Könlümü zülfün xəyaliylə pərişan etmişəm
Könlümü zülfün xəyaliylə pərişan etmişəm,Öz əlimlə eşq mülkün gör nə viran etmişəm!
Bir vəfasız güldən ötrü xarə çox yalvarmışam,Hər zaman bülbül kimi min ahü əfğan etmişəm.
Eşqdə yanmaqdan özgə bir əlamət görmədim,Könlümü pərvanətək çox şəmə qurban etmişəm.
Eşq bir divanəlikmiş, dərdə düşmüş könlümə,Eşqdən əl çəkmədi, yüz dəfə dərman etmişəm.
Eşq cövründən qutarmaq bir sağalmaz dərd imiş,Mən bu dərdin çarəsin ölməklə asan etmişəm.
Məndən əvvəl yoxdu bir aşiq diyari-eşqdə,Eşq dərsin mən gedib Məcnunə elan etmişəm.
Vahidəm, mən leyliveşlər zülfünün Məcnuniyəm,Çox zamanlar vadiyi-eşq içrə cövlan etmişəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-konlumu-zulfun-xeyaliyle-perisan-etmisem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sənsiz səmadə olsa mələklərlə ülfətim,Yetməm murada, onlara gər olsa rəğbətim.
Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?Aşiqə bülbüli-şeyda deməyim, bəs nə deyim?
Bir sən kimi vəfasız olan yarə neyləyimBir sən kimi vəfasız olan yarə neyləyim,Canan ki verdi könlünü əğyarə, neyləyim?!
Yayıldı sevgimiz, ey şux, hər diyarə bizimYayıldı sevgimiz, ey şux, hər diyarə bizim,Bütün məhəbbətimiz çıxdı aşikarə bizim.
Стихи других поэтов · О любви
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Mən səndən deyimSəhər gözlərini təzəcə açmış,Budaqlar danışır hey həzin-həzin.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.