بکت الرباب فقلت ای بکاءابکاء عهد ام بکاء اخاء

فالعهد للربع المحور بد معناثم الخاء لزمرة الخلطاء

عین المهاة بکت و لیس من الهویدمع المهاة یفیض کالا بداء

انهمت عذری الهوی و عفانییستوی تهامة بهمة السوداء

فرمت بثالثة الاثافی مهجتیو سمت برابعه الخیام دمائی

سقیالحاء العقص و الداء التیخصب کحرف العقص فی‌الاقواء

صحبی تعالوا نبک فی غصص الشجیجیران انصاف و ربع وفاء

وطوال مکرمة و رسم فتوةو خیام معرفة و ن صفاء

قد فوضت خیم المکارم بینناملائت دموعی سوی کل حیاء

حالی کماکره الاحبة بعدهمواحب اعدائی من العدواء

جمدت دموعی فاعتدت یاقوتهنیطت بعروة برفی عفراء

فهب اللالی من اجاج اصلهاهل اصل یاقوت اجاج الماء

نبحت طیور النفس لی من بعدماو دعت طرا السعد من اسماء

ایام فی حذو ریاض سنابلانس طبائها وای ظباء

کرت بنات العیس مبدء نکحهاطیف الخبیث و فیه عقد بقاء

والطیف کان مع القراء مدیدةو ابوالبنات مدیدة السوداء

ما بال لون الجفن احمر ناصعاادم البکارة دم النفساء

فعجبت من هندیة حبلت و قدرضعت بصقلابیة صفراء

کاللیل ام الیوم حبلی قدرمتارضا ابی الیقظان بابن ذکاء

مثل العنا قید التی الوانهاسود و فیها حمرة السوداء

من فرط ما ولدت باحشائی اللظینار الهوی نبکی علی الاعضاء

قالوا لهوی تبکی بلاعین بلیتبکی و هاعیناه حرف الهاء

کالشمس تقشف من خبااللیل‌الذینشفت دماء کبدی علی الاحشاء

ضحکت عروسا مقلتی لدی البکاءوالضحک حلم الطفلة العذراء

ابکی و اضحک کالسحاب واقتنیحالی و تبع الهند فی الانواء

قالوا اتبکی قلت ابکی ود کمکنتم اوداء فصرتم دائی

قالوا تضحک قلت اضحک منکمهذا جواب خائف الاعداء

غدر و ابنا و استغدر الدنیا بهمدهری یجازی الشر شر جزاء

کانوا احبائی اذا کان الغنیفاذا افتقرت یعمل و انقضاء

یا صاحبی اصدقنی بحق اخاءاشممت عرف السحر من شجراء

این الجواب الغرقته مدامعام احرقته سمائم الصعداء

قل لا سریعا قبل یختنقی البکاءلاباس من استدعیت بعد نداء

عجل اجابة ملحف داعی الهویو تدارک التحقیق بالارجاء

ان صار احمر وجهه من خنقهفا حمر وجهی من خناق بکاء

نفس الهوی بمودة لم تعدهااحد وینشد بعد فی الاحیاء

هیهات ظل دم الوفاء وفارةممن یرام و من له بنواء

و به الوفاء وراء احیاء منالثقلین لالا یقال و الاحیاء

دع ذاوقد سدته نفسی قبلکمفخشیت عن وصلة العنقاء

سمیتنی این خلا و ان توطنیفدعوتنی فی‌العروة ابن خلاء

قلبی کظیم بعد سؤل یعاتبنیعن بلدتی و ذابح شاء

فصبی الدنیا نائبات الهویو تلففت بلهاء و کل بلاء

تصنع کصنع النمر لفظ کالعویهاتیک شیمة بلدة اسماء

غصن البلاد توفقنی فاسقهاهذا الشهاد بسرق البیداء

حتی بدا الصبح فی کم الدجیکم من قضیب من ید شلاء

فالصبح املی الدیک سورة والضحیبطلاب سوط صاغ فی الطلباء

حملت الی حمائمی کتب الحمیو تبادرت کفی بفک سجاء

عنوانها نفی الکرام فویلتیسمیت اللام لموتة الکرماء

خنقتنی العبرات حتی خلتنیقد خیفتنی عربتی برداء

للفی حوامل مقلتی اخیتهاکفی بها و ملی لدی الالقاء

کم لی نوی‌النفس فی جوف‌الجویکم لی رکوب البحر فی النکباء

فارقت شروان اضطرارا فاشتهتنفسی بتبریز اختیار سواء

عرفت موج الشعر ملک امارتیخلقاء بی لابد من ارقاء

اختار صحراء الفراغ مخیمیبل خیمتی حلت علی الصحراء

بتحول البحر المحیط بعمقهلمخیمی نوی یا من من آلاناء

اطناب خیمة همتی ممدودةحتی ظلال السدرة الزهراء

و وصلت حبل‌الله لکن سودتفی غصن طوبی واسع الفیاء

اما منحی کالنوی لکن لم اقفکالنوی حمل حیاء اهل حیاء

احدی سؤلا من مواطل بهجتیفی نوی هذه الخیمة الزرقاء

اتاها ثم اوردت متنوع المنیفحرمت ها ثم یمین اناء

فاذا انقلت فلیت قناعتیعرفت سجالی ثم حدر شاء

محسود ابناء الرذیلة عائذمن امهات الکون بالاباء

فالامهات اذا قصدت حیوتةکیف انتظار اماتة الاحیاء

شربنی بماء العلم بل عرفی بهعرف المحیا بماء حناء

فضلت علما ان علم قائلیوالقیل احیی الذی من العلماء

کالشمع ینقص حین زاد لهیبهما قد نمی علی ذوی حوباء

قد هان لی مذجف روض مدامعیغیث الکرام و ضنة البخلاء

من صار مکفوفا فسواء عندهفی السهد لیل سدارة و سمراء

قد کنت اصلب شعره بید الفتیانمی فبدل فی الذیول نماء

کلفت تودیع الثیاب و قیل لیهذا النفاق نفاق الصعدة السمراء

لو کان للمنقوش حال تسقففالدهر قومنی و تقعدنی بفقداء

لاعیب فی عوج الفتی نفسی و انمایغنی من التسقیف و العوجاء

لازمت حصنی قبل حصن بالفتیو عضضت طرفی قبل ذوالحملاء

ما سمنی الجلساء لکن همتیذات الغناء و بفقری استغناء

طلعت دنیا کم بلبانهمن غیر رحبتها و لا استثناء

عمر قصیر لمواعید خدعتهو حدثتنی تفسیرها بالزباء

انی عیال‌الله فی فضل النهیو عیال فضلی عصبة البلغاء

کالنبت یاتی السحب یستسقی الندیو الحسب یاتی البحر باستسقاء

نسج العناکب فی الجدار مهلهلاسیل الذباب و یصعد الافداء

ما ینسج النحل الضیاع معیناالا علیه طراز کل شفاء

سیان لی مدح فی ریاض مطالععیب الکلام و خلب البخلاء

ریق بن آدم یقتل الافعی اذاالقاه فی فیها فم الحواء

فضل لذنبی و الجهل نقص کاملکالشمس ظلمة مقلة الرمداء

ما ان اخوک مهلهلا بشواردیشهد الشهداء و هلهل السفهاء

اسری وراء الکائنات بخاطریربی و همتی الغیور وراء

سبحان من اسری بخاطر عبدهلیلا الی الاقصی بذی الاسراء

ضؤ العیان کصاحب السرطان بلغیل البیان کصاحب الجوزاء

اصبحت داود ذالفضل حنظلةام بل مزامیر النهی باداء

Rübab inlədi, sordum: nədir bu ahü fəğan?
Sənin də bağrına hicran qəmi salıb dövran?
Dedi: gözəl vətənimdə günüm başa yetdi,
Mənimlə qardaş olan dostlarım çıxıb getdi.

Maral görüncə məni ağladı, fəqət gözlər,
Deyirdi: eşqdə axtarmayın şehimdən əsər.

Zəhər kimi acı sözlərlə etdi bağrımı qan,
Piyalə gözləri dərdimə etmədi dərman,

İnad ilə qorudu qız kimi o, ismətini,
Verirlər indi mənə ehtiras töhmətini.

Bu töhmət ilə sinəm sanki parə-parə olub,
Çadırların çökəyi qəlbimin qanıyla dolub.

Günüm qaraldı qızın saçları kimi qəmdən,
Sulandı yer, o qədər qan ki, axdı sinəmdən.

Gəlin, o yazıq qızın halına yanaq, dostlar,
Vəfalı dostluğa, insafa yas tutaq, dostlar!

Nişanə qalmadı gənclikdəki şücaətdən,
Bilik çadırları, saflıq, quru kəramətdən.
Necə biz ağlamayaq, qəmlərə hədəf olduq?
Xəzan çiçəkləri tək biz açılmadan solduq?
Görəndə halımı, ikrah edirsə dostlar əgər,
Mənim bu halıma düşmənlərim yəqin sevinər.
Gözümdəki yaşı yaquta, ah, döndərdi,
Yol üstünə səpilən bu ucuzlu gövhərdi.
Cəvahirə tutulur mənbəyi olanda sübut,
Məgər sudan yaranır torpağa düşən yaqut?

Səadətin quşu Əsmanı da alıb getdi,
Bu nəhs quşlara tale məni düçar etdi.

Yanaqlarım çəmənə döndü, bitdi sünbüllər,
Ömür ötüncə o sünbüllər oldular xəncər.

Nikah bağladı yarın xəyalı ilə gözüm,
İşıq çoxaldı gözümdə, düyündə qaldım özüm.

Gözümdə sakin olubdur xəyal tək canan,
Nədir səbəb, düzülüb kirpiyimdə titrər qan?

Bu qan ki, yaxdı yanar odlara mənim canımı,
Gözümdəki o xəyalın bəkarəti qanımı?

Qan axanda gözümdən, məni şaşırdı bu qan,
Dedim: necə doğulur hindlidən bir slavyan?

Qəribədir, yuxuya hamilə olan gecələr,
Xoruz banıyla doğar daima işıqlı səhər.

Üzüm tağında əgər rəngbərəngsə salxımlar,
Qədəhdəki meyə döndükdə ləl rəngi alar.

O dilbərin sözü əldən qərarımı aldı,
Vücudumu o sözüylə cəhənnəmə saldı.
"Məhəbbət, aşiqi gözsüz də ağladar" dedilər,
Bəli, göz ağladar, "ha" hərfınə dönərsə əgər.
Gecə düşən şehi odlu Günəş necə qurudar,
Elə qurutdu ciyər qanımı yanar ahlar.
Gözümdən axsa da yaşlar, o dilbərə güldüm,
Gülüş günahsız uşaqlarda rəsmdir, bildim.
Təbiətim coşar, Hindistanın baharı mənəm!
Bulud kimi bağırıb, göz yaşı töküb, gülənəm.

Soruşdular: - Nə üçün ağlayırsan, ey şair?
Dedim: - Bu ağlamağın mənşəyi məhəbbətdir.

Zaman var idi, mənə sevginizlə mayildiz,
Unutdunuz, nə üçün özünüz min bəlayə çevrildiz?

  • Gülürmüsən? - dedilər, söylədim: - Bəli, gülürəm!
    Sizə gülüb də, bilin, düşməni seçə bilirəm.

Bizə xəyanət edənlər yəqin cəza alacaq,
Cahan verən bu cəza damcı-damcıdır ancaq.

Mənimlə varlı çağımda o fəxr edən dostlar,
Görəndə yoxsulam indi, həqarət ilə baxar.

Səni o dostluğa, qardaşlığa qəsəm verirəm,
Danış, həqiqəti aç, etiraf gözləyirəm.

Hanı cavab? Məgər göz yaşında qərq oldu?
Kül oldu ahım odunda, səmayə sovruldu?

Cavab almağa tez aşiqin var isran,
Cavab yoxsa da, "amin"lə əl tutun barı!

Mən hıçqırıqlarımı boğmaq istədim qəsdən,
Məhəbbət hissini, gördüm, uzaqlaşır məndən.
Üzü qızardı onun, bildim eşqdir boğulan,
Mənim üzüm də qızarmışdı hıçqırıqlardan.
Kim eşqə düşsə, bu sevdada can fəda etməz?
Həyat bitsə də, eşqin nəşidəsi bitməz.
Kimin qanında vəfa vardır, eşqlə yaşayar,
Ölərsə də, onu məşuq ilə vəfa yaşadar.
Vəfa dəyərcə iki aləmə bərabərdir,
Onun bahası nə insan qanı, nə gövhərdir.

Burax məni! O sürahi boyunlu dilbərə mən,
Vurulmuşam, demişəm, yanmışam qabaq səndən.

Məni Vətəndə ikən o, çağırdı ibn-cəla,
Salıbdır indi məni qürbətə həmin adla.

Vətən batırdı mənim bağrıma zəhərli tikan,
Fəqir idim, canıma qəsd hazırladı dövran.

Gəmirdi canımı qürbətdə dişlərilə fəraq,
Bəla nəhəngi məni izlədi ağız açaraq.

Yad ölkələr ətimi çeynədi, tüpürdü mənim,
Cığır tutub gedirəm, qarşıda əziz Vətənim.

Qürur ilə quru xurma kimi məni o şəhər,
Yesə, yeyər ətimi, boş çəyirdəyi tüpürər.

O bir dəniz kimi dalğa vurar, məni aparar,
Alar qucağına, öldükdə sahilinə atar.

"Vətən! Vətən!" deyərək ağladım, canım yandı,
Sümüklərim gözümün yaşı ilə odlandı.

Gecə geyindi zireh, bir mühib zülmətdən,
Süha çıxıb, onu deşdi, açıldı köksü həmən.
Tutub da zülməti qovdu Xəzib ilə Səlqa,
Apardılar geriyə sübh göstərəndə liqa.
Sökəndə dan, oxudu "Vəzzüha" xoruz ucadan
Düşəqaranlığa - tapdı işıq ucu ondan.
Göyərçinim gətirən naməyə nəzər saldım,
İsitmə tutdum, əlim göydə heyrətə daldım.
O namə faciədən, zülmdən verirdi xəbər,
Vəzifə sahibi olmuşdu nanəcib gədələr.

Ürək zəbanə çəkib yandı, gözlərim doldu,
Ucaldı ah dumanı, qüdrətim nəhan oldu.

İki gözümdən axan yaş deyildi, neysandı,
Ətəklərim tökülən göz yaşımla islandı.

Könüldə eşq qopardı dəniz kimi tufan,
Gəmim qırıldı, qalıb dalğalarda sərkərdan.

Əlac qalmadı, Şirvanı bir də tərk etdim,
Könül, sorağına düşmüşdü, Təbrizə getdim.

Qohumların qayığı dalğaya düşüb batdı,
Fəqət mənim qayığımdır ki, mənzilə çatdı.

Düşərgə saldı köçüm bir zaman biyabanda,
Ucaltdı baş çadırımla göyə biyaban da.

Dəniz ki, yurdumu ənginliyiylə qucmuşdu,
Məni uzaqda görüncə acıqlanıb coşdu.

Əməklə hümmətim idi çadırdakı iplər,
Odur, başı qurularkən ucaldı ərşə qədər.

Gedərkən, həqq yolu Tuba dönəndə sirdaşıma,
Sarındım o ağaca, düşdü kölgəsi başıma.

Belim büküldü, necə qatlanar çadırda ətək,
Əyilmədim qapısında zər əhlinin dəvə tək.

Başım ucaldı, toxundu yaşıl çadır fələyə,
Sevinclə göz yaşım axdı çadırdakı çökəyə.

Vüsal təşnəsiyəm mən, yetirdilər bulağa,
Su verməyib, kuzəmi qoydular da daşqalağa.

Mənə kifayət edər bir udum su, indi fəqət,
Kuzəm deşildi, ömürlük mənəm suya həsrət.

Uşaq ki, bic doğulubdur rəzil anasından,
Atasını tanımaq istəyər, keçincə zaman.
Ana xəyanət ilə əl çəkibsə ismətdən,
Əmin olarmı onun oğlu? Bir düşün bunu sən.
Həyat əlində necə qərq olar utancaq adam,
Bilik suyunda elə qərq olunmağımla şadam.
Mən elmi tutdum, odur qətlimə verən fərman!
Bəli, bu qətldir ancaq bu aləmi yaşadan.
Necə ki, şəm kiçilər şöləsi ucaldıqca,
Kiçildi qəlbim, ona elm nur saldıqca.
Təbiətimdə tamah kökləri qırılmış əgər,
Nə fərqi var? Kərəm əhli verər, xəsis çürüdər!
İşıqlı aləmə həsrətlə kor qalan bir göz,
Nə fərqi var? Gecədir bu şəhərdə, ya gündüz?
Cavanlığımda coşan bir bulaqdı ilhamım!
Hanı o bağ, o bulaq? Əldə boş qalıb camım!

Vidalaşanda cavanlıqla ağladım, ancaq,
Deyirdilər ki, arındı bulaq, su saflanacaq!
İradəmə fələyi səqf bilməyirdim mən,
Qapazlayan məni taleyimdi, bəxtim - əyan!
Əyilməsində qürur əhlinin bir hikmət var,
Təvazö əhli olan tez qüsurunu anlar.
Gedəndə sərvətim əldən, buna fikir verdim,
Yerə dikib gözümü, xudpəsəndləri gordüm.
Öyünmürəm, qızılım yoxsa, hümmətim vardır,
Kasıblığın özü də mərdə bir havadardır.

Cahanı mən boşadım üç təlaq ilə çoxdan,
Necə geri qayıdır? Çıxmışam ki, var-yoxdan?

Yalançı vədələr ilə ömür başa çatmış,
Çadırcığım da toza, torpağa yaman batmış.

Mənə bu ağlı, bu idrakı xaliq etmiş əta,
Sözün pərisinə oldum fəzilətimlə ata.

Hünərsevərlərə nəzmim kamal dərsi verər,
Cahanda söz kimi yoxdur dəyərli bir gövhər.

Bulud şehiylə əgər körpə otları suvarar,
Sularıyla dənizi doyuran çox çaylar var.

Divarda səy ilə bir tor qurur hörümçəklər,
Yeganə məqsəd - ilişsin o torda milçəklər.

Arı pətəkdə gəlib hazır eyləyir mumdan,
Onun nəcib işi də başlanır əzəl bundan.

Mən indi mədh yazım, ya ki həcv, fərq etməz,
Mənə o şux gözəlin gözlərində kin bitməz!

Yaman söz eylə zəhərdir ki, söyləsə Həvva,
Bəşər nədir, ilana ölməyi görər o, rəva!

Səfehlərin yemidir hər nə qardaşın toxuyur,
Mənimsə yazdığımı əhli mərifət oxuyur.

Sözümlə tarın xəyalı dolaşdı dünyanı,
Mələklərin dilinə çatdı, aşdı dünyanı.

Böyükdür Allah, o ki bir gecə kiçik qulunu,
Xəyalı ilə alıb, açdı göylərə yolunu.

Mədəd alıb Sərətandan, gözüm işıqlandı,
Məni əzizlədi Cövza ki, nitqim ondandı.

Fəzilətim məni Davud tək etdi peyğəmbər,
"Zəbur" qıldı mənə yaxşını, pisi əzbər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов