Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar,Yar bağrım arasın, gör kim neçə xar onda var.

Varma yanımdan mənim, ey hicr-dilsuzani dust!Dustü düşmən xamusu ağlar mənimçün zar-zar.

Zar-zar ağlar çü bülbül gül yüzünçün mürği-can,Candan etmişdir məni cövr ilə dövri-ruzigar!

Ruzigarım tirədir sənsiz, əya arami-dil,Dil neçün aram tutsun həddən ötdü intizar

İntizarəm, vədeyi-vəslin yolunda hər zaman,Hər zaman divanə tək dağlara düşdüm biqərar.

Biqərar oldum saçıntək rüxlərindən ayrı mən,Mən neçün aram edim sənsiz ki, oldum dilfikar.

Макта — последний бейт с тахаллусом поэта. Dilfikar oldu Xətai firqətindən ruzü şəb,Ruzü şəb vəslin xəyali canda qaldı yadigar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке