ای شده خشنود به یکبارگیچون خر و گاوی به علف‌خوارگی

فارغ ازین مرکزِ خورشید گَردغافل از این دایرهٔ لاجورد

از پیِ صاحب‌خبر‌ان است کاربی‌خبران را چه غم از روزگار‌؟!

بر سر کار آی، چرا خفته‌ای‌؟کار چنان کن که پذیرفته‌ای

مست چه خسبی‌؟ که کمین کرده‌اندکارشناسان نه چنین کرده‌اند

بر نگر این پشتهٔ غم پیش‌بیندر نگر و عاجز‌ی خویش بین

عقل تو پیر‌ی‌ست فراموش‌کارتا ز تو یاد آرد، یادش بیار

گر شرف عقل نبودی تورانامْ که بُردی؟ که ستودی تورا؟

عقلْ مسیحا‌ست ازو سر مکشگرنه خر‌ی‌، خر به وَحَل درمکش

یا به رهِ عقل بُرو نور گیریا ز درش دامن خود دور گیر

مست مکن عقلِ ادب‌ساز راطعمهٔ گنجشک مکن باز را

می که حلال آمده در هر مقامدشمنیِ عقلِ تو کردش حرام

می که بوَد؟ کآبِ تو در جام اوستعقل شد آن چشمه که آن نام اوست

گرچه می اندوه جهان را بَردآن مخور ای خواجه که آن را برد

می، نمکی دان جگر آمیختهبر جگرِ بی‌نمکان ریخته

گر خبرت باید چیزی مخورکز همه چیزیت کند بی‌خبر

بی‌خبر آن مرد که چیزی چشیدکه‌ش قلم ِ بی‌خبری درکشید

میل‌کش چشم خیالات شوکُند نِهِ پایِ خرابات شو

ای چو اَلِف عاشقِ بالای خویشاِلْفِ تو با وحشت سودا‌ی خویش

گر الفی مرغ پر افکنده باشورنه چو ب حرف سرافکنده باش

چون اَلف آراستهٔ مجلسیهیچ نداری چو الف مفلسی

خار نه‌ای که‌اوج گرایی کنیبه که چو گل بی سر و پایی کنی

طفل نه‌ای پای به بازی مکشعمر نه‌ای سر به درازی مکش

روز به آخر شد و خورشید دورسایه شود بیش چو کم گشت نور

روز شنیدم چو به پایان شودسایهٔ هر چیز دو چندان شود

سایه پرستی چه کنی همچو باغ‌؟سایه‌شکن باش چو نور چراغ

گر تو ز خود سایه توانی بریدعیب تو چون سایه شود ناپدید

سایه‌نشینی نه فن هر کَس استسایه‌نشین چشمهٔ حیوان بس است

ای زبر و زیر سر و پای توزیر و زبر‌تر ز فلک رای تو

صبح بدان می‌دهدت تشت زرتا تو ز خود دست بشویی مگر

چونکه درین تشت شوی جامه‌شو‌یآب ز سرچشمهٔ خورشید جوی

قرصهٔ خورشید که صابون توستشوخگن از جامهٔ پر خون توست

از بس آتش که طبیعت فشانددر جگر عمر تو آبی نماند

گر تنت از چرک غرض پاک نیستزر نه همه سرخ بوَد باک نیست

گر سخن از پاکی عنصر شودمعده دوزخ ز کجا پر شود؟

گر چو ترازو شده‌ای راست‌کارراستی دل به ترازو گمار

هر جو و هر حبه که بازوی توکم کند از کیل و ترازو‌ی تو

هست یکایک همه بر جای خویشروز پسین جمله بیارند پیش

با تو نمایند نهانی‌ت راکم‌دهی و بیش‌ستانی‌ت را

خود مکن این تیغ ترازو روانگرنه فزون می‌ده و کم می‌سِتان

گُل ز کژی خار در آغوش یافتنیشکر از راستی آن نوش یافت

راستی آنجا که عَلَم بر زندیاری حق دست به هم بر زند

از کجی افتی به کم و کاستیاز همه غم رستی اگر راستی

ز‌آتش تنها نه‌، که از گرم و سردراستی مرد بود دِرع مرد

Ey həyatda inək tək, eşşək tək ömr eyləyən!Heyvan tək otlamağı dad bilən, ləzzət bilən!

Xəbərsizsən günəşin mərkəzindən, bunu bil;Lacivərd dairədən qafilsən xeyli, qafil.

Xəbər sahiblərinin iş bəzər görkəmini,Xəbərsizlər nə bilir ruzigarın qəmini?

Oyan, yatdığın yetər, durma, gəl iş başına,Qəbul etdiyin işdən bərk yapış, ol aşina.

Nə keflənib yatırsan? Pusurlar səni yaman!İşə bələd olanlar belə etməz, unutma.

Diqqətlə önündəki o qəm təpəsinə bax,Sən o qəmin yanında acizsən, aciz ancaq.

Bir yaddaşsız qocadır ağlın, belədir əhval,Səni yada salmamış gəl sən onu yada sal.

Əgər sən kəmalınla almasaydın şərafət,Kimsə çəkməzdi sənin adını, bir həqiqət.

Ağıl bir Məsihadır, gəl ondan döndərmə baş,Eşşək kimi özünü vurma palçığa birbaş.

Ya gəl ağıl yoluyla gedib ondan al işıq,Ya onun qapısından ətəyini çək artıq.

Ədəb öyrədən ağlı içirtmə özün kimi!Əlinlə gəl qırğını eyləmə serçə yemi.

Hər məkanda ki, şərab halal sayılır tamam,Ağlının düşmənliyi onu eylədi haram,

Şərab nədir ki, sənin abrın camında daşar?O çeşmə ağıldır ki, şərab kimi adı var.

Dünyaların qəmini silsə də başdan çaxır,Xacə, içmə, aparar sənin ağlını axır.

Şərabı qoy daima duzlu ciyər yerinə,Tökülmüş duzsuzların o daim ciyərinə.

Şərab içmə huşiyar olmaq istəsən əgər,Şərab içmək hər şeydən səni bixəbər edər.

Xəbərsiz adlanılır bir damla şərab dadan;Bixəbərlik qələmi o adı pozar haman.

Batil xəyalatının, durma, gözünə mil çək,Ayağını zəncirlə, meyxanalardan əl çək!

Sən ey „əlif“ kimi öz boyuna aşiq olan!Deyən xoşuna gedir sənin öz vəhşi sövdan?

Sən əgər „əlif“sənsə, qanadı yoluq quş ol,Yoxsa „bey“ hərfi kimi baş aşağı durmuş ol.

Bu dünyada „əlif“ tək bir məclis bəzəsən də„Əlif“ kimi heç nəyin yoxdur müflissən sən də,

Tikan deyilsən, göyə baş qaldırma dayaqsız,Çox gözəl olar, olsan gül tək başsız, ayaqsız.

Uşaq deyilsən, atma, gəl hər oyuna ayaq,Sən ki, ömür deyilsən, nəyə lazım uzanmaq?

Gün sona vardı, günəş bizdən uzaşdı artıq,Bəlli, kölgə çoxalar azalan zaman işıq,

Mən eşitmişəm gündüz sona çatınca heyhat.Hər bir şeyin kölgəsi olur onda iki qat.

Sən nə kölgəpərəstlik eyləyirsən bağ kimi?Gəl kölgə sındıran ol işıqlı çıraq kimi.

Çalışıb ata bilsən özündən bu kölgəni,Onda o kölgə kimi tərk edər eybin səni.

Kölgədə eyləşməksə, hər kəsin deyil işi,Ancaq abi-həyata yazıblar bu vərdişi.

Başın, ayağın altın, üstün alt-üst, baş-ayaq —Olduğundan fələk tək fikrin dolaşmış ancaq.

Sübh qızıl təştini sənə bəxş edir ki, sənTaki, əlini yuyub özündən əl çəkəsən.

Günəşin dairəsi səni hər zaman bəzər,Qanlı paltarlarını sabun kimi təmizlər.

Təbiətin o qədər döndü şəhvətə, oda,Ömrünün ciyərində qalmadı damla su da.

Bədənin gəlmişsə də vücuda ətlə qandan,Qorxma, bütün qızıllar xalis deyil heç zaman.

Əgər hamı təmiz, pak olsaydı bu dünyada,Cəhənnəm qapısından kim atılardı oda.

Kişinin bədənini oddan, isti-soyuqdanSaxlayan şey doğruluq adlı geyimdir, inan.

Düşərsən el içində nəzərdən əyri olsan,Doğru olsan qüssədən ələmdən qurtararsan.

Doğru çəkən tərəzi kimi olduğun zaman,Qəlbindəki düzlüyü sən ona tapşır haman.

Əlin bir arpa qədər və ya bir dənə qədərÖlçündə, tərəzində əksik çəkərsə əgər

Onlar yerində durub bəla açar başına;Qiyamət günü oyun gətirilər qarşına.

Əksik verdiklərini, artıq aldıqlarını,Göstərərlər özünə, bir söz bütün varını.

Tərəzini çəkməyə könlün olmasın məyal,Əgər çəkmək istəsən artıq verib, əksik al,

Gül əyri olduğundan tikanı qucaqladı,Qamış öz düzlüyündən qazandı şəkər adı.

O yerdə ki, doğruluq qaldırmış göyə bayraq,Tanrı kömək əlini orda uzadar ancaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов