Molla dayı, çox bərk daşır qazanın!..Başçısısan hər yolundan azanın!Baharından görünməyir xəzanın,Çünki hər yerdən var neçə yazanın;Burdan da mən xəbər yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Qismət olsa, bundan belə yazmaram,Toxunmasa sözüm elə, yazmaram!Yazdığıma yalan-palan qatmaram,"İşan" kimi rüşvət pula yatmaram,İmanımı Hac Kazıma satmaram,Boşsan deyib, Fəxrini aldatmaram,Məsləhətsə əgər yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Fürsət olsa, bundan belə yazmaram,Girə bilsəm daşqın selə, yazmaram!Kəbin kəssəm doşab kimi axmaram,Göz altından Fəxri tərəf baxmaram,"Ənkəhtünü" "təlləqtüyə" çaxmaram,Hac Bədəli yandırıban yaxmaram,Dalda gedib söyər; yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Möhlət olsa, bundan belə yazmaram,Elə yazsam, bilə-bilə yazmaram!1Dövlətliyə yaltaqlanmaq bilmərəm,Qəmli ikən yalan yerə gülmərəm,Pristavın çəkməsini silmərəm,Hörmətimi gözlərəm, əksilmərəm,Mollalığa dəyər, yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Qismət olsa, bundan belə yazmaram,Əgər poçta yazsam, telə yazmaram!Qumarbazın hədiyyəsin almaram,Bir şübhəli pul kisəmə salmaram,Üzə salıb gücnən qonaq qalmaram,Qonaq qalsam cibin-zadın çalmaram,Üzmim əldən gedər, yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Növbət olsa, bundan belə yazmaram,Davam etsə duman, yelə yazmaram!Eylədiyim və’zə inannam özüm,Eldən qabaq, eybimi qannam özüm,Qövlümə fe’limlə dayannam özüm2,Pis hərəkət etsəm utannam özüm,Halım olar bətər, yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Hacət olsa, bundan belə yazmaram!Dalda qeybət, üzdə səna etmərəm,Gizli söyüş, zahir dua etmərəm,Xəlqi görcək riya-miya etmərəm,Riya etmiş olsam, həya etmərəmAllahımdan məgər! Yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Halət olsa, bundan belə yazmaram!Uysam məkrə, düşsəm fe’lə, yazmaram!Qovlansam da evdən çölə, yazmaram!Uyub sənə öz yolumdan azmaram!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира