مبارک‌روزی از خوش‌روزگاراننشسته بود شیرین پیش یاران

سخن می‌رفتشان در هر نوردیچنانک آید ز هر گرمی و سردی

یکی عیش گذشته یاد می‌کردبِدان تاریخ دل را شاد می‌کرد

یکی افسانهٔ آینده می‌خواندکه شادی بیش‌تر خواهیم از این راند

ز هر شیوه سخن کآن دل‌نواز استبگفتند آن چه واگفتن دراز است

سخن چون شد مسلسل عاقبت کارستونِ بیستون آمد پدیدار

به خنده گفت با یاران دل‌افروزعلم بر بیستون خواهم زد امروز

ببینم کآهنین بازوی فرهادچگونه سنگ می‌بُرّد به پولاد

مگر زان سنگ و آهن روزگاریبه دل‌گرمی فُتد بر من شراری

بفرمود اسب را زین برنهادنصبا را مهد زرین برنهادن

نبود آن روز گلگون در وثاقشبر اسبی دیگر افتاد اتفاقش

برون آمد چه گویم چون بهاریبه زیبایی چو یغمایی‌نگاری

روان شد، نرگسان پرخواب گشتهچو صد خرمن گل سیراب گشته

بدان نازک‌تنی و آب‌داریچو مرغی بود در چابک‌سواری

چنان چابک‌نشین بود آن دل‌آرامکه برجستی به زین مقدار دَه گام

ز نعلش بر صبا مسمار می‌زدزمین را چون فلک پرگار می‌زد

چو آمد با نثار مشک و نسرینبرِ آن کوهِ سنگین کوهِ سیمین

ز عکس روی آن خورشید رخشانز لعل آن سنگ‌ها شد چون بَدخشان

چو کوهی کوهکن را نزد خود خواندوز آن جا کوه‌تن زی کوه‌کن راند

به یاد لعل او فرهادِ جان‌کنکننده کوه را چون مردِ کان‌کن

ز یار سنگ‌دل خرسنگ می‌خوردولیکن عربده با سنگ می‌کرد

عیار دست‌بردش را در آن سنگترازویی نیامد راست در چنگ

به شخص کوه‌پیکر کوه می‌کندغمی در پیش چون کوه دماوند

درون سنگ از آن می‌کند مادامکه از سنگش برون می‌آمد آن کام

رخ خارا به خون لعل می‌شستمگر در سنگ خارا لعل می‌جست

چو از لعل لب شیرین خبر یافتبه سنگ خاره‌در گفتی گهر یافت

به دستش آهن از دل گرم‌تر گشتبه آهن سنگش از گل نرم‌تر گشت

به دستی سنگ را می‌کند چون گلبه دیگر دست می‌زد سنگ بر دل

دلش را عشق آن بت می‌خراشیدچو بت بودش چرا بت می‌تراشید

شکرلب داشت با خود ساغری شیربه دستش داد کاین بر یاد من گیر

ستد شیر از کف شیرین جوان‌مردبه شیرینی چه گویم چون شکر خورد

چو شیرین ساقی‌ای باشد هم‌آغوشنه شیر‌، ار زهر باشد هم شود نوش

چو عاشق مست گشت از جام باقیز مجلس عزم رفتن کرد ساقی

شد اندامش گران از زر کشیدنفرو ماند اسبش از گوهر کشیدن

نه اسب ار کوه زر بودی ندیمشسقط گشتی به زیر کوه سیمش

چنین گویند که‌اَسب بادرفتارسقط شد زیر آن گنجِ گهربار

چو عاشق دید کآن معشوق چالاکفرو خواهد فتاد از باد بر خاک

به گردن اسب را با شهسوارشز جا برداشت و آسان کرد کارش

به قصرش برد از آن‌سان نازپروردکه مویی بر تن شیرین نیازرد

نهادش بر بساط نوبتی‌گاهبه نوبت‌گاه خویش آمد دگر راه

همان آهن‌گری با خاره می‌کردهمان سنگی به آهن پاره می‌کرد

شده بر کوه کوهی بر دل تنگسری بر سنگ می‌زد بر سر سنگ

چو آهو سبزه‌ای بر کوه دیدهز شورستان به گورستان رمیده

Şirin əyləşmişdi bir gün qəlbi şad,Dostlar arasında qüssədən azad.

Yaxşıdan, yamandan söhbət gedirdi,Hərə bir əhvalat nağıl edirdi.

Biri xoş günləri eləyirdi yad,Onu xatırlayıb olurdu dilşad.

Biri gələcəkdən xəbər verərək,Deyirdi: "Daha xoş günlər gələcək."

Çox söz danışdılar, haqq-hesabı yox.Hamısını desəm, uzun olar çox.

Danışdıqca xeyli uzandı söhbət,Bisütuna gəlib çıxdı nəhayət.

Şirin gülə-gülə dedi: "SübhdənBisütuna tərəf gedəcəyəm mən.

Görüşüm o dəmir qollu Fərhadla,Görüm necə yarır daşı poladla.

Bəlkə o daş-dəmir qığılcımındanÜrəyim isinib ovuna bir an."

Belə əmr etdi ki, tez xidmətçilərSəba yerişliyə qoysunlar yəhər.

Bu zaman orada yox idi Gülgün,Bir başqa at düşdü rastına o gün.

Atlandı, bahartək məzəliydi o,Yaraşıqda Yəğma gözəliydi o.

Gözləri süzgündü, üzü də göyçək,Sanki yola düşdü yüz dəstə çiçək.

O təravət saçan, bədəni nazikAt üstə qalxardı quş kimi çevik.

Elə alışmışdı o şirindəhan,Yəhərə sıçradı on addımlıqdan.

Atı küləklərə mıxlar çalırdı,Fələk kimi yerə pərgar salırdı.

Sanki dağ çağırır o şux nigarı -Atını səyirtdi dağlara sarı.

Yol uzunu müşkü-ənbər saçaraq,Fərhad çapan dağa çatdı gümüş dağ.

Daşlarda üzünün əksi göründü,Daşlar bir qırmızı yaquta döndü.

Fərhad düşünərək o ləl dodağıMahir kənkanlartək çapırdı dağı.

Daşlara dəysə də bu yolda başı,Yenə yorulmadan qırırdı daşı.

O yerdə Fərhadın qırdığı qayaHeç bir tərəziylə gəlməz araya.

Yarırdı külünglə daşı, torpağı,Özünün qəmi bir Dəmavənd dağı.

Daşdan çıxdığıyçün istəyi hər anO, dəri soyurdu daş qayalardan.

Onun ləl qanından daş qızarırdı,Bu qart daşlarda o, ləl axtarırdı.

Şirinin ləlini gördüyü zamanElə bil ləl tapdı o qart daşlardan.

Qəlbindən çox qızdı tutduğu dəmir,Daşlarsa yumşaldı əlində bir-bir.

Daşı torpaq kimi qazırdı Fərhad,Daş vurub qəlbimə edirdi fəryad.

O bütün eşqilə qəlbi donurdu,Neçin varkən bütü, o büt yonurdu?

Bir qədəh süd vardı Şirində, onuVerib: "Sağlığıma iç - dedi, - bunu!"

Fərhad südü aldı onun əlindən,Şəkər kimi çəkdi başına birdən.

Fərhada olsaydı saqi o Şirin,Süd deyil, zəhər də olardı şirin.

Aşiq məst olunca bu meydən içdi,Saqi dedi: "Gedək, artıq vaxt keçdi."

Şirinin bəzəyi üstündə qat-qat,Onu gəzdirməkdən yorulmuşdu at.

At deyil, altında olsa qızıl dağ,O gümüş dağından olardı axsaq.

Deyirlər ki, o at gəzib nəhayət,O xəznə altında olmuşdu səqət.

Burda aşiq gördü tutmasa əgərMəşuqə yel atdan torpağa düşər.

Atıyla qaldırdı o şahsuvarı,İşi asanlatdı onun qolları.

Dağları aşırdı elə çaparaq,Atlılar qalmışdı ondan çox uzaq.

Şirini qəsrinə apardı rahət,Bir tükü çəkmədi onun əziyyət.

Cananı qəsrinə qoyaraq yenəQayıtdı sürətlə köhnə işinə.

Yenə dəmir alıb daşlara çaldı,Dağların qoynuna vəlvələ saldı.

Göy ot görünmüşdü dağda ceyrana,Gəldi şoranlıqdan o qəbristana.

Dağ üstə qəlbində dağ qədər dərdi,Başına daş vurub nalə edərdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов