Семь красавиц, глава 13
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
شاه روزی رسیده بود ز دشتدر خَوَرنَق به خرمی میگشت
حجرهای خاص دید در بستهخازن از جستجوی آن رسته
شه در آن حجره نانهاده قدمخاصگان و خزینهداران هم
گفت این خانه قفل بسته چراست؟خازن خانه کو؟ کلید کجاست؟
خازن آمد به شه سپرد کلیدشاه چون قفل برگشاد چه دید!
خانهای دید چون خزانه گنجچشم بیننده زو جواهرسنج
خوشتر از صد نگارخانهٔ چیننقش آن کارگاه دستگزین
هرچه در طرز خردهکاری بودنقش دیوار آن عماری بود
هفت پیکر در او نگاشته خوبهر یکی زآن به کشوری منسوب
دختر رای هند فورَک نامپیکری خوبتر ز ماه تمام
دخت خاقان بهنام یغما نازفتنهٔ لعبتان چین و طراز
دخت خوارزمشاه نازپریکش خرامی بهسان کبک دری
دخت سقلابشاه نسریننوشترک چینی طراز رومی پوش
دختر شاه مغرب آزریونآفتابی چو ماه روزافزون
دختر قیصر ِ همایونرایهم همایون و هم بهنام همای
دخت کسری ز نسل کیکاووسدرستی نام و خوب چون طاووس
در یکی حلقه حمایل بستکرده این هفت پیکر از یک دست
هر یکی با هزار زیباییگوهرافروز نور بینایی
در میان پیکری نگاشته نغزکان همه پوست بود وین همه مغز
نوخطی در نشانده در کمرشغالیه خط کشیده بر قمرش
چون سهیسروِ برفراخته سرزده در سیم، تاج تا به کمر
آن بتان دیده برنهاده بدوهر یکی دل به مهر داده بدو
او در آن لعبتان شکر خندهوآنهمه پیش او پرستنده
بر نوشته دبیر پیکر اونام بهرام گور بر سر او
کان چنانست حکم هفت اخترکاین جهان جوی چون برآرد سر
هفت شهزاده را ز هفت اقلیمدر کنار آورَد چو در یتیم
ما نه این دانه را به خود کشتیمآنچه اختر نمود بنوشتیم
گفت تا باشد از نمونش رایگفتن از ما و ساختن ز خدای
شاه بهرام کاین فسانه بخوانددر فسون فلک شگفت بماند
مهر آن دختران زیبارویدر دلش جای کرده موی به موی
مادیانانْ گُشن و فحلْ شموسشیرمردی جوان و هفت عروس
رغبت کام چون فزون فکنددل تقاضای کام چون نکند؟
گرچه آن کارنامه راه زدششادمانی شد از یکی به صدش
زانکه بر عمرش استواری دادبر مرادش امیدواری داد
در مدارای مرد کار کندهرچه او را امیدوار کند
شه چو زان خانه رخت بیرون بردقفل بر زد، به خازنش بسپرد
گفت اگر بشنوم که هیچکسیقفل ازین در جدا کند نفسی
هم در این خانه خون او ریزمسرش از گردنش درآویزم
در همه خیلخانه از زن و مردسوی آن خانه کس نگاه نکرد
وقت وقتی که شاه گشتی مستسوی آن در شدی کلید به دست
در گشادی و در شدی به بهشتدیدی آن نقشهای خوبسرشت
مانده چون تشنهای برابر آببه تمنای آن شدی در خواب
تا برون شد سرِ شکارش بودکهآمد آن خانه غمگسارش بود
Səfərdən qayıdıb bir yol bizim şah,Xəvərnəq içində nəşəli, gümrah
Gəzirdi, gördü ki, xeyli maraqlıBir hücrə var, qalıb qapısı bağlı.
Olmamış orada, sözümün düzü,Nə yad, nə xəznədar, nə Bəhram özü.
Soruşdu: "Bağlamış kim bu xananı,Bunun qapıçısı, açan hanı?"
Açarçı tez gəlib gətirdi açar,Şah açdı qapını, gördü büsat var.
Gördü xəzinədir ev başdan-başa,Sənətkar gözüylə etdi tamaşa.
Nə çəkmiş divarda, gör ki, ustanı,Çinin o yüz gözəl nigar nigarıstanı.
Çatmazdı heç buna, əldəki qüdrətİşlədib divarda bir incə sənət,
Rəsm etmişdi gözəl yeddi şux pəri,Hər biri bir elin parlaq ülkəri:
Hind şahının qızı sevimli Furək,On dördlük ay kimi dilbər bir mələk.
Çinin xaqanının qızı Yağmanaz,Gözəllər afəti, misli tapılmaz.
Bir kəklik yürüşlü, şux, solmaz pəri,Xarəzm şahzadəsi gözəl Nazpəri.
Slavyan şahının rumi geyimliGözəl Nəsrinnuşu, türktək sevimli.
Məğrib padşahının Azəryun qızı,Nura qərq eləyən günü, ulduzu.
Şanlı qeysər qızı, şöhrəti Humay,Humayun gözəli, surəti humay,
Keykavus nəslindən dilli, diləkli,Kəsranın Dürsəti tavus bəzəkli.
Bir həmail üstə çəkmişdi ustad,Yeddi şux gözəldi, yeddi pərizad.
Hər incə təsvirdə min gözəllik var,Gövhərtək hər biri gözə nur saçar.
Ortada çəkilmiş sevimli bir can,Gözəllər qabıqdır, içdir o cavan.
Dürlə nişanlıdır gözəl kəməri,Müşki xətdən almış, zinət qəməri.
O, baş ucaltmışdı sərvtək hündür,Gümüş tac, kəmərdə parlayırdı dürr.
Sənəmlər göz dikib gül surətinə,Könül vermişdilər məhəbbətinə
Baxdıqca onlara şirin gülümsər,Pərəstiş eylərdi ona gözəllər.
Başının üstündə yazmışdı rəssam:Bu cavanın adı Bəhramdır, Bəhram.
Belə hökm eyləmiş o Yeddi qardaş:"Bu dünya fatehi qaldıranda baş
Yeddi iqlim gəzib bitirəcəkdir,Özüylə yeddi qız gətirəcəkdir.
Zənn etmə, tum əkib, yoldan azmışıq,Ulduzlar deyəni bizlər yazmışıq.
Əqlin dediyini eylədik əyan,Söz bizdən, düzəltmək işi Tanrıdan".
Bəhram bu yazıya daldıqca daldı,Fələk füsununa heyrətdə qaldı.
O gözəl surəti şux sənəmlərinŞahın ürəyində yer saldı dərin.
Qızğın ayğır ola, bir dəstə madyan,Yeddi gəlin dura, şir kimi oğlan,
Baxdıqca artmazmı könüldə istək?İstəməzmi kama çatmağı ürək?
Kəsdisə Bəhramın yolunu yazı,Ancaq ürəyinin güldü al yazı.
O sözlər ömrünə bir dayaq oldu,Murada yetməkçün ümidlə doldu.
İnsan arzusunda pərvəriş tapar,Mətləbinə yetər, olsa ümidvar.
Qapını açarla bağlayaraq şah,Dedi qapıçıya: "Yaxşı ol agah.
Həmən bu qıfılı xəlvət bir nəfərAçaraq otağa girərsə əgər,
Alaram bir anda şirin canını,Bu evdə tökərəm qızıl qanını".
O gündən baxmadı otağa sarıXəvərnəqdə olan kişi, qız, qarı.
Xumarlansa idi gözü nə zamanGedərdi otağa ulu hökmüran,
Açardı, baxardı gözəl cənnətə,Hər şəkil önündə gəlib heyrətə,
Suyu seyr eləyib susuz qalardı,Onun arzusuyla mürgü çalardı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-yeddi-gozel-13
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Посмотри, как хорош этот чинный придворный прием,Как приятен для глаз — словно свет полнолунья на нем.
Сокровищница тайн, глава 57Срок настал для Харуна халифом назваться. В тот мигСтяг потомков Аббаса небесного свода достиг.
Сокровищница тайн, глава 58От себя мы самих отмахнулись, от жизни устали, —Почему ж, утомленные, к праху земному пристали?
Сокровищница тайн, глава 59Куст едва лишь зарделся весенним цветением роз,Соловей неожиданно соколу задал вопрос:
Стихи других поэтов
Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Ey bivəfa, qoyubsan əcəb qalə tək məniEy bivəfa, qoyubsan əcəb qalə tək məni,Hicran odun əhatə edib halətək məni.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd onaZülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.