Üçüncü pərdə
Страница 3 из 4 · 50%
Mirzə Cəlil
Özləri haradadırlar?
Kəblə Muxtar
Bu biri otaqda yatırlar.
Mirzə Cəlil
Açın, o qapını.
Hacı
Olmaz.
Məşədi
Qəzəblənərlər.
Mirzə Cəlil
Açın deyirəm, qorxmayın, orada heç kəs yoxdur.
Yan otağın qapısını açır. Kəblə Muxtar, Rəşid Məğrur, Mirzə Əlabbas, Hacı və Məşədi ora gedir, təəccüblə geri qayıdırlar.
Mirzə Əlabbas
Nə bildiniz ki, orda heç kəs yoxdur?
Mirzə Cəlil
Mən öz “dostlarımı” yaxşı tanıyıram, onlar məşhur lotulardır, şəhər-şəhər gəzib avam insanları talayırlar. Bir şəhərdə dindən, şəriətdən, mövhumatdan istifadə eləyib ölü dirildirlər, o biri şəhərdə acgözlükdən, tamahkarlıqdan, pula ibadət eləməkdən istifadə eləyib saxta çek işə salırlar.
Rəşid Məğrur
Mən onların şərəfinə şeir yazmışam. Əlli min manat pul vəd eləyiblər, deyirsiniz, yəni, o da yalandır? Ola bilməz!
Hüseyn
Nə üçün olmur? Yalan şerin yalan da haqqı olar.
Kəblə Muxtar
Mən Kərbəlaya getmişəm, bu kişi Məşhədə, bu Həccə, nə təhər oldu ki, üçümüzü də aldatdılar, xəbərimiz olmadı?
Mirzə Cəlil
Ona görə ki, siz üçünüz də heçə bərabərsiniz. Ürəyinizdə pul məhəbbətindən başqa heç bir şey yoxdur. Savadınız yox, mədəniyyətiniz yox, insaf və mürvətiniz yox... Pul hissindən başqa bütün hissləriniz iflic olub. Qurdlar, çaqqallar, qarğalar belə çürük bədən axtarırlar ki, dağıdıb parçalasınlar.
Rəşid Məğrur
Demək hamımız can üstündəyik.
Mirzə Cəlil
Siz çoxdan ölmüsünüz. Xalq isə diridir. Bir gün gələcək, bu dirilər bədəninizə müsəllət olan bütün qurdları məhv eləyəcəklər.
Kəblə Muxtar
O vaxtı gözləyə bilmərəm. Bu saat polisi qatacağam jandarmaya, jandarmanı polisə... Onları tutmaq lazımdır. Tez olun, gəlin!
Mirzə Cəlil
Artıq gecdir!
Kəblə Muxtar
Gec deyil, haradadır İmamqulu, haradadır Əlibaba?
Kapitan içəri girir.
Kapitan
Nə olub, Kəbleyi? Tapıldı?
Kəblə Muxtar
Yox, bunlar da qaçdı. Mənim yüz minimi götürüb qaçdılar. Kapitan, onları tut, pulumu qaytar. İyirmi mini nağd sənindir.
Kapitan
Bu saat. Quş olub göyə də uçsalar, əlimdən qurtara bilməzlər!
Fit çalır. Hər tərəfdən cavab fitləri eşidilir. İşıqlar sönür.
Onuncu şəkil
İkinci şəklin dekorasiyası. Nəsrullah ilə Əhməd çiyinlərində çamadan gəlirlər.
Nəsrullah
Uf, bir az oturaq, ayaqlarım hərəkət eləmir. Güman eləyirəm ki, daha bizi burada tapa bilməzlər.
Əhməd
Bura heç şeytanın da ağlına gəlməz. Yaxşı qurtardıq. Az qala tutacaqdılar. Ora bax, Nəsrullah, bir bax!
Nəsrullah
Haranı göstərirsən?
Əhməd
Qurbanı olduğum İranı.
Nəsrullah
Buradan görünür?
Əhməd
Odur bax, bu Araz çayı, sərhəd, o da İran kəndləri.
Nəsrullah
Gördüm, gördüm.
Əhməd
Bilirsən nə var, şeyxəna, bəsdir bu tayda avaraçılıq elədiyimiz, keçək o taya, əmmaməmizi taxıb sənətimizlə məşğul olaq.
Nəsrullah
Hələ bir neçə il mən heç bir işlə məşğul olmayacağam. Əlimizdə bu qədər pul var, nəyin dərdini çəkirik? Üç və ya dörd arvad alıb oturacağam Tehranda. Bu pulları bir ucdan yeyəcəyəm.
Əhməd
Allah Kəblə Muxtara o dünyada behişt qismət eləsin. Onun yüz mini olmasaydı, işi bu qədər tez qurtara bilməyəcəkdik. Amma ikicə gün də dayansaydıq, bir bu qədər də varımız idi.
Nəsrullah
Tamahkar olma, yaxşı aradan çıxdıq.
Əhməd (çamadanı qucaqlayır)
Ay sənə qurban olum, pul! Canımsan, ciyərimsən, namusumsan, qeyrətimsən!
Nəsrullah
Yaxşı, Əhməd, bəs İranda bizdən urus pulunu götürəcəklər?
Əhməd
Dünyanın harasında olsan, bank götürəcək. Urus pulu möhkəm puldur, qızıldan bahadır.
Nəsrullah
Elə isə kefimizdir. Otuz minlə sən otuz il dolanarsan.
Əhməd
Otuz niyə? Çamadanlarda yüz mindir.
Nəsrullah
Yetmiş mini mənimdir, otuz mini sənin.
Əhməd
Ay özün öləsən.
Nəsrullah
Mən qazanmışam, sən ortada vagirlik eləmisən.
Əhməd
Sən özünü dartıb oturmusan, bütün əməliyyat mənim əlimdən gəlib keçib.
Nəsrullah
Əhməd, sən heç o otuz minə də layiq deyilsən. Mənim yerimdə özgəsi olsaydı, bir tulapayı verib səni yola salardı.
Əhməd
Nəsrullah, səni bu qayaların üstündən ataram, qurdquşa yem olarsan.
Nəsrullah
Sən məni atarsan, dılğır?
Əhməd
Dılğır özünsən, bambılı!
Nəsrullah
Kəs səsini!..
Əhməd
Sən kəs səsini!
Xirtdəkləşəndə birdən səs gəlir.
Nəsrullah (yavaşdan)
Yavaş, soyub-soyub quyruğunda murdarlama. Yaxşı, qırx olsun.
Əhməd
Əllidən bir qəpik düşən köpək oğludur.
Nəsrullah
Mən ölüm, qırx beşə razı ol!
Əhməd
Ay sənin başın batsın! Nə pis yerdə mən ölüm çəkdin!
Nəsrullah
Əlli beşi mənim, qırx beşi sənin.
Əhməd
Yaxşı, dilənçi oğlu, dilənçi. Burada da öz zatıqırıqlığını göstərdin.
Nəsrullah
Əlini, ver!
Əhməd
Əlimi neyləyirsən? Qorxuram sonra bir barmağım əskik gələ.
Nəsrullah
Barışaq.
Əhməd
Yaxşı, gəl, barışaq.
Qucaqlaşıb öpüşürlər.
Nəsrullah
Vaxtında yola düşək. Axşama qalmayaq.
Əhməd
Yola düşək deyəndə, əlində başbiletin var ki, sərhəddə əsgərə göstərəsən, buraxa? Heç o tərəflərə hərlənmək olmaz.
Nəsrullah
Bəs haradan keçək, göylə uçaq?
Əhməd
Yol ancaq bu dağların üstündəndir. Orada, qayaların başında elə cığırlar var ki, ins-cins də bilmir.
Nəsrullah
Bu ağır yüklə dağlara dırmaşmaq mənim qeyrətim deyil, şeyx Əhməd.
Əhməd
Elə mənim də qeyrətim deyil.
Nəsrullah
Bəs neyləyək?
Əhməd
Yenə çamadanlar olmasaydı ayağımızla birtəhər gedərdik. Amma bu ağır yüklə o dağlara dırmaşmaq heç mümkün deyil.
Nəsrullah
Əhməd, bu tərəfə iki atlı gəlir, gizlən, evin yıxılsın, yəqin bizi axtarırlar.
Əhməd
Dayan, mən bir baxım, hə, birinin tüfəngi də var.
Nəsrullah
Götür çamadanları, geri qaçaq.
Əhməd
Heç yerə qaçmaq olmaz. Əgər bizi axtarırlarsa, deməli, hər tərəfi tutublar, yaman yerdə axşamladıq.
Nəsrullah
Gizlən, bu kolların dalında.
Çinovnik gəlir.
Çinovnik (səhnə arxasına)
Sən atların yanından çəkilmə, hürküb qaçarlar, mən baxım görüm, buralarda bulaqdan-zaddan varmı?
Nəsrullah (kolun dalında, Əhmədə)
Bizim dalımızca gəlməyiblər, yol ötəndirlər.
Əhməd
Mən də elə görürəm. İçməli su axtarır.
Nəsrullah
Onların atlarını pulla ala bilsək, nə yaxşı olar?!
Əhməd
Ağıllı fikirdir. Üzə çıxaq?
Nəsrullah
Çıxaq. Nə olacaq, olacaq...
Kolların dalından çıxırlar.
Çinovnik (onları görüb dik atılır)
Bismillahirrəhmanirrəhim.
Nəsrullah
Bismillah deməyindən məlum olur ki, müsəlmansan?
Çinovnik
Mə... mə... mə...
Əhməd
Mələmə, sözünü de!
Çinovnik
Mənə toxunmayın, yol ötənəm... burada yoldaşım da var, qoyun onu çağırım.
Nəsrullah
Yox, aşna, keçəl suya gedən deyil. Keç bu tərəfə. Yoldaşına xəbər versən, başını Ordubad qarpızı kimi yararıq. (Əhmədə) Tapança yanındadırmı?
Əhməd
İkisi birdən. Guruldadım?
Nəsrullah
Hazır ol!
Çinovnik
Mənə yazığınız gəlsin, vallah, səkkiz uşağım var, səkkizi də qız.
Əhməd
Kimsən, hara gedirsən?
Nəsrullah
Düz adamsan, yanında tüfəng niyə gəzdirirsən?
Çinovnik
Çinovnikəm, bankda işləyirəm, bax, bu aşağıda görünən kəndə gedirəm, vergi yığmağa. Bu yasavulu da mənə veriblər ki, qayıdanda hökumətin puluna toxunan olmasın.
Əhməd
Düzünü deyirsən?
Çinovnik
Qurana and içirəm, çinovnik olmağıma baxma, mən bir müsəlman adamam...
Nəsrullah
Onda qorxma. Biz müsəlmana əl qaldırmırıq! (Əhmədə) Tapançanı gizlət, əlində açılar.
Əhməd
Gizlətmişəm, arxayın ol.
Nəsrullah
Biz Culfaya gedirik, yolda atlarımız su içən kimi yıxılıb öldülər.
Çinovnik
Suda zəhər varmış ha...
Əhməd
Yaxşı ki, o sudan özümüz içmədik.
Nəsrullah
İndi pay-piyada qalmışıq bu dağların başında. Sizin yolunuz yaxındır, atlarınızı bizə satın.
Çinovnik
İndi ki, pulunuz var, düşək kəndə, sizə bir cüt yaxşı at alım.
Əhməd
Kəndə düşə bilmərik, yolumuz uzaqdır, tələsirik.
Nəsrullah
Atlarınızı burada bizə satın, kənddə özünüz üçün yaxşısını alarsınız.
Çinovnik
Dağın başında alver, mən birinci dəfədir eşidirəm.
Nəsrullah
Dünya dəyişib. Hələ gör kənddə nələr eşidəcəksən.
Çinovnik
Vallah, heç bilmirəm nə cavab verim.
Əhməd
Hə, satırsan, satmırsan?
Nəsrullah
Yaxşı, bəsdir, hövsələni dər! (Çinovnikə) Mənim bu yoldaşım bir az qoçutəhərdir. Öldürməkdən başqa əlindən heç nə gəlmir. (Əhmədə) Yazığı niyə fələyin dəminə vermək istəyirsən? Şirin dil ilə danışa bilmirsən?
Çinovnik
Yaxşı, razıyam, satıram.
Nəsrullah
Yoldaşın bir söz deməz ki?
Çinovnik
Yox, canım, atlar bizimdir. Burada sizə sataram, kənddən alaram.
Əhməd
Qiymətini de!
Çinovnik
Vallah, heç ömrümdə at alveri eləməmişəm. Neçəyə desəm yaxşıdır, hə? Yüz manata.
Əhməd
Axmağa bax ha... yüz manata beş at almaq olar.
Nəsrullah
Yaxşı, çəkil bu yana, o saat qızışma, yüz deyir, yüz verərik. (Əhmədə) Çıxart yüz manat ver.
Əhməd (yavaşdan)
Onun yanında çamadanı açmaq olmaz. Pulları görər. (Çinovnikə) A kişi, üzünü o yana çevir, tərpənmə.
Çinovnik (son dərəcə qorxmuş halda)
Atma, qadan alım, atma.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabit-rehman-diriler-ucuncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Birinci şəkilBöyük bir istirahət evinin tikintisi, səhnədən dəstə-dəstə işçilər danışa-danışa keçirlər. Səhər tezdəndir. Nəsirov qəti addımlarla səhnəyə çıxır, o yan-bu yanı gəzir. Bərbərzadənin otağına baxır, bir-iki ağız Bərbərzadəni səsləyir, sonra Maralın otağına baxır, yuxarı boylanaraq, “Mirzə Qərənfil” deyə səslənir, heç bir cavab olmur. Səhnədən çıxmaq istədikdə, birinci işçi və ikinci işçi ilə qarşılaşır.*
İkinci pərdəİkinci şəkilYenə həmin yer. Axşamüstüdür. Səhnənin arxasından gülüş və oxumaq səsləri eşidilir. İşçilər mahnı oxuya-oxuya işdən çıxırlar.*
Üçüncü pərdəDördüncü şəkilYeni tikilmiş istirahət evinin böyük həyəti. Otaqlar rəngləndiyindən iş stolları həyətə çıxarılmışdır. Qabaq planda Nəsirovun stolu. Arxa tərəfdə də stollar var. Stolların üstündə telefon aparatları qoyulmuşdur. Mürşüd və Sadıq səhnədə kağızlara, proyektlərə baxırlar.*
Dördüncü pərdəBeşinci şəkilİstirahət evi hazırdır. Hər yan bəzənib, ağaclardan rəngli fənərlər asılıb. Pərdə açıldıqda uzaqdan orkestr səsi gəlir. Cavanlar oynaya-oynaya səhnədən keçirlər. Sadıqla Mürşüd oynayaraq gəlirlər. Musiqi kəsilir.*
Стихи других поэтов
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
MüxəmməsZivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər