Xəsisin heyfi, varisin keyfi
Xəsisin heyfi, varisin keyfiŞeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.Ey pul! Ey zövqi-dilü ruhi-tənü qüvvəti-can!Biəbi əntə və ümmi sənə canım qurban!
Əhli-aləm arayıb axtarır, ey can, səni,Hərə bir növ qılır dərdinə dərman səni,Bir para şəxs eləyir mayeyi-ehsan səni.Qədrini bilməz edir millətə qurban səni;Aşiqəm mən sənə ancaq olasan munisi-can,Biəbi əntə və ümmi sənə canım qurban!
Mailəm, cümlə bilir, dövləti-didarına mənKi, baxam sübhü məsa şövq ilə rüxsarına mən,Dinimi, məzhəbimi sərf edəm isarına mən,Dəyməyəm batsa cəhan dirhəmü dinarına mən,Müstəhəqlər qala sənduqunə yeksər nigəran.Biəbi ənti və ümmi sənə canım qurban!
Ehtiramən səni hər gündə ziyarət edərəm,Vacibüttaəsən, ancaq sənə taət edərəm,Çəkərəm nazını, təksirinə xidmət edərəm,Nəməkü nanü pənir ilə qənaət edərəm,Daş düşər başıma çatsa sənə bir həbbə ziyan,Biəbi ənti və ümmi sənə canım qurban!
Bəslərəm can kimi, ey sevgili sərmayə səni,Etmərəm sərf əbəs məscidə, mollayə səni,Ala bilməz oxusa minbir-iki ayə səni,Vermərəm ac-yalavac əhli-təmənnayə səni,Görə bilməz üzünü sail, əgər qussa da qan,Biəbi ənti və ümmi sənə canım qurban!
Bir günüm sənsiz əgər keçsə, min əfğan edərəm,Səndən ötrü bütün övladımı giryan edərəm,Qeyrətü şənimi hifzində nigəhban edərəm,Bir gün öz canımı hətta sənə qurban edərəm,Şad olur varisim, əmma gedərəm mən nigəran,Biəbi ənti və ümmi sənə canım qurban!
Ah, səd ah, gedər ruhi-rəvanım dərəkə,Mollalar hazır olur dəfnimə əldə çərəkə,Səni varislərimə eyləyər onlar tərəkə,Eşidən olsa, görər kim, çıxar ahım fələkə,Baxaram qəbrdə həsrətlə, xəsarətlə, əman!Biəbi əntə və ümmi sənə canım qurban!
Sanma varis mənə rəhmət oxuyub heyf çəkər,Səni təqsim edərək hər biri bir seyf çəkər,Orda-burda, nə bilim, məsrəf edib keyf çəkər,Hərə bir Annanı, Sonyanı dutub zeyf çəkər,Deyər: ey sərv-qədü lalə-rüxü qönçə-dəhan,Biəbi əntə və ümmi sənə canım qurban!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-xesisin-heyfi-varisin-keyfi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakılı deyir ki: **Rəməzan eydinin icrasını hərçənd bizə
ŞAH DEDİ: – AĞLAYIRAM, BƏS Kİ, ÜZÜM ÇİRKİNDİRСказал везиру шах: «Я плачу потому,Что в зеркале урод мне виден раз в году».
İnteligentlər deyir ki ("Deyirik haləti-təhsildə: millət! millət!")İnteligentlər deyir ki:**Deyirik haləti-təhsildə: millət! millət!
Tərcüman deyir ki ("Be tə’mine lesane madər əz hər ku be Petpesburğ")Be tə’mine lesane madər əz hər ku be PetresburğYeki alim fürustənra mən əz millət rəcakarəm.
Стихи других поэтов · Сатира
Mən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.
BilirəmMillətə hər nə yazırsansa, rəvadır, bilirəm,Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
CeyranvuranlarCeyranı atıb vurmaq, əgərçi qadağandır,Ceyran yatağı Mil düzüdür, bir də Muğandır.
«Şərq qadını» məcmuəsinin bir illik bayramınaSən özün bir sənəlik dövrünü bayram elədin,Qoyduğun bid’ətə ancaq bizi bədnam elədin.