Səbr elə ("Etsə də aləm hamısı zəlzələ")
Etsə də aləm hamısı zəlzələ,Aləmi gər tutsa da yüz vəlvələ,Get yuxuya, durma, a qardaş, hələ!Qovzama başın, cocuğum, səbr elə!Qonşuların cəhd eləsə sən’ətə,Yetsə də qeyriləri hürriyyətə,Vermə qulaq söhbəti-milliyyətə,Onlar əbəsdir ki, düşür möhnətə,Ey adı insan, özü kərtənkələ!Qovzama başın, cocuğum, səbr elə!Zülm eləsə xan ilə bəy aclara,Verməsə pul pullu da möhtaclara,Rəhm olunmazsa yalavaclara,Canı cəhənnəm, düşə yamaclara,Bunlar üçün təng eləmə hövsələ!Qovzama başın, cocuğum, səbr elə!Qoyma, balam, oğlunu sən uşqola,Qorxusu var, axırı kafir ola,Məşqini ver oğruluğa, sal yola,Axırı gər bağlasalar qol-qola,Ya vel olub düşsə də əldən-ələ,Qovzama başın, cocuğum, səbr elə!Mollaların eyləmə pis adını,Salma çölə eybini, hər zadını,Saxlama çox boylə işin yadını –Etsə kəbin özgənin arvadını,Özgəsinə eyləmə çox həlhələ,Qovzama başın, cocuğum, səbr elə!Hər nə bəla gəlsə sənin başına,Zülm edələr qövmünə, qardaşına,Qatsa da düşmənlər ağı aşına,Qərq olasan axırı göz yaşına,Müxtəsəri, keçsə də iş çəngələ,Qovzama başın, cocuğum, səbr elə!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-sebr-ele-etse-de-alem-hamisi-zelzele
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Мы - орава дармоедов, наше дело - вздор болтать.И писать мы разучились, и отвыкли мы читать.
Bir bəhanə əldə ünvan etməli bundan soraНайдем предлог какой-нибудь - отныне до скончанья дней,Чтоб к жизни прежней край вернуть - отныне до скончанья дней!
Bir cibimdə əskinasımВ одном кармане - векселя, в другом - рубли, рубли, рубли!Такую сладостную жизнь, аллах, продли, продли, продли!
Bir dəstə gülИранец говорит: «Я правде рад всегда».Османец: «Мой народ свободе брат всегда».
Стихи других поэтов · Сатира
Derlər, düşübdü İran səhmanə, əhsən, əhsən!Əhsəntü barəkallah İranə, əhsən, əhsən!
Yaxşı ki...Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
Kişilər deyirlərVallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.
Nə xabi-qəflətdi divanə könülСтыд шушинцы теряют: гуляют и пьют.По дороге бесчестья шушинцы идут.