Kişi ("Durma, yıxıl yat hələ, Fahrat kişi!")
Durma, yıxıl yat hələ, Fahrat kişi!Əsri görüb qalma belə mat, kişi!İndi olub yorğanın üçqat, kişi!Saqqalını bir-iki yırğat, kişi!Çək başına yorğanını yat, kişi!Əvvəli-şəbdən uzanıbsan belə,Rahəti yatmaqda qanıbsan belə,Yaxşı da, əlhəq, inanıbsan belə,Lakin inanmam, usanıbsan belə,Çək başına yorğanını yat, kişi!Ömr ötüşüb, baş ağarıb un kimi,Diş tökülüb, saqqal olub yun kimi,Sinə çöküb, belə bükülüb nun kimi,Gərçi olubsan qoca meymun kimi,Leyk yenə rubəhi-məl’un kimi,Tez götürüb tiryakını at, kişi!Qalyanını çağla, xoruldat, kişi!Bir qədər öz sinəni toxdat, kişi!Çək başına yorğanını yat, kişi!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-kisi-durma-yixil-yat-hele-fahrat-kisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
К свету нация стремится, - не пускайте!К справедливости пробиться не пускайте!
Ağlaşma ("Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!")Зачем я должен сострадать и подавать ему, господь?Зачем я должен помогать и потакать ему, господь!
Tö’meyi-nəharÇığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!Sus, ay yazıq, fəzadəki üqabi-canşikarı gör!
Vay, vay! Nə yaman müşgülə düşdü işim, Allah!Вай-вай, как трудно стало мне, как скверно мне, аллах!Ей-богу, я горю в огне, спаси, податель благ!
Стихи других поэтов · Сатира
Qoy törənsin min cürə yersiz rəzalət səhnədə,Eylərik zira bununla biz ticarət səhnədə.
SərxoşlarGəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmıyorlar.*Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!
Möhkəm birlikƏcəb şeydir: yazınızzəif əsərlər – o, sən,
YatıramMən də, ay can, nə qədər yatsa müsəlman, yatıram,Məni dindirmə, qoy asudə, ay oğlan, yatıram.