چو خسرو دید کآن خواری بر او رفتبه کار خویشتن لَختی فرو رفت

Başına gələn bu qəzanı görcəkXosrov düşüncəyə, fikrə daldı tək.

درستش شد که هرچ او کرد، بد کردپدر پاداش او بر جای خود کرد

Anladı tutduğu yaramaz işdir,Atası çox haqlı cəza vermişdir.

به سر بر زد ز دست خویشتن دستو زان غم ساعتی از پای ننشست

Əlilə başına vurdu, çəkdi ah,Rahat qoymayırdı onu bu günah.

شفیع انگیخت پیران کهُن راکه نزد شه برند آن سرو بُن را

Bir neçə qocadan xahiş eylədi,"Hüzura aparın məni" söylədi.

مگر شاه آن شفاعت در پذیردگناه رفته را بر وی نگیرد

Bəlkə bu üzr şahın xoşuna gələr,Mənim günahımı bəlkə əfv elər.

کفن پوشید و تیغ تیز برداشتجهان فریاد رستاخیز برداشت

Ələ qılınc aldı, geydi bir kəfən,Dünyaya yayıldı yanıqlı şivən.

به پوزش پیش می‌رفتند پیرانپس اندر شاهزاده چون اسیر‌ان

Qocalar qabaqda üzr istəyirdi,Xosrov dalda gedir, sanki əsirdi.

چو پیش تخت شد نالید غمناکبه رسمِ مجرمان غلتید بر خاک

Taxt önündə durdu o ağlamağa,Müqəssirlər kimi düşdü torpağa:

که شاها بیش ازینم رنج منمایبزرگی کن‌، به خردان بر ببخشای

"Şahım, bundan artıq incitmə məni,Böyüksən əfv eylə kiçik bəndəni,

بدین یوسف مبین کآلوده گرگ استکه بس خُرد‌ست اگر جرمش بزرگ است

Yusifəm, sanma ki, yeyib yalquzaq,Günahım böyükdür, uşağam, uşaq.

هنوزم بوی شیر آید ز دندانمشو در خون من چون شیر خندان

Süd qoxusu gəlir hələ ağzımdan,Qanıma susama şir kimi, aman!

عنایت کن که این سرگشته فرزندندارد طاقت خشم خداوند

Azğın övladını əzizlə yenə.Tabı yoxdur dözsün qəzəblərinə.

اگر جرمی است‌، اینک تیغ و گردنز تو کشتن ز من تسلیم کردن

Bu boynum, buyur al, bu da ki, xəncər,Öldür, günahkaram, suçluyam əgər.

که برگ هر غمی دارم درین راهندارم برگِ ناخشنودیِ شاه

Hər dərdə razıyam boyun buraraq,Sən narazı qalma oğlundan ancaq",

بگفت این و دگر ره بر سر خاکچو سایه سر نهاد آن گوهر پاک

Saf gövhər sözünü deyib son kərə,Yenə kölgə kimi sərildi yerə.

چو دیدند آن گروه، آن بردباریهمه بگریستند الحق به زاری

Dözümlü cavanı görən adamlarAğladılar gəlib riqqətə, zar-zar.

وزان گریه که زاری بر مه افتادز گریه، های‌هایی بر شه افتاد

Hönkürtü səsləri Ayı haqladı,Qoşulub onlara şah da ağladı.

که طفلی، خرد با آن نازنینیکند در کار از این‌سان خرده‌بینی

O, nazla bəslənmiş az yaşlı uşaqBu qədər incədir öz işində, bax.

به فرزندی که دولت، بَد نخواهدجز اقبال پدر با خود نخواهد

Övladın iqbalı ona olsa yar,Ata sevincindən bəxtiyar olar.

چه سازد با تو فرزند‌ت‌، بیندیشهمان بیند ز فرزندان پس خویش

Nə eyləsə sənə övladın, inan,Onu görəcəkdir öz övladından.

به نیک و بد مشو در بند فرزندنیابت خود کند فرزند فرزند

Oğlunun yaxşı-pis işiyçün, dayan,Cəza vermə, o da alar oğlundan.

چو هرمز دید کآن فرزند مقبلمداوا‌ی روان و میوهٔ دل

Elə ki, şah Hürmüz ruh dərmanını,Ürək meyvəsini, o cavanını

بدان فرزانگی و آهسته‌رایی استبدانست او که آن فرّ خدایی است

Gördü belə müdrik, belə zəkalı,,Bildi allahdandır onun bu halı.

سرش بوسید و شفقت بیش کردشولیعهد سپاه خویش کردش

Öpərək, başını oxşadı onun,Fərmanına verdi bütün qoşunu.

از آن حضرت چو بیرون رفت خسروجهان در ملک داد آوازهٔ نو

Şahın hüzurundan Xosrov çıxarkən,Ölkə başdan-başa yenə oldu şən.

رُخش سیمای عدل از دور می‌دادجهان‌داری ز رویش نور می‌داد

Xosrovun üzündə ədalət vardı,Gözündə şahlığın nuru parlardı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные