Семь красавиц, глава 3
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
چون نگنجید در جهان تاجشتخت بر عرش بست معراجش
Onun sığışmadı cahana tacı,Taxtını ərş üstə qurdu meracı.
سربلندیش را ز پایهپستجبرییل آمده براق به دست
Cəbrayıl gətirdi Büraq: - Qalx, - deyə,Bu alçaq torpaqdan o yüksək göyə.
گفت بر باد نِه پی خاکیتا زمینیت گردد افلاکی
Dedi: "Min küləyə, yer oğlu, atlan,Göylər adamına çevril, qanadlan.
پاس شب را ز خیلخانه خاصتویی امشب یتاقدار خلاص
Keşik çəkmək üçün bütün gecəniSeçdilər bu gecə yataqdar səni.
سرعت برق این براق توراستبرنشین کهامشب این یتاق توراست
İldırım yerişli Büraq sənindir,Otur ki, bu gecə yataq sənindir.
چونکه تیر یتاقت آوردمبه جنیبت براقت آوردم
Mən sənə gətirdim yataq qisməti,Min ki, yel kimidir atın sürəti.
مهد بر چرخ ران که ماه توییبر کواکب دوان، که شاه تویی
Taxtını göyə çək, özünsən hilal,Şahsan, ulduzlara tələsib yol al.
شش جهت را ز هفت بیخ برآرنُه فلک را به چار میخ برآر
Altı cəhəti üz yeddi kökündən,O doqquz fələyi çarmıxa çək sən.
بگذران از سِماکِ چرخ سمندقدسیان را درآر سر به کمند
Səmakdan atını çaparaq, ucal,Bakir mələkləri tut, kəməndə sal.
عطرسایان شب به کارِ تواندسبز پوشان در انتظارِ تواند
Göyün ulduzları izləyir səni,Yaşıl geyimlilər gözləyir səni.
نازنینان مصر این پرگاربر تو عاشق شدند یوسفوار
Göylərin o misri nazəninləri,Yusifin aşiqi o dilbər pəri,
خیز تا در تو یک نظاره کنندهم کف و هم ترنج پاره کنند
Züleyxa kimi, bax, vurulmuş sənə,Olmuş eşqə dustaq, vurulmuş sənə.
آسمان را به زیر پایهٔ خویشطره نو کن ز جعد سایهٔ خویش
Səni görmək üçün, gəl, göyə yüksəl,Doğrasınlar turunc, doğrasınlar əl.
بگذران مرکب از سپهر بلنددرکش ایوان قدس را به کمند
Ayağın altına al asimanı,Bəzənsin nurunla göyün eyvanı.
شبروان را شکوفه ده چو چراغتازهرو باش چون شکوفه باغ
Parla qönçə verən yaşıl bağ kimi,İşıq sal göylərə çılçıraq kimi.
شب شب توست و وقت وقت دعاستیافت خواهی هرآنچه خواهی خواست
Dua zamanıdır, sənindir gecə,İstəyin olacaq öz diləyincə.
تازهتر کن فرشتگان را فرشخیمه زن بر سریر پایهٔ عرش
Mələklər yurdunun fərşini bəzə,Göylərin fövqündə çadır qur təzə.
عرش را دیده برفروز به نورفرش را شقه درنورد ز دور
Nur saç ki, parlasın ərşin gözləri,Parçala zülməti, aydınlat yeri.
تاج بِستان که تاجور تو شدیبر سر آی از همه که سر تو شدی
Tac sənə layiqdir, alginən tacı,Başçısan, göylərə eylə meracı.
سر برآور به سرفراختنیدو جهان خاص کن به تاختنی
Ucalt öz başını, bu himmətinlə!Hər iki aləmi bəxtiyar eylə.
راه خویش از غبار خالی کنعزم درگاه لایزالی کن
Yolunu təmizlə, qoyma toz ola,Tanrı dərgahına yönəl, düş yola.
تا به حقالقدوم آن قدمتبر دو عالم روان شود علَمت
Alsın öz haqqını ayağın sənin,Ucalsın hər yerdə bayrağın sənin!"
چون محمد ز جبرییل به رازگوش کرد این پیام گوشنواز
Açantək bu sirri Cəbrayıl ona,Məhəmməd bu sözdən gəldi həycana.
زان سخن هوش را تمامی دادگوش را حلقه غلامی داد
Huşunu itirib ətrafa baxdı,Qulluq sırğasını qulağa taxdı.
دو امین بر امانتی گنجوراین ز دیو آن ز دیو مردم دور
Peyğəmbər əmindir, Cəbrayıl əmin,Onları qorxutmaz nə şeytan, nə cin.
آن امین خدای در تنزیلواین امین خرد به قول و دلیل
Tanrı kəlamını o nazil edər,Bu, sözdə, dəlildə aqil, mötəbər.
آن رساند آنچه بود شرطِ پیاموین شنید آنچه بود سرّ کلام
O dedi Allahın hər peyğamını,Bu duydu elçinin sirr-kəlamını.
در شب تیره آن سراجمنیرشد ز مُهر مراد نقشپذیر
Qaranlıq gecədə o parlaq çıraqAlınca Tanrının əmrindən soraq,
گردن از طوق آن کمند نتافتطوق زر جز چنین نشاید یافت
Olmadı halqalı kəməndə yağı;Tapılmaz belə bir zər boyunbağı.
برقکردار بر براق نشستتازیَش زیر و تازیانه به دست
Minib də Büraqa ildırımvarı,O cumdu göylərə əldə tatarı.
چون در آورد در عقابی پایکبک علوی خرام جست ز جای
Şahin qanadıyla basınca ayaqSıçradı yerindən o, kəkliksayaq.
برزد از پای پر طاووسیماه بر سر چو مهد کاووسی
Qəşəng ayaqları hilal vururdu,Başında Keykavus taxtı qururdu.
میپرید آنچنان کزان تک و تابپر فکند از پیش چهار عقاب
Uçurdu, çox iti sürəti vardı,Dörd şahin dalınca qanad salardı.
هرچه را دید زیر گام کشیدشب لگد خورد و مه لگام کشید
Hər şey dalda qaldı, öndə o təkdi,Gecə təpik yedi, ay cilov çəkdi.
وهم دیدی که چون گذارد گام؟برق چون تیغ بر کشد ز نیام؟
Gördünmü xəyalı yeriyən zaman,Şimşəyi parlayıb çıxanda qından
سرعت عقل در جهانگردی؟جنبش روح در جوانمردی؟
Dünya gəzən ağlın sürətini sən,Gənclikdə həyəcan qüvvətini sən?
بود با راهواریش همه لنگبا چنین پی فراخیش همه تنگ
Hamısı axsadı, yolda ləng oldu,Geniş addımları döndü təng oldu.
با تکش سیر قطب خالی شدگر جنوبی و گر شمالی شد
O çapdıqca belə göy üzündə at,Qaldı cənub qütbü, şimal qütbü mat.
در مسیرش سماک آن جدولگاه رامح نمود و گاه اعزل
Yolda göstərirdi Səmak cədvəliOna gah Ramehi, gah da Əzəli.
چون محمد به رقص پای براقدر نبشت این صحیفه را اوراق
Onun Büraqının oynaq ayağıYazıb bitirincə bu göy varağı,
راه دروازه جهان برداشتدوری از دور آسمان برداشت
Açdı cahan ona darvaza, getdi,Göylərin dövrünə pərvaza getdi.
میبُرید از منازل فلکیشاهراهی به شهپر ملکی
Uçduqca yüksəldi, keçdi fələklər,Baş yolda mələktək açmışdı şahpər.
ماه را در خط حمایل خویشداد سرسبزی از شمایل خویش
Onun xoş sifəti, gözəl camalıNura qərq eylədi göydə hilalı.
بر عطارد ز نقرهکاری دسترنگی از کورهٔ رصاصی بست
Parlaq Ütaridi o zərgər aldı,Gümüş kürəsinin rənginə saldı.
زهره را از فروغ مهتابیبرقعی برکشید سیمابی
Dön, məhtab rəngində sən də ol, - deyə,Gümüş pərdə çəkdi parlaq Zöhrəyə.
گَردِ راهش به ترکتاز سپهرتاج زرین نهاد بر سر مهر
Yolunun tozundan, edərkən merac,Günəşin başına qoydu zərli tac.
سبز پوشید چون خلیفهٔ شامسرخ پوشی گذاشت بر بهرام
Yaşıl geydiyiçin xəlifəyi - şamGeyinsin söylədi qırmızı, Bəhram.
مشتری را ز فرق سر تا پایدردسر دید و گشت صندل سای
Müştəri xəstədir gördü, əlbəəlÇəkdi bədəninə naxoşun səndəl.
تاج کیوان چو بوسه زد قدمشدر سواد عبیر شد علمش
Keyvan ayaq öpdü qapanıb yerə,Çevrildi bayrağı dərhal ənbərə.
او خرامان چو باد شبگیریبر هیونی چو شیر زنجیری
Köhləni elə bil zəncirli şirdi,O, səhər yelitək çapıb gedirdi.
هم رفیقش ز ترکتاز افتادهم براقش ز پویه باز افتاد
Başa çatdırmayıb bu çataçatıYoruldu yoldaşı, yoruldu atı,
منزل آنجا رساند کز دوریدید در جبرییل دستوری
O gəlib çatınca uzaq mənzilə,Gördü bağlanmışdır yol Cəbrailə.
سر برون زد ز مهد میکاییلبه رصدگاه صور اسرافیل
Keçdi Mikayılın taxtından həman,Suri-İsrafilin rəsədgahından
گشت از آن تخت نیز رختگرایرفرف و سدره هردو ماند به جای
Ötdü daha əngin yüksəkliklərə,Qaldı öz yerində Rəfrəflə Sidrə.
همرهان را به نیمهره بگذاشتراه دریای بیخودی برداشت
Yol yoldaşlarını qoyaraq dala,Ruhani aləmə o düşdü yola.
قطره بر قطره زان محیط گذشتقطر بر قطر هر چه بود نوشت
Keçdi qətrə-qətrə həmin dəryanı,Öyrəndi hər şeyi, hər bir mənanı.
چون درآمد به ساق عرش فرازنردبان ساخت از کمند نیاز
Ərşin zirvəsinə elə ki yetdi,Niyaz kəməndini nərdivan etdi.
سر برون زد ز عرش نورانیدر خطرگاه سرّ سبحانی
Nurlu ərşi ötüb keçdi dərinə,İlahi sirlərin qorxunc yerinə.
حیرتش چون خطر پذیری کردرحمت آمد لگام گیری کرد
Çatınca, bürüdü qəlbini heyrət,Gəlib cilovunu saxladı rəhmət.
قاب قوسین او در آن اثنااز دنی رفت سوی اَو ادنی
Sıxılmış kəmanı açıldı dərhal,Ayrılıq qurtardı, üz verdi vüsal.
چون حجاب هزار نور دریددیده در نور بیحجاب رسید
Nurdan pərdələri yırtarkən özü,Pərdəsiz bir nura sataşdı gözü.
گامی از بودِ خود فراتر شدتا خدا دیدنش میسر شد
Keçdi varlığından bir az o yana,Rast gəldi o zaman vahid rəhmana.
دید معبود خویش را بهدرستدیده از هر چه دیده بود بشست
Elə ki gözüylə gördü məbudu,Hər nə görmüşdüsə, tamam unutdu.
دیده بر یک جهت نکرد مَقامکز چپ و راست میشنید سلام
Gözləri tutmadı bir yerdə məqam,Çünki hər tərəfdən eşitdi salam.
زیر و بالا و پیش و پس چپ و راستیک جهت گشت و شش جهت برخاست
Aşağı-yuxarı, dal-qabaq, sol-sağ -Altı cəhət oldu bir cəhət ancaq.
شش جهت چون زبانه تیز کندهم جهان هم جهت گریز کند
Bir yerdən ki qaça cəhətlə cahan,Orda altı cəhət taparmı meydan?
بیجهت با جهت ندارد کارزینجهت بیجهت شد آن پرگار
Cəhətsizin işi cəhətsiz aşar,Odur ki, cəhətsiz oldu o pərgar.
تا نظر بر جهت نقاب نبستدل ز تشویش و اضطراب نرست
Çəkməyincə gözü cəhətə pərdə,Qəlbi düşdü qəmə, qorxuya, dərdə.
جهت از دیده چون نهان باشد؟دیدن بیجهت چنان باشد
Bir yerdə ki, gözdən gizlənər cəhət,Cəhətsizi görmək mümkündür, əlbət.
از نبی جز نفَس نبود آنجاهمه حق بود و کس نبود آنجا
Nəbidən qalmışdı ancaq bir nəfəs,Təkcə Allah idi, yoxdu başqa kəs.
همگی را جهت کجا سنجد؟در احاطت جهت کجا گنجد؟
Hər şeyi əhatə edən aləmiCəhət əhatəyə cürət edərmi?
شربت خاص خورد و خلعت خاصیافت از قرب حق برات خلاص
İxlas badəsindən içərək şərbət,Haqdan bərat aldı, geyindi xələt.
جامش اقبال و معرفت ساقیهیچ باقی نماند در باقی
Səadət - bir qədəh, mərifət - saqi,İçdi, bir qətrə də qoymadı baqi.
با مدارای صد هزار درودآمد از اوج آن مدار فرود
Yüz minlərlə salam ötürdü onu,Asimandan yerə gətirdi onu.
هرچه آورد بذل یاران کردوقف کار گناهکاران کرد
O nələr almışsa hey vara-vara,Verdi dostlarına - günahkarlara.
ای نظامی جهانپرستی چند؟بر بلندی برآی، پستی چند؟
Ey Nizami, bəsdir, dünyadan çək əl,Alçaldığın yetər, göylərə yüksəl.
کوش تا مُلک سرمدی یابیوان ز دین محمدی یابی
Çalış axirətdə qur öz yurdunu,Məhəmməd dinində taparsan onu.
عقل را گر عقیده دارد پاسرستگاری به نور شرع شناس
Ağlına əqidən olsa pasiban,Şəriət nuruyla xoşbəxt olarsan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-yeddi-gozel-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Как-то царь Соломон не имел государственных дел.И случилось, что ветер светильник задуть захотел.
Сокровищница тайн, глава 26Ты — боец без щита. Ты — в гордыне один. Иль тебяГуль в пустыню загнал, отчужденную душу губя?
Сокровищница тайн, глава 27Как-то шаха Санджара седая старуха однаЗа полу ухватила, и в гневе сказала она:
Сокровищница тайн, глава 28روز خوش عمر به شبخوش رسیدخاک به باد، آب به آتش رسید
Стихи других поэтов
Aləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Acgöz arvadAcgöz arvadın,Allahı pul olur.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,