Страница 4 из 4 · 75%

Dünən axşam general-konsulun arvadı Mahmud xanın Ninaya göndərdiyi üzüyü və hədiyyələri öz faytonuna qoyub gətirmiş imiş. Konsulxana Ninaya ərə getmək işlərini bitirmək üçün birhəftəlik istirahət ixtiyarı da vermişdi.

Mən soruşdum:

– Gətirilən hədiyyələri və üzüyü Nina qəbul etdimi?

– O, heç bir söz danışmadı, lakin konsulun arvadı şeyləri orada buraxıb getdi. Nina özünü öldürmək istəyir. Məcid haqqında mənə çox vəsiyyətlər verir. Bir çarə lazımdır, qız tələf olacaq.

Mən:

– Sən get ona mənim dilimdən xəbər ver, o evdən dışarı çıxmasın, evə də kimsəni buraxmasın, konsulxanaya da getməsin. İşlərin hamısı düzələcəkdir. Biz hələlik diriyik, – deyə Təhminə xanımı yola saldım getdi. Məni fikir başına almışdı, mən bir çox hadisə girdabları içərisində qalmışdım. Hələ mənə saxta hörmət bəsləyən və Ninanı qızım kimi sevirəm deyən çar konsulunun həyasızlığı, Ninanı Mahmud xan kimi bir alçağa satmaq istədiyi də, məni həddindən artıq əsəbiləşdirmişdi.

Mən bu əzici təsirlər altında, səhər dilimə bir şey vurmadan, evdən dışarı çıxdım.

Qapıdan o qədər də uzaqlaşmamışdım, miss Hamanın yanında xidmət edən türk uşağının sürətlə gəldiyini gördüm.

O mənə bir məktub uzatdı. Məktubu miss Hanna yazmamışdı. Xidmətçi qadın: “Kiçik xanıma bir bədbəxtlik üz vermişdir? məzmununda, qısaca bir şey yazmışdı. Mən məsələni bildiyimdən maraqlanmadım, lakin indi mən Mahmud xan məsələsini amerikalı qızın məsələsi ilə bir yerə qarışdırmaq və bir yerdə həll etmək tədbirlərinin nə qədər qorxulu olduğunu dərk etməyə başlayırdım. Çünki bu məsələdəki müvəffəqiyyətsizlik amerikalı qızın namusunun bərbad olması ilə nəticələnəcək idi.

İndi artıq düşünmək gec idi. Qızın evinə gəlincəyə qədər başımdan minlərcə fikir keçdi. Xidmətçi qadın məni görüb ağladı, yenə də məktubda yazdığını təkrar etdi:

– Kiçik xanıma bədbəxtlik üz vermişdir.

Mən onun yatdığı otağa girdim. Onun rəngi də səhhətinin pozu!duğunu göstərirdi. Həkim gətirilib-gətirilmədiyini sual etdikdə, xidmətçi qadın:

– Kiçik xanım həkim çağrılmasına razı olmadı, – deyə cavab verdi.

Mən stulu onun çarpayısının yanında qoyub oturdum. Onun alnına ağ dəsmal isladıb qoymuşdular. Oturub baxırdım, onun yanaqlarında ağ yer yox idi. Üzü hərarətin şiddətindən tamamilə qızarmışdı, Mən bir neçə kərə bu qızın halına acımışdım, ona yazığım gəlmişdi. O zamanları bir-bir xatırlayırdım: lakin heç vaxt qızın halını belə pozğun görməmişdim. Onun başlıca səbəbi isə mən idim. Buna görə də özümü əfv edə bilmirdim və özümə sual verirdim:

«Əcəba, mən öz sevdiyim bir qızın müdafiəsi üçün məni ürəkdən sevən bir amerikalı qızı fəda etməyə haqlımıyam? Bunun təqsiri nə idi? Əcəba, bunun bizə verdiyi yardımların mükafatı bu idimi? Vlahmud xanı cəzalandırmaq üçün bu aciz qızı nə üçün vasitə etmişəm? Bu qızların ikisi də ürəklərində eyni sevgini daşımırmı??

Bu kimi suallar içində xeyli zaman çapaladım, nəhayət, €Yox!

– dedim, – bunların ikisinin arasında fərq çoxdur. Bunlardan Nina, nqilaba sevginin təhriki ilə yox, şüurla, can və başla, əqidəsinin əşviqi ilə xidmət edir, miss Hanna isə...)

Əlimi onun alnına qoydum. O, gözlərini açdı və məni görən imi ağladı:

– Məni əfv et, mən hərəkətimi səndən gizlətdiyim üçün cəzalandım.

Miss Hanna başına gələn hadisəni əvvəlindən axırına qədər nənə danışdı və Həsənağa haqqında söz açaraq:

– O mənim bütün zinətlərimi aparsa da, məni həqarətdən və amussuzluqdan da qurtardı. Onun qəhrəmanlığı məndə unudulmaz ir təsir buraxdı. O nə qədər qorxmaz və sarsılmaz bir gənc idi. Bir əfər olduğuna baxmayaraq, bir ev dolusu adamı təslim etdirdi. O, Qulusultanın nökəridir. Bütün bu işləri o buyurduğuna görə edirmiş. Hərgah bir gün məni aparmaq üçün əmr edərsə, şübhəsizdir ki, onun qarşısına heç bir qüvvət dura bilməz. Ah, dünən gecə nə qədər qorxulu bir gecə idil İndi mən dəhşətli bir hadisənin ikinci qəhrəmanıyam. Mən öz həyat tariximi yalnız bu hadisələrlə canlandıracağam. Hələ indi də Rəfizadənin bığı kəsiləndən sonra aldığı vəziyyəti xatırlayırkən bədənim titrəyir. Lakin yenə də qorxuram, nəhayət, Rəfizadə bütün məsələni amerika konsulxanasında söyləyəcək və məni məhv eləyəcəkdir.

Mən ona ürək verərək dedim:

– Sən əmin ol! Rəfizadə Təbrizdə qalmayacaq və konsulxanaya belə ayaq basa bilməyəcəkdir. Burada adətdir, bığı kəsilən bir adam xalq içinə çıxa bilməz, labüddən gizlənməli və şəhərdən çıxmalıdır. Səni Qulusultanın apartdırmasına gəldikdə, o barədə düşünmə! Hərgah bir belə təşəbbüs olsaydı, oğlan səni öz evinə qədər müşayiət eləməzdi. Lakin o sənə hər nə ki, tapşırmışsa, sən ona da əməl etməlisən. Məsələ haqqında heç bir kəsə danışma, bu sənin özün üçün də məsləhətdir. İndi sən bilməlisən ki, Təbriz olduqca dumanlı və əsrarəngiz bir şəhərdir. Sən indi təsdiq edə bilərsən ki, Şərqin «Min bir gecə» hekayələri həyatdan alınmış materiallar üzərində düzəldilmişdir, buradakı həyat fantaziyalarla yox, həqiqətlərlə doludur. Mən çox arzu edərdim ki, sən həyatı oxuduğun kitablar və elmlər üzərində deyil, eyni zamanda yaşadığın mühitin şərait və təcrübəsi üzərində qurmağa çalışaydın. Gözəl qız: elmli olmaq asandır, amma təcrübəli olmaq çox çətindir. Təcrübəli insan elmsiz də yaşaya bilər. Lakin təcrübəsiz alim nə özü yaşaya bilər, nə də başqasına həyat verməyi bacarar. Falçılıq, cadugərlik, eyni zamanda müqəddəslərə sığınmaq, mübarizədən aciz qalanlar və təbiətin hadisələri ilə mübarizə apara bilməyənlərin istinad etdiyi bir vasitədir. Sən mədəni bir qız olduğun halda belə ibtidai vasitələrə əl atmamalı idin. Qiymətli şeylərin əldən getdiyinə gəldikdə onlardan daha qıymətlisini əldə etmək mümkündür. Namus və şərəfin toxunulmamış qalmışdırsa hər şeydən artıqdır.

Onu uzun söhbətlərlə məşğul etdim, nəhayət, o güldü, özünün təsadüf etdiyi dəhşətləri unutdu. Süd içdi, özünü tamamilə rahat hiss etməyə başladığını görüncə, vidalaşıb getdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов