Kür çayı kənarında
Страница 4 из 4 · 75%
Buna görə də başını qaldırıb cavab verdi:
– Ənfiyədan hazırda Mənsurun əlinə nə vasitə ilə düşmüşdürsə, mənim əlimə də haman vasitə ilə düşmüşdü.
Qızıl Arslan Fəxrəddinə müraciətlə:
– Sən gedə bilərsən, – dedikdə, Fəxrəddin:
– Mən canilərin cəzalanmasını tələb edirəm, – dedi.
Buna da Qızıl Arslan acıqlı bir surətdə cavab verdi:
– Füzulluq etmə! Padşaha tələbat vermək üçün heç bir kəs sənə ixtiyar verməmişdir, – dedi.
Hüsaməddin və Zəhir Bəlxinin həbsə alındığından bir həftə keçirdi. Həbsə alınanlar haqqında Qızıl Arslanın nə qərara gələcəyi məlum deyildi. Xalqa bu barədə məlum olan bir məsələ varsa, o da azərbaycanlıların həbsə alınanları cəzalandırmaq tələbindən və Qətibə xatunun da, Hüsaməddin və Zəhir Bəlxinin azad edilməsini tələb eləməsindən ibarət idi.
Azərbaycanlılar son hadisədə Fəxrəddini müdafiə etməklə Qızıl Arslana belə bir məktub yazmışdılar:
“Əlahəzrətin özünə məlumdur ki, hökumətin Azərbaycan hökuməti olmasına baxmayaraq, azərbaycanlılar özünü yabançı bir məmləkətdə hiss edirlər. Xüsusən son hadisələr paytaxtda olan azərbaycanlıların nüfuzunu bir daha azaltmışdır. Azərbaycanlılara qarşı təşkil edilən son xəyanət təşkilatçılarının cəzasız buraxılması, əlahəzrətin azərbaycanlılara olan etimadının azalmasını isbat edir. Bütün bunlar, azərbaycanlıların paytaxtda yaşaya bilməməsi üçün geniş bir məcburiyyət yaradır. Əlahəzrətə məlumdur ki, müqəssirlərin bu günə qədər cəzalandırılmaması xalq arasında onların müqəssir olmadığı kimi məna edilir və məsuliyyəti azərbaycanlıların öhdəsində qoyur. Buna görə də əlahəzrət azərbaycanlıların paytaxtı buraxması işini haqlı hesab etməli və bunların öhdəsində olan vəzifələrə adamlar təyin etməlidir”.
Bu məzmunda tələbata yalnız şimali azərbaycanlılar deyil, buna cənubi azərbaycanlılar da qoşulmuşdu. Məktubda yüzlərcə sərkərdənin imzası var idi.
Azərbaycanlıların tələbatilə bərabər Qətibə xatun da Qızıl Arslana öz tələblərini vermişdi. O öz tələbində deyirdi:
“Əlahəzrət! Mənim atamın qatillərinə olan hörmətin məni təhqir etməkdən başqa bir şey deyildir. Azərbaycanlıların düzəltdikləri son sui-qəsdin cəzasız buraxılması məni olduqca şübhələndirdi. Bu hadisənin əlahəzrətin burada olmadığı zaman baş verdiyi də bunun müəyyən bir tapşırığın nəticəsi olduğu zehniyyətini verir. Əlahəzrətin Fəxrəddin və Seyid Əlaəddini cəzasız buraxması mələkəyə qarşı düzələn sui-qəsddə iştirak etməsini göstərir. Mən bu təhlükəni hiss etdiyim üçün də, bir neçə dəfə paytaxtdan çıxıb getmək istəmişəm. Lakin son hadisələr daha açıq göstərir ki, mənim paytaxtda qalmağım, həyatım və övladım üçün böyük bir təhlükədir.
Əlahəzrət müqəssirləri cəzalandırmağı bir neçə dəfə vəd etmişdirsə də, bir nəticəsi çıxmamışdır.
Hələ təqsirləri olmayanların həbsdə saxlanılması da mənim şübhələrimi artırmaqdadır.
