Bəxtəvər ("Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!")
Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!Durmuş idim kuçədə, bir də nə gördüm, həmanAğrısını aldığım Feyzi gəlir lap piyan,Çatcaq urub bir qoca saili, qusdurdu qan,Gözlərinə döndüyüm sanki bir aslan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!Sən öləsən, qoy hələ olsun əməlli cəvan,On beşə çatsın yaşı, cür’ətin etsin əyan,Bir qoçu olsun bu kim, aləmə salsın fəğan,Hər kəs ona söyləsin: Rüstəmi-dastan1 imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!Yaxşı olub mən bunun bəxtini çöndərmədim,Bir para pis işlərə fikrini döndərmədim –Qonşumuzun oğlu tək məktəbə göndərmədim,Doğrusu, məktəb demək guşeyi-zindan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!Məktəbə getsəydi bu, boylə qalırdı məgər?!Dərs ilə olmazdımı bir ala-gic dəngəsər?Axşamacan mırt-mırt, heyvərəlik, əlhəzər!2Məktəbə məxsus olan hərzəvü hədyan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!Həm də olurdu uşaq dərs ilə bəd’etiqad,Məzhəbə rəxnə vurub dinə salırdı fəsad,Dininə, ayininə etməz idi e’tiqad,Oğlumuzun, şükr kim, zatı müsəlman imiş!Bəxtəvər olsun başın, bəxtmiz oğlan imiş!Nəslimiz insan imiş!Elmü ədəb qan imiş!Baisi-xizlan imiş!Doğrudan, ay Xansənəm,Can sənə qurban, Sənəm,Nəslimiz insan imiş!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-bextever-oglumuz-ay-xansenem-bir-yeke-pelvan-imis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Благодарение творцу за то, что «Дебнстан» закрыли!Рванул осенний ураган, сад знаний - гюлистан закрыли!
UçitellərБлаго, власти запретили съезд, затеянный в Гяндже,Жили мы себе спокойно, без хлопот, учителя!
Vəqta ki, qopur bir evdə matəmА ну-ка, бездомный босяк, замолчи поскорей!Не плачь, не стони, как сова! Отойди от дверей!
Mən belə əsrari qana bilmirəmMən belə əsrarı qana bilmirəm,Qanmaz olub da dolana bilmirəm!..