Страница 2 из 3 · 33%

Bu sözdən mənim şübhələrim daha da artdı, onun əzab çəkməsi və utanmasına baxmayaraq, daha açıq bir sual verdim:

– Səni sevirmi?

– Sevir...

– Sən bunu nədən bilirsən?

– Bu onun bütün hərəkətindən məlumdur. Əlimi alanda çox gec buraxır, daima gözlərimə baxır. Sadə bir iş üçün tez-tez kabinəmə gəlir. O, bəzən məni danışmağa məcbur edərək dodaqlarıma baxır və daima məni gördükdə özünü itirmiş kimi olur, vücudu əsir.

– Sənə heç bir söz söyləməzmi?

– Nə üçün, söylər. Daima zarafat yolu ilə – kiçik xanım xeyir iş nə vaxt baş tutacaq? – deyərək gülər, iki kərə də belə bir sual vermişdir: qəlbiniz birinə bağlı olmasaydı, sizin uğrunuzda bütün varlığından keçməyə hazır olan bir nəfərə könül verə bilərdinizmi?

– Sən onun cavabında nə söylədin?

– Mən nə deyə bilərdim?

– Yenə də? Sən onu cavabsızmı qoydun?

– Yox!..

– Bəs nə üçün mənə demirsən?

– Elə, demirəm...

Qız bu sözü dedikdən sonra yanımdan durub qaçmaq istədikdə qolundan tutub saxladım:

– Otur! Dedim. – Əcəba, sən Rəfizadəyə dediyin bir sözü mənə deməkdən utanırsan?

– Utanmıram, lakin deməməyimə başqa bir səbəb vardır. Burada kişiləri bir az tənqid etmək lazım gəlir.

– Mən ki, tənqiddən heç bir vaxt boyun qaçırmamışam.

– Doğrudur. Qaçırmamışsan.

– Bəs indi ki, doğrudur, sözünü nə üçün demək istəmirsən?

– Yaxşı, deyərəm.

– Nə vaxt?

– Bir zaman!

– Yox, indi deyəcəksən. Amma bir şərtlə!

– Nə kimi şərtlə?

– Şərt budur ki, haman sözün cavabını Rəfizadəyə nə cürə vermişsənsə eləcə də burada söyləyəsən.

Miss Hanna əlacsız qalaraq dedi:

– O mənə yanaşdı, səhər idi, işə yenicə başlayırdıq. Mən ona iki gün əvvəl hazırlamaq üçün bir iş vermişdim. İşi lazımınca düzəltmişdi, mən ona təşəkkür etmək üçün əlimi uzatdım, o mənim əlimi bərk-bərk tutdu, buraxmaq istəmirdi. Onun barmaqları titrəyirdi. Bu titrəyiş də mənə nə isə bir məsələni anlatmaq istəyirdi. O mənə bayaq dediyim sualı verən kimi əlimi əlindən çəkdim. Həm gülümsədim, həm də ondan çox acığım gəldi, onun üzünə acı bir gülüşlə baxaraq:

– Ağıllı və ədəbli olunuz! – dedim. – Qəlbi, könlü heç kəsə vermək olmaz. Qəlbə girmək və ona yol tapmaq lazımdır!

– Sonra?

– Sonrası yoxdur. Daha bir söz danışmırdı, şübhəsizdir ki, qəlbə yol tapmaq çarəsini düşünürdü.

Miss Hanna bunu söyləyərək utana-utana güldü. Daha heç bir söz danışmadı. Mən yenə də onun gözləri üstünə tökülən saçlarını barmaqlarımla yuxarı daradım və dedim:

– Gözəl və səmimi qız! Yalnız Rəfizadə deyil, səni hər kəs sevə bilər. Özün bir düşün, səni sevməmək mümkündürmü? Mən səni təbrizli qadınlarla tanış olmaqdan məhrum etmirəm, sənə arkadaş və yoldaş lazımdır, çünki qadına məxsus bir çox söhbətlər vardır ki, o söhbətləri ancaq qadınlarla danışmaq mümkündür. Anlayıram, sənin dərdlərinə şərik olacaq heç bir kəsin yoxdur. Lakin yenə də məsləhət görürəm ki, Şümşad xanıma bir az da artıq diqqət et! Görək bu tanışlıq nə kimi bir nəticə verəcəkdir? Sən kişiləri tənqid edirsən, onlara qəlbə yol tapmağı da məsləhət görürsən, lakin sənin özün qəlbə yol tapmağı və ora daxil olmağı nəzərə almırsan. Mən yenə də təkrar edirəm ki, həyatda yanılan bir çox qızların bədbəxtliyinə səbəb özlərinin tələsmələri və qəlbə yol tapa bilməmələridir. Sən bilməlisən ki, ailə həyatına yol açıncaya qədər nə kimi dolaşıq yollardan keçmək lazımdır. Bu keçidlərdə dolaşıb qalmamaq və namusunun ətəyini çirkaba batırmamaq üçün qızların həddindən artıq diqqətli olması lazımdır. İnsan öz həmnövü haqqında bədbin olmamaqla bərabər, bunu da bilməlidir ki, nəzəri cəlb edən və içərisində cənnət rahəti duyulan saraylar və kaşanələrin bünövrəsində zəhərli ilanlar da tapıla bilər. Bir çox adamlar vardır ki, onlar insanları yaşıllıqları və əlvan çiçəklərilə əyləndirən, eyni zamanda qoynunda yırtıcılar bəsləyən meşələrə bənzər. Gözəl Hanna! Həyat hədsiz-hesabsız çala-çuxurlardan ibarətdir. Xüsusən gənc qızlar ayağını qoymaq istədiyi mövqeyi lazımınca öyrənməlidir. Təəssüf olsun ki, həyatın çala-çuxurlarına hamıdan əvvəl hissiyyata qapılan gənclər düşmüş olur. Həyatın küləkləri hamıdan əvvəl gənc yarpaqları zədələyir, çünki onlar həyat meydanına yeni atılır, onlar mühitin hadisələrinə qarşı mübarizə aparmaq üçün hələ özünü hazırlaya bilməmişdir. Gənclik gözünü yeni açmış və kiçik bir mühitdən geniş bir dünyaya atılmış körpə kimidir, hələlik o, insanların nəliyini təyin edə bilməmişdir. Körpələr odun yandırıcı olduğunu bilmədiyi kimi, gənclik də təbii və doğru sevgilərlə saxta və süni sevgiyə fərq qoya bilməkdən acizdir. Gənclər çox vaxt sevdikləri zaman gələcəklərini unudurlar. Mən zənn edirəm ki, sən bu dediyim gənclərdən deyilsən. Həyatı az-çox bilirsən. Xüsusən iki insanın arasındakı fərqləri təyin etməyi bacarırsan. Buna görə də özünə dost intixab etməkdə diqqətli olmalısan, çünki qızlıq hesabına buraxılan səhvi islah etmək çətindir. Qızlıq dövrü qadın həyatının ən mühüm dövrüdür. Bu dövr arzular, əməllərlə dolu olan bir dövrdür. Onu da bilməlidir ki, qızlığa məxsus olan bu dövrün hədsiz düşməni vardır. Hanna, sən bu dövrü elə keçirməyə çalış ki, bu dövrdən sənin gələcək həyatın üçün acı xatirələr qalmasın. Çünki bir insan nə qədər yaşayırsa-yaşasın, o yenə gəncliyi xatırlamağa məcburdur, buna görə də haman gəncliyini göz bəbəyin kimi müdafiə etməlisən.

Sonra mən İrandan, İranda ehtiyatla dolanmaq lazım olduğundan danışdım.

Sözlərim bir anda qızda dəyişiklik yaratmış kimi oldu. Onun qəlbinin qapıları mənim üzümə açıldı, o, əllərimi tutaraq böyük bir həyəcanla dedi:

– Mən iranlıları sən dediyin kimi bilmirəm. Bəlkə, bunun başlıca səbəbi də sənsən, çünki iranlı dedikdə, gözümün qabağına sən gəlirsən. Hər bir iranlını sənin kimi mədəni, namuslu və alicənab hesab edirəm. İranlılar barəsində yalnız mən deyil, ümumiyyətlə, amerikalılar müsbət fikirdədir. Sən elə bilmə ki, bizim hökumətimiz çar istilasına soyuqqanlılıqla baxır. Mən bunu sənə inandığım üçün deyirəm. Amerika səfiri və Amerikanın Təbriz konsulu son hadisələri artıq diqqətlə təqib edir. Biz gündəlik hadisələri və çar konsulunun özbaşına hərəkətini hər gün Tehrana xəbər verməkdəyik. Amerikanın Təbriz konsulxanası bugünkü intibahnaməyə də böyük bir məna verməkdədir. Bu gün Tehrana vurulan teleqramda Təbriz inqilabının bitmədiyi və mübarizənin davam etdiyi göstərilir. Bugünkü intibahnamələr, sabiq şahın İrana gətirilməsi imkanını tamamilə azaldıb sıfır dərəcəsinə endirir. Mərkəzi İran hökumətinə təsir etmək üçün çar hökuməti əlində alət olan sabiq şah məsələsi puça çıxır. Bu intibahnamə göstərir ki, təbrizlilər Tehrandan ayrı deyildir, onlar da sabiq şahı qəbul etmək istəmirlər. Təəssüf ediləcək bir hal varsa, o da Təbrizdəki gizlin hərəkat komitəsilə olan rabitəsizlikdir.

– Rabitə olduqda nə kimi işlər görə bilərdiniz?

– Biz çar konsulunun bütün gizlin işlərini onlara verər və ifşa etdirərdik.

– Bu iş nə kimi müsbət bir nəticə verə bilər?

– Çar diplomatları İranın müstəqil yaşamağa qabil olmaması fikrini bütün dünyada intişar edir və əfkari-ümumiyyəni İran əleyhinə hazırlayır. İngiltərə Şərq ölkələrinə nə kimi şüarla girmişsə, çar istilaçıları da haman şüarla girir və vəhşilər içərisində mədəniyyət qurmaq iddiasında bulunurlar. Onlar daima mədəni insanlığı vəhşi asiyalılara qarşı müdafiə etmək şüarı ilə hərəkət edirlər. Siz özünüz iranlısınız. Bu barədə qeydə qalmalısınız. Hərgah gizlin hərəkat komitəsilə əlaqəyə girmək mümkün olsaydı, amerikalılar onlara maddi yardımda bulunardı.

Mənim qıza bir saatdan bəri verdiyim nəsihət onun mənə daha artıq inanmasına və öz qəlbindəkiləri mənə söyləməsinə səbəb oldu. Lakin onunla açıq danışmaq və bir gizlin komitə nümayəndəsi kimi söhbətə girişmək mümkün deyildi.

Qız bir diplomat kimi yox, bir inqilabçı kimi danışsa belə mən gizlin hərəkat nümayəndəsi olduğumu ona bildirməməli idim. Çünki mən indi onun bir alman tərəfdarı olduğundan da şübhələnirdim.

– Hərgah Təbrizdə gizlin inqilab hərəkatını təşkil edən bir cəmiyyətin mövcud olduğuna inana bilsəydim, onların əcnəbi parası ilə işləmək istəmədiklərinə də inanardım, çünki əcnəbi parası ilə çalışan bir cəmiyyət əcnəbi mənafeyini müdafiə etməyə məcburdur. Sizin çar konsulxanası əsrarını onlara vermək istədiyinizə gəldikdə, burada gizlin komitə ilə rabitəyə girmədən də çalışa bilərsiniz. Çünki bu sirləri hər bir etimad etdiyiniz namuslu və sədaqətli bir iranlıya verə bilərsiniz.

Bu sözlərdən sonra miss Hanna başını mənim çiynimə söykədi və kiçik əlini öpdürmək üçün dodaqlarıma uzatdığı zaman dedi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Miss Hannanın son günləri

Rusiyanın İstanbul səfiri Gitsin 22 iyul 621 nömrəli teleqramla, Türkiyənin bitərəfliyə dair verdiyi təminatdan bəhs etdiyinə baxmayaraq, Rusiya hazırlıq görür və Türkiyə hüduduna qoşun dəstələri göndərirdi. İstər Qafqaz, istərsə də İran Azərbaycanı daxilində, erməni könüllü dəstələri təşkil olunur və erməni xalqını son kərə olaraq rus mənafeyinə alət etmək üçün hazırlıq görülürdü.Çar konsulu Orlovun çağırdığı iclasdan bir neçə saat sonra, iclasın çıxardığı qərarı bütün Təbriz eşidib bildi.

11 мин
Təbriz

1914-cü ildəBirinci Dünya müharibəsinin başlanması Cənubi Azərbaycanın siyasi və iqtisadi həyatına olduqca fəna bir təsir bağışladı. Ölkənin paytaxtı olan Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi, osmanlılara qarşı müharibə edən çar ordusu üçün yaxın bir cəbhə arxası oldu.

4 мин
Culfaya doğru

Culfadakı yoldaşların vəziyyəti Təbrizdəki yoldaşları həddindən artıq düşündürürdü. Onları heç vəchlə çar )andarmının əlindən qurtara bilməyəcəkdik. Təbrizdən Culfaya gedib-gəlmək də asan deyildi. Culfaya getmək üçün çar konsulxanası və yaxud hərbi idarə— lərdən vəsiqələr almaq lazım idi. Buna görə də konsula vəsiqə üçün müraciət etməyi qərara aldım.İki gündən sonra çar konsulunun bizə göndərdiyi vəsiqədə yazılırdı:

19 мин
Sahibsiz ailə

Mehmanxanaya girdiyim zaman Qriqor ağa rus qızının məni tez-tez soruşduğunu xəbər verdi və qızın barəsindəki mülahizəsini əlavə etdi:– Qızdan şübhələnirəm, onun gizlin bir sirri olmamış deyil. O sizi tez-tez soruşur və sizin yubanmağınızdan təlaşa düşür. Hətta o bir neçə kərə: €Yoxsa o mənə xəbər vermədən getdi? – deyərək həyəcanlanırdı. Lakin mən onu sizin burada olduğunuza inandırdım, sakit olub mənzilinə getdi. Hər halda burada bir sirr vardır. O qız casus deyilsə də, sizi başqa bir məqsədlə təqib edir. Onun köməksiz, əlacsız və möhtac baxışları özünün maddi tərəfdən darlıq çəkdiyini də göstərir. Mən mehmanxanaçılıq həyatında bu cür qadınlara teztez təsadüf edirəm. Ərindən, atasından, ailəsindən qaçan qızlara da bənzəmir.

24 мин

Стихи других поэтов