardında yox olur gözdən,Yoxdur bu hikməti açan, öyrənən.
Məqsədin qurtulmaq isə ölümdən,Ölümsüz şəhərdə eyləyin məskən!”
Bilici söyləyən sözdən İskəndərSarsıldı, üzünü sardı bir kədər.
Bu işçün ürəyi vurdu riqqətlə;Fikri qət etməkçin uçdu sürətlə.
Əmr etdi, ordudan bir neçə kişiO şəhrə gedərək, öyrənsin işi.
Qalsınlar söylənən yerdə bir qədər,Bu işdən versinlər doğru bir xəbər.
Onlara tapşırdı: “Dağdakı səsəYerindən qalxmasın sizdən bir kimsə!
Lap adla, nişanla çağırsa necəSiz bu səs-sədanı almayın vecə.
Cavabı uzatmaq yoluyla barı,Açılsın pərdənin gizlin əsrarı”.
Nəsihət alanlar baş əydi əmrə,Gizlin bir yol ilə girdilər şəhrə.
Şəhərdə uğurla atı çapdılar,Ən gözəl bir yerdə mənzil tapdılar.
Şəhərin haqqında bildilər xəbər,Düz çıxdı qocanın dediyi sözlər.
Şəhərdə birinin adına dağdanApaçıq səs gəlir hey zaman-zaman.
Adını eşidər-eşitməz hər kəsO dağa çıxmağa göstərir həvəs.
O qədər səbirsiz gedir yolunu,Qılıncla qaytarmaq olmayır onu.
Gələnlər göstərdi yüz tədbir, hünər,Pərdənin sirrini öyrənmədilər.
Seyr etdi dolanan fələk bir zaman,Bir neçə mənzili dolaşdı dövran.
Şah adamlarıyla çərx kinə düşdü,Birini aparmaq fikrinə düşdü.
Qeybdən gələn səs, əsrar arayanKişidən birini çağırdı dağdan.
Adını eşidən durmadı bir an,Səs gələn tərəfə qaçdı durmadan.
Gedəni dostları tutdu yer-yerdən,Dedilər: “Tələsmə, dayan, ey gedən!
Bir yolçu sövdalı olmasın gərək,Pərdənin sirrini bəlkə öyrənək”.
Gedənə o sözlər etməyir əsər,Bağırır, dartınır, qurtulmaq istər.
Bir söz də deməyir yarasın işə,Çərx kimi çalışır çıxsın gərdişə.
Güc ilə qurtuldu gedən sevincək,Onlardan uzaşdı uçan çibintək.
Dostları bu işdən etdi çox heyrət,Gedəndən hər biri aldı bir ibrət.
Bizdən ən ağıllı, həm iş bacaran,Bax, necə ayrıldı bir sirr açmadan!
Az zaman keçincə bu hadisədən,Al Günəş parladı, güldü çöl, çəmən.
O biri yoldaşa yetişdi növbət,O da bu dağlarda yox oldu xəlvət.
Get-gedə azaldı əsrar arayan,Olmadı o hərfi bilən bir insan.
Qorxudan şiddətlə çırpındı ürək,Göylər də kimsəyə etmədi kömək.
Əsrardan heç biri tutmadı xəbər,Kədərlə padşaha tərəf döndülər.
Şikayətləndilər: “Bir çoxu bizdən,Dağlara dırmandı, olmadı dönən.
Nə dağa çıxarkən bir az durardı,Nə geri dönməyə bir ümid vardı.
Bilmədik pərdədə nəyin səsidir,Hansı bir çalanın şən pərdəsidir.
Pərdənin yolunu bilmədik, artıqÇarəsiz şəhərdən geri qayıtdıq.
Bizdən də apardı bir neçə insan,Daha səs gəlmədi bir də o dağdan.
Olunca onların yolu dağ, gədik,Biz də çöl yolunu tutaraq gəldik.
Bu çərxin işləri belədir, belə,Biri düşmüş dağa, o biri çölə”.
Söylənən əsrarı eşitdi bir-bir,Bildi, bu yol “gedər-gəlməzə” gedir.
Dönsəydi o dağa gedənin biri,O zaman gözəldi bu dağ səfəri.
İskəndər bu işdən eylədi heyrət:“Öyrənən yox, nədir bu gizli hikmət?”
Bildi ki, dırmanan o dağa, daşaDünyada ömrünü vurmuşdur başa.
Bir məsəl çəkdi ki: “Ölər hər doğan,Əcəl pəncəsindən kim qurtarmış can?”
Bir ov ki, bacarmaz ovçular ilə,Məzara gedər o öz ayağiylə.
Yediyi bir oxdan hər ovçu tərlanDüşər yer üzünə öz qanadından.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-serefname-61
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
دوم موبد به قصری کرد مانندکه بر گردون کشد گیتی خداوند
Хосров и Ширин, глава 106سوم موبد چنان زد داستانیکه با گرگی گله رانَد شُبانی
Хосров и Ширин, глава 107چهارم مرد موبد گفت کاین رازبه شخصی مانَد اندر حجله ناز
Хосров и Ширин, глава 108سخن چون شد به معصومان حوالتملک پرسیدش از تاج رسالت
Стихи других поэтов
Haqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
شباهنگام، کاین فیروزه گلشنز انوار کواکب، گشت روشن
Həyat lövhələriİstərəm hər axşam yanında qalım,Başını sinəmin üstünə alım,