Vəqta ki, qopur bir evdə matəm
Vəqta ki, qopur bir evdə matəm,
Təşkil edilir büsati-ehsan,
Mə’lumlər əyləşir müəmməm,
Təfrih ilə əllərində qəlyan,
Ev sahibinin xəyalı bərhəm,
Əfkarı qonaqların fisincan,
Bişdikcə qazan-qazan mütəncəm,
Gəldikcə tabaq-tabaq badımcan –
Yad et məni, yaglı-yaglı yad et!
Vəqta ki, əsas olur mürəttəb
Məcmuəyi-nazü ne’mət ilə,
Sərsüfrədə səf çəkir müəddəb
Eyzən nücəba mətanət ilə,
Dərvazədə əhli-fəqr: "Ya rəb!
Ya rəb!.." çağırır zəlalət ilə;
Sərsüfrədə dadlı-dadlı şərbət,
Içdikcə qonaqlar əldə fincan,
Dərvazədə həsrətü nədamət,
Olduqca nəsibi-müstəməndan –
Yad et məni, qəmli-qəmli yad et!
Vəqta gətirir bir əhli-sərvət
Minheysi-zəkat bir qədər pul;
Səyfül-üləma edib icabət,
Övradə olur və leyk məşğul;
Yə’ni ki, müqəddəsəm həqiqət (?)
Mən fazili-əsr, xəlq məfzul.
Məbləğ tökülüb hüzurə lay-lay,
Olduqda həvaleyi-cibişdan,
Həqqül-füqərayə şeyx: "Oxqay,
Bəllə’tü" deyib udanda pünhan
Yad et məni, gizli-gizli yad et!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-veqta-ki-qopur-bir-evde-matem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ай, спасите! Рифмачи одолели. Сущий ад!.Вы подумайте: Ширвап превратить в Гянджу хотят!
DOĞRUЕсли б каждый правдой жил, лживый к слову был бы строг –И растерянный народ что-нибудь понять бы смог.
Dilbər ("Ey dilbəranə tərzdə cövlan edən cocuq!")Очаровательный шалун, как ты хорош, дитя!Для мусульманина твой взгляд - как в сердце нож, дитя!
Bəxtəvər ("Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!")Жена! Наш сын герой! Хвала ему! Хвала!Благодари судьбу, что сына нам дала!
Стихи других поэтов · Сатира
Mirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Özündən razıYaşadı, həmişə özündən dedi,Göydəki günəşə özündən dedi.
Ətəbata çağırıblar ki, Süpehdar gedibƏtəbata çağınblar ki, Süpehdar gedib,Əvəzindən haımnın rövzədə züwar olsun.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.