Hilali-Məhərrəm

Məhərrəmdir, xanım Zeynəb əzasıBizi səslər Hüseynin Kərbəlası

Məhəmmədhüseyn Şəhriyar2 dəq
Axır çərşənbə duası

İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!

Mirzə Əli Möcüz6 dəq
Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşü

Mənim əzizlərim, sizə hardan xəbər verim, Azərbaycanın Şəmkir mahalından.Şəmkir mahalında kimdən, Şəmkirli Aşıq Hüseyndən.

Aşıq Hüseyn Şəmkirli27 dəq
Qərəz

İbtida əlifdən dərsim alanda,Göstərdilər mənə nə qara yaxşı.

Aşıq Hüseyn Şəmkirli1 dəq
Şad olamazmı bilür bir qəmi-aləm nə imiş

Şad olamazmı bilür bir qəmi-aləm nə imiş,Mən ki, qəm həmdəmiyəm, mən bilürəm qəm nə imiş.

Sadıq bəy ƏfşarQəzəl1 dəq
Etmə vaqif öldügümdin növhəgər həmdəmləri

Etmə vaqif öldügümdin növhəgər həmdəmləri,Qorxaram tutqay məlalət xatiri-xürrəmləri.

Sadıq bəy ƏfşarQəzəl1 dəq
Bağışla məni

Bar İlahi, min bir adın eşqinə,Bu əziz axşama bağışla məni.

Novrəs İman1 dəq
Çətindi

Gəldi məhərrəmlik, kəsdi qabağı,Çıxmaq olmaz bir kənara, çətindi.

Novrəs İman1 dəq
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn

Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.

Hacı Rza Sərraf1 dəq
Məhbubumun mənimlə məhəbbət binası var

Məhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.

Mirzə Məhəmməd Tağı QumriQəsidə2 dəq
Üşşaqə məşq, eşqdə tumari-Kərbəla

Üşşaqə məşq, eşqdə tumari-Kərbəla,Əhli-məzaqə gərmdi bazari-Kərbəla,

Mirzə Məhəmməd Tağı QumriQəsidə1 dəq
Mərsiyə 1

سرور سینه من از فروغ روی تو بودولی بسوخت بدرد تو جان غم فرسود

Qasım Ənvar1 dəq
Mərsiyə 2

میر مخدوم سفر کرد و دعایی فرمودهمه دلهای عزیزان بفراقش فرسود

Qasım Ənvar1 dəq
Mərsiyə 3

یارب، بحق آنکه تویی عالم اسرارکز یار سفر کرده ما کیست خبر دار؟

Qasım Ənvar1 dəq
Çar kazakları mərsiyəxanlıqda

Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.

Məmməd Səid Ordubadi5 dəq
İran Astarası və Azərbaycan Astarası

Ortadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.

Məmməd Səid Ordubadi1 dəq
Mərsiyəxan

Pəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!

Yusif Vəzir Çəmənzəminli4 dəq
Ey nəşi qalan yerdə, keçən başı eidayə

Ey nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.

Ağadadaş Sürəyya1 dəq
Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün

Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.

Məşədi Əyyub Baki2 dəq
Azərbaycan

himn*Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,

Nəriman Həsənzadə1 dəq
Şəhid əsgər

Döyüş meydanında arxası üstəYıxılıb gözləri açıq bir igid.

Rəfiq Zəka Xəndan1 dəq
Xəlil Rzaya mərsiyə

Qırx il öz kəfənini boğazında daşıdın,Sinəni səngər etdin, səngərlərdə yaşadın.

Sabir Rüstəmxanlı2 dəq
Mərsiyə

Gecəni atəşi ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi güllə-baran eylədilər!

Qabil2 dəq

Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.