Beşinci pərdə
Страница 2 из 3 · 33%
Mürsəl
A koxa, nə yaman uzunmuş dilin...
Koxa
Məni ləngitməyin, nə oldu cavab?
Mürsəl
Bir az səbrini bas, mirzə qozqurab.
Koxa
Cavabı bu qədər uzatmaq olmaz!
Mürsəl
Qorxma, ağaların cavabsız qalmaz.
(Düşünür və əlini belindəki qayçıya atır.)
Koxa
Siz cavab axtarın, mən də əyləşim,
Bir əməlli-başlı bığımı eşim.
Mehdi
Buyur, burda əyləş, a koxa lələş.
(Onu bir daş üstündə oturdur.)
Mürsəl, gəl, koxanın bığlarını eş!
Mürsəl
Görüm ki, canını dərd, azar alsın,
Süpürgə bığların soxaya qalsın.
(Koxanın bığlarını kəsib ovcuna basır.)
Canın rahat oldu? Bax, cavab budur,
Al, bu da bir cavab, şıllaq atma, dur!
Koxa
Gec-tez alacaqlar bu heyfi sizdən.
Vəli
Bir anbar salam de bəylərə bizdən.
De ki, aldanmadı sözə qaçaqlar,
Onlar yuvanıza od vuracaqlar.
Koxa
Baş üstə...
Koxanı dolayaraq yola salırlar.
Nəbi
Sağ olun, qəhrəmansınız.
Tapdıq (Yüyürərək gəlir.)
Nəbi...
Nəbi
Nə xəbər?
Tapdıq
Odur üç nəfər
Dırmanır dağa.
Nəbi
Mehdican, yoxla.
Gör kimdir gələn.
Mehdi
Öyrənərəm mən.
(Gedir.)
Nəbi (Qaçaqlara)
Qardaşlar, aldığım xəbərə görə,
Üç naçalnik çıxıb bu gün səfərə.
Min atlı göndərib dağlara sarı
Tiflisin general qubernatoru.
Vasili
Qaçaqlar çörəyi burnuna yemir,
Buyurub gəlsinlər, dənlərik bir-bir.
Bu zaman Alı kişi iki kəndli ilə pərişan halda gəlir.
Nəbi
Ata... Nə üz verib?
Alı
Qurbanın olum,
Sən dözə bilməzsən bu dərdə, oğlum!
Dərdim var sinəmdə uca dağ kimi,
Yenə dayanmışam qoca dağ kimi.
Nəbi
Söylə...
Alı
Kəndimizi tutdular topa,
Başını itirdi bütün el-oba.
Dedilər, Nəbini tez verin bizə! Əgər verməsəniz qan çıxar dizə.
Gərək görəydiniz namussuzları,
Saçından sürüyüb bizim qızları
Aparıb, getdilər qənimət deyə,
Haqqı tapdadılar həqiqət deyə.
Ucaldı göylərə oddan ləpələr,
Yandı beşiklərdə dilsiz körpələr.
Allahı köməyə çağırdıq, Allah
Bizi eşitmədi, dilim gəlmir, ah...
Nəbi
Bəs anam?
Alı
Soruşma.
Nəbi
Nə dedin? Necə?
Alı
Bütün varlıq dönür gözümdə heçə.
Nəbi
Vuruldu qəlbimə yeni bir yara.
Dünya gözlərimə görünür qara,
Nələr eşidirəm...
Alı
Pərvərdigara!..
Məni öldürəcək bu ağır yara.
Nəbi
Qıydılar canına, ana, can ana!
Qardaşlar, siz deyin, kim dözər buna?!
Mehdi
Ana, yazıq ana, bağışla məni,
Qoruya bilmədim yağıdan səni.
Yanında olsaydım dönüb aslana
Sənin cəlladını boyardım qana.
Nəbi
Ana dərdi, vətən dərdi, el dərdi
Yaralı bağrımı qana döndərdi.
Alı
Gəl, basım bağrıma, balacan, səni,
Xilaskar doğubdur bu dövran səni.
Çox bəlalar çəkdin cavan yaşında,
Əlin titrəməsin haqq savaşında!
Həcər
Nəbican, başını dağ kimi dik tut.
Gözünün yaşını kininlə qurut!
Nəbi
Ana, and içirəm ruhuna bir də,
Mən sənin qanını qoymaram yerdə!