Hüsaməddin mənim atamın ən yaxın və etimad etdiyi bir adamdır. Onun qılıncının sayəsində dikbaş Azərbaycan illər uzunu Atabəylərə boyun əyməyə məcbur olmuşdu. Hazırda onun bir macəra nəticəsində təhqir olunub həbsə alınması, bizim ailəmizin təhqir olunması kimidir. Elə də Zəhir Bəlxi həzrətləri, öz tədbir və məsləhətləri sayəsində bizim hökumətimizə az xidmət etməmişdir. Əlahəzrətə son sifarişimdir. Bundan sonra köçüb həyatımın son aylarını Rey məmləkətində keçirməyə qərar vermişəm, atamın qatilləri hökm sürən bir məmləkətdə yaşamaqdansa, qürbət bir məmləkətdə fəqir və yoxsul həyat keçirməyim məsləhətdir”.
Qızıl Arslan öz yanlış siyasəti nəticəsində çıxılmaz vəziyyətdə qalmışdı. O, azərbaycanlıları itirmək istəmirdi, eyni zamanda Qətibənin paytaxtdan köçüb Rey tərəflərinə getməsinə də razı ola bilmirdi, çünki onun təzə fitnələr törətməsindən qorxurdu.
İraqda və Xorasan hüdudlarında ciddi üsyanlar başlamışdı.
Qızıl Arslan nə qədər çalışdısa da, Azərbaycan qoşununun paytaxtı buraxmaq fikirlərinə mane ola bilmədi.
Qətibənin düzəltdiyi yeni macəradan bir ay keçəndən sonra Seyid Əlaəddinlə Fəxrəddinin ətrafında yığılan Cənubi və Şimali Azərbaycan ordusu tamamilə çəkilib getmişdi.
Qızıl Arslanın ətrafında ancaq onun düşmənləri qalmışdı. Hüsaməddin həbsdən buraxılmamışdı. Buna baxmayaraq o, Qızıl Arslan əleyhinə düzələcək sui-qəsdin başçısı olmaqda davam edirdi. Qətibənin kefi istədiyi zaman Hüsaməddini Atabəy sarayına dəvət edir, yenə də həbsxanaya qaytarırdı. Dövlət təbəddülatı üçün görüləcək hazırlıq gizlində yox, tamamilə aşkarda aparılırdı. Müqəssirləri cəzalandırmaq və gözləniləcək hadisələrin qarşısını almaq üçün Qızıl Arslanın istifadə edə biləcəyi bir nöqtə yox idi.
Qoca vəzir Şəmsəddin vəziyyətin ağırlığını hiss edirdi, lakin Qızıl Arslan onun fikri ilə hesablaşmadığından təhlükə get-gedə dərinləşirdi.
Hələ azərbaycanlılar köçüb getmədən qabaq Şəmsəddin Qızıl Arslanın yanına gələrək vəziyyət haqqında məlumat verib deyirdi:
– Dövlət təbəddülatı yaradılması işində həm Hüsaməddin, elə də Qətibə xatunun özü ciddi surətdə iştirak edir. Bir tərəfdən Bağdad, o biri tərəfdən də Kəhran qalasında həbsdə oturan Toğrul ilə yazışırlar. Toğrulun təzədən səltənət başına gətirilməsi üçün xəlifənin də razılığı alınmışdır. Toğrul Qütlüğ İnancın vəliəhdliyini elan etməklə paytaxta gətirilməsinə razılıq vermişdir. Hadisənin qarşısını almaq və indidən işə başlamaq lazımdır.
Qızıl Arslan vəzirə sual verdi:
– Sənin bu dediklərinə etibar etmək mümkündürmü?
Şəmsəddin əlini qoynuna uzadıb, bir neçə məktub çıxarıb Qızıl Arslana verdi. Qızıl Arslan Qətibənin Toğrula yazdığı məktubu oxuduqdan sonra:
– Bilmirəm, məmləkəti bu şeytan nəslinin fitnə və fəsadından necə qurtaracağam, – dedi.
Şəmsəddin Qızıl Arslanın bu sözlərindən sonra da öz fikrini dedi:
– Doğrudur, mən qocalmışam, lakin fikirlərim qocalmamışdır. Mən əlahəzrəti təhlükədən qurtarmaq istəyirəm. Əlahəzrətə hökumət başına keçdiyi zaman dediyim sözlərimi bir daha təkrar edirəm, hərgah əlahəzrət son dediklərimi qəbul etməzsə, o zaman düşmənin hazırladığı təhlükə yaxınlaşmış olacaqdır.
Qızıl Arslan hövsələsi təng olmuş bir halda soruşdu:
– Açıq söylə, Şəmsəddin, mən nə etməliyəm?
– Bu saatda bir fərman göndərib Reydən Qütlüğ İnancın Təbrizə gəlməsini tələb edərsən. Özün də sabahdan etibarən Təbrizə köçüb getməli və Qətibə xatunu da buradan çıxarıb Təbrizə aparmalısan. Çünki onun təzə təşəbbüslərinə imkan verməmək üçün nəzarət altında saxlamaq lazımdır.
Bağdad və Xarəzm hüdudlarına qüvvətli müdafiə dəstələri göndərmək lazımdır. Qütlüğ İnanc Qəzvindən keçib Təbrizə gəldikdən sonra, Fəxrəddini güclü bir qoşunla Rey məmləkətinə göndərmək və hökumət işlərini əlinə almaq üçün ona səlahiyyət vermək lazımdır. Rey işğal olunandan və hüdudlar möhkəm edildəndən sonra Qütlüğ İnancla Qətibəni Təbrizdə, Hüsaməddini isə Həmədanda edam etdirməlisən. Toğrul ilə oğlu Məlikşaha gəldikdə onların məsələsi əlahəzrətin qəlbindəki qüvvətdən və cahandarlığın tələbatından asılıdır.
Qızıl Arslan sual verdi:
– Onları da edam etməkmi?
– Bəli! Vəziyyət bunu tələb edir. Əlahəzrət onu bilməlidir ki, azərbaycanlıların etimadını itirmək – Atabəy məmləkətini itirmək deməkdir. Əlahəzrət, düşmən yalnız hökmdarın şəxsiyyəti məsələsini yox, xanədan məsələsini qoymuşdur.
Qızıl Arslan nəsihətverici bir surətdə dedi:
– Vəzir, mən sənə bir dəfə demişəm, yenə də təkrar edirəm: sən daima insanları öldürmək üzərində yox, onları bir insan kimi yaşatmaq, onları həyat və vəziyyət ilə barışdırmaq üzərində düşün! – dedikdə Şəmsəddin etiraz etdi:
– Siz böyük Nizaminin tövsiyələrini unutmayın. Fəlsəfə ilə məmləkət idarə olunmaz. Ədalətlə cəzanın harada işlədilməsini bilmək lazımdır. Səltənət və üstünlük fikirlərinə satılan bir ürəklə barışmaq fikri çox yersiz və uşaqcasına fikirdir. Səltənət tələbində olan bir adamla barışmaq üçün səltənəti ona vermək lazımdır.
Sənin paytaxtın Azərbaycanın son hüdudundadır. Eyni zamanda azərbaycanlıların düşmənliyini qazanmağa çalışırsan. Hərgah bu kimi səhvi həyata keçirmiş olsan, o zaman əsas məmləkəti itirəcək və müstəmləkə qoşunlarına arxalanıb Azərbaycanı itaət altına almağa məcbur olacaqsan. Lakin buna vaxt tapa bilməyəcəksən. Çünki əldə olan məlumata görə düşmən öz hazırlığını bitirmişdir. Açığını deyirəm, düşmən hökmdarın həyat məsələsini də həll edə bilər.
Qızıl Arslan acıqlandı:
– Sən bu gün mənim mətanətimi sındırmaq və məni qorxutmaq üçün gəldin. Sən məni tarixin lənətləri qarşısında qoymağımı düşünürsən? Sən məni, qardaşımın qadınını, qardaşımın oğlunu edam etdirməkləmi xoşbəxt etmək istəyirsən?!
Sən məni alçaqlığa, rəhmsizliyə, cəlladlığa tərğib etdiyin üçün, mən də sənə öz nifrətimi bildirirəm. Dur mənim yanımdan get, bir də mənə bu cür nəsihətləri vermə! Özün qocaldığın kimi, fikirlərin də qocalmışdır. Sabahdan etibarən vəzirlik işlərini Müzəffər cənablarına tapşırmalısan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-kur-cayi-kenarinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yetişib mahi-əzası şiənin,Təzələndi yenə yası şiənin.
Mö’minlərəQibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.
Bizim qızBilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?
Стихи других поэтов
گر دل و جان غافل و مغرور نیست
ƏsliRast gəldik şükr gördüm cəmalın,Məhşərə qaldı divanım Əsli
VarmolaGecə-gündüz qaldım zülmət içində,Mən kimi zülmətdə qalan varmola?
Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parçaBunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma