Pərimin bağmda seyran eylədim,Sanasan bağçada güllər açılmış.Çıxardım könüldən dərdi, qubarı,Xoş göftarlı şirin dillər açılmış.

Sifətdə Züleyxa - yarı Yusifin,Xubların xubusan eylərəm vəsfin,Boyu uzun, beli incə məhbubun,Buxağmda gözəl xallar açılmış.

Hasil oldu Qurbaninin diləyi,Tanımaram nə sultanı, nə bəyi,Mirvari qolbağı, bəyaz biləyi,Dal gərdəndə siyah tellər açılmış.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе