Qoca xan imarətinə döndü. O, nə yerdə olduğunu bilmədi. Özünü tanımadı. Bilmədi ki, müqəddəsləşib ya kafirləşib? Zalımlaşıb, ya məzlumlaşıb? Xan qəribə vəziyyətə düşdü. Od tutdu, alışıb yandı. Elə ki, qocanın sümükləri çöllərin quru çırpısı kimi çırtaçırtla alovlandı, tütünü təpəsindən çıxdı... Görünür, qoca son nəfəsinədək sönməyəcəkdi. Məhtaban xanın gözlərindən getmədi, cır-cındır geyinmiş, ağ mərmər heykəl öz varlığı ilə onun gözlərinin qabağında dayandı:

– “Xudaya, bu nə cəncəldir, mən düşdüm?!”.

Qoca xan neçə gün, neçə gecə öz-özü ilə əlləşdi. Bu yoldan dönüb qayıtmağa çalışdı. Ancaq hər necə etsə də, mümkün olmadı:

– “Bəlkə xudanın qisməti belədir”, – deyə xan gecənin bir aləmində imarətindən düşüb, darvazadan çıxdı, Pəhləvan Məhəmmədin uçulub-tökülən, çalsız-çəpərsiz daxmasına yollandı. Xan daxmanın yeldən-küləkdən cırıldayan qapısının astanasında dayandı. Ona elə gəldi ki, Pəhləvan Məhəmmədin yetim qızı Məhtabanın qapısında deyil, şahənşah qəsrinin qapısında durubdur, içəri qədəm qoymağa cürəti çatışmır. O, çaşıb qalıbdır? Bilmir, burada necə edərlər, şaha necə təzim göstərərlər, necə onun müqabilində durarlar?!

Gözəlliyin zəhmi qoca xanı basırdı... Xan özünü dabanlı qapıya verib komanın içini dinlədi... Məhtaban mışıl-mışıl yatırdı... Onun nəfəsi qönçədən çıxan qızılgül kimi ətirli idi. Qoca xan burnuna dəyən bu ətirli nəfəsi lap yaxından alıb-udmaq istəyirdi. Titrəyən ürəyini toxtatmağa çalışan xan qapını astaca açıb içəri girdi. Dörd dirəkli damın orta bacasından düşən ay Məhtabanın surətində bədirlənirdi. Qız yenə də həmin cır-cındıra bükülü idi. Cır-cında özü də kəfrəmmitil içində idi:

– Xudaya, sən məni darta-darta haraya gətirmisən? – Xan yenə də bilmirdi, nə etsin. – Bəlkə bu daxmada Pəhləvan Məhəmməd sağ olaydı?.. Gör nə qiyamət qopardı?.. Pəhləvan Məhəmmədin gözü qızardı, qeyzə dolub qocanı qucağına alar, onu çıxarıb qapıdakı küllükdən üzüaşağı tullardı, sabahı nə olacaqdı, vecinə də almazdı... Amma indi qız yetimdir... Yetim qıza dəyib-dolaşmağın nə qorxusu-ürküsü? Bir də ki, dəyib-dolaşan Ərdəha xanı ola, Ərdəhanı əhatə edən neçə-neçə kəndin cah-calallı əmiri ola!.. Qoca xan özünü cəmləşdirdi. Səcdəyə gedir kimi dizləri üstə düşdü, başını əyib kilkə kimi yumşaq, qar kimi ağ saqqalını qızın bədirlənən üzünə söykədi... Qız xanın saqqalını sifətinə toxunan pişik quyruğu hesab etdi, ağır yuxusundan asanlıqla tərpənmədi, pişiyin çəkilib gedəcəyini güman etdi. Bir az keçincə Məhtaban insan nəfəsi duydu, əlini qaldırıb yoxladı, duyduğuna inana bilmədi! Axı, belə yumşaq tüklü nə olar? Əgər öz həddini aşan cavansa?.. Yox, cavan deyildir! Məhtaban quruyub yerində qaldı, qoca xan qırışıq əlini qızın qabarıq döşündə gəzdirdi, vücuduna qığılcım dolmuş kimi dilləndi:

– Qız Məhtaban!

– Sən kimsən?

– Mən? Ərdəha xanı!

– Bəlkə xan yol azıbdır?

– Yox, qız, səni deyib gəlmişəm!

– Xan gündüz kənizini hüzuruna çağıra bilməzdimi?

– Özüm qəsdən gecə pünhani gəldim!

– Bir yetimi rüsvayi-cahan etmək üçün?

– Yox, qocalan eşqimi cavan gözələ elan etmək üçün!

– Xanın bu hərəkəti gülünc sayılmazmı?

– Nə üçün gülünc sayılsın, qız?

– Xan... Babam yerində...

– Qız, eşq-məhəbbətə sərhəd-sünür yoxdur!

– Sərhəd-sünürü pozan xan, Pəhləvan Məhəmmədin yetim qızını tapdalamağa gəlibdir!.. – Məhtaban qalxıb, cır-cında geyimində, cında mitilində oturdu:

– Mənim atam küştüdə bütün xanlığın başını nə qədər uca eləyib!..

Qoca xan, palaz parçasının üstündə yerini rahatladı:

– Bu sözlərin mənası nədir, Məhtaban?

– Mənası budur ki, qoca xan mərhum pəhləvanın məzarını təhqir etməyə gəlibdir!

– Əsla, qız, əsla Məhtaban!

– Bəs gecənin bu aləmində böyük xanın belə hərəkətinə nə ad vermək olar?

– Ancaq ağlı başından oynayan bir qocanın sərsəmliyi!

– Ağlı başından oynayan xanın sərsəmliyini araya çəkən kimdir? Ancaq yetim rüsvay olacaqdır. Qız birdən için-için hıçqırdı:

– Xanı Quran qəsəminə çəkirəm, dursun, getsin!

– Sonra bəs, Məhtaban?

– Gündüz qapısında kəniz durmağa gələrəm!

– Mən Məhtabanı sübhün tülundan imarətimin yuxarı eyvanında gözləyəcəyəm!..

– Qurana qəsəm qılıram, sübhün gözü açılar-açılmaz xanın hüzuruna gələcəyəm!

– Mən də imarətimin yuxarı eyvanından enib gözəlin qədəmlərinə düşəcəyəm!..

– Mən gözəl deyiləm, xan! Bu cır-cında içində nə gözəl?

– Mən gözəli köpüklü göldə ay nuruna qərq olanda görmüşəm!..

– Axır xan öz məhrəmindən başqa bir qıza, bir qadına göz yetirməməlidir!

– Mən gözəl Məhtabanı özümə məhrəm etmək qərarına gəlmişəm!

– Xudaya, xan yuxu görür, ya mən?

– Nə xan yuxu görür, nə də Məhtaban, – deyə qoca titrəyən əllərini bacaya doğru qaldırdı:

– Bir Xuda bilir ki, mən eşqimə əsir düşmüşəm. Hər ikisi heyrət içində dayandı... Sanki onlar yuxu ilə həqiqəti bir-birinə qatıb-qarışdırırdılar. Nəhayət, qoca xan yerindən qımzanınca Məhtabanın pərakəndə saçlarını qırışıq əli ilə tumarlayıb, ehtiram əlaməti olaraq onun alnından öpdü, dabanlı qapıdan çıxıb çəkildi...

Nə vaxtdan sonra qız özünə gəldi:

– “Bu qoca xandır, ya xanın qiyafəsinə girən başqa bir kəs?!” Hər kimsə, təcavüzə keçmədi, istər-istəməz nəcib tərpəndi, bakirə qıza toxunmaq qəsdində olmadı. Yalnız yumşaq saqqalını qızın həyəcandan qızaran üzünə söykəyib, əlini qızın qoşa narında gəzdirdi. Durub gedərkən də qızın saçlarının arasından öpdü...

İndiyə qədər uçub tökülən daxmada tənha yaşayan Pəhləvan Məhəmmədin yetim qızı heç kəsdən hürkməmiş, qorxub çəkinməmişdi. Hətta, o, dabanlı qapının dalına daşdan-qayadan qoyub, buranı bağlamamışdı da. Məhtaban yəqin etmişdi ki, bu obada heç kəs pəhləvan Məhəmmədin namına toxunmaz, onun qürurlu adını ötüb aşmaz... Əgər bir adam bu adı ötüb aşmağa cəsarət etsə, Ərdaha camaatı onu daş-kəsəyə basar. Axır Pəhləvan Məhəmməd nəinki başqa xanların meydana çıxardığı pəhləvanlarla güləşdə qalib çıxmışdı, hətta Tehranda belə şahənşah pəhləvanlarının da kürəklərini yerə gətirdiyi az olmamışdı. İndi Pəhləvan Məhəmmədin qızı, dam-daşı uçuq-sökük, həyət-bacası çalsız-çəpərsiz komasında gecələməsin, istəyir lap kəndin kənarında bir çavustanda məskən salsın, kimin həddi nə idi ki, onun dörd dövrəsinə dolansın, həndəvərində belə nagüvara iş görsün? Deyirlər ki, “igid ölər adı qalar, öküz ölər gönü”.

Pəhləvan Məhəmməd on il əvvəl Sərdar-millinin dəstələrinə qoşulmuş, bir mücahid, bir fədai kimi Qacar qoşunlarına qarşı qızğın döyüşlərdə unudulmaz şöhrət qazanmışdı. O, qızına var-dövlət qoymasa da, vüqarlı bir ad qoyub getmişdi...

Lakin hər necə olsa, Məhtaban Quran qəsəminə əməl etməli idi! Hər necə olsa, qız bu qəribə “röyanı” yoxlamaq istəyirdi.

...Sübhün gözü açılar-açılmaz, Məhtaban yerindən qalxdı, əlüzünü yudu, pərakəndələşən saçlarını darayıb düzəltdi. Cır-cında geyimini səliqə-sahmana saldı ki, əndamı görünməsin... Qız durub xanın imarətinə yollandı. Darvazaya çatar-çatmaz imarətin yuxarı tağbəndinə baxdı, qoca xanı intizarda dayanan görüncə qızın qədəmləri qurudu:

– “Deməli, əsla röya deyildir! – Məhtabanın əti çimçişdi. – Deməli, Pəhləvan Məhəmmədin komasına gecə gələn xan özü imiş!..”

Məhtabanı darvaza ağzında dayanan görən qoca əhdinə vəfa etdi, tağbənddən düşüb darvazanı açdı, qızı salamladı, onu içəri dəvət etdi. Məhtaban naçar qaldı, cınqırını da çıxarmadı. O istəmədi ki, başqası bir söz bilib-eşitsin. Pəhləvan Məhəmmədin adına şübhəli şayiələr deyilsin...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məhtaban 1

Balaş Azəroğluna və*Mədinə xanım Gülgünə*

3 мин
Məhtaban 3

Qoca xan cır-cında içində itən Məhtabanın əlindən tutub, imarətin əndərununa¹ keçirdi... Bir neçə mərtəbədən ibarət imarətin içəri həyətində tikilən, qabağında gülüstan düzələn çarhovuzlu guşəni, tağbənd eyvanlı qoşa otağı göstərdi:¹ Əndərun – imarətin içəri, naməhrəm görməyən həyətidir.

7 мин
Məhtaban 4

Məhtaban naçar qaldı. Qocanın səssiz-səmirsiz için-için ağlamağı onun ağ, yumşaq saqqalından göz yaşlarının süzələnməyi qızı çaşdırdı. Məhtaban bilmədi bu nə deməkdir? Oğlan övladı, xan mal-mülkünə varis, Məhtabanın xanzadə anası olması – hamısı, hamısı ona yuxu kimi gəlir. Pəhləvan Məhəmmədin bikəs qızında, heç bir sevinc doğurmurdu. Ancaq qoca xanın pərişanlığı nə isə, qızın ürəyində tərəhhüm hisslərini, tərpədirdi... Bu hisslər heç də məhəbbətdən nəşət etmirdi. Bu hisslər cavan qızın babası yerində bir qocaya qarşı yazıqlıq hissləri idi. Qocanın hədsiz təlaşı getdikcə qəribə görünürdü. Axı, qoca xan niyə bunca təlaşa düşsün, niyə öz bəzəkli imarətini yetim qıza göstərsin, ondan öz saf məhəbbətinin meyvəsi ola bilən övlad, oğul varisi istəsin?! Gör bu zəhrimar qocalıq xanı necə də çaşdırıbdır!Ölüb-getmək, bu qədər mülki-dövləti öz köhnə yağısının övladına qoymaq, xanın beynin necə də yerindən oynadıbdır! Bu hiss Məhtabanın həvəsinə düşən xana doğrudan da güc gəlirdi! Elə güc gəlirdi ki, qocaya aman-iman vermir, Məhtabanın gözəlliyi ilə birlikdə onun qoca beyninə hakim kəsilirdi. Əgər qoca yıxılıb ölsə, oğul varisi olmayan xanın bütün əmlakı qız varisinə, düşmən sicillisindən olan nəvələrinə qalacaq, bir qədərdən nəvələr də ana-babalarını unudacaq, xanın mal-mülkü düşmən mal-mülkünə qarışacaq, Məmalik ad-sanı itəcəkdir... Pəhləvan Məhəmmədin bikəs qızı olmasın, lap üstü unlu bir dəyirmançı qızı olsun, xana varis gərək idi – oğlan varisi!.. Elə oğlan varisi ki, xanın yurdculu olsun, onun öz sicillisini daşısın, dədə-baba düşməninə dəri diddirməsin... Bu varis gərək Məmalik xanın cavanlığından da tikanlı, kəsərli, ötkəm olsun, düşmənə bac verməyən qədim xanlıq ocağının tüstüsünü Savalana doğru dik çıxarsın, nəinki atasının mülkünü, malını əlində saxlasın, hətta bu mal-mülkün üstünə də gəlsin, böyük hökmran olsun.

8 мин
Məhtaban 5

Qoca xanın övzai dəyişdi. O, axund əli ilə kəsdirdiyi əqdnaməni bir cadugər kimi Məhtabanın titrək əlində qoyub çəkiləndən sonra bütün yollar-rizlər Məhəmməd qızının üzünə bağlanan kimi göründü. Bismillahla başlanan əqdnamə hər şeyi kilidə saldı. İndi bu kilidi kim açacaqdı? Başqa əl görünmürdü! Deməli, qoca xan öz nəzakət qaydalarını pozub istər-istəməz birtərəfli hərəkət etmişdi. O, qızın razılığını gözləmədən zorakılığa salıb əqdnamə yazdırmış, Məhtaban Məhəmməd qızını şərən özünə arvad etmişdi! Bəs aradakı azman fərq? İyirmi beş yaş! Yetmiş yaş! Məhtabana görə indi bu fərqin təfərrüatına varan, aradakı yaş uçurumuna baxan hanı? Qacar səltənətində belə qanunsuzluğa qarşı başqa bir qanunla çıxan hanı? “Papağınla vur, yıxılmadı qız malındır!”. Halbuki Məhtaban papaqla yıxılan deyildi! O ərgən oğlan kimi qüvvətli, zərli əlbisədə lap gözəldi. Heç bir yetim-yesirlik Məhəmməd qızını meşələrin cır alması kimi vaxtından əvvəl bürüşdürə bilməmişdi! Heç bir yetim-yesirlik pəhləvan qızını sındırıb qırışdıra bilməmişdi.Məhtaban mühitinin amansız məkrlərinə baxmayaraq yenə də həyat istəyirdi. O özü kimi bir cavanla, uzaqbaşı özündən on-beş yaş yuxarı olan bir oğlanla öz həyatını qurmaq istəyirdi.

8 мин

Стихи других поэтов