Страница 4 из 4 · 75%

Həsənağa ilə də qucaqlaşıb öpüşdük, onları Əlekbər yoldaş ilə tanış edərək:

– Əski və səmimi yoldaşımdır, – dedim.

Sonra Təhminə xanımın necə dolandığını və Ninanın necə yaşadığını soruşdum.

– Ninanın yanına köçmüşəm, bir yerdə oluruq, – deyə cavab verdi.

– Balaca Məcid necədir?

– Qıza əziyyət verir, səni tez-tez soruşur. Nina isə bütün boş vaxtını onunla keçirir. Uşaq olmasa idi, qızın bağrı çatlardı. Ona dərs verir. Mən indiyə kimi iki söz də öyrənə bilməmişəm, amma Məcid onun dilini öyrənibdir. Maşallah, bülbül kimi danışırlar. Qızın özü də bizim dilimizdə danışır.

– Nina xidmətə gedirmi?

– Gedir, lakin bir neçə gün çox naxoş oldu.

– Naxoşluğu nə idi?

– Bilmədim, səbəbini də demədi. Sən də ona kağız yazmadın, çox nigaran qalmışdı. Səni axtarmaq üçün bilmirəm, haralara getmək istəyirdi, amma Məcidi buraxıb gedə bilmədi.

– Ev sahibi Minasyanla necə dolanırsınız?

– O, qıza əvvəlkindən də artıq hörmət edir. Ev kirəsi də almaq istəmir.

– Çox gözəl. Qorxma, ana, hər iş düzələr. Yenə də Təbrizdə qalacağam, bir yerdə yaşayacağıq. İndi çay tök, özün də iç, bizə də ver, – deyərək Həsənağa ilə söhbətə başladım.

– De görüm, qardaşım, işin necədir?

– İşlərim yaxşı deyildir.

– Nə üçün?

– Mücahidlik edənlərə iş vermirlər, hətta özüm də iş istəməkdən qorxuram.

– Eybi yoxdur, iş də mümkündür. Pulumuz vardır, heç bir kəsə ehtiyacımız da olmayacaqdır. Yaxşı, dərnəyiniz nə haldadır?

– Dərnək öz yerindədir.

– Məşğələniz olurmu?

– Bəli, hərdənbir yığışırıq.

– Üzvlərin hamısı öz yerindədirmi?

– Səkkiz nəfər də üzvümüz artmışdır.

– Kimlərdəndir?

– Xalça fabriki işçilərindəndir.

– Nina da sizə kömək edirmi?

– Kömək edir. Qorxmur, çünki iş görməyi bacarır. Bir dəfə xalça fabrikinə gəzmək bəhanəsi ilə gəlmişdi.

– Qardaşım! Səmimi yoldaşımız Tütünçüoğlu nə edir?

– O qaçmışdı. Təsadüfi olaraq bu gün gəlmişdir. Hər kəs qaçıb bir tərəfə gedibdir.

– Səttar xan, Bağır xan, Hüseyn bağban nə haldadır?

– Osmanlı konsulxanasında oturmuşdular. Tehran məşrutəçilər tərəfindən alınandan sonra onlar da çıxıb evlərinə gəldilər.

– Tehranın alınması burada nə kimi bir təsir bağışladı?

– Burada cürbəcür fikirlər var. Tehrana tabe olmaq istəyənlərin miqdarı çox azdır. Hətta Səttar xan da Tehranı tanımaq istəməyənlərin cərgəsindədir.

– Ruslar camaata nə nəzərlə baxır?

– Nə nəzərlə baxacaq? Küçədə hammalı tutub «Səttar xan; Səttar xan» deyə üstünə gülürlər. Şəhəri planlaşdırmaq istəyirlər, silahları yığmaq şayiəsi də vardır. Bütün qafqazlıları çağırıb danışdırdılar. Mirzə Əlekbər ilə Hacı Mirzə Ələsgər Qarabağlını da tutublar. Təbrizdə can siyahısı tutmaq işi də başlanıbdır.

Çox danışdıq. Gecə keçirdi. Təhminə xanımı və Həsənağanı axşam yeməyinə saxladıqsa da, qalmadılar. Onlar bu gün Ninanın evində qonaqlıq olduğunu, orada yediklərini söylədikdə:

– Qonaqlıq nə münasibətlə idi? – deyə təəccüblə soruşdum.

– Bu gün Məcidin anadan olan günüdür, – deyə Təhminə xanım cavab verdi.

Mən Ninanın ata-anadan yetim qalan, daha doğrusu, bir inqilabçı təbrizlinin uşağına bu qədər məhəbbət bəslədiyini düşünərək, haqqındakı müsbət duyğularım daha coşmağa başladı.

Təhminə xanıma Ninaya sifariş göndərib sabah saat üçdə Təhminə xanımın evində görüşəcəyimizi tapşırdım.

Getdilər. Mən öz-özümə:

– Doğrudan da, fikirlər qarışıqdır, – düşündüm.

Böyük pəncərənin qabağına keçdim. Otaq çox zərif idi, Təbriz gecəsinin bütün lətafət və təzəliyini bu otaqda hiss etmək mümkün idi. Həyət çiçəklik, meyvəlik və güllükdən ibarət idi. Qaranlıq həyətin ortasındakı hovuzda yıxanıb çıxan ağ ördəklər, ağ qətifələrə bürünmüş gəlinlər kimi hovuzun başında duraraq pambıq kimi ağ və incə vücudlarını qurudurdular.

Sudan çıxmış ördəklər silkindikdə qanadlarından qopan qətrələr də hovuzun ətrafında gülsabah güllərinin al yanaqlarına düşürdü.

Ördəklər hərəm qadınları kimi boyunlarını çiyinlərinə qoyub nazlanaraq getdikləri zaman biz şam yeməyinə başlamışdıq.

Təbriz üfüqləri aydın və daima buludsuz olsa da, yenə də dumanlı və qaranlıq idi. İnqilabın yorğunluğundan yeni çıxmış bu şəhər böyük bir cahangirin pəncəsinə düşmüşdü.

Çar siyasətindən hamilə olan bu qadının sabah necə bir oğul doğacağından kimsənin xəbəri yox idi.

Həyat daha dumanlı və daha qaranlıq idi. Hələ Səttar xanın inqilabdan sonrakı vəziyyəti, onun nə kimi bir xətt-hərəkət təqib etdiyi də insanı düşündürür və dumanlı fikirlərə daldırırdı. Onun Osmanlı konsulxanasında Almaniya və Osmanlı siyasətindən zəhərlənib-zəhərlənmədiyini də düşünür, müxtəlif fərziyyələr yürüdürdüm. Hər halda, Səttar xanın başına mənfi fikirlər qoyulacağından qorxmamaq olmazdı, çünki inqilab qəhrəmanının siyasətcə savadsız olduğu və tülkü diplomatların əlindən yaxa qurtara bilməyəcəyi qorxusu var idi. Buna görə də Səttar xan ilə görüşməyə tələsirdim.

Həyətdə kimsə yox idi. Səriyyə xala evinə getmişdi, Hüseynəli əmi isə gülləri suvarırdı.

Tam mənası ilə sakit bir gecə idi. Bu xoş sükutu yalnız Əlekbər yoldaşın qəlyanının səsi pozurdu. O, fikirli olduğu vaxt qəlyanı əlindən buraxmazdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Son iclas

Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi:– Doğrudan da, o nə söz idi dedin?

8 мин
Təbriz çar kazakları əlində

Mən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi.Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər.

11 мин
Ninaya məktub

«Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu. Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik:– Qafqaz mücahidləridir.

2 мин
Ərəblər xanı

Ərəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir.Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik.

10 мин

Стихи других поэтов