İncə xanım çox qısqanır bizim yaman nəzərlərdən,Boynundakı ipək sapa gözmuncuğu taxır hərdən.İncə xanım çox güvənir özündəki gözəlliyə,Səhər çıxır yuvasından "gözəllikdə mənəm!" — deyə.O bir bahar havasıdır, tez dəyişən halları var;Yanağında qoşa-qoşa, kiçik-kiçik xallan var.Dodaqlan çox incədir, dişləri var mərcan kimi;O sallanar, sığallanar canlar alan bir can kimi…Qızın duma baxışlan süzüldükcə xumar-xumar,Ovçulann ürəyində yellər əsib, tufan qopar…Bəzi beyniqanlann da qanı qaynar, qəlbi coşar,Ona küçə şairləri mahnı deyib söz də qoşar:"İncə xanım, incə xanım Bax bu qaşa, bax bu gözə.Qurban olsun sənə canım. Yandı bağrım, döndü közə"

Sözün düzü bu dilbərdə təbiətin vergisi var,Qızıl güldür yanaqlan sifətində gülür bahar.Onun boyu və saçları danışılır ağız-ağız,Nə yazıq ki, anlamamış gözəlliyin qədrini qız:"Mən bir quşam, uçam gərək Bir budaqdan min budağa;Sığmaz könül, sığmaz ürək Dörd divarlı bir otağa…"Budur qızın fəlsəfəsi., yoxdur onun can sirdaşı,Gecə-gündüz dumanlıdır ayılmayır isti başı…Yol üstündə duran gənclər bu dilbərə baxar keçərQızın oynaq baxışları şimşək kimi çaxar, keçər.Oxucular, bu qızcığı bənzətməyin pozğuna siz,Bəzən ona böhtan atır bizim yaman dillərimiz…Acıyıram bu ceyrana… tez açılır könül bağı,Bəzən onun yersiz gülüb, yersiz sözlər danışmağıŞübhə salır ürəklərə, iştahlanır bir çoxları,İncə xanım beyniqandır, sınamamış dostu, yan.İncə xanım, incə xanım, çox güvənmə gözəlliyəÇox inanma qüdrətinə, "bu dünyada mənəm!" — deyə.Vəfasızdır "gözəlliyin" gəlib keçən xoş günləri.Bir çoxlan deyir sənə "nazlı mələk, nazlı pəri".İnanma gəl bu uydurma, bu pərdəli sözlərə sən,Bu dünyada çox danışar hər atını sürüb gedən.Gələcəkdir bir zaman ki, solacaqdır yanaqların,Bil ki, o vaxt soyuyacaq sənin isti dodaqların.Ağaracaq saçların da, qaydasıdır təbiətin…Külək vurmuş ağac kimi büküləcək bu qamətin.Bil ki, sənə "buyur!" — deyə bu gün "hörmət" göstərənlər,İndi sənə çiçək verib yanağından gül dərənlərO vaxt gəlib keçəcəkdir hüzurundan saymazyana,Mənim borcum bu oldu ki, gələcəyi deyim sana.

İncə xanım, nə gözəldir, nə incədir sənin səsin,Düşündürür qəlbi bəzən xoş avazın, xoş nəfəsin.Gözlərində xumarlanır Qarabağın mənzərəsi,Dodağından süzüldükcə o dağların şikəstəsi.Mənim könlüm qanad çalır eldən gələn bu sənətə,Gözəlliyin qədrini bil! Hörmət olsun təbiətə!Bil ki, mənim vəzifəmdir baxıb sənə deyim yenə,Nə bədbəxtdir göz yumanlar təbiətin vergisinə.Budur bizim səhnəmizdə aşıq gəzir saz görünür,Ancaq, gözəl səhnəmizdə gözəl qızlar az görünür.Buyur, sənin meydanındır, orda göstər hünəriniOxu "bizim ellər" — deyə dolğun könül dəftərini!Biz də səni dinləyərək alqışlayaq, alqışlayaq,"Bir də! Bir də!" — Çağıraraq, sənə güllər bağışlayaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов