Bizə nə?
Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?!Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!
Biz məgər aclara vəqf eyləmişik malımızı,Ta ki, hər müstəhəqə bəzl edək əmvalımızı?Biz müraat edərik ancaq öz əhvalımızı,Daima bəsləyərik naz ilə ətfalımızı.Atasız tiflləri basdı boranlıq, bizə nə?!Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!
Bu da sözdürmü, qazandıqlarımız parələriHey verək boğmalasın Zəngəzur avarələri?Bizlərə dəxli nədir -- yoxdur əgər çarələri?Qoy ağarsın füqəra gözlərinin qarələri!Çəksin onlar gecə-gündüz nigəranlıq, bizə nə?!Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!
Boşla, ay Molla dayı, sən də bizi çəkmə zora!Biz sənin hiylən ilə düşmərik əsla bu tora!Baxmarıq guşeyi-çeşm ilə daha Zəngəzura!Qarlı dağlarda soyuqdan ölənin canı gora!Olmadı qismət o bədbəxtə aranlıq, bizə nə?!Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!
Bizə göstərmə, əzizim, o qəm oylaqlarını,Yazda çox gəzmişik al güllər açan dağlarını,Yığmışıq dəhyekini, boşlamışıq bağlarını,Qış üçün xoşlamışıq Tiflis oyuncaqlarını....Çulğayıb Zəngəzuru indi boranlıq, bizə nə?!Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!
Hələlik tullamışıq xaneyi-viranələri,Dolanıb kişvəri-Tiflisdə kaşanələriTapdıq axır Lizalar tək neçə cananələri,Çilçıraqlarla işıqlandırırıq xanələri,Zalxalar daxmasına çökdü qaranlıq, bizə nə?!Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-bize-ne
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Благо, власти запретили съезд, затеянный в Гяндже,Жили мы себе спокойно, без хлопот, учителя!
Vəqta ki, qopur bir evdə matəmА ну-ка, бездомный босяк, замолчи поскорей!Не плачь, не стони, как сова! Отойди от дверей!
Mən belə əsrari qana bilmirəmMən belə əsrarı qana bilmirəm,Qanmaz olub da dolana bilmirəm!..
Müəllimlər siyezdiBaş tutdu müəllimlərin iclasi-siyezdi,Ey vay, uçitellər yenə dərkar olacaqdır!..
Стихи других поэтов
Eylərəm varımı cümlə təsdiq,Mələk mənzər o sultana yetişsəm.
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
GörməzmiBunca zülmdür mənə eylərsən,Adəm məgər heç insafa gəlməzmi.