Страница 1 из 3

İntibahnamələrin xalq tərəfindən nə cürə qarşılandığı hər kəsi maraqlandırırdı. Yoldaşlardan bir neçəsinin fikrincə, Səmədxanın bu qədər təzyiqini görən və çar kazaklarının ayağı altında əzilən xalq bir daha inqilab adını çəkən intibahnamələrin ətrafına dolanmaq istəməyəcəkdi.

Biz bu fikrin nə qədər doğru olub-olmamasını yoxlamaq üçün şəhərə çıxdıq. İntibahnamələrin daşdan tikilmiş mağazalar ətrafında yapışdırıldığını bildiyimiz üçün yolumuzu o tərəflərdən saldıq.

İntibahnamələri oxumaq üçün toplanmış əhalini yarıb keçmək mümkün deyildi. Xalq dümsükləyərək biri-digərini kənara itələyib və irəli keçməyə tələsirdi.

Bizi təəccübə gətirən bir para hallara da təsadüf etdik. Hacı Səmədxanın təşkil etdiyi polis idarəsi nəfərləri intibahnamələri ucadan oxuyur və xalq onlara qulaq asırdı.

Biz kənarda dayanıb, bir tərəfdən polis nəfərlərinin oxuduqca intibahnamənin məzmunun təhrif edib etmədiklərini bilmək üçün onlara qulaq asır, o biri tərəfdənsə, intibahnamələr ətrafında gedən söhbətləri dinləyir, xalqda inqilabi ruhun sönmədiyini görüb sevinirdik.

İntibahnamə

«Təbrizlilər! Əks-inqilabın müvəqqəti üstünlüyünə baxmayaraq, inqilab hərəkatı yenə davam edir. Əks-inqilab canlandıqca onunla aparılan mübarizə də qüvvətlənir. Çar hökuməti və onun nümayəndəsi olan Hacı Səmədxan inqilab rəhbərlərini dara asmaq, boğub küçələrə atmaq və olmazın işgəncə ilə inqilabçıları məhv etməklə kifayətlənməmişdir.

Onlar yeni macəraya və yeni fitnələrə hazırlaşmaqdadırlar. Siz də yeni mübarizələrə hazır olmalısınız!

Təbrizlilər! Sizin silahlı qüvvələriniz hələ diridir. Lazım gəlirsə, onlar yenə də müsəlləh mübarizəyə başlayacaqdır.

Hacı Səmədxan, çar hökumətinin göstərişi üzrə Məhəmmədəli şahı İrana gətirmək fikrindədir.

İnqilabın zərbəsilə taxt-tacından məhrum olmuş sabiq şahın özü də İrana qayıtmaq umudundadır.

Təbrizlilər! Siz bilirsiniz ki, çarın əli ilə İran taxtına gələn Məhəmmədəli nə kimi bir üsul ilə məmləkəti idarə edəcəkdir?

Məhəmmədəli çar hökumətinin bir nümayəndəsi olaraq Hindistan racələrinə məxsus bir mövqe tutacaq və çar müstəmləkəsini idarə edəcəkdir. Bu macəraya Təbriz ülaməsından Mirzə Rza pişnamaz da qoşulmuşdur. Ona təbrizlilərdən imza toplamaq üçün Hacı Səmədxan beş top ağ göndərmişdir. Sizi də haman xəyanətdə iştirak etdirmək istəyirlər.

Təbrizlilər! O ağın üstünə imza atmayın, o ağlar ölkənin kəfənidir, siz onu öz boynunuza yox, düşmənlərinizin boynuna keçirməyə çalışın. Təbrizlilər! Dar ağacına asılan inqilab rəhbərləri, sizdən mühüm bir şey tələb edir ki, o da inqilab mübarizəsinin davam etdirilməsidir. Hacı Şücaüddövlə də, onun İrana gətirmək istədiyi sabiq şahın özü də çar nökərləridir.

İnqilab öz düşmənlərini məhv etmək üçün fürsət aramaqdadır. O fürsət yaxındır. İran kəndlisi, İran yoxsulunun qeydinə qalmayan və əcnəbi nökərliyində davam edən hər bir hökumət rəisi ilə mübarizə aparmalıdır. Çar istilasından qorxmayın, ruhdan düşməyin! Çar hökuməti öz içərisindən çürüyür. Onu öz inqilabçı işçisi, üsyançı kəndliləri dağıdacaqdır.

Təbriz inqilabçıları! Mübarizə dərsini qəhrəman rus fəhlələrindən öyrənin! Hərəkatınızı Rusiya işçi hərəkatının yolu ilə aparın! Siz o hərəkatla qələbəyə doğru gedirsiniz, siz məğlub olmamışsınız. Siz həm daxili əks-inqilab, həm də çarın istilaçı qüvvələrilə qəhrəmanca mübarizə apardınız, hazırkı sükut yeni hərəkata başlamaq üçün hazırlıq sükutudur.

İnqilab komitəsi».

Yazıldığı kimi oxunan intibahnamə ətrafında toplananlar çoxalırdı. Belə məlum olurdu ki, Səmədxan tərəfindən düzələn polis, divara yapışdırılan intibahnamələrin gizlin bir təşkilat tərəfindən çıxarıldığını anlamır, onlardan bəziləri intibahnamələri oxuyur, bəziləri də soyuqqanlılıqla gəlib keçirdi. Onlar bu intibahnamənin, hər gün divarlara vurulan elanların, əmrnamələrin, qərarların birisi hesab edərək əhəmiyyət vermirdi.

Xalqın söhbətləri də maraqlı idi.

– İnqilabçını öldürmək olar, amma inqilabı öldürmək olmaz!

– Mən bilirəm ki, inqilabçılar xalqı başlı-başına buraxmaz.

– Mənim canım da rus fəhləsinin getdiyi yola qurbandır.

– Onların da, bizim də düşmənimiz birdir.

– Əmir Heşmətin iyidliyi kimlərin yadından çıxar?

– Səttar xan bir də Təbrizə qayıtsaydı?

Belə söhbətlər yarım saatdan artıq davam elədi. Camaat rus kazakları siyirməqılınc hücum edənə qədər intibahnamələrin ətrafından dağılıb getməmişdi.

Kazaklar camaatdan bir nəfər də olsa həbs etmədi. Ancaq orada durub soyuqqanlılıqla baxan bir neçə Təbriz polisini həbs edərək apardı. Mən və yoldaşlarım, olduqca razı qalmışdıq. «Bütün təzyiqlərə baxmayaraq, yenə də inqilab tərəfdarları var imiş» deyirdik.

Ruhum yüksək idi, indi artıq amerikalı qızın ətrafında başlanmış yeni romanla məşğul ola bilərdim, yolum dəxi amerikalı qızın qapısından keçəcək idi.

Şümşad xanım yenə də miss Hannanın evində idi. O məni gördükdə ayağa qalxdı, əlimi qeyri-adi bir surətdə sıxdığı zaman göz bəbəkləri ilə bərabər bütün vücudunu da oynatdı.

İxtiyar qadın iki kərə gəlib nahar hazır olduğunu söylədi.

Şümşad xanım nahar hazır olduğu sözünü eşitdikdə vidalaşıb getmək istəyirdi. O, qara ipək çarşafını götürüb başına örtmək istədi. Əlini miss Hannaya uzadaraq vidalaşırkən miss Hanna:

– Süfrə başından getmək günahdır, – deyərək onu danlayırdı və onun çarşafını öz başına örtərək güzgünün qarşısına keçdi. O, türk qadını kimi üzünü bürümək istəsə də bacarmırdı.

Şümşad xanım onu ayağından başına qədər süzdükdən sonra:

– Qara çarşaf pənbə üzlü, sarı saçlı qızlara nə qədər yaraşır, – deyə güldü.

Şümşad xanımın quru bir təklif ilə nahara oturması, məndə, onun buraya nahar yemək üçün deyil, mühüm bir macəra yaratmaq məqsədilə gəldiyi şübhəsini oyandırdı.

«Şümşad xanım bura nə üçün gəlir?» – fikri mənim qəlbimdə böyüyür, məndə cürbəcür ehtimallar doğururdu.

Nahar yeyildi. Altunlara, brilyantlara qərq olmuş Şümşad xanım bir qəhvə içərək qalxdı və gedərkən miss Hannaya müraciətlə:

– Bu gün bizə qonaq gəlməyəcəksənmi? – dedi, – Səlimə, Şuxşəng və Pərirux xanımlar da bizdə olacaqdır.

O, bir neçə saniyə durub miss Hannadan cavab gözlədi. Miss Hanna isə soruşucu gözlərlə mənim üzümə baxır və cavab gözləyirdi. Mən heç bir söz demədim. Nəhayət, miss Hanna Şümşad xanıma sarı çevrilərək:

– Təbii bu gün gələ bilməyəcəyəm, – dedi. – Bir gün təyin edərik, ikimiz də gəlib sizin ailənizi ziyarət edərik.

Şümşad xanım daha bir söz danışmadı. Əvvəlcə miss Hannanın, sonra da mənim əlimi sıxaraq ayrıldı. Əlimi sıxarkən onun gözlərimə kinlə baxdığını sezdim.

O getdi, miss Hanna da onun dalınca:

– Nə qədər gözəl və incə bir qadındır, – dedi. – Nəcibdir, tərbiyəlidir, munis və məşğuledici qadındır.

Mən miss Hannaya sual verdim:

– Sən onun evinə getmək istəyirsənmi?

– Getmək olmaz?

– Nə üçün olmaz? Madam ki, onun nəcib, namuslu, tərbiyəli olduğuna inanırsan, ona lazımınca etibar edirsən, qonaq getməyin nə zərəri vardır?

– Sən icazə verirsənmi?

Bu sualın cavabı haqqında çox düşündüm, nə cavab verə bilərdim? Mən nə kimi bəhanələrlə onun ora getməsinə mane ola bilərdim? Amerikalı qız, Rəfizadə və onun ətrafındakılarla tanış olduğu və onları birinci dəfə ziyafətə dəvət etdiyi zaman məndən məsləhət istəməmişdi. Bir tərəfdən də qızın Rəfizadə və Şümşad xanımla başladığı əlaqəsinin bu tezliklə qırılmasını istəmirdim, çünki mən şəxsən bu məsələyə diqqət verir və nəticəsilə də maraqlanırdım. Buna görə də məsuliyyəti boynumdan atmaq üçün dedim:

– Zənnimcə, mənim icazəmə heç də lüzum yoxdur, çünki sən özün tərbiyəli bir qızsan, məsul bir işdə də çalışırsan. Özün bu tanışlığın səbəblərini, əhəmiyyətini, nə ilə nəticələnə biləcəyini ətraflı düşünməlisən.

Miss Hanna gözlərini yerə dikib oturmuşdu. Dinləyirdi.

Bir az sonra:

– Mən sənin məsləhətin və razılığın olmadan heç bir iş görmək istəmirəm. Sənə xəbər vermədən bunlarla tanış olduğum üçün özümü müqəssir hesab edirəm, – dedi. – Onları mən dəvət etməmişdim. Rəfizadə özü mənə müraciət edərək ailəsini mənimlə tanış etmək istədi, axşam gələcəklərini xəbər verdi, mən rədd edə bilmədim. Məcbur olaraq təcili tədarük görməyə başladım və sənə də xəbər göndərdim.

– Sən Rəfizadəni nə vaxtdan tanıyırsan?

– Mən Təbrizə gələrkən onu Amerika konsulxanasında görmüşəm.

– Rəfizadə haqqında sənin öz fikrin nədir?

– Fikrim nə ola bilər?! O, şərqli bir ziyalıdır. Yalnız vəzifə işlərində o məndən asılıdır. Vəzifəsini gözəl ifa edir. Hər bir tapşırığı vaxtında yerinə yetirir. Bu onun zahiri simasıdır. Əlbəttə, bu tanışlıq dostluq şəkli aldıqdan sonra, onun həqiqi simasını da öyrənmək mümkün olacaqdır.

– Onun səninlə əlaqəsi...

Miss Hanna bu sualımdan qıpqırmızı kəsildi. Başını aşağı salıb durdu.

Mən bu sualımın cavabını almağa tələsmirdim. Lakin o bunu söyləməkdə çətinlik çəkirdi. Bir az sonra o başını qaldırıb üzümə baxdı, onun utandığı aşkardı.

– Rəfizadənin mənə qarşı əlaqəsi, əməkdaşlıq və tanışlıq çərçivəsindən çıxmışdır, – dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Miss Hannanın son günləri

Rusiyanın İstanbul səfiri Gitsin 22 iyul 621 nömrəli teleqramla, Türkiyənin bitərəfliyə dair verdiyi təminatdan bəhs etdiyinə baxmayaraq, Rusiya hazırlıq görür və Türkiyə hüduduna qoşun dəstələri göndərirdi. İstər Qafqaz, istərsə də İran Azərbaycanı daxilində, erməni könüllü dəstələri təşkil olunur və erməni xalqını son kərə olaraq rus mənafeyinə alət etmək üçün hazırlıq görülürdü.Çar konsulu Orlovun çağırdığı iclasdan bir neçə saat sonra, iclasın çıxardığı qərarı bütün Təbriz eşidib bildi.

11 мин
Təbriz

1914-cü ildəBirinci Dünya müharibəsinin başlanması Cənubi Azərbaycanın siyasi və iqtisadi həyatına olduqca fəna bir təsir bağışladı. Ölkənin paytaxtı olan Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi, osmanlılara qarşı müharibə edən çar ordusu üçün yaxın bir cəbhə arxası oldu.

4 мин
Culfaya doğru

Culfadakı yoldaşların vəziyyəti Təbrizdəki yoldaşları həddindən artıq düşündürürdü. Onları heç vəchlə çar )andarmının əlindən qurtara bilməyəcəkdik. Təbrizdən Culfaya gedib-gəlmək də asan deyildi. Culfaya getmək üçün çar konsulxanası və yaxud hərbi idarə— lərdən vəsiqələr almaq lazım idi. Buna görə də konsula vəsiqə üçün müraciət etməyi qərara aldım.İki gündən sonra çar konsulunun bizə göndərdiyi vəsiqədə yazılırdı:

19 мин
Sahibsiz ailə

Mehmanxanaya girdiyim zaman Qriqor ağa rus qızının məni tez-tez soruşduğunu xəbər verdi və qızın barəsindəki mülahizəsini əlavə etdi:– Qızdan şübhələnirəm, onun gizlin bir sirri olmamış deyil. O sizi tez-tez soruşur və sizin yubanmağınızdan təlaşa düşür. Hətta o bir neçə kərə: €Yoxsa o mənə xəbər vermədən getdi? – deyərək həyəcanlanırdı. Lakin mən onu sizin burada olduğunuza inandırdım, sakit olub mənzilinə getdi. Hər halda burada bir sirr vardır. O qız casus deyilsə də, sizi başqa bir məqsədlə təqib edir. Onun köməksiz, əlacsız və möhtac baxışları özünün maddi tərəfdən darlıq çəkdiyini də göstərir. Mən mehmanxanaçılıq həyatında bu cür qadınlara teztez təsadüf edirəm. Ərindən, atasından, ailəsindən qaçan qızlara da bənzəmir.

24 мин

Стихи других поэтов