İşıq sönür və yanır. Hamı yatmış. Nəbi sıldırım qayanın başında dayanıb ətrafı seyrə dalmışdır. Həcər ağır addımlarla gəlir. Nəbi xəyal aləmindən ayılır.
Həcər
Nəbi, yatmamısan?
Nəbi
Bu vaxtda yatmaq!
Kim bilir, sabaha kim sağ çıxacaq,
Başımız üstündə tutmuşdur qərar
Yenə qan-qan deyən qara buludlar.
Onu yox etməsək qan bahasına
Bir xitam verilməz elin yasına.
Həcər
Yox, boyun əymərik versək də qurban!
İgid üstünlüyü qazanmır asan.
Nəbi
Hər qurban verdikcə alışır sinəm,
Dolanır başıma bütün bu aləm.
Həcər
Nəbi, qadan alım, bu sınaq günü
Qara fikirlərlə yorma özünü.
Nəbi
Düşünüb bayaqdan tökmüşəm tədbir,
Gərək sinə gərək düşmənə əlbir!
Azadlıq yolunda şərəfdir gerçək
Min dəfə dirilib, min dəfə ölmək!
Həcər
Gəl basım bağrıma, Nəbican, səni,
Təzədən dünyaya gətirdin məni.
Gəl, bir qədər dincəl.
Nəbi
Yox, Həcərciyim,
Ömrümün bəzəyi, gülüm, çiçəyim...
Baxtımın ulduzu, ellər gözəli,
Bir ağ gün görmədin mənə gələli.
Nə gərdənlik taxdın, nə üzük taxdın,
Min kərə ölümün gözünə baxdın.
Ellərin yasında bağlayıb qara,
Özünü vətənçin atdın odlara.
Ulduzlar şahiddir, demirəm yalan,
Gözümsən, özümsən, can sirdaşımsan.
Yenə bardaş qurub ürəyimdə qəm,
Mən sənin yanında xəcalətliyəm.
Həcər
Nəbi, nə deyirsən? Ağıllı danış!
Məgər ürəyimlə deyilsən tanış?
Çıxmışam bu yola öz xoşumla mən,
Durmuşam yanaşı sirdaşımla mən.
Gəl qara günləri gətirmə yada.
Bu ucsuz, bucaqsız dərdli dünyada
Ağlayaraq birgə, gülərik birgə.
Yaşayırıq birgə, ölərik birgə...
Nəbi
Elədir, gözəlim, canım, ciyərim,
Ürəyi qar kimi ləkəsiz pərim.
Seyr edib vətəni, deyirəm artıq
Günəşli günlərin qarşısındayıq!
Vasili (Tələsik gəlir.)
Nəbi, Nəbi!
Nəbi
Nə var?
Vasili
Gəldim xəbərə.
Qaynayır qazantək yenə dağ, dərə,
Yolların üstünü alıb tozanaq,
Çapır üstümüzə bir sürü qazaq.
Qəhrəman (Gəlir.)
A Nəbi, qazaqlar yaxınlaşdılar,
Sel kimi, yel kimi dağı aşdılar.
Nəbi
Eşidin əmrimi, yatın səngərə,
Gülləni atmayın boş, nahaq yerə!
Vəli
Düşmən üç tərəfdən eləyir hücum.
Nəbi
Həcərim, yubanma, sol səngərə cum!
Sənə tapşırılır, Vəli, sağ tərəf,
Dostlar, hamınıza bəllidir hədəf.
Əvvəl başçıları alın nişana,
Döndərin onların bağrını qana!
Mehdi
İgidlər, irəli dalımca gəlin!
Yağının bağrını xəlbir tək dəlin!
Atışma başlanır. Mehdi vurulur.
Aman, Nəbi, ata...
Alı (Onun başını dizi üstə alır.)
Kim vurdu səni?
Mehdi
Anamın yanında basdırın məni.
Alı
Ey fələk, gülmədim sayəndə bir an,
Qubarım dağlardan böyükdür mənim.
Dərdimin üstünə dərd qoydu zaman,
Belimi sındıran bu yükdür mənim!
Nəbi (Siyirməqılınc özünü qardaşının üstünə atır.)
Qırıldı Nəbinin qolu, qanadı,
Aman, ürəyimin başı qanadı.
Sən ki, qartalıydın bizim dağların,
Nə üçün yumuldu göz qapaqların?!
Vasili
Düşmən zor göstərir dörd bir tərəfdən...
Nəbi
Gəlirəm, gəlirəm, ölməmişəm mən!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-qacaq-nebi-besinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ah çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvanSizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